Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   25   26   27   28   29   30   31   32   ...   95

59 
 
fəaliyyətini  tənzimləyən  qanunlar  toplusu  qəbul  edildi  və  Rusiya  imperiyasında 
yaşayan  əcnəbi  koloniyalar  haqqında  Nizamnamə  təsdiq  edildi
155
.  Bu  sənəddə 
xırda  incəliklərinə  qədər  kolonistlərin  hüquq  və  vəzifələri  göstərilmiş,  onların 
koloniyadaxili  həyatına  aid  məhdudiyyətlər  və  qaydalar  təyin  edilmişdir.  Bu 
Nizamnamə — koloniyaların daxili özünüidarə sistemini əks etdirən model rolunu 
oynayırdı və demək olar ki, Rusiyada mövcud olan bütün əcnəbi koloniyalara aid 
edilirdi. 
Qeyd edək ki, koloniyaların hökumət tərəfindən idarəedilməsi sistemindən, 
yəni  xarici  idarəetmədən  fərqli  olaraq,  koloniyadaxili  idarəetmədə  əsaslı 
dəyişikliklər baş verməmişdi. 
Alman  mühacirləri  ənənəvi  olaraq  kənd  yerlərində  kompakt  şəkildə 
məskunlaşaraq  koloniya  yaradırdılar.  Bu