Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
  1   2   3   4   5   6   7   8   9   ...   95



 
AZƏRBAYCAN  MĠLLĠ  ELMLƏR  AKADEMĠYASI 
A.A.BAKIXANOV ADINA TARĠX  ĠNSTĠTUTU 
 
 
 
 
 
 
 
ĠKRAM AĞASĠYEV 
 
 
 
 
 
 
 
XVIII ƏSRĠN SONU — 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ 
ALMANLARIN QAFQAZDA 
MƏSKUNLAġMASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2009 
 



 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  AA.Bakıxanov  adına  Tarix  İnstitutu 
Elmi Şurasının 05 iyun 2009-cu il tarixli qərarı ilə çap edilir (pr. № 04). 
 
 
 
 
Elmi redaktor:             Ġ.S.Bağırova, 
                                    tarix elmləri doktoru 
Rəyçilər:                     H.Y.Verdiyeva, 
                                    tarix elmləri doktoru 
                                    S.Ġ.Əliyeva, 
                                    tarix elmləri namizədi 
 
 
 
Ġkram Ağasiyev  
A 29 XVIII əsrin sonu — XX əsrin əvvəllərində almanların Qafqazda 
məskunlaşması, Bakı, «Təhsil», 2009, 304 səh. 
 
 
Monoqrafiyada XVIII əsrin sonlarından Qafqazda məskunlaşmağa başlamış 
alman əhalisinin sosial-iqtisadi, siyasi, mədəni və dini həyatının aktual məsələləri 
işıqlandırılır. 
Müəllif geniş arxiv materialları və sair yazılı mənbələr əsasında XVIII əsrin 
sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Şimali və Cənubi Qafqazda mövcud 
olmuş  250-yə  yaxın  alman  koloniyasının  fəaliyyət  xüsusiyyətlərini  göstərmiş, 
regionun inkişafında onların roluna obyektiv qiymət vermişdir. 
Üç  fəsildən  ibarət  olan  tədqiqat  işi  mütəxəssislər,  aspirantlar,  magistrlar, 
tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
M   4306020600     2009 
            053 
 
 
 
«Təhsil», 2009 
 
 



 
GĠRĠġ 
 
Müasir  xalqlararası,  dövlətlərarası  münasibətlər  insan  nəslinin  kütləvi 
şəkildə məhv edildiyi İki Dünya müharibəsi ilə yanaşı, etnik, dini münaqişələrin də 
dünyanın  ictimai-siyasi  həyatında  oynadığı  mənfur  rola  dair  acı  təcrübə  ilə 
zəngindir. 
Milli-etnik zəmində yaranan münaqişələrin müasir dünya qaydası üçün necə 
böyük təhlükə törətdiyini keçmiş SSRİ və digər sosialist respublikalarının yaşadığı 
tale  əyani  şəkildə  sübut  edir.  Müasir  dövrdə  dünyada  mövcud  olan  əsas  etnik 
münaqişələrin  əksəriyyəti  Qafqaz  regionunun  payına  düşür.  Etnik  xəritəsinə  görə 
dünyanın  ən  spesifik  regionlarından  biri  olan  Qafqazda  onlarla  xalqın,  etnik 
qrupların, müxtəlif konfliktfessiyaların nümayəndələri yüzillərlə yan-yana yaşamış, 
əməkdaşlıq  etmişlər.  SSRİ  kimi  nəhəng  bir  dövlət  dağıldıqdan  sonra  dünyanın 
etnoqrafik  muzeyi  sayılan  Qafqaz  təəssüflər  olsun  ki,  etnik  və  dini  münaqişələr 
meydanına çevrilmişdir. Bölgədə mövcud olan ekstremist qüvvələr Qafqaz xalqları 
arasında  düşmənçilik  toxumu  səpir,  öz  xalqları  haqqında  uydurulmuş  müsbət 
avtostereotipin  formalaşması  istiqamətində  geniş  təbliğat  və  təşviqat  fəaliyyəti 
göstərirlər  ki,  bu  da  regionda  etnik  və  konfessional  qarşıdurmanın  daha  da 
güclənməsinə  gətirib  çıxara  bilər.  Qloballaşma  dövründə  bu  problem  Qafqaz 
hüdudlarından  kənara çıxaraq, təkcə bölgə dövlətləri üçün  deyil, dünyanın aparıcı 
dövlətləri,  onların  Qafqazda  işbirliyi  yaratmaq  siyasəti  üçün  müəyyən  narahatlıq 
yaradır.  Məhz  buna  görə  də  Qafqazın  etnik  tarixinin  öyrənilməsinə  kompleks 
yanaşılmalı,  sivilizasiyaya  böyük  fəlakətlər  gətirən  etnik,  dini  münaqişələrin 
yaranma  səbəbləri,  kökləri,  inkişaf  dinamikası,  habelə  bu  münaqişələrdən  çıxma 
yolları  elmi  cəhətdən  ciddi  təhlil  edilməli,  əldə  olunmuş  nəticələr  əsasında  etnik 
münaqişələrin həllinə dair konkret təkliflər verilməlidir. 
Bu  baxımdan  XVIII  əsrin  sonlarından  başlayaraq  Qafqaza  köçürülmüş 
alman  əhalisinin  yeni  etnik,  konfessional,  siyasi,  iqtisadi  şəraitə  uyğunlaşması, 
onun  Qafqazın  yerli  əhalisi  və  bu  regiona  miqrant  kimi  gəlmiş  başqa  etnoslarla 
qarşılıqlı münasibətləri məsələləri böyük maraq doğurur. 
Qafqazda  yaşamış  alman  əhalisinin  tarixinin  öyrənilməsinin  aktuallığını 
artıran  başqa  bir  amil  bugünkü  qloballaşan  dünyada  Qərb-Şərq  qarşıdurmasının 
yaranma təhlükəsidir. Avropa mədəniyyətində Şərqin Qərbə qarşı qoyulmasının iki 
min  ildən  artıq  tarixi  var.  Müxtəlif  amillərin  təsiri  ilə  Qərb  və  Şərq  xalqları 
arasında, dünyanın bu iki hissəsi haqqında müxtəlif obrazlar formalaşmışdır: Şərq 
aləmi Qərb dünyasını mənəvi dəyərlərdən uzaq, özünəməxsusluğunu itirmiş, yalnız 
maddi  rifah  marağı  ilə  yaşayan  bir  toplum  kimi  təsəvvür  edirdisə,  Qərb  Şərqə 
«Özgə mədəniyyətin, adət və ənənələrin, psixologiyanın daşıyıcısı kimi baxmışdır. 
Avropa  ictimai  şüurunda  Şərq  dünyasına  münasibət,  bəzən  «sivil»,  yüksək 
mədəniyyətli  dünyanın  «barbar»  dünyasına  münasibəti  formasını  almışdı  və 
təəssüflər  olsun  ki,  bu  cür  stereotiplər  bu  gün  də  qalmaqdadır.  Qərb-Şərq 



 
qarşıdurmasının yaranması onun gələcəkdə daha təhlükəli qarşıdurmaya — dünya 
dinlərinin  əsasında  formalaşan  sivilizasiyalararası  qarşıdurmanın  meydana 
gəlməsinə  zəmin  yarada  bilər.  Bu  nöqteyi-nəzərdən  müasir  dövrdə  bəşər 
sivilizasiyalarının  zaman  və  məkanda  əlaqəliliyinin  bərpasına,  müxtəlif 
konfessiyalara  aid  xalqlar  arasında  qarşılıqlı  inamın  yaranmasına,  qarşılıqlı 
anlaşmaya, birliyə, razılığa xidmət edən, Qərb və Şərq mədəniyyətlərini birləşdirən 
ümumi cəhətlərin üzə çıxarılmasına və təbliğ edilməsinə böyük ehtiyac var. Qərblə 
Şərqin qovşağında yerləşən Qafqazın etnik tarixi və ilk növbədə Avropanın xristian 
xalqlarının,  o  cümlədən  almanların  bu  regionda  məskunlaşması,  təsərrüfat  həyatı 
qurması,  yerli  xalqlarla  sosial-iqtisadi,  mədəni  inteqrasiya  məsələlərinin 
öyrənilməsi bu məqsədə çatmaqda əhəmiyyətli rol oynaya bilər. 
Qafqaz  almanlarının  tarixinin  öyrənilməsi  region  dövlətləri  və  ilk  növbədə 
Azərbaycan  üçün  vacib  olan  bir  sıra  məsələlərə  aydınlıq  gətirilməsinə  köməklik 
edə  bilər.  Belə  ki,  çarizmin  XVIII  əsrin  II  yarısından  başlayaraq  apardığı 
məskunlaşdırma  siyasətinin  əsas  obyektlərindən  biri  də  Qafqaz  regionu  idi.  Bu 
siyasət  Qafqazdan  türksoylu  və  digər  müsəlman  xalqların  sıxışdırılmasına,  bu 
bölgənin xristianlaşdırılmasına, onun daha  çox  Avropa  mədəniyyətinə  —  xristian 
dininə  aid  xalqlarla  məskunlaşdırılmasına  xidmət  edirdi.  Bu  mənfur  siyasətin 
həyata  keçirilməsində  çar  hökumətinin  əlində  alətə  çevrilən  alman  əhalisinin 
tarixinin  tədqiqi  Rusiyanın  Qafqaz  siyasətinin  əsas  məzmununu,  istiqamətlərini 
aydınlaşdırmağa  imkan  verər,  müasir  dövrdə  Azərbaycan  cəmiyyəti  üçün  aktual 
olan  bəzi  məsələlərin  və  ilk  növbədə  Qafqazda  slavyan,  erməni  elementlərinin 
sayının  artması,  türk  mənşəli,  islam  dininə  aid  xalqların  öz  tarixi  torpaqlarından 
sıxışdırılması faktlarının bir daha sübut olunmasında yardımçı ola bilər. 
XII  əsrdən  başlayan  almanların  kütləvi  miqrasiyası  tarixdə  baş  verən  ən 
möhtəşəm,  dünyanın  siyasi  xəritəsinə,  onun  etnik,  konfessional  tərkibinə  önəmli 
təsir  etmiş  ən  güclü  əhali  miqrasiyalarından  biri  olmuşdur.  XX  əsrin  ortalarına 
qədər,  yəni  səkkiz  əsrə  yaxın  davam  etmiş  bu  proses  geniş  coğrafi  areala  malik 
olmuş,  Şimali  və  Cənubi  Amerikanı,  Afrikanı,  Ön  Asiyanı,  Şərqi  Avropadan 
tutmuş  Uzaq  Şərqə  qədər,  yəni  ingilis  politoloqu  C.Makinderin  «yerin  ürəyi» 
adlandırdığı  böyük  bir  Avrasiya  məkanını  əhatə  etmişdir.  Göründüyü  kimi, 
almanların  məskunlaşması  müxtəlif  istiqamətlərdə  getmiş,  müxtəlif  dövrlərdə, 
müxtəlif regionlarda bu prosesin xarakteri, məqsədləri, məzmunu, sosial və siyasi 
bazası eyni olmamışdır. Əhalinin bu qlobal yerdəyişməsi prosesində 10 mln. yaxın 
alman əhalisi iştirak etmişdir. 
Almanların  məskunlaşmasının  əsas  və  ilk  istiqaməti  Şərq  istiqaməti 
olmuşdur  ki,  800  il  ərzində  alman  əhalisi  Mərkəzi  Avropadan  başlayaraq  geniş 
Avrasiya  məkanına  —  Baltikyanı  dövlətlərin,  indiki  Polşa,  Macarıstan,  Çexiya, 
Slovakiya,  Bolqarıstan,  Türkiyə,  Avstriya,  Rumıniya  və  keçmiş  SSRİ  ərazilərinə 
yayılmağa başlamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə