____________________Azərbaycan Milli Kitabxanası___________________
298
müəllim var. Bəlkə o müəllim həmin nəsildəndir. Bu bizim üçün çox maraqlı
və mühüm bir məsələdir.
Bunu aydınlaşdırmaq istəyirik. Bu söhbət əsnasında Axundzadə müəllim də
gəlib çıxdı.
Zabit ona müraciətlə dedi ki: "Bu şurəvilər deyir ki, sən bunların
Axundzadəsinin qohumusan. Bu doğrudurmu?"
Müəllim özünü itirdi.
Biz müəllimə dedik ki, yəqin ki, sizin böyük ədib Mirzə Fətəli Axundov
haqqında az-çox məlumatınız var. O bu kənddə illər keçirmişdir. Əgər bu
kənddə Axundzadə familiyalı adam varsa, şübhəsiz həmin nəsillə əlaqədar
olmalıdır.
Zabit gözlərini Axundzadə müəlümin ağzına zilləmişdi. Onun cavabını
gözləyirdi.
Müəllim dedi ki, əibəttə, Mirzə Fətəli haqqında məlumatım var. Lakin biz o
nəsildən deyilik.
Bizi heyrət bürüdü. Zabitin hədəli baxışları altında müəllim Axundzadə öz
tərcümeyi-halilə bizi tanış etmədi.
Bizimlə gələn artistlər mahnılarla çıxış etdilər. Mən bir neçə şeir oxudum.
Məktəb həyətindən və damlardan yağan alqışların sədası kənddən uzaqlara
qədər yayılırdı. Axşam Təbrizə qayıtdıq. Öyrəndik ki, Təbriz qubernatoru
mənim Xamnədə polis zabiti ilə olan münaqişəmdən xəbərdardır. Bu haqda
bizim sovet nümayəndələrinə xəbər vermişdir.
Təbrizdə böyük canlanma vardı. Ürəkləri milli hiss, milli qürurla dolu
adamlar İrandakı vəziyyələ artıq dözə bilmirdilər. Təbriz ziyalıları
tribunalardan atəşin vətənpərvər nitqlər söyləyirdilər. Qəzet səhifələri bu
hisslərlə doluydu. Təbrizdəki sovet konsulluğu qarşısında saysız adam olurdu.
Bunların yarısı ərizə verib sovet vətəndaşı olmaq istəyirdi. Yarısı isə cəbhəyə,
faşizmə müharibədə iştirak etmək üçün can atırdi. Hətta bəziləri yalvarırdı ki,
bizə heç olmasa bir barmaq kağız verin ki, bizim bu barədə sizdə ərizəmiz var.
Məscidlərdən minbərə çixan rövzəxanlar ilk öncə sovet ordusunun qələbə
çalması və Stalin haqqında dualar edirdilər. Hətta Aşura günü zəncir vuranlar,
xəncərlə baş yaranlar Leninin, Stalinin adını çəkirdilər. Düşmənlərimizə
qarğışlar yağdırırdılar. Təbriz ziyalılarından Əli Birəng, professor Fəxri
Ədhəm, Hilal Nasiri, Mir Mehdi Etimad,
____________________Azərbaycan Milli Kitabxanası___________________
299
Məmməd Abbaslu, Əli Fitrət kimi dostlarımız həmişə bizim yanımızda
olurdular. Bizi evlərə qonaq dəvət edirdilər.
Bir dəfə bir qadın qabağımı kəsib dedi ki, "Ağa, biz varlı qonşulardan çox
əziyyətlər görmüşük. Bizi adam saymırdılar. İndi siz gələndən sonra dilləri
qarınlarına girib. Çox xahiş edirəm. Bizə qonaq gəlin, qoy sizi bizim evdə
görüb kor olsunlar. Bağırları çatlasın. Ərim dülgərdir. Söz verin ki,
gələcəksiniz". Bu görüş "Dülgərin arzusu" adlı şerinin yazılmasına səbəb oldu.
Bir gün də Yunis Hacıyevlə məni evinə məşhur azadigah Əli Birəng dəvət
etdi. Biz onun yanına getdik. Onun həyəti gozəl güllük, çiçəklikdi.
Bu ziyafətdə biz üçümüz idik. Başqa heç kəs yoxdu. Hərdən bir cavan
süfrəyə yemək verirdi.
