Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə70/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   66   67   68   69   70   71   72   73   ...   101

 236 
minlər  isə  olduqca  az  tədqiq  olunmuşdur.  Buna  görə  də 
sonuncular  haqqında  hələ  də  kifayət  qədər  informasiya 
yoxdur [350, 351]. 
Mədəni  və  yabanı  arpalarda  monomer  prolaminlərin 
müxtəlifliyinin  tədqiqi,  buğdanın  qliadinlərində  olduğu 
kimi,  onlarda  da  yüksək  polimorfizmin  mövcudluğunu 
aşkar etməyə imkan verdi [349]. Poliakrilamid gelində nisbi 
hərəkətlilikləri əsasında bu zülallar 4 zonaya - 





 və 

-
zonalarına  ayrılırlar.  Bu  zonaları  kodlaşdıran  gen  lokusları 
haqqında  da  ədəbiyyatda  kifayət  qədər  məlumat  yoxdur. 
Alvarez  və  əməkdaşları  (2004)  Hordeum  chilense  yabanı 
arpa növünə məxsus monomer prolaminləri kodlaşdıran gen 
lokuslarını  tədqiq  etməklə,  1H
ch
  xromosumu  üzərindəki 
Gli-H
ch
 gen lokusunu 

-zonasının kodlaşdırıcısı kimi təyin 
etmişlər. Bu tədqiqatın nəticələri 

- və 

-zonalarının ən azı 
iki  müxtəlif  gen  lokusu  tərəfindən  kodlaşdırıldığını  və  bu 
lokuslar  arasında  ilişikliyin  olmadığını  göstərir.  Belə  gü-
man olunur ki, hər iki gen 5H
ch
 və 7H
ch
 xromosomları üzə-
rində lokallaşır [111]. Payne və həmkarları (1987), Tercero 
(1991)  bu  zülalların  hansı  genlər  tərəfindən  kodlaşdırılma-
sını  tədqiq  edərək  oxşar  nəticələr  əldə  etmişlər.  Müəyyən 
edilmişdir  ki,  tədqiq  olunmuş  monomer  prolaminlər  müx-
təlif  genotiplər  arasında  yüksək  polimorfizmə  malikdirlər 
[312, 382]. 
Eşqi  və  Axundovanın  (2009)  tədqiqatı  zamanı  mono-
mer  prolaminlərin  analizində  57  zolaq,  hordeinlərin  anali-
zində  isə  32  zolaq  aşkar  olunmuşdur.  Genetik  müxtəliflik 
indeksinin  qiyməti  də  monomer  prolaminlərdə  hordeinlərlə 
müqayisədə  yüksək  olmuşdur  (uyğun  olaraq,  0.889  və 
0.856). Bunlardan  əlavə, klaster analizi hordeinlərlə müqa-
yisədə monomer prolaminlərin müxtəlifliyi əsasında nümu-


 
237 
nələri  qruplaşdırmaqda  daha  effektiv  olmuşdur.  Həmçinin 
monomer prolaminlərin analizində 51 genotip, hordeinlərin 
analizi  ilə  isə  yalnız  18  genotip  tam  surətdə  identifikasiya 
olunmuşdur. Bu nəticələrə  əsaslanaraq,  onlar  arpa  genotip-
lərinin  identifikasiyasında, həmçinin bu nümunələrin gene-
tik müxtəlifliyin tədqiqində monomer prolaminlərin müxtə-
lifliyənə əsaslanmağın daha münasib olduğunu göstərmişlər 
[182]. Eşqi və Axundovanın bu istiqamətdə aparılmış digər 
tədqiqatlarında  (2010)  ehtiyat  zülallarının  (monomer  və 
hordein  prolaminlərinin)  genetik  müxtəlifliyi  RAPD  mar-
kerlərinin genetik müxtəlifliyi ilə müqayisə edilmişdir. On-
ların təcrübələrində ICARDA mənşəli çılpaq arpa nümunə-
lərində  ehtiyat  zülallarının,  xüsusilə  monomer  prolamin-
lərin  genetik  müxtəlifliyi  DNT  səviyyəsində  təyin  olunan 
müxtəlifliklə müqayisədə daha yüksək olmuşdur [183]. 
Tədqiqatda  məqsəd  iki  cərgəli  və  çox  cərgəli  arpa 
nümunəsinin  genetik  müxtəlifliyinin  monomer  prolamin-
lərin polimorfizmi əsasında öyrənilməsi  və bunun bitki da-
vamlılığı  ilə  əlaqəsinin  aşkar  edilməsi  olmuşdur.  Arpa  nü-
munələrində monomer prolaminlərin tədqiqi zamanı, buğda 
bitkisinin qliadinlərində olduğu kimi, 4 zona - 





 və 

-
zonaları  təyin  edilmişdir.  Bu  zonalar  üzrə  ümumiyətlə  36 
spektr təyin olunmuşdur ki, onların hamısı polimorfluğu ilə 
seçilmişdir  (Cədvəl  5.4,  Şəkil  5.4,  5.5.). 

-zonasında  22 
zolaq  və  16  spektr  müəyyən  edilmişdir.  Bu  zolaqlar  sıra-
sında  P

16
  zolağı  7  genotipdə  ən  yüksək  - 21.21%  tezliklə 
müşahidə olunmaqla, diqqəti cəlb etmişdir.  


 238 
   
 
 
Şəkil 5.4. Arpa genotiplərində monomer prolmin   
ehtiyat zülalları əsasında təyin olunmuş spektrlər 
 
P

1
 zolağı 4 genotipdə müşahidə olunmuşdur. P

2
, P

4
, P

5

P

6
, P

7, 
P

8
, P

9
, P

10
, P

11
, P

12
, P

13
, P

14
, P

15
, P

17

P

18
,  P

19
,  P

20 
və  P

22
  yalnız  bir  genotipdə  aşkar  edilmiş-
lər.  P

3
  və  P

21
  zolaqları  isə  iki  genotipdə  qeydə  alınmışlar 
(cədvəl  5.4). 

  zonasında 

9


12
  və 

11
  spektrləri  ən  yüksək 
tezliyə,  müvafiq  olaraq,  97.06%,  73.52%  və  70.59%  tezliyə 
malik  olmuşlar. 

2


6


7
  və 

16
  spektrləri  isə  əksinə,  yalnız 
bir  genotipdə  müşahidə  edilmişlər.  Digər  spektrlərin  tezliyi 
8.82% - 38.23% arasında dəyişmişdir.  (Cədvəl 5.4).  
 
Cədvəl 5.4 
 
Genotiplərdə monomer prolaminlər əsasında  
təyin olunmuş spektrlərin sayı 
                                          
      
Spektrlərin sayı 
Spektrlərə malik 
genotiplərin sayı 
Spektrlərə malik 
genotiplərin %-
lə miqdarı 


2.94 


2.94 


2.94 


11.76 


17.68 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə