Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   55   56   57   58   59   60   61   62   ...   95

120 
 
və  müvafiq  olaraq  müqavilənin  hər  iştirakçısı  qoyduğu  kapitalın  payına  uyğun 
olaraq məsuliyyət daşıyırdı. 
Dördüncü,  heç  bir  kəndli  icması  öz  pay  torpağını  ləğv  edərək  Don 
vilayətindən  başqa  bir  quberniyaya  köçmək  hüququna  malik  olmadığı  halda 
almanların yaratdığı kolonist cəmiyyəti istənilən vaxt təsərrüfatını sataraq başqa bir 
quberniyaya köçə bilərdi
92

Hesabatda,  həmçinin  qeyd  olunurdu  ki,  alman  koloniyalarının  planlarının 
tərtibinə heç bir ehtiyac qalmamışdır, belə ki, onlar artıq çoxdan yerləşmişlər. 
Aşağıda  gətirdiyimiz  bəzi  faktlar  Donda  mövcud  olan  koloniyaların 
əksəriyyətinin müvəqqəti xarakter daşıdığını göstərir. Məsələn, 1877-ci ildə Miusk 
dairəsində  mövcud  olan  Felzenbax  koloniyasının  üzvləri  dövlətdən  500  rubl 
məbləğində  ssuda  almış  və  polis  orqanları  ssudanın  qaytarılmasını  tələb  etdikdə 
üzə  çıxmışdır  ki,  adı  çəkilən  koloniya  artıq  ləğv  edilmişdir
93
.  Yəni,  kolonistlər 
torpaqlarını satmış və öz köhnə yaşayış yerlərinə qayıtmışlar. Arxiv sənədlərindən 
görünür  ki,  Rusiyanın  başqa  regionlarından  fərqli  olaraq,  Donda  məskunlaşan 
almanların  çoxu  dəbdəbəli  evlər  tikməkdən  yayınır,  əsasən  az  xərc  tələb  edən, 
palçıqdan tikilmiş müvəqqəti evlərə üstünlük verirdilər
94

Təbii  ki,  kolonistlərin  öz  yaşayış  yerlərini  tərk  etməsi  halları  kütləvi 
xarakter  daşımırdı,  bu  cür  hadisələrə  tək-tək  rast  gəlinirdi.  3  №-li  cədvəldən 
göründüyü  kimi,  1876-cı  ildən  1916-cı  ilə  qədər,  yəni  40  il  ərzində  Don  Hərbi 
Dairəsində  almanların  sayı  sürətlə  artmışdı  və  bu  bir  daha  sübut  edir  ki,  alman 
əhalisi Donda daimi məskunlaşmağa daha çox üstünlük verirdi. 
Alman  koloniyalarının  planlarının  tərtibinə  gəldikdə  isə  torpaq  paylayan 
komitənin  bu  işdən  imtina  etməsindən  sonra  bu  vəzifə  kəndli  işləri  üzrə  vilayət 
idarəsinə  həvalə  edildi.  Rəsmi  hökumət  dairələrinin  alman  koloniyalarının 
planlarına  marağı  heç  də  koloniyaların  daha  optimal  yerləşdirilməsi  və  onların 
daha da abadlaşdırılması istəklərindən irəli gəlmirdi. 
Planlara olan diqqət azad, müstəqil alman icmalarının fəaliyyətindən doğan 
narahatçılığın  nəticəsi  idi.  Məlumdur  ki,  1890-cı  illərdə  «alman  məsələsinin» 
müzakirəsi məişət səviyyəsindən ali dövlət səviyyəsinə qaldırılmışdı. Bu nöqteyi-
nəzərdən  Don  kimi  hərbi-strateji  ərazidə  onlarla  əcnəbi  koloniyaların  nəzarətdən 
kənarda  qalması  yolverilməz  idi.  Don Hərbi Dairəsində  mövcud olan koloniyalar 
üzərində  nəzarəti  gücləndirmək  istiqamətində  rəsmi  dövlət  orqanları  tərəfindən 
müxtəlif  təkliflər  irəli  sürülürdü.  Məsələn,  Rostov  dairə  rəisinin  məruzəsində 
alman  koloniyalarında  «müstəqil  kənd  idarəetmə  sisteminin»  və  yaxud 
koloniyalarda  kənd  starostası  vəzifəsinin  təşkil  edilməsi  təklif  olunurdu.  Dairə 
rəisinin fikrincə, bu vəzifəyə seçilən şəxs rəsmi dairələr tərəfindən təsdiqlənməlidir 
ki,  o,  xidməti  vəzifəsinə  görə  özünün  yuxarı  instansiyalardan  asılılığını  dərk 
etsin
95
.  Beləliklə,    Don  vilayət  kəndli  idarəsi  koloniyaların  azad  kəndlərə 
çevrilməsi istiqamətində fəaliyyətini gücləndirdi. Koloniyalara kənd idarələrinə aid 
atributlar,  müxtəlif  nişanlar  kənd  starostası  üçün  möhürlər,  qeydiyyat  kitabları  və 


121 
 
sair  əşyalar  göndərdilər.  Rəsmi  dairələrin  koloniyaların  ləğvinə  yönələn  bu 
addımları  almanlar  tərəfindən  narazılıqla  qarşılandı  və  vilayət  kəndli  idarəsinə 
kolonistlər  tərəfindən,  çoxsaylı  şikayətnamələr  göndərildi.  Alman  kolonistlərində 
narazılıq yaradan əsas səbəb koloniyalarda kənd icmalarının təşkil edilməsi idi. Bu 
halda koloniya  üzvlərindən öz köhnə  yaşayış yerlərini həmişəlik tərk etmək, yeni 
kənd icmasında qeydiyyata düşmək tələb olunurdu. Bütün bunlar kolonistlər üçün 
müxtəlif problemlər yaradırdı. Məsələn, Mariupol qəzasının Qrunaus nahiyəsindən 
gələrək  Taqanroq  dairəsinin  Pisarevka  kəndində  məskunlaşan  kolonistlər  yuxarı 
instansiyalara  yazdıqları  xahişnamədə  yeni  yaşayış  yerində  azad  kəndli 
cəmiyyətinin  yaradılmasının  mümkünsüzlüyündən  danışırdılar.  Xahişnamədən  bu 
mümkünsüzlüyün  səbəbi  aydın  olur.  Belə  ki,  kolonistlərin  Qrunaus  nahiyəsindən 
qeydiyyatdan  çıxmaları  mütləq  şərt  sayılırdı.  Bunun  üçün  kolonistlər  əvvəlcə 
Qrunaus  kolonist  cəmiyyətinin  ictimai  kapitalından,  rezerv  ərzaq  dükanlarından, 
ümumi  torpaq  mülkiyyətindən  və  müxtəlif  ictimai  binalardan  onlara  düşən  payı 
almalı idilər
96

Görürük  ki,  yeni  yaşayış  yerində  kolonistlərin  qeydiyyata  alınması  və 
onların  vilayət  kəndli  idarəsinə  tabe  etdirilməsinin  çox  mürəkkəb  mexanizmi  var 
idi.  Bu  məsələnin  həlli  bir  neçə  on  illiyə  başa  gələ  bilərdi.  Hüquqi  nöqteyi-
nəzərdən  Don  Hərbi  Dairəsinin  hökumət  orqanlarının  kolonistlərə  qarşı  iddiaları 
qeyri-qanuni xarakter daşıyırdı. Əvvəla, nəzərə alaq ki, kolonistlər müxtəlif silklərə 
aid idilər. Onların arasında kəndlilərdən savayı meşşanlara, əcnəbi vətəndaşlara və 
keçmiş əsgərlərə rast gəlinirdi. İkinci bir tərəfdən kolonistlər xüsusi mülkiyyətçilər 
kateqoriyasına  aid  idilər  və  onların  könüllü  razılığı  olmadan  koloniyalarda  kənd 
idarəetmə sisteminin təşkili həyata keçirilə bilməzdi. Kolonistlərin rəsmi dairələrə 
göndərdikləri  bütün  şikayətlər  nəticəsiz  qaldı  və  yalnız  Ali  Senatın  1898-ci  il 
tarixdə  qəbul  etdiyi  qərarla  kənd  idarəetmə  sisteminin  yaradılması  məsələsi 
gündəmdən çıxarıldı
97
. Ali Senatın qərarında qeyd olunurdu ki, «04 iyun 1871-ci il 
qanununa  əsasən,  kəndlilər  kənd  icmasının  azad  üzvləri  kimi  öz  doğma 
koloniyalarındakı  həyətyanı  sahələrdən  məhrum  olmamaq  şərti  ilə  qeydiyyatdan 
kənar  istənilən  yerdə  yaşamaq  və  daşınmaz  əmlak  əldə  etmək  hüququna 
malikdirlər»
98

Yuxarıda  adı  çəkilən  qərarda  vurğulanırdı  ki,  kolonistlər  yeni  yaşayış 
yerlərinə köhnə koloniyalarından azad olduqdan sonra təhkim edilə bilərlər və bu 
proses  yalnız  kolonistlərin  şəxsi  istəyi  ilə  həyata  keçirilə  bilər.  Bütün  bunlarla 
yanaşı,  qərarda  Don  ərazisində,  şəxsi  mülkiyyət  torpaqlarında  məskunlaşan 
kolonistlərin  vəzifələri  göstərilir,  yeni  yaşayış  yerində  ümumi  və  kənd  polis 
orqanlarına sözsüz tabe olmaq tövsiyə edilirdi. 
Beləliklə, görürük ki, Don Hərbi Dairəsində alman koloniyalarının yaranma 
prosesi XIX əsrin 70-ci illərindən başlasa da, onların hüquqi statusu yalnız 1898-ci 
ildə  təyin  edildi  —  bu  vaxta  qədər  Donun  müxtəlif  dairələrində  yerli  hakimiyyət 
orqanları  kolonistlərlə  fərqli  münasibətlərdə  olmuşlar.  1888-ci  ilə  aid  arxiv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə