Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   2   3   4   5   6   7   8   9   ...   95


 
tarixinə  dair  çox  maraqlı  və  vacib  materiallar  dərc  olunmuşdur.  Almanaxın 
müxtəlif  nömrələrində  çap  olunan  K.Stumppun,  M.Xaberlinin,  İ.Şnurrun, 
J.Hummelin,  J.Schleiningin  məqalələrində  Qafqaz  almanlarının  sosial-iqtisadi, 
siyasi həyatına dair qiymətli məlumatlar verilir
16

Almaniyalı tarixçi Eva-Mariya Aux Cənubi Qafqaz almanlarının tarixinə bir 
neçə məqalə həsr etmişdir
17
. Müəllif almanların Cənubi Qafqazdakı həyatının bəzi 
məsələlərinə  toxunaraq,  təhrifedici  mülahizələr  irəli  sürmüşdür  və  baxdığımız 
problemin tədqiqatı zamanı Y.M.Auxun əsərlərinə tənqidi yanaşılmış, onun alman 
kolonistlərinin  tarixi  haqqında  qeyri-elmi  mülahizələrinə  əks-arqumentlər 
qoyulmuşdur. 
Qafqazda  almanların  məskunlaşması  probleminin  tarixşünaslığına  nəzər 
saldıqdan  sonra  belə  nəticəyə  gələ  bilərik  ki,  Qafqaz  regionunda  mövcud  olmuş 
alman  koloniyalarının  tarixinin  bəzi  məsələləri  tədqiq  olunmuş  və  bu  baxımdan 
Azərbaycanda məskunlaşmış almanların tarixinin öyrənilməsində daha çox fəallıq 
nəzərə  çarpır.  Qafqazın  yuxarıda  adı  çəkilən  regionlarında  yaşamış  almanların 
tarixinin araşdırılmasına böyük ehtiyac duyulur. 
Baxdığımız  problemin  araşdırılma  səviyyəsindən  irəli  gələrək  tədqiqat 
işinin  əsas  məqsədi  ayırd  edilmişdir  ki,  bura  Qafqaz  almanlarının 
məskunlaşmasının əsas mərhələlərinin təyin olunması və əsaslandırılması, onların 
təsərrüfat-iqtisadi  fəaliyyətinin  regional  xüsusiyyətlərinin  ayırd  edilməsi,  Qafqaz 
koloniyalarının  konfessional  mənsubiyyəti  və  koloniyaların  fəaliyyətinə  dini 
amillərin  təsiri,  Rusiya-Almaniya  münasibətlərinin  Qafqaz  almanlarının  ictimai-
siyasi  həyatına  təsiri  və  sair  hələlik  lazımınca  tədqiq  olunmayan  məsələlərin 
işıqlandırılması daxildir. 
Qafqaz  almanlarının  tarixinin  tədqiq  olunmasını  mürəkkəbləşdirən 
amillərdən biri problem üzrə mənbələrin  müxtəlif dövlətlərin mərkəzi və regional 
arxivlərində  yerləşməsidir.  Müəllif  tədqiq  etdiyi  mövzu  üzrə  geniş  mənbələrdən 
istifadə etmişdir ki, onların böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil 
edilir. 
Əsərin  hazırlanması  zamanı  10  arxivdə  saxlanılan  materiallardan  istifadə 
olunmuşdur:  1)  Azərbaycan  Respublikasının  Dövlət  Tarix  arxivi  (Bakı);  2) 
Gürcüstan  Respublikasının  Dövlət  Tarix  arxivi  (Tiflis);  3)  Ukrayna  Dövlət 
Mərkəzi Tarix arxivi (Kiyev); 4) Jitomir Vilayət Dövlət arxivi (Jitomir, Ukrayna); 
5)  Rusiya  Dövlət  Qədim  Aktlar  arxivi  (Moskva);  6)  Rusiya  Dövlət  Tarix  arxivi   
(Sankt-Peterburq); 7) Krasnodar   Diyarı  Dövlət  arxivi   (Krasnodar, Rusiya); 8) 
Stavropol  Diyarı  Dövlət  arxivi  (Stavropol,  Rusiya);  9)  Rostov  Vilayət  Dövlət 
arxivi (Rostov, Rusiya); 10) Şimali Osetiya Respublikasının Mərkəzi Dövlət arxivi 
(Vladiqafqaz, Rusiya). 
Çap  olunmuş  mənbələr  sırasında  ən  əhəmiyyətlisi  çar  hökumətinin 
qanunverici  aktlarını  özündə  cəmləşdirən  «Rusiya  imperiyasının  tam  qanunlar 
toplusu»dur («Полное Собрание законов Российской империи»)
18



10 
 
Müəllif  «Tam  qanunlar  toplusu»nda  nəşr  edilən,  alman  kolonistlərinin 
sosial-iqtisadi, siyasi, mədəni həyatına birbaşa və dolayısı ilə aid olan qanunverici 
aktlardan  (manifestlər,  nizamnamələr,  Dövlət  Şurasının  qərarları,  reskriptlər, 
konvensiyalar və sair sənədlər) geniş istifadə etmişdir. 
Çap  olunmuş  mənbələrdən  Qafqaz  canişininin  arxivi  əsasında  hazırlanmış 
«Qafqaz arxeoqrafiya komissiyasının aktları»nın böyük əhəmiyyəti var
19

Xüsusi  mənbə  növü  kimi  statistik  məlumatlar  toplularından  da  tədqiqat 
zamanı  geniş  istifadə  olunmuşdur.
20 
Rusiya  imperiyasının  müxtəlif  regionlarına 
həsr olunmuş bu toplularda Qafqaz almanlarına aid materiallara da rast gəlinir və 
müəllif zərurət yarandıqda bu mənbələrdən də istifadə etmişdir. 
Çar  Rusiyası  zamanı  nəşr  edilən  qanunlar  toplusunun  başqa  bir  nümunəsi 
kimi  «Rusiya  imperiyasının  qanunlar  külliyatı»nı  («Свод  законов  Российской 
империи»)  göstərmək  olar.  1857-ci  ildə  nəşr  edilən  «Rusiya  imperiyasının 
qanunlar  külliyatı»  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  nəşrin  12-ci  cildinin  ikinci 
hissəsində  «İmperiyada  yaşayan  əcnəbi  koloniyalar  haqqında  Nizamnamə»  dərc 
edilib.
21 
Müxtəlif profilli alim və səyyahların əsərləri mənbələr sırasında xüsusi yer 
tutur.  Türk  tarixçisi,  səyyah  Övliya  Çələbinin  «Səyahətnamə»  əsərində  rus 
işğalından  və  almanların  kütləvi  məskunlaşmasından  əvvəlki  Qafqazın 
etnokonfessional,  sosial-iqtisadi  vəziyyəti  haqqında  əvəzolunmaz  məlumatlar  əks 
olunmuşdur
22

XIX əsrin I yarısı üçün akademik P.S.Pallasın, İ.Lepexinin, S.Q.Qmelinin, 
Klaprotun, Qüldenstedtin əsərləri çox dəyərlidir
23
. Bu alimlər Qafqazın coğrafiyası, 
əhalisi,  alman  koloniyalarının  həyatı  və  məişəti  haqqında  dəyərli  material 
toplamışlar. 
Vacib  və  az  tədqiq  olunmuş  mənbələrdən  biri  də  1897-ci  ildə  keçirilmiş 
Ümumrusiya  əhalisinin  birinci  siyahıyaalınmasının  nəticələridir
24
.  Bu  sənəddə 
Şimali və Cənubi Qafqazın quberniyaları, vilayətlərində yaşayan alman əhalisinin 
sosial-iqtisadi,  mənəvi  həyatı,  koloniyalarda  əhalinin  demoqrafik,  sosial  və 
professional vəziyyəti haqqında məlumatlar əldə etmək olar. 
XIX əsrin II yarısı — XX əsrin əvvəllərində Qafqaz alman koloniyalarının 
siyasi həyatı, kolonistlərə qarşı Almaniya və Rusiya hökumətlərinin apardığı siyasi 
kursun  məzmunu  haqqında  ən  dolğun  məlumatlar  Almaniyanın  xarici  siyasətinə, 
alman-rus  münasibətlərinə  dair  sənədlər  toplusunda  cəmləşmişdir  və  müəllif  bu 
qiymətli mənbələrdən geniş istifadə etmişdir
25

Rusiya  almanlarının  200  illik  tarixinə  dair  hüquqi-normativ  sənədlər 
V.A.Auman  və  V.Q.Çebotaryovanın  redaktorluğu  ilə  hazırlanmış  «Rusiya 
almanlarının  tarixi  sənədlərdə»  adlı  topluda  nəşr  edilmişdir
26
.  Bu  topluda  Qafqaz 
almanlarının  XIX  əsrin  II  yarısı  —  XX  əsrin  əvvəllərindəki  tarixinə  aid  qiymətli 
sənədlər  vardır.  Xüsusilə  almanların  I  Dünya  müharibəsi  illərində  ictimai-siyasi 
həyatına dair sənədlər çoxluq təşkil edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə