27
aralıq sahib qismində şirin su ilbizlərinin, əlavə sahib qismində isə
amfibilərin, rezervuar sahib qismində isə amfibilərin, reptililərin, quşların
və məməlilərin iştirakı ilə başa çatır. Sestod faunanın formalaşmasında
Diphillobothriidae fəsiləsinin nümayəndəsi S.erinacei-europei növünün
inkişafı aralıq sahib qismində siklop xərçənglərinin, əlavə sahib qismində
ilanların, qurbağaların, fakültativ sahib qismində boz dovşanın, siçanların,
rezervuar sahib qismində isə balıqların, quyruqsuz suda-quruda
yaşayanların, ilanların, kərtənkələlərin, quşların və məməlilərin iştirakı ilə
başa çatır. Dipilidiidae və Taeniidae fəsiləsindən T.crassiceps,
T.majcrosystus, T.pisiformis, H.krepkogorski növlərinin inkişaf dövriyyəsi
gəmiricilərin və dovşankimilərin iştirakı ilə başa çatır. T.hydatigena, T.ovis,
M.multiceps, E.granulosus və
A.multilocularis növlərinin inkişaf
dövriyyəsinin başa çatmasında əhli və vəhşi dırnaqlı heyvanlar, dəvə və s.
və insan da iştirak edir. Mesocestoidae fəsiləsinin nümayəndələrinin inkişaf
dövriyyəsi aralıq sahib qismində oribatid gənələrinin, əlavə sahib qismində
isə siçanabənzər gəmiricilərin, quşların, sürünənlərin iştirakı ilə başa çatır.
Yırtıcı məməlilərdə qeyd olunan 1 növ akantosefal – M.catulinus
növünün inkişaf dövriyyəsi aralıq sahib qismində qarabədən böcəklərin,
rezervuar sahib qismində isə həşəratyeyənlərin, gəmiricilərin və bəzi yırtıcı
məməlilərin iştirakı ilə başa çatır. Nematodlardan Capillaridae fəsiləsindən
olan bəzi növlərin (Th.aerophilus) inkişaf dövriyyəsinin başa çatmasında
soxulcanlar, bəzilərində (T.spiralis) yırtıcılar, gəmiricilər, həşəratyeyənlər,
donuz, insan və s. iştirak edirlər. Crenosomatidae və Filaroidae fəsilələrinə
daxil olan növlərin inkişaf dövriyyəsi quru ilbizlərin, Ascarididae fəsiləsinə
daxil olan növlərin inkişaf dövriyyəsi isə aralıq sahibin iştirakı olmadan
başa çatır. Spiruridae, Physalopteridae və Rictularidae fəsilələrinə daxil
olan növlərin inkişaf dövriyyəsi aralıq sahib qismində buğumayaqlıların,
əsasən də sərtqanadlıların iştirakı ilə başa çatır. Ancaq Spiruridae
fəsiləsindən
S.lupi
növünün inkişafında aralıq sahib qismində
sərtqanadlılarla yanaşı həm də rezervuar sahiblər – suda-quruda yaşayanlar,
sürünənlər və məməlilər də iştirak edirlər. Yırtıcı məməlilərdə qeyd olunan
geohelmintlərlə yoluxma qidalanma sahələrində baş verir. Belə ki, ətraf
mühitə yırtıcı məməlilər tərəfindən səpələnmiş və invazion mərhələyə
çatmış helmint yumurtalar yemlə birlikdə udulduqda yoluxma baş verir.
Cütdırnaqlılar dəstəsi – Artiodactila
Dəstəyə daxil olan 10 fəsilədən Azərbaycan faunasında 3 fəsilənin:
donuzkimilərin, maralların və boşbuynuzluların nümayəndələri yayılmışdır.
Donuzkimilər
hərşeyyeyən,
marallar
və
boşbuynuzlular
isə
28
bitkiyeyənlərdir. Helmintoloji tədqiqat zamanı vəhşi cütdırnaqlılarda 14
fəsiləyə, 19 cinsə daxil olan 35 növ helmint aşkar edilmişdir. Helmint
faunanın tərkibi 3 növ trematoddan, 2 növ sestoddan, 1 növ akantosefaldan
və 29 növ də nematoddan ibarətdir. Qeyd olunan trematodlardan
Fasciolidae, Brachilaemidae və Dicrosoeliidae fəsilələrinin hər biri 1 növlə,
sestodlardan Anoplocephalidae 2 növlə, Taenidae və akantosefallardan
Oligacanthorhynchidae fəsilələrinin hər biri 1 növlə təmsil olunmuşlar.
Cütdırnaqlıların helmint faunasının tərkibində növ, cins və fəsilələrinin
sayına görə nematodlar üstünlük təşkil edir. Qeyd olunan nematodlardan
Strongyloididae, Physalopteridae, Thelaziidae və Gongyloematidae
fəsilələrinin hər biri 1 növlə, Trichocepralidae və Capillariidae fəsilələrinin
hər biri 1 növlə, Metastrongilidae fəsiləsi 7 növlə və Trichocephalidae
fəsiləsi isə 15 növlə təmsil olunmuşlar. Trematodlardan Fasciolidae
fəsiləsinin nümayəndəsinin inkişaf dövriyyəsi Limnea cinsindən olan şirin
su ilbizlərinin, Dicrosoeliidae fəsiləsinin nümayəndəsinin inkişaf
dövriyyəsi quru ilbizləri və Formica cinsindən olan qarışqa növlərinin və
Brachilaemida fəsiləsinin nümayəndəsinin inkişaf dövriyyəsi isə quru
ilbizlərinin, dovşankimilərin və sərçələrin iştirakı ilə başa çatır.
Sestodlardan Anoplocephalidae fəsiləsinə daxil olan M.exparsa və
M.benedeni növlərinin inkişaf dövriyyəsi oribatid gənələrinin iştirakı ilə,
Taenidae fəsiləsinin nümayəndəsi E.granulosus növünün inkişaf dövriyyəsi
isə yetkin mərhələdə yırtıcıların, xüsusilə canavarların, sürfə mərhələsi isə
əhli və vəhşi dırnaqlı heyvanların, dəvələrin, dovşanların və insanın iştirakı
ilə başa çatır. Akantosefallardan Oligacanthorhynchidae fəsiləsinə daxil
olan M.hyrudinaceus növünün inkişaf dövriyyəsi böcəklərin iştirakı ilə
başa çatır. Qeyd olunan nematodlardan Metastrongylidae fəsiləsinin
Metastrongylus cinsinin nümayəndələrinin inkişaf dövriyyəsi yağış
qurdlarının,
Physalopteridae,
Thelaziidae
və
Gongylonematidae
fəsilələrinin inkişaf dövriyyəsi isə aralıq sahib qismində böcəklərin,
rezervuar sahib qismində isə suda-quruda yaşayanların, sürünənlərin,
quşların, vəhşi məməlilərin və insanın iştirakı ilə başa çatır.
Cütdırnaqlılarda qeyd olunan 29 növ nematoddan 23 növü geohelmintdir
və onların inkişaf dövriyyəsi ətraf mühitlə sahib orqanizmlər arasında
gedir. Belə ki, ətraf mühitə səpələnmiş və invazion mərhələyə çatmış
nematod yumurtaları qidalanma sahələrində yemlə birlikdə udulur və
yoluxma baş verir.
Çöl donuzunda 16 növ helmint aşkar edilmişdir. Helmint faunanın
tərkibi 11 növ biohelmintdən, 5 növ də geohelmintdən ibarətdir. Ancaq