Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   24   25   26   27   28   29   30   31   ...   95

57 
 
təsəvvür  etmək  üçün  xronoloji  cəhətdən  bu  sistemdə  baş  verən  dəyişikliklərin 
ümumi mənzərəsinə nəzər salmaq məqsədə uyğun olardı: 
—  1763-1775-ci  illər  koloniyalar  «Əcnəbilərə  Qəyyumluq  Dəftərxanası» 
tərəfindən idarə edilirdilər; 
—  1775-1781-ci  illər  -  «Əcnəbilərə  Qəyyumluq  Dəftərxanası»nı  yerlərdə 
yaradılan  qəyyumluq  kontorları  əvəz  etdi.  Rusiyada  iki  qəyyumluq  kontoru 
fəaliyyət göstərirdi: Saratov  və  Yekatirinoslav  (indiki  Dnepropetrovski,  Ukrayna) 
kontorları; 
—  1781—1797-ci  illərdə  əcnəbi  koloniyaların  idarəedilməsində 
desentralizasiya  baş  verdi  və  koloniyaların  idarəedilməsi  yerlərdə  fəaliyyət 
göstərən «evdarlıq direktorları»na tapşırıldı; 
—  1797—1802-ci  illərdə  əcnəbi  koloniyalar  Dövlət  təsərrüfatı,  əcnəbilərə 
qəyyumluq  və  kənd  evdarlığı  üzrə  Ekspedisiyaya  tabe  edildilər  (1800-cü  ildə  bu 
Ekspedisiyanın tərkibində Novorossiya kolonistlərinə  Xüsusi Qəyyumluq kontoru 
yaradılmışdı); 
— 1802-ci ildən Dövlət təsərrüfatı, əcnəbilərə qəyyumluq və kənd evdarlığı 
üzrə Ekspedisiya Rusiyanın Daxili İşlər
 
Nazirliyinə tabe etdirildi; 
—  1818-ci  ildən  əcnəbi  koloniyaların  idarəedilməsi  Qəyyumluq 
komitələrinə həvalə edildi və bu komitələr ayrı-ayrı kontorlara bölünürdülər. 
Qeyd  edək  ki,  imperiyada  mövcud  olan  bütün  əcnəbi  koloniyalar  Dövlət 
təsərrüfat Ekspedisiyasına, 1837-ci ildən isə Dövlət Əmlak Nazirliyinə tabe olsalar 
da,  yerli  idarəetmə  sistemlərində  nəzərəçarpacaq  dərəcədə  fərqlər  vardı  və  bu 
fərqlər  regional  xüsusiyyətlərdən  irəli  gəlirdi.  Məsələn,  cənub  regionların 
koloniyaları  «Cənub  diyarının  əcnəbi  koloniyalarına  Qəyyumluq  komitəsi» 
tərəfindən,  «Volqaboyu regionun  koloniyaları» isə Saratov əcnəbilərə  qəyyumluq 
kontoru  tərəfindən  idarə  olunurdular.  Şimali  Qafqazın  ayrı-ayrı  quberniyalarında 
yerləşən əcnəbi koloniyalar Dövlət Əmlak Palatasının öhdəsində idi. 
Gürcüstana,  ümumilikdə  Cənubi  Qafqaza  gəldikdə,  burada  mövcud  olan 
əcnəbi  koloniyaların  idarəedilməsi  sistemi  bir  sıra  regional  xüsusiyyətlərə  malik 
idi. 
Yarandığı  vaxtdan  1837-ci  ilə  qədər  Cənubi  Qafqazın  alman  koloniyaları 
Gürcüstan mülki qubernatorluğu nəzdində yaradılan Xüsusi kontor tərəfindən idarə 
olunmuşdur.  1837-ci  ildə  Dövlət  Əmlak  Gürcü-İmeretiya  Palatası  yaradıldıqdan 
sonra Xüsusi kontor onun tərkibinə qatıldı. 1849-cu ildə bütün Rusiya üzrə əcnəbi 
koloniyaların  idarəedilməsi  Dövlət  Əmlak  Ekspedisiyasına  həvalə  edildi.  Bu 
Ekspedisiyalardan  biri  də  Qafqaz  canişininin  Baş  idarəsi  nəzdində  yaradılmışdı. 
1859-cu  ildə  Ekspedisiya  Dövlət  Əmlak  Departamenti  ilə  əvəz  olundu:  kənd 
təsərrüfatı  və  əcnəbi  koloniyaların  idarəedilməsi  ilə  adı  çəkilən  Departamentdə 
Xüsusi  idarə  yaradıldı.  Bu  orqan  qısa  müddət  ərzində  -  1860-cı  ildən  1863-cü 
ilədək fəaliyyət göstərdi və özünü doğrultmadığından ləğv edildi. 1864-cü ildə ləğv 
olunmuş  Xüsusi  idarənin  səlahiyyətləri  yenə  Dövlət  Əmlak  Departamentinə 


58 
 
qaytarıldı.  Departamentdə  əcnəbi koloniyaların işləri ilə  məşğul olmaq üçün  yeni 
vəzifə—Xüsusi  nəzarətçi  vəzifəsi  təsis  edildi.  Onun  ilk  vəzifəsi—koloniyalar 
üzərində nəzarəti həyata keçirməkdən ibarət idi. 
1871-ci  ildə  çar  II  Aleksandrın  fərmanı  ilə  əcnəbi  koloniyaların 
idarəedilməsində  islahatlar  keçirildi.  Həmin  ilin  04  iyun  tarixində  Ali  Senatın 
qəbul  etdiyi  qərarda  deyilirdi:  «Sankt-Peterburq,  Novqorod,  Samara,  Saratov, 
Voronej,  Çerniqov,  Poltava, Yekaterinoslav,  Xerson,  Tavriya  quberniyalarında  və 
Bessarabiya  vilayətində  xəzinə  torpaqlarında  məskunlaşdırılan,  Dövlət  Əmlak 
Nazirliyinin  tabeçiliyində  olan,  həmçinin  onun  tabeçiliyindən  çıxarılan,  Saratov 
quberniyasının  Sarepta  koloniyasının  Yevangelistlər  cəmiyyəti  istisna  olmaqla, 
bütün sahibkar kəndlilər (keçmiş kolonistlər) ümumi quberniya və qəza, həmçinin 
kəndli məsələləri üzrə yerli orqanlara tabe edilirlər»
152

Beləliklə,  1871-ci  ildə  yuxarıda  adı  çəkilən  quberniyalarda  alman 
koloniyalarına  hələ  II  Yekaterina  tərəfindən  bəxş  edilən  yerli  özünüidarə  hüququ 
ləğv  edildi.  Koloniyalar  Ümumrusiya  bürokratiyasının  rəhbərliyinə  keçdilər  və 
müvafiq  olaraq  kargüzarlıq  rus  dilində  aparılmağa  başlandı  ki,  bu  da  alman 
kolonistlərinə xas olan milli xüsusiyyətlərin silinməsinə xidmət edirdi. 
Bütün  bu  dəyişikliklər  hələ  Cənubi  Qafqaz  almanlarına  aid  edilməmişdi: 
1874-cü  ilə  qədər  burada  əcnəbi  koloniyaların  məsələləri  ilə  Xüsusi  nəzarətçi 
məşğul  olurdu.  Həmin  il  Xüsusi  nəzarətçi  vəzifəsi  ləğv  edildi  və  kolonistlərə 
sahibkar  kəndli  statusu  verildi.  Beləliklə,  yuxarıda  adı  çəkilən  04  iyun  1871-ci  il 
fərmanının  müddəaları  artıq  Cənubi  Qafqaz  kolonistlərinə  də  aid  edildi  və  onlar 
ümumikəndli  məsələləri  üzrə  quberniya  və  qəza  orqanlarının  tabeliyinə  keçdilər. 
Qafqaz  canişinliyinin  mülki  idarələrində  aparılan  ümumi  dəyişikliklərdən  sonra, 
1883-cü  ildə  Cənubi  Qafqaz  koloniyalarının  idarəedilmə  sistemində  növbəti 
dəyişiklik baş verdi və koloniyalar Dövlət Əmlak Nazirliyinin yerli idarələrinə tabe 
etdirildilər
153

Cənubi  Qafqazın  alman  koloniyalarının  idarəetmə  sistemində  son  islahat 
1903-cü  ildə  keçirildi  və  koloniyalar  əvvəlki  dövrlərdə  olduğu  kimi,  kəndli 
məsələləri  üzrə  ümumi  və  qəza,  həmçinin  yerli  orqanlara  tabe  etdirildilər
154

Gördüyümüz kimi, Rusiyada alman koloniyalarının idarəedilməsi sistemi dəfələrlə 
dəyişikliklərə məruz qalmışdı. Bu dəyişikliklər çox hallarda əsassız yerə aparılırdı 
və  əcnəbi  koloniyaların  azad  inkişafı  üçün  müxtəlif  bürokratik  əngəllərin 
yaranmasına gətirib çıxarırdı. 
Bu  əcnəbi  koloniyaların  dövlət  tərəfindən  idarəsində  yaranan  problemlər 
idi. Koloniyaların özünüidarə sisteminə gəldikdə burada da vəziyyət oxşar xarakter 
daşıyırdı.  Senat  1797,  1800-1805,  1812,  1817,  1833-1849-cu  illərdə  və  ondan 
sonrakı dövrlərdə kolonistin statusu, koloniyalarda daxili özünüidarə sisteminə aid 
müxtəlif  qanunlar  qəbul  etmişdi.  Müzakirə  olunan  məsələ  ilə  bağlı  dövlət  qanun 
aktlarının çoxluğu koloniyalarda daxili özünüidarə sisteminin optimal fəaliyyətinə 
maneçilik  törədirdi.  Buna  görə  1857-ci  ildə  əcnəbi  koloniyaların  daxili  həyat 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə