Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   2   3   4   5   6   7   8   9   ...   95

13 
 
idarəetmə,  məhkəmə  sistemində  azadlıqlar  vermiş,  sosial-iqtisadi  sahədə  bir  sıra 
imtiyazlar bağışlamışdı.
2
 Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman 
sənətkarlarının,  inşaatçılarının,  tacirlərinin  fəal  şəkildə  Qərbi  Ukraynada 
məskunlaşması ilə nəticələndi. 
Knyaz  Vladimir  Vasilkoviçin  dəfn  mərasimini  təsvir  edən  Qaliç-Volın 
salnaməsinin  müəllifi  yazırdı:  «Onun  tabutu  üstündə  bütün  vladimirlilər  -  kişilər, 
qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar.
3
 
Qaliç-Volın  knyaz  sülaləsinin  davamçıları  knyazlar  Yuri,  Andrey  və  Lev 
Tevton ordeni ilə yaxın münasibətlərdə idilər. Monqol-tatar təhlükəsindən müdafiə 
məsələsində  ümumi  maraqlar  və  Baltik  dənizi  vasitəsilə  aparılan  ticarət  əlaqələri 
tərəflər  arasındakı  dostluq  münasibətlərinin  əsasını  təşkil  edirdi.  Knyaz  Yurinin 
hakimiyyəti illərində almanların sayı xeyli artdı və Qərbi Ukraynanın şəhərlərinin 
siyasi  həyatında  onların  nüfuzu  getdikcə  güclənirdi  ki,  bu  da  knyaza  qarşı  xalq 
üsyanının səbəblərindən biri olmuşdu. Xalq kütlələrinin  fikrincə,  «knyaz şəhərləri 
çexlərlə və almanlarla dolduraraq onların hüquqlarını və dini etiqadlarını dəyişmək 
istəyirdi»
4
  XIV  əsrin  40-cı  illərində  Vladimir-Volın,  Lutsk,  Lvov,  Ostriq  və  sair 
şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə 
nəticələndi.  Daxili  çəkişmələr  nəticəsində  zəifləyən  Qaliç-Volın  knyazlığı  XIV 
əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal 
olundu.  Yerdə  qalan  ərazilər  Böyük  Litva  knyazlığının  tərkibinə  qatıldı.  Həm 
Polşa,  həm  də  Litva  dövlətləri  alman  torpaqları  ilə  sıx  ticarət  əlaqələrinin 
qurulmasında  maraqlı  idilər.  Polşa  kralı  III  Kazimir  (1333-1370)  1349-cu  ildə 
qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının 
daha  da  genişləndirilməsinə  yönələn  fərman  imzaladı.
5
  ABŞ  tarixçisi  Orest 
Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində 
«almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi».
6
 
XIV-XV  əsrlərdə  Maqdeburq  şəhər  hüququnun  Polşa  və  qərbi-rus  şəhərlərində 
qəbul  edilməsi  bu  ərazilərə  alman  millətindən  olan  çoxsaylı  ticarət  adamlarının, 
sənətkarların  köçməsinə  səbəb  oldu.  Qərbi-rus  şəhərləri  —  Syanokda,  Lutskda, 
Koveldə,  Vladimir-Volında,  Torçində,  Striydə,  Lvovda  və  sair  şəhərlərdə  alman 
sənətkarlarının,  tacirlərinin  məhəllələri  meydana  gəlmişdi.  Onlar  german  və  rus 
torpaqları arasındakı ticarət əlaqələrində vasitəçi rolunu yerinə yetirirdilər. 
XVI  əsrin  ortalarında  qərbi-rus  torpaqlarında  əcnəbilərin  ilk  əkinçi 
koloniyaları  meydana  gəldi:  1563-cü  ildə,  tarixi  ədəbiyyatda  «holendrlar»  adı  ilə 
tanınan  əhali  Brest  şəhərindən  cənubda,  Buq  çayı  sahilində  Noydorf  və  Noybrau 
koloniyalarının  əsasını  qoydular.
7
  Tarixi  mənbələrdə  «holendrlar»ın  etnik 
mənsubiyyəti barədə müxtəlif fərziyyələr söylənilmişdir və onların etnik cəhətdən 
almanlara və yaxud hollandlara məxsusluğu məsələsi alman koloniyalarının tarixi 
ilə  məşğul  olan  tədqiqatçılar  arasında  mübahisə  obyektinə  çevrilmişdir.  Məsələn, 
Polşa  tədqiqatçısı  S.Sixotska-Petrajeska  hesab  etmişdir  ki,  Brest  ətrafında 
məskunlaşan  «holendrlar»  etnik  hollandlardır.  Onun  fikrincə,  «XV  əsrdə  Cənubi 


