Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   2   3   4   5   6   7   8   9   ...   95


 
Alman  məskunlaşması  ilə  bağlı  Rusiyada  1917-ci  ilə  qədər  çap  olunmuş 
əsərlər  sırasında  Q.Q.Pisarevskinin,  Y.Ştaxın,  S.P.Şeluxinin,  K.E.Lindemanın 
əsərlərini, xüsusilə qeyd etmək lazımdır.
8
 
Yuxarıda  adlarını  çəkdiyimiz  əsərlərin  heç  biri  xüsusi  olaraq  Qafqaz 
almanlarının  tarixinə  həsr  olunmamışdır,  bu  əsərlərdə  Ümumrusiya  xarakterli 
proseslər  əks  olunmuşdur.  Lakin  bununla  yanaşı,  adı  çəkilən  bütün  bu  əsərlər 
Qafqazda  alman  məskunlaşmasının  regional  xüsusiyyətlərinin  ayırd  edilməsində 
mühüm rol oynaya bilərlər. 
1917-ci 
ilə  qədər  çap  olunan  əsərlərdə  almanların  Qafqazda 
məskunlaşmasının Rusiya imperiyası və Qafqaz tarixində yeri, rolu və əhəmiyyəti 
haqqında  söylənilən  fikirlər,  əksər  hallarda  rəsmi  dövlət  orqanlarının  nəzər-
nöqtəsini əks etdirdiyindən, onlara tənqidi yanaşmaq lazımdır. 
Sovet dövründə SSRİ-də yaşayan almanların tarixinin öyrənilməsinə qadağa 
qoyulmuşdu. Hakimiyyət orqanları hər vasitə ilə Qafqazda 150 ildən artıq yaşamış 
alman əhalisinin tarixini unutdurmağa çalışırdılar. Məhz bunun nəticəsidir ki, sovet 
tarixşünaslığında  Qafqaz  almanlarının  tarixinin  bütün  məsələlərini  kompleks 
şəkildə  əks  etdirən  heç  bir  fundamental  əsər  yazılmamışdır.  Baxdığımız  dövrdə 
Cənubi  Ukraynada,  Sibirdə,  Altayda,  həmçinin  Qafqazda  mövcud  olmuş  alman 
koloniyalarının  tarixinin  bəzi  məsələlərinə  bu  regionların  tarixinə  aid  ümumi 
əsərlərdə səthi şəkildə toxunulmuşdur
9

Qafqazda mövcud olmuş alman koloniyalarının tarixinə dair xüsusi tədqiqat 
işlərinin aparılması siyasi konyunkturanın sifarişləri ilə izah olunur. Məlumdur ki, 
sovet  dövründə  almanlara  «frist»,  «faşist»,  «şpion»  və  sair  kimi  damğalar 
vurulmuşdu  və  sovet  almanlarının  tarixinin  tədqiq  olunması  birbaşa  siyasi 
məqsədli  sifarişlərə  xidmət  edirdi.  1974-cü  ildə  işıq  üzü  görmüş 
Q.X.Mandjqaladzenin «Zaqafqaziyada alman kolonistləri (1817-1920-ci illər)» adlı 
əsəri  məhz  bu  qəbildəndir
10
.  Baxmayaraq  ki,  monoqrafiyada  Gürcüstan  və 
Azərbaycanda  yaranan koloniyaların  sosial-iqtisadi,  mədəni həyatına  dair maraqlı 
faktlara  rast  gəlinir,  «Soyuq  müharibə»nin  qızışdığı  bir  dövrdə  yazılmış  və  siyasi 
sifariş  xarakteri  daşıyan  bu  əsərdə  almanların  bütün  həyat  fəaliyyətinin 
panqermanizmin  planlarına  xidmət  etdiyi  vurğulanır,  almanlara  «casus», 
«diversant» damğası vurulur. 35 il bundan əvvəl yazılan bu əsərdə almanların tarixi 
təhrif olunmuş şəkildə əks etdirilir və bugünkü reallıq üçün qəbuledilməzdir. 
SSRİ  dağıldıqdan  sonra  postsovet  respublikalarında  almanların 
məskunlaşması probleminə tədqiqatçıların marağının artması müşahidə olunur. Bu 
baxımdan  Azərbaycanda  mövcud  olmuş  alman  koloniyalarının  tarixinin  tədqiq 
edilməsində  yerli  tədqiqatçılar  nisbətən  daha  çox  fəallıq  göstərmişlər.  Onların 
arasında 
Ç.Abdullayevin, 
B.Quliyevanın, 
Q.Cavadovun, 
E.Kərimovun, 
N.İbrahimovun,  K.Əliyevin,  M.Cəfərlinin,  M.Muradovun,  H.Verdiyevanın, 
T.Axundovanın, S.Zeynalovanın, T.Hümbətovanın əsərlərini qeyd etmək olar.
11
 



 
Gürcüstanda  yaranan  alman  koloniyalarının  tədqiq  edilməsində  müəyyən 
boşluqlar  mövcuddur.  Gürcüstan  tarixinin  sosial-iqtisadi,  siyasi  və  mədəni 
məsələlərinə  həsr  olunmuş  Q.V.Pipiyanın,  P.V.Ququşvilinin,  M.M.Diqvilavanın, 
N.Q.Volkovanın,  K.D.Antadzenin  və  Y.D.Ançabadzenin  əsərlərində  Gürcüstan 
almanlarının  tarixinə  də  ötəri  şəkildə  toxunulmuşdur.
12 
Adı  çəkilən  müəlliflərin 
əsərlərində  Gürcüstanda  yaranmış  alman  koloniyalarının  tarixinə  dair  fraqmentar 
faktlar  verilmişdir  ki,  onlarla  tanışlıq  tədqiqat  işinin  daha  da  dolğunluğuna 
yardımçı olmuşdur. 
Şimali Qafqaza gəldikdə, bu regionda mövcud olmuş alman kolonistlərinin 
də tarixi lazımınca tədqiq edilməmişdir. 
Bu  günə  qədər  Şimali  Qafqaz  almanları  haqqında  yazılan  ən  dəyərli  əsər 
T.N.Ploxotnyukun yazdığı «Российские немцы на Северном Кавказe» («Rusiya 
almanları Şimali Qafqazda») monoqrafiyasıdır
13
. Əsərdə, əsasən Şimali Qafqazda 
alman koloniyalarının yaranması prosesi, onların təsərrüfat və dini həyatının aktual 
məsələləri  əks  olunmuşdur.  Monoqrafiyada  Şimali  Qafqaz  almanlarının  siyasi  və 
mədəni  həyatı  lazımınca  işıqlandırılmamışdır.  Əsasən,  1917—1941-ci  illərin 
hadisələrini  əks  etdirən  bu  əsər  tədqiqat  zamanı  müqayisə  mənbəyi  rolunu 
oynamışdır. 
Son  illər  alman  kolonistlərinin  tarixinə  marağın  artması  müxtəlif  elmi 
konfransların  təşkilində  də  özünü  göstərir.  1995-2008-ci  illərdə  keçirilən  elmi-
konfranslarda  Şimali  Qafqaz  almanlarının  tarixinə  həsr  edilmiş  bəzi  məqalələr, 
çıxışlar  dərc  edilmişdir  ki,  onlardan  T.N.Ploxotnyukun,  İ.B.Serbakovun, 
A.Q.Tereşenkonun,  E.B.Çesnokun,  İ.İ.Alekseyenkonun,  L.K.Qostiyevanın, 
E.Y.Aqoyevanın,  Z.V.Kanukovanın,  S.İ.Akkiyevanın  məqalələrini  qeyd  etmək 
olar
14
.  Bu  kiçikhəcmli  məqalələrdə  Şimali  Qafqazın  ayrı-ayrı  regionlarında 
yaşayan almanların ictimai-siyasi həyatının bəzi məsələlərinə toxunulmuşdur. 
Rusiya  tarixçiləri  V.M.Kabuzan,  V.B.Vinoqradov,  M.M.Alekseyenko, 
V.S.Belozyorovun  Şimali  Qafqaza  həsr  olunmuş  ümumi  xarakterli  əsərlərində 
almanların da tarixinin bəzi məsələləri tədqiq olunmuşdur
15

Əfsuslar olsun ki, Şimali Qafqazın bütün regionlarında — Don ərazisində, 
Kubanda,  Kabarda-Balkariyada,  İnquşetiyada,  Çeçenistanda,  Şimali  Osetiyada, 
Dağıstanda mövcud olmuş alman koloniyalarının mürəkkəb, çoxtərəfli tarixi lazımi 
səviyyədə tədqiq edilməmiş və öz qiymətini almamışdır. 
Qafqaz  almanlarının  tarixinin  öyrənilməsində  Almaniya  tarixçiləri  də  öz 
töfhələrini vermişlər. Xarici tarixşünaslıqda Qafqaz almanları haqqında ilk əsərlər 
İkinci  Dünya  müharibəsindən  sonra  işıq  üzü  görmüşdür  və  bu  sarıdan  keçmiş 
Rusiya  almanlarının  Ştutqartda  yaratdığı  «Rusiya  almanlarının  həmyerlilər 
cəmiyyəti»  («Die  Landsmannschaft  der  Deutschen  aus  Rusland»)  böyük  rol 
oynamışdır.  Cəmiyyətin  mütəmadi  olaraq  nəşr  etdirdiyi  «Heimatbuch  der 
Deutschen  aus  Rusland»  («Rusiya  almanlarının  Vətən  kitabı»)  adlı  almanaxda 
Rusiyanın müxtəlif regionlarında, o cümlədən Qafqazda yaşamış alman əhalisinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə