20
edir, lakin nəsturilər bu seçimi rədd edir, və beləliklə də,
nestorian və katolik kilsələrinin uniyası baĢ tutmur.
ORTA ƏSR AZƏRBAYCAN HÖKMDARLARININ
ROMA PAPALARI ĠLƏ YAZIġMALARI
Vatikan Məxfi Arxivlərində Roma papalarının orta əsr
Azərbaycan hökmdarları ilə yazıĢmalarını əks etdirən
sənədlər
(məktublar)
mühafizə
olunur.
Məktublar
Azərbaycan (türk), fars, latın, italyan, monqol, ərəb və baĢqa
dillərdədir. Sənədlərin tam siyahısı əlavə olunur (Bax: Əlavə
I).
Bu sənədlərdə istifadə olunan ―Persia‖ (Azərbaycan
dilinə ―Ġran‖ kimi tərcümə olunmuĢdur) sözü haqqında onu
demək olar ki, qədim yunan dövründən baĢlayaraq,
avropalılar müasir Ġranın və Azərbaycanın müəyyən
ərazilərini "Persia" adlandırsalar da, bu sözü daha çox milli
anlayıĢ kimi deyil, sadəcə yer adı, coğrafi termin kimi istifadə
ediblər. Əslində isə avropalıların "Persia" adlandırdıqları
ərazi XI əsrdən XX əsrə qədər türk, o cümlədən Azərbaycan
türk sülalələri - Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular,
Səfəvilər, ƏfĢarlar, Qacarlar tərəfindən idarə olunurdu. Bu o
demək deyil ki, bütün bu dövlət və sülalələrin Ġran tarixinə
aidiyyatı yoxdur. Ümumiyyətlə, iki qonĢu dövlət olan
Azərbaycan və Ġranın tarixi və mədəniyyəti bir-birinə sıx
bağlıdır. Ona görə də mədəniyyətimizdə, ədəbiyyatımızda və
siyasi tariximizdə müĢtərək Ģəxslər, əsərlər və abidələr
çoxdur. Bu gün "Ġran Ġslam Respublikası" və "Azərbaycan
Respublikası" adlandırdığımız ərazilər, keçmiĢdə müxtəlif, o
cümlədən türk və azərbaycanlı türk sülalələri tərəfindən
21
qurulmuĢ və idarə edilmiĢ feodal dövlətlərin tərkib hissələri
idi.
Azərbaycan və Vatikan arasında münasibətlərin
kökləri uzaq keçmiĢə bağlıdır və bu əlaqələrin zəngin tarixi
var. Orta əsrlər zamanı Azərbaycanı idarə edən sülalələrin
nümayəndələri Vatikan, Genuya, Venesiya və Ġtaliyada
yerləĢən digər Ģəhər və ölkələrlə güclü siyasi və iqtisadi
əlaqələr yaratmıĢlar
5
.
Roma papaları Abağa xan (1234-1282), Arqun Xan
(1258 - 1291) kimi Elxani hökmdarlarının (1256-1335), eləcə
də Uzun Həsən Ağqoyunlunun (1423-1478) və Səfəvilərin
(1501-1736) saraylarına dönə-dönə öz diplomatlarını və
missionerlərini göndərmiĢ və onlarla osmanlılara qarĢı ittifaq
qurmuĢlar.
Nümunə üçün bəzi sənədlərin adlarının Azərbaycan
dilinə tərcüməsini veririk:
1) Elxani hökmdarının Papaya göndərdiyi monqol
dilində məktub; Papanın səfir göndərdiyi yepiskopa Abağa
xanın verdiyi buraxılıĢ fərmanı.
2) Arqun xanın V Nikkoloya göndərdiyi məktub (1290
il).
3) PadĢah Həsənin VIII Bonifasiyə göndərdiyi məktub
(1302 il).
4) Güyük xanın Roma Papası IV Ġnnokentiyə türk,
fars və ərəb dillərində göndərdiyi məktub (3-11 noyabr 1246
il).
5
Ягуб Махмудов. Взаимоотношения государств Агкоюнлу
и Сефевидов с европейскими странами" (вторая половина XV - на-
чало XVII в.в.). Баку, 1991.