14 
 
Niderlanddan Polşaya köçən hollandlar burada koloniyalar yaratmış və yerli Polşa 
əhalisi  əcnəbi  kolonistləri  «holendrlar»  adlandırmışdır  ki,  bu  da  «hollandlar» 
sözündən əmələ gəlmişdir»
8

S.Sixotska-Petrajeska  holland  koloniyalarında  «sonralar  almanların  və 
polyakların  da  məskunlaşdığını,  onların  tədricən  polyaklaşdığını  vurğulayır». 
Alman  tarixçisi  V.Kuhnun  fikrincə,  «holendrlar»  adı  simvolik  xarakter  daşıyır, 
belə  ki,  orta  əsr  Polşasında  çoxsaylı  holland  koloniyaları  əhatəsində  adda-budda 
yerləşən  alman  koloniyalarının  sakinləri  də  belə  adlana  bilərdi.  «Holendrların» 
alman  etnosuna  mənsubluğuna  sübut  kimi,  V.Kuhn  belə  faktlar  gətirir  ki, 
«hollandlar»  «dini  etiqadına  görə  Lüteran  kilsəsinə  aid  olmuş  və  qədim  qot 
yazısından  istifadə  etmişlər».

Qeyd  edək  ki,  holendrların  etnik  mənsubiyyəti 
məsələsi o qədər də prinsipial xarakter daşımır, belə ki, Qərbi-rus torpaqlarında bir 
neçə  koloniya  yaratmış  bu  etnik  qrup  sonrakı  əsrlərdə  alman  kolonistləri  ilə 
qaynayıb  qarışaraq  «almanlaşmışlar».  Ümumi  götürdükdə,  orta  əsrlərdə  alman 
əhalisinin  Şərqi  Avropada  məskunlaşması  prosesi  böyük  miqyasa  malik 
olmamışdır. 
XVI-XVII  əsrlərdə  Şərqi  Avropada  alman  mühacirlərinin  ən  çox  maraq 
göstərdikləri  dövlətlər  Reç  Pospolita  və  Moskoviya  idi.  Bu  dövrdə  Rusiyada 
məskunlaşan  almanların  əksəriyyətini  Livoniya  müharibəsində  (1558—1583)  əsir 
düşmüş hərbçilər, həmçinin rus çarları—IV İvan və Aleksey Mixayloviç tərəfindən 
dəvət  olunmuş  müxtəlif  peşə  sahibləri  —  geoloqlar,  hərbi  mühəndislər, 
heykəltəraşlar,  həkimlər  və  sair  kateqoriyadan  olan  elm,  mədəniyyət  xadimləri 
təşkil  edirdilər.  1643-cü  ildə  təkcə  Moskvada  artıq  400  alman  ailəsi  yaşayırdı  və 
onlar  kompakt  şəkildə  xüsusi  bir  məhəllədə  məskunlaşaraq  Alman  Slabodasını 
yaratmışdılar.
10
 
Qeyd  edək  ki,  almanların  daha  intensiv  məskunlaşdıqları  dövlətlərdən  biri 
Reç Pospolita idi. 1569-cu ildə Polşa ilə Litvanın birləşməsindən yaranan bu dövlət 
Baltik dənizi ilə Qara dəniz arasındakı geniş şərqi slavyan torpaqlarını öz tərkibinə 
qatmışdı. 
XVII  əsrin  II  yarısında—XVIII  əsrin  əvvəllərində  Reç  Pospolita  ağır 
iqtisadi və siyasi böhran dövrünü yaşayırdı. İqtisadiyyatın əsasını təşkil edən kənd 
təsərrüfatının  böhrandan  çıxarılması  üçün  yerli  feodallar  iki  metoddan  istifadə 
edirdilər:  1)  «çinş»  sisteminin  tətbiqi;  2)  folvarkın,  yəni  «mülkədarın  əkin 
sahəsi»nin genişləndirilməsi. Böyük Polşada (tarixi Polşa əraziləri—İ.A.) iri torpaq 
sahibləri  öz  təsərrüfatlarında  çinşeviklərin  əməyindən  istifadə  etməyə  başladılar. 
«Çinş»  sözü  tərcümədə  «mükəlləfiyyət»  mənasını  verir  və  göründüyü  kimi, 
çinşeviklər feodal torpağında məskunlaşır, onu əkib becərir, əvəzində feodala renta 
ödəyirdilər.  Böyük  Polşada  çinşeviklərin  əksəriyyətini  alman  kolonistləri  təşkil 
edirdilər. 
Folvarkların genişləndirilməsi mövcud kəndli təsərrüfatlarının zəbt edilməsi 
hesabına  aparılırdı  və  bu  hal  daha  çox  Polşa  tarixşünaslığında  «Kiçik  Polşa» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə