249
nələrlə müqayisədə uzaq genetik məsafədə yerləşmişlər. Bu
qrupda lokallaşmış №li Seçmə və №79/1-2 nümunələri eyni
zolaqlara malik olmaqla monomer prolaminlərin müxtəlif-
liyinin analizi əsasında bir-birlərindən fərqlənə bilməmişlər.
Ağdam zonasının Arpa 44 nümunəsi ilə Qusar zonasının pa-
lindum 69/91 nümunəsi arasındakı genetik oxşarlıq indeksi
0.387-yə bərabər olmuşdur.
Yevlax zonasına aid Arpa 59 və Ağdam zonasına aid
Arpa 77 nümunələri üçüncü qrupu təşkil etmişlər. Bu iki ge-
notip ikicərgəli olmaqla Pα
11
zolaqlara malik olmuşlar. Bu
genotiplərin oxşarlıq indeksi 0.368-ə bərabər olmuşdur.
Dördüncü qrupu Yevlax zonasına aid 6№-li Seçmə və
Qusar zonasına aid Arpa 40 nümunələri təşkil edir. Bu iki
nümunə cərgə formasından fərqli olaraq, ω-, β- və α- zonala-
rında oxşar zolaqlara malik olmamışlar. Bu iki genotipin bir
qrupda yerləşmələrinin səbəbi oxşar spektrlərə malik olmala-
rıdır. Bu nümunələrin Jaccard oxşarlıq indeksi qiymətlərinin
0.4-ə bərabər olduğu müəyyən edilmişdir.
250
Şəkil 5.6. Monomer prolaminlərin spektrləri əsasında arpa
genotipləri arasında genetik oxşarlığı əks etdirən dendroqram
Beşinci qrupda Ağdam zonasının 84 № li Seçmə və Arpa
31, Fizuli zonasının Naxçıvan dəni nümunələri qruplaşmışlar.
Arpa 31 və Naxçıvan dənli nümunələri Pω
3
zolağına, Arpa 31
və 84 №-li Seçmə genotipləri isə Pβ
10
müştərək zolağı ilə
səciyyələnmişlər. Bu qrupda yerləşmiş nümunələr α-zona-
251
sında Pα
9
zolağına malik olmuşlar. Arpa 31 və Naxçıvan dənli
nümunələri palindum növmüxtəlifliyinə, 84№li Seçmə nümu-
nəsi paralleum növmüxtəlifliyinə aid olsa da, bu nümunələrin
hamısının altıcərgəli olması müəyyənləşdirilmişdir.
Arpa 39, Arpa 29 və Hüseyn 1 genotipləri, uyğun olaraq,
altı, yeddi və səkkizinci qrupda qruplaşmışlar. Bu nümunə-
lərin fərqli qrupda yerləşmələri onların digər nümunələrdən
uzaq genetik məsafədə olmalarının nəticəsidir.
Hibridləşmə bitkilərin seleksiyasında istifadə olunan ən
əhəmiyyətli metodlardandır. Başqa sözlə, hibridləşmə əsaslı
metodlar digər seleksiya metodları ilə müqayisədə bitkilərin
seleksiyasında daha yüksək paya malikdirlər. Seçilmiş vali-
deynlər arasındakı genetik məsafədən asılı olaraq, yaradılacaq
hibridlərdə maksimum heterozisə nail olmaq olar. Monomer
prolaminlərin müxtəliflikləri əsasında qurulmuş dendroqram
hibridləşmə proqramları üçün münasib valideynlərin seçimin-
də ən effektiv metodlardan sayılır. Belə ki, fərqli qrupda yer-
ləşmiş genotiplərin genetik xüsusiyyətlərini, o cümlədən aqro-
nomik xüsusiyyətlərini nəzərə alaraq, onların çarpazlaşması
ilə məhsuldar və keyfiyyətli nümunələrin yaradılması
mümkündür.
Lerik rayonu bölgəsindən yığılmış arpa nümunələri yal-
nız birinci qrupda cəmlənmiş olsalar da, digər bölgələrə məx-
sus nümunələr bütün qruplar üzrə paylanmışlar. Deməli, mo-
nomer prolaminlər əsasında təyin olunmuş genetik müxtəlif-
liyin coğrafi müxtəlifliyə uyğun olmadığını tam qətiyyətlə
söyləmək mümkün deyil və bu məqsədlə hər bir bölgəyə məx-
sus olmaqla təsadüfi yolla seçilmiş eyni və çoxsaylı nümunə-
lərdən istifadə etmək labüddür. Lakin monomer prolaminlərin
analizi arpa nümunələrində iki cərgəli və çox cərgəli geno-
tipləri ayırmaqda münasib olmuşdur.
252
Beləliklə, analizlər zamanı 4 zona:
,
,
və
-zonaları
təyin olunmuş, cəmi 36 spektr və 56 zolaq müəyyən edilmiş-
dir. ω-zonasında 16 spektr və 22 zolaq müşahidə olunmaqla,
ən yüksək spektr və pattern müxtəlifliyi aşkar edilmişdir. β-
və α-zonalarında, uyğun olaraq, 12 və 6 spektr, həmçinin 20
və 14 zolaq qeydə alınmışdır. γ-zonasında isə spektr aşkar
olunmamışdır. Nei genetik müxtəliflik indeksinin hesablanmış
qiymətinə görə daha çox genetik müxtəliflik β-zonasında
(H=0.929), bir qədər az ω-zonasında (H= 0.917), ən az isə α-
zonasında (H=0.831) təyin olunmuşdur. Klaster analizi Jac-
card oxşarlıq indeksinin 0.36-ya bərabər qiyməti əsasında ge-
notipləri 8 əsas qrupa bölmüşdür. Klaster analizi ikicərgəli və
altıcərgəli genotipləri bir-birlərindən effektiv surətdə ayırmış-
dır. Bu metod genotiplərarası genetik məsafəni təyin etməklə
aralarındakı genetik məsafə uzaq olan nümunələrin gələcəkdə
çarpazlaşdırılması ilə heterozis effektinə malik hibridlərin ya-
radılmasında istiqamətləndirici rola malikdir. Monomer pro-
laminlərin elektroforetik tədqiqi ilə arpa nümunələri arasında
yüksək genetik müxtəlifliyin aşkar olunması zəminində arpa
nümunələrinin genetik müxtəlifliyinin monomer prolaminlər
əsasında tədqiqi məsləhət görülür [23, 24].
Tədqiqatımızda əldə olunmuş nəticələr toxumların cücər-
mə qabiliyyəti və xlorofil (a+b)-nin miqdarında baş verən
dəyişmələrə görə stresə davamlılıq göstəriciləri ilə müqayisə
olunmuşdur. Bu indekslərlə monomer prolaminlədə müşahidə
edilən zolaqlar arasında korrelyasiyalar öyrənilərək, monomer
prolamin zolaqları ilə quraqlıq və duzluluq stresləri indeksləri
arasında heç bir asılılığın olmadığı müəyyən olunmuşdur. Bu
nəticəni, xarici mühit amillərinin ehtiyat zülallarının qurulu-
şuna təsir göstərməməsi ilə izah etmək olar.
Dostları ilə paylaş: |