22
5) Ġran (orijinalda “Persia” – F.Ə.) hökmdarından
bir neçə sual (1555 il), V Piyin Ġran padĢahı Təhmasibə
cavabı (16 noyabr 1571)
6) VIII Klementin Ġran padĢahı I Abbasa məktubu (30
sentyabr 1592)
7) VIII Klementin Ġspaniya kralı III Filippə Ġran
hökmdarının yaxınlarda göndəriləcək missiya haqqında
məktub (4 sentyabr 1600 il),
8) VIII Klementin Ġran Ģahı I Abbasa (24 fevral 1601);
Ġranın Səfəvi hökmdarının xanımına göndərilmiĢ məktub (24
fevral 1601 il)
9) Ġran Ģahı I Abbasa (2 may 1601) göndərilən
məktublar, və s.
Мəsələn, Roma papası V Pavel tərəfindən 1605-ci ilin
iyulun 20-də I ġah Abbasa göndərilən məktubda Papa
Romada Səfəvilərin elçisi Hüseynqulu bəyin öldürülməsinə
görə ondan üzr istəyib. Məktubda V Pavel qeyd edir ki, bu
qətlin qarĢısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr
istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirir ki,
Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi
sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcək.
Papa özündən əvvəlki papaların siyasi xəttini davam
etdirəcəyini də deyib və Səfəvi dövlətinə 3 səfir
göndərildiyini vurğulayıb. Bunlar karmelit təriqətinə qulluq
edən Pavel Simon, Ġoan TadeuĢ və Zimsend idi. Həmin
Ģəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin
edilmiĢ və Vatikan taxt-tacını təmsil etmək hüququ
qazanmıĢdılar (Arm. XLV, 1. ff. 52-53: Paolo V al re di
Persia Abbas I (20 luglio 1605).
Bəzi sənədlərin adları belə onların məzmunu haqqında
23
təsəvvür yaradır: ―Ġrana Bizim Ağamız V Pavel tərəfindən iki
rahib ata ilə birliktə bu ölkəni [xristianlığa] döndərmək üçün
göndərilmiĢ
Ayaqyalın
Karmelitlər
ordeninin
nümayəndəsindən bu ölkə məsələləri ilə bağlı qısa arayıĢ‖
(Fondo Confalonieri 22. f. 253-255).
Və yaxud: ―Ġranda və Hindistanda baĢ elçi Vinçentso
di San Françesko atanın Səfəvi Ģahı ilə birinci görüĢü
haqqında hesabatı‖ (1611 il) (Fondo Confalonieri 65. ff.
10-17).
BaĢqa maraqlı bir sənəddə isə Venesiya elçisinin orta
əsrlərdə Azərbaycanda cərəyan edən hadisələr haqqında
ətraflı məlumatı verilir: ―Cənab Vinçentso Alessandrinin
Ġranda müĢahidə etdiyi Ģeylər haqqında Əlahəzrət Hökmdara
(Venesiya Dojuna – F.Ə.) və Venesiya Sinyoriyasına (Ali
Dövlət ġurasına – F.Ə.) hesabatı, 1574 il‖ (Misc., Arm. II, 74.
ff. 227-237).
Bu sənədlərin arasında o dövrdə Azərbaycanı idarə
edən hökmdarların birbaĢa etirafları da vardır. Məsələn: ―ġah
Əlahəzrətləri Sofinin (yəni, Səfəvinin – F.Ə.) öz dövlətinin
keyfiyyət və kəmiyyət göstəriciləri, eləcə də 1553 ildə baĢ
vermiĢ müharibə və bir çox baĢqa Ģeylər haqqında
danıĢdıqları‖, 1555 il.‖ (Misc., Arm. II, 94, ff. 95-196).
Bütün bu sənədlərin araĢdırılması nəticə etibarı ilə
Azərbaycan tarixinə yeni faktların əlavə olunmasına gətirib
çıxara bilər.Tədqiqat zamanı aĢkar olunmuĢ sənədlərin tam
siyahısı əlavə olunur (bax: Əlavə I).
Dostları ilə paylaş: |