Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə67/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   64   65   66   67   68   69   70   71   72

şəkildə  bölüşdürülməsinə  nail  olmaq  üçün  layihə  ofisi  bir  neçə 
sahədə  səmərəli  fəaliyyət  göstərməlidir.  Məsələn,  o,  layihə-  dəki 
qrafikləri və cədvəlləri kamil şəkildə mənimsəməlidir. Daha dəqiq 
şəkildə desək, layihə menecerinin göstərdiyi xidmətlərə nə zaman 
ehtiyac duyulur? O, layihəyə nə qədər tez başlamalıdır? 
Layihə  ofisi  layihə  menecerlərinə  onlann  vaxtla  bağlı 
çoxsaylı  tələblərdən  yaxa  qurtarmasında  yardım  göstərmək  üçün 
müvafiq səriştəyə malik olmalıdır. Yaxşı layihə menecerləri kifayət 
qədər deyildirsə, onlara artıq yerinə yetirilməli olan bir çox layihələr 
üzrə  mentorluq  etmək,  yaxud  bu layihələrlə  bağlı  ani  treninqlərin 
keçirilməsini  təklif  etməklə  yardım  göstərmək  olar.  Bu 
mütəxəssislərin layihə idarəçiliyi üzrə tam icra qabiliyyətinə malik 
olması  üçün  digər  icraçılar  da  kənardan  bu  işə  qoşulmalı  və  əsas 
diqqət ümumi işin üzərinə yönəldilməlidir. 
Layihə menecerinin tələblərə cavab verməsi 
Menecerlər öz işlərini həyata keçirərkən təşkilatlarda həmişə 
müvafiq  qərarların  çıxarılması  ile  məşğul  olmalıdırlar.  Layihə 
ofisləri  layihə  menecerlərinin  işə  cəlb  edilməsi  üçün  göstərdikləri 
səylərdə  eyni  qərar  qəbul  etmə  prosesini  həyata  keçirməlidirlər. 
Cavab  verilməli  suallara  aşağıdakılar  daxildir:  Bizim  təşkilatımız 
layihə menecerlərinin inkişaf etməsinə cəhd göstərirmi? Biz lazımi 
səriştəyə  malik  olan  təcrübəli  layihə  menecerlərini  muzdla  işə 
götürmək istəyirikmi? Biz layihə menecerlərini kənar mənbələrdən 
əldə  etmək  istəyirikmi?  Layihə  rəhbərləri  layihə  menecerini 
seçərkən  onun  yalnız  ingilis  dili  bilmək  meyarını  qoymaqla 
tamamilə yanlış istiqamətdə hərəkət etmirmi? Bu layihələr uğurlu 
ola bilərmi? 
270 


Bütün  bu  yanaşma  üsullarmm  həm  müsbət,  həm  də  mənfi 
cəhətləri vardır. Layihə menecerlərini layihə ofisində hazırlamaqla 
təşkilat onun tələblərinə cavab verən, layihə idarəçiliyi vərdişlərini 
inkişaf etdirən mütəxəssislər qrupunu yaradır. Digər tərəfdən layihə 
ofisində  hazırlanan  layihə  menecerlərinin  yetişməsi  üçün  onlann 
kamil və dəyərli, habelə təcrübəli menecerlər olması üçün bir neçə il 
tələb edilir. 
Təşkilat təcrübəli layihə menecerlərini muzdla işə götürərək 
tez bir zamanda ixtisaslı mütəxəssislərlə təmin  edilə bilər. Onlann 
malik olduğu təcrübə ilkin vaxtlarda təşkilatın spesifik kontekstinə 
tam şəkildə  müvafiq  olmaya da bilər. Bundan  başqa, təşkilat  daha 
yaxşı  keyfiyyətlərə  malik  şəxslərin  işə  götürülməsini  arzulayırsa, 
onlara ən yüksək əmək haq- lan təklif etməlidir. 
Layihə ofisi layihə menecerlərinin «evinə» çevrilərsə, layihə 
menecerlərinin  iş  qabiliyyətini  müvafiq  qaydada  qiymətləndirmək 
mümkündür. Kiçik layihə ofisində bu vəzifəni ofis direktoru həyata 
keçirir.  Daha  böyük  ofislərdə  bir  çox  funksional  sahələrə  görə 
məsuliyyət  daşıyan  direktor  müavinləri  qiymətləndirmə  üzrə 
vəzifələri həyata keçirməlidirlər. 
Layihə  menecerlərinin  iş  qabiliyyətinin  müəyyənləşdi- 
rilməsində  əsas  çətinlik  layihə  ofisindəki  qiymətləndirən  şəxsin 
layihə  menecerini  sahədə  iş  zamanı  görə  bilmək  imkanına  malik 
olmamasıdır.  İş  qabiliyyətinin  qiymətləndirilməsi  daha  geniş 
şəkildə, sifarişçilərdən tutmuş layihə menecerini təyin edən şəxslərə 
qədər əlaqəli olmalıdır. Belə bir əks əlaqə vacibdirsə, etiraf edilir ki
sifarişçilər  layihə  menecerlərinin  bacanqlannı  müəyyənləşdirmək 
üçün heç də yaxşı mövqeyə 
271 


malik  deyildirlər.  Məsələn,  onlar  layihə  komandasının  iş 
qabiliyyətində texniki icra xüsusiyyətlərini müəyyənləşdirmək üçün 
tələb edilən texniki vərdişlərə malİk olmaya bilərlər. 
Layihə menecerlərinin təchizatı 
Mühəndislik  bacanqlan,  düzgün  müqayisəetmə  hissinin 
olması,  yenidən  təşkiletmə,  funksional  həll  üsullan,  müştərilərə 
diqqətin  yönəldilməsi,  ani  reaksiya  və  işçiyə  səlahiyyətlərin 
verilməsi - bütün bunlar layihələri necə idarə etməyimizə öz təsirini 
göstərir.  Bu  xüsusiyyətlər  birlikdə  elə  bir  mühit  yaradır  ki,  bu, 
müasir  dövrdə  biznes  sahəsində  yaranan  mürəkkəb  problemlərin 
öhdəsindən  gəlmək  üçün  layihələrin  idarə  edilməsinə  stimul 
yaradır. Bu gün biz bir çox məsələlərin aşkar edilməsi qabiliyyətinə 
malik  olan  layihə  menecerlərinə  böyük  tələbat  duyuruq.  Eyni 
zamanda  biz  həmin  tələbatm  ödənilməsi  üçün  yaxşı  layihə 
menecerlərinin  sayının  qeyri-  qənaətbəxş  olduğu  vəziyyətlə  də 
rastlaşınq. 
Təşkilatlar 
yüksək  ixtisas  səviyyəsinə  və  digər 
xüsusiyyətlərə  malik  layihə  menecerlərini  əldə  etmək  istəyirsə, 
onlar  həmin  menecerlərin  inkişişafına  təkan  verəcək  mühiti 
yaratmalıdırlar.  Bu  vəzifənin  yerinə  yetirilməsində  layihə  ofisləri 
əsas  rol  oynayır.  Onlar  xüsusi  olaraq  dörd  məsələyə  diqqət 
yetirməlidirlər: 

 
Layihə menecerlərinə öz bilik və bacarıqlanm artırmaqda 
kömək etmək; 

 
Layihə menecerlərinin karyerasının inkişafı üçün 
müvafiq təlimatlann təklif edilməsi

 
Layihə menecerləri üçün müvafiq şəraitin yaradılması; 

 
Stimullaşdırıcı paketlərin təklif edilməsi. 
272 


Layihə menecerlərinin ixtisasartırılması 
Layihə menecerləri üçün bilik və bacanqlar üzrə irəli sürülən 
tələblər  müxtəlif  ola  bilər.  Onlardan  işlədikləri  spesifik  sahədə 
yüksək ixtisas dərəcəsinə malik olmaq tələb edilə bilər, bu sahələrə 
misal  olaraq  məlumat  bazasının  yaradılması,  telekommunikasiya, 
təhsil  sitseminin  təkmilləşdirilməsi  və  ya  elektrik  stansiyasının 
tikintisini  göstərmək  olar.  Onlar  büdcənin  formalaşdıniması, 
qrafıklərin 
qurulması 
və 
insan, 
material 
ehtiyatlannm 
bölüşdürülməsi  sahəsində  səriştəyə  malik  olmalıdırlar.  Bundan 
başqa,  layihə  menecerləri  riskin  idarə  edilməsi,  keyfiyyətin  idarə 
edilməsi,  müqavilə  menecmenti  və  ümumi  biznes  sahələri  üzrə 
müvafiq intuisiaya malik olmalıdırlar. 
Bəzi yüksək icra qabiliyyətinə malik olan təşkilatlar layihə 
menecerlərinə bilik və bacanqlanm daha da artırmaq üçün hər il iki 
və ya dörd həftəlik təkmilləşdirmə müddəti ayırır. Bu treninqlərin 
müəyyən  hissəsinin  təşkilatın  məhsul  və  xidmətlərinin 
mahiyyətinin nədən ibarət olmasına yönəldiyi halda onlann bir çoxu 
diqqəti  əsas  layihə  idarəçiliyi  və  maliyyə  təhlillərindən  tutmuş 
internet savadının əldə edilməsinə qədər yeni bilik və bacarıqların 
inkişaf  etdirilməsinə  yönəldir.  Güclü  layihə  menecerləri  qrupunu 
inkişaf  etdirmək  istəyən  təşkilatlar  təhsil  və  təkmilləşdirmə 
məqsədləri üçün müvafiq mənbələrə malik olmalıdır. 
Layihə menecerinin karyerası 
Layihələrin  idarə  edilməsi  artıq  ixtisas  statusunu 
qazanmışdır.  Hal  hazırda  layihə  menecerlərinin  hazırlanması  ilə 
bağlı  Layihələrin  İdarə  Edilməsi  Azərbaycan  Assosiasiyası 
(AzPMA) məsələni öz üzərinə götürmüş və uğurla həyata keçirir. 
AzPMA müəyyənləşdirmişdir ki, en faydalı layihə mütə- 
273 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə