33
temperaturunu 20-25ºC-dən 30-35ºC-yə və torpagın nəmliyini 60-65% -
dən 90-95%-ə gədər yüksəltdikdə Trichocephalus ovis yumurtalarının
embrional inkişafı qara torpaqlarda 35-42 gündən 23-21 günə, boz–qəhvəyi
torpaqlarda 48-60 gündən 27-25 günə və boz-qonur torpaglarda isə 55-73
gündən 35-30 günə qədər sürətlənir. Bütün tip torpaqlarda intensiv günəş
şüası, quraqlıq və yüksək temperatur 3 gün ərzində Trichocephalus ovis
yumurtalarını tamamilə qurudur və məhv edir.
9. Müəyyən edilmişdir ki, Kiçik Qafqazın düzənlik zonasında inkişaf edən
quru-çöl landşaftında 85 növ, dağətəyi zonasında inkişaf edən alçaqdağlığın
çöl landşaftında 62 növ, dağlıq zonasında inkişaf edən enliyarpaqlı meşələr
və meşədən sonrakı çəmən-kolluq landşaftında 77 növ, Böyük Qafqazın
düzənlik zonasında inkişaf edən alçaqdağlığın çöl landşaftında 76 növ,
dağətəyi zonasında inkişaf edən ortadağlığın dağ kserofit (dağ bozqırları)
landşaftında 58 növ, dağlıq zonasında inkişaf edən enliyarpaqlı meşələr və
meşədən sonrakı çəmən-kolluq landşaftında 91 növ helmint qruplaşmışdır.
Abşeron yarımadasında inkişaf edən düzənliklərin və alçaqdağlıqların
yarımsəhra landşaftında 28 növ, Kür-Araz ovalığında inkişaf edən
alçaqdağlıqların quru-çöl və yarımsəhra landşaftında 96 növ və Lənkəran
ovalığında inkişaf edən alçaqdağlıqların və düzənliklərin çəmən-meşə
landşaftında 55 növ helmint qruplaşmışdır.
10. Azərbaycanda vəhşi məməli heyvanların helmint faunasının
formalaşması landşaft-ekoloji zonalarda mövcud olan biotik və abiotik
faktorların təsiri ilə yanaşı, həm də sanitariya, baytarlıq, təbiəti mühafizə,
idman-ovçuluğu və digər antropogen və sosial faktorların təsir
dərəcəsindən də asılıdır və helmint faunanın formalaşmasında bu amillər də
mühüm rol oynayır.
11. Vəhşi məməli heyvanlarda aşkar edilmiş 144 helmint növündən 81
növü ev heyvanları və insanların helmintləri ilə ümumilik təşkil edir. Bu
növlərdən 26 növün epidemioloji və epizootoloji, 55 növün isə ev
heyvanları üçün epizootoloji rolu vardır. Məlum olmuşdur ki,
biosenozlarda helmintoz törədicilərinin ötürülməsində bir halda vəhşi, digər
halda ev heyvanları rol oynayır.
12. Tədqiqat zamanı Azərbaycanda T.hydatigena növünün yayılmasında
eyni gücə malik iki ocaqlılıq aşkar edilmişdir. Bu invaziya törədicisi təbii
ocaqlılıqda vəhşi yırtıcılarla (itkimilər, pişikkimilər) vəhşi cütdırnaqlılar,
sinantrop ocaqlılıqda isə əhli yırtıcılarla (it, pişik) əhli cütdırnaqlılar (ev
donuzu, xırdabuynuzlu heyvanlar) arasında dövr edir. Hər iki ocaqlılıqda
invaziya törədicisinin yayılmasında gəmiricilər də iştirak edir. Təbii
34
oıaqlılûqla sinantrop ocaqlılıq arasında trofik əlaqə yarandıqda invaziya
mübadiləsi baş verir.
13.
Tədqiqat
nəticəsində
Azərbaycanda
T.pisiformis
növünün
yayılmasında iki ocaqlıq aşkar edilmişdir. Təbii ocaqlıqda bu növün
inkişafı yetkin mərhələdə bu növün daşıyıcıları və yayıcıları olan vəhşi
itkimilər və pişikkimilər, sürfə mərhələsinin daşıyıcıları və yayıcıları olan
boz dovşan və müxtəlif növ gəmiricilər arasında dövr edir və güclü təbii
ocaqlığı əmələ gətirir. Sinantrop ocaqlıqda isə yetkin mərhələnin
daşıyıcıları və yayıcıları olan itlər və pişiklər, sürfə mərhələsinin
daşıyıcıları və yayıcıları olan ada dovşanları və sinantrop ocaqda
məskunlaşmış gəmiricilər arasında dövr edir və zəif sinantrop ocaqlığı
əmələ gətirir. Təbii ocaqlıqla sinantrop ocaqlıq arasında əlaqə yarandıqda
invaziya mübadiləsi baş verir.
14. Müəyyən edilmişdir ki, Azərbaycanda Echinococcus granulosus
növünün inkişaf dövriyyəsi təbii ocaqlıqda yetkin mərhələnin daşıyıcıları
və yayıcıları olan vəhşi itkimilər (canavar, çaqqal, tülkü) və digər
yırtıcılarla sürfə mərhələsinin daşıyıcıları və yayıcıları olan vəhşi
cütdırnaqlılar (cüyür, çöl donuzu, boz dovşan və s.) arasında dövr edir və
zəif təbii ocaqlığı əmələ gətirir. Sinantrop ocaqlıqda isə bu növün inkişaf
dövriyyəsi yetkin mərhələsinin daşıyıcıları və yayıcıları olan itlərlə (səllimi
və çoban itləri) sürfə mərhələsinin daşıyıcıları və yayıcıları olan əhli
cütdırnaqlı heyvanlar (xüsusilə qoyunlarla) arasında dövr edir və güclü
sinantrop ocaqlığı əmələ gətirir. Təbii ocaqlılıqlarla sinantrop ocaqlılıq
arasında trofik əlaqə yarandıqda invaziya mübadiləsi baş verir.
PROFİLAKTİK MÜBARİZƏ TƏDBİRLƏRİ
Azərbaycanda vəhşi məməlilərin helmint faunasının bioekoloji
xüsusiyyətləri və formalaşması yolları mövzusunun öyrənilməsinin yekunu
olaraq aşağıdakı profilaktik tədbirlərin həyata keçirilməsini məqsədəuyğun
hesab edirik:
1. Azərbaycanda teniidoz törədicilərinin (Taenia hydatigena, Taenia
pisiformis, Taenia ovis, Multiceps multiceps, Echinococcus granulosus və.
s) geniş yayıldığını və sürfə mərhələsində insanlarda da tapıldığını nəzərə
alaraq onların yayılmasının qarşısını almaq və yayılma ocaqlarını ləğv
etmək məqsədilə 5 il müddətində axırıncı sahiblərin (çaqqal, canavar,
tülkü) sayı 2 dəfəyə qədər azaldılsın. Bu işlər Ekologiya və Təbii Sərvətlər