Əli Birəng bizim üçün çox zəngin süfrə açmışdı. Əli Birəng deyirdi ki, sizin
Təbrizə gəlişinizlə bu ölkəyə ədalət, həqiqət, vicdan, namus gəlmişdir. Mən
ziyalıyam. Vaxtilə Rusiyada Lenini görmüşəm. Bir az gözüaçıq adamam. Bu
bədbəxt ölkədə haqsızlıq ərşə dayanmışdır. Sizdən niyə gizlədim. Mənim iki
kiçik kəndim vardı. Dolanışığım o kəndlərdəndi. Sizin ordu hələ İran torpağına
daxil olmamışdan qabaq kəndlərə getdim. Əhalini toplayıb kəndləri onların öz
ixtiyarlarına verdim. Siz bu həqiqəti yoxlaya bilərsiniz. Kəndlilər də bu
yaxşılığı unutmadılar. Hərdənbir mənə azuqə gətirib öz minnətdarlıqlarını
bildirirlər.
Əli Birəng yaşlı adamdı. Sifətdən qəşəng, boydan uca idi.
O bizə İrandakı azərilərin başına gələn fəlakətləri şərh edirdi. Əli Birəng
sovet adamlarına öz hörmətini, məhəbbətini bildirirdi.
Əli Birəng söhbətin axırında mənə xatirə olaraq qiymətli bir üzük bağışladı.
Mən üzüyü ona qaytardım. Onu başa saldıq ki, belə hədiyyə bizim üçün yaxşı
məna daşımaz. O öz səhvini başqa cür düzəltdi.
"Bəli, əlbəttə, şair üçün kitabdan gözəl hədiyyə ala bilməz" deyib mənə daş
çaplı iki kitab bağışladı. Bu kitablardan biri şair Sabirin qəzəllərindən ibarət
kitabdı.
Sonra o mənə Möcüzün şeirlərini verdi. Bu əlyazmaları mən Təbrizdə
Qulam Məmmədəliyə yetirdim.
Bu görüşümüzdən sonra Əli Birəng yığıncaqlarda çox ağıllı çıxışlar edirdi.
O bir gün Təbriz ziyalılarının iclasında təbrizlilər tərəfindən
____________________Azərbaycan Milli Kitabxanası___________________
300
Üzeyir Hacıbəyovun və Səməd Vurğunun Təbrizə qonaq çağırılmalarını
irəli sürdü.
Əli Birənglə tez-tez görüşürdük.
Mən Bakıya gələndən sonra ondan bir məktub aldım. Ağır xəstəliyindən
şikayətlənirdi.
Cənubi Azərbaycandan qayıtmağımızı vəfasızlıq adlandırırdı. Məktubun bir
yerində yazırdı ki, "Sizin getməyinizlə, namus, vicdan da buradan getdi".
* * *
Təbriz ziyalılarından professor Fəxri Ədhəm də maraqlı bir şəxsiyyətdi. Bu
alimin iki cilddən ibarət farsca-fransızca-azəricə lüğəti vardır.
Fəxri Ədhəm Cəlil Məmmədquluzadənin dostlarından idi. Çox mehriban bir
insandı.
O bir axşam bizi evinə qonaq apardı. Yunis Hacıyev, Mirzə İbrahimov və
bir neçə digər dostlarla onun evində gözəl saatlar keçirdik.
Əvvəlcədən demişdi sizə bir plov verəcəyəm ki, gərək barmaqlarınızı
sumura-sumura yeyəsiniz. Doğrudan süfrəyə düyüsü bir qədər sarımtıl plov
gəldi. Düyüdə bir qədər qara xala bənzər şeylər vardı. Heç birimiz bu plovun
düyüdən başqa nə ilə hazırlandığını bilmədik.
Fəxri Ədhəm bu sirri açıb dedi ki, bu yalnız mənim mətbəximdə hazırlanır,
buna "Paçaplov" deyərlər.
Doğrudan da bu çox ləziz bir plov idi.
Fəxri Ədhəm bizi öz kitabxanasiyla taniş etdi: Sonra bizə divardakı əksləri
göstərdi.
Bu əkslərin biri Cəlil Məmmədquluzadə ilə birlikdə alınmışdı. Cəlil
Məmmədquluzadə Təbrizdə olanda Fəxri Ədhəmgildə qalırmış.
Hələ Fəxri Ədhəmin zarafatlarını demirəm. O çox şirin-şirin bizə bəzi
həyati hadisələri nağıl kimi çox maraqlı danışırdı. Fəxri Ədhəmin ən qiymətli
hədiyyəsi başqa bir şey idi. Bu gecə onun evində Şərqin dahi müğənnisi
oturmuşdu. Bu Əbülhəsən xan İqbal idi.
Bu adamla bir az əvvəl rəsmi tanış olmuşduq. Onu yalnız səhnədə oxuyanda
görmüşdük. Bu Təbriz məkləblərinin birində olmuşdu. Bir gün Təbrizin
qabaqcıl ziyalılarıyla birlikdə dostluq görüşü keçirməyi qərara aldıq.
Dostları ilə paylaş: |