Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə61/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   57   58   59   60   61   62   63   64   ...   101

 
205 
Stres  amillərə davamlı  Arpa 43 sortunda RNT/DNT nis-
bəti  də,  hər  iki  orqanoiddə  kəskin  artmışdır  ki,  bu  da  xloro-
plast və mitoxondri fraksiyalarında genetik sistemin aktivliyi-
nin göstəricisi kimi qəbul edilə bilər. Bu isə özlüyündə hücey-
rənin enerji təminatına yönəlmiş biosintetik proseslərin aktiv-
liyi ilə xarakterizə olunur. 
Şəkil 4.9-da  stres amillərə həssaslığı  ilə  seçilən  Arpa 59 
sortunun xloroplast və mitoxondri genetik sistemlərində RNT 
və DNT-nin miqdarında baş verən dəyişmələr verilmişdir. Şə-
killərdən aydın görünür ki, stres amillər Arpa 59 sortunun mi-
toxondri  və  xloroplast  genetik  sistemlərinə  ciddi  təsir  edərək 
RNT  və  DNT-nin  miqdarında  kəskin  azalmalara  səbəb 
olmuşdur.  Maraqlıdır  ki,  xloroplastlarda  RNT  və  DNT-nin 
azalması  quraqlıq  stresinə  nisbətən  duzluluq  stresi  zamanı 
daha  çox  müşahidə  edilmişdir.  Quraqlığın  təsirindən  xloro-
plastlarda RNT-nin miqdarı 7%, DNT-nin  miqdarı  isə 4% azal-
dığı halda, mitoxondrilərdə bu  göstəricilər  müvafiq olaraq 21% 
və  20%-ə  bərabər  olmuşdur.  Öyrənilən  bu  arpa  sortu  toxum-
larının stres məhlullarda cücərmə qabiliyyətinə və yarpaqlarda 
xlorofilin depressiya dərəcəsinə görə də, quraqlıq stresinə nis-
bətən duzluluq  stresinə qarşı daha həssas olmuşdur (III fəsil). 
Bu  nəticələrin  bir-birinə  uyğun  gəlməsi  bitkilərin  stres  amil-
lərə  davamlılığında  xloroplastların  quruluş  və  funksiyasının 
xüsusi önəmi olduğunu bir daha təsdiq edir. 
Stres amillər Arpa 59 sortunun mitoxondrilərində də nuk-
lein turşularının miqdarında ciddi azalmalara səbəb olmuşdur. 
Quraqlığın  təsirindən  RNT-nin  miqdarı  21%,  DNT-nin  miq-
darı isə 11% azalmışdır. Oxşar nəticələr duzluluq stresinin tə-
siri zamanı da müşahidə edilmişdir Stres amillərə həssas Arpa 
59  sortunda  RNT/DNT  nisbəti  də  hər  iki  genetik  sistemdə 
xeyli  azalmışdır  ki,  bu  da  xloroplast  və  mitoxondri  frak-


 206 
siyalarında  genetik  sistemin  fəallığının  aşağı  düşdüyünü 
göstərir. 
 
 
 
-7
-4
-21
-11
-25
-15
-5
N
əz
arə

  görə
 %
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
      
 
 
-21
-20
-24
-13
-25
-20
-15
-10
N
əz
arə
tə 
görə
 %
-lə
Duzluluq
 
 
Şəkil 4.9. Quraqlıq və duzluluq streslərinin təsirindən Arpa          
            59 sortunun hüceyrə orqanoidlərində nuklein turşuları   
             miqdarında baş verən dəyişmələr. 
 
Fizioloji  parametrlərinə  görə  quraqlıq  stresinə  nisbətən 
duzluluq stresinə daha davamlı hesab edilən Arpa 32 sortunun 
xloroplastlarında  RNT  və  DNT-nin  miqdarında  kəskin  artım 
müşahidə edilməmişdir (Şəkil 4.10). 


 
207 
Quraqlıq  stresinin  təsirindən  bu  arpa  sortunun  xloro-
plastlarında RNT-nin miqdarı 42%, DNT-nin miqdarı isə 58% 
artmışdır.  Duzluluq  stresinin  təsirindən  isə  xloroplast  RNT-
lərində 35%, xloroplast DNT-lərində isə 21% artım müşahidə 
edilmişdir. Lakin hər iki stresin təsirindən mitoxondrial RNT-
nin miqdarında azalmalar baş vermişdir.  
 
 
42
58
-13
-11
-20
-10
0
10
20
30
40
50
60
N
əz
ar
ət
ə 
gör
ə 
%
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
     
 
Şəkil  4.10.  Quraqlıq  və  duzluluq  streslərinin  təsirindən  Arpa 
32  sortunun  hüceyrə  orqanoidlərində  nuklein 
turşuları miqdarında baş verən dəyişmələr 
 
Quraqlıq  stresi  təsirindən  bu  azalma  13%,  duzluluq  stresi 
təsirindən  isə 6%-ə  bərabər  olmuşdur. Quraqlıq  stresi  mitoxond-
rilərdə  də  xeyli  azalmaya  səbəb  olmuş  (-11),  lakin  duzluluğun 
təsirindən  mitoxondri  DNT-də  nəzərə  çarpacaq  artım  qeyd  edil-
mişdir (30%). 
RNT/DNT  nisbətindən  alınmış  nəticələr  də  maraq  doğurur. 
Belə ki, bu nisbət quraqlıq variantında aşağı, duzluluq variantında 
isə nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur ki, bu da duzluluq 
stresinin  xloroplastlarda  və  qismən  də  mitoxondrilərdə  gen  eks-
presiyasına müsbət yöndə təsir etməsini göstərir.  


 208 
Son  illər  xloroplast  və  mitoxondrilərin  DNT  və  RNT-də 
molekulyar dəyişkənliklərin öyrənilməsinə həsr olunmuş təd-
qiqat  işlərinin  həcmi  xeyli  artmışdır  [43,  106].  Bu  məlumat-
lardan belə bir nəticəyə  gəlmək olar  ki, növ  və ya sort diver-
gensiyası yalnız nüvə genlərinin dəyişilməsi ilə deyil, həm də 
xloroplast  və  mitoxondrilərin genetik sistemlərində baş  verən 
dəyişmələrlə  şərtlənir. Qeyd edək  ki, belə dəyişmələr bir hal-
da  əsasən  xloroplast  genlərində,  digər  halda  isə  mitoxondri 
genlərində özünü  göstərir. Bu hüceyrə  strukturlarının  genetik 
materiallarında baş verən dəyişiklik dolayısı yolla olsa da, öy-
rənilən  sortların  enerji  dəyərini  qiymətləndirməyə  əsas  verir. 
Əlamətlərin  inkişafına  müxtəlif  xarakterli  faktorların  təsirini 
tədqiq edərkən genetik balans hipotezi meydana çıxır. Onların 
bəziləri  əlaməti  gücləndirdiyi  halda,  digərləri  onu  əks  tərəfə 
yönəldir.  Belə  məqamlarda  bu  və  ya  digər  əlamətin  dərəcəsi 
genetik balansın nəticəsi kimi qəbul edilir. 
Mitoxondri  və  xloroplastlarda  nuklein  turşuları  miqdarı-
nın  və  onalrın  funksional  aktivliyinin  dəyişilməsi  göstərir  ki, 
stres  amillərə  uyğunlaşma  hüceyrənin  energetik  orqanoidlə-
rində baş verən proseslərlə də əhəmiyyətli dərəcədə əlaqədar-
dır.  Davamsız  sortlar  DNT  və  RNT  miqdarının  azalması  və 
hüceyrənin  zəif  morfoloji  aktivliyi  ilə  xarakterizə  olunur. 
Energetik  metabolizmin  gücü,  onun  potensial  imkanları,  bio-
sintetik  proseslərinin  efektliyini,  orqanizmin  ətraf  mühitin 
dəyişilən  şəraitinə  uyğunlaşmasını  əhəmiyyətli  dərəcədə 
şərtləndirir [53, 62].   
Əldə  edilən təcrübi nəticələr aşağıdakı  şəkildə  şərh  edilə 
bilər:  stres  amillərin  təsirindən  hüceyrə  nüvəsində  elə  bir 
şərait yaranır ki, DNT-nin ümumi və lokal sintezinin aktivliyi 
dəyişilir,  bu  da  öz  növbəsində  bəzi  təkrarlanan  nukleotid 
ardıcıllıqları  fraksiyalarında  ayrı-ayrı  struktur  genlərin  doza-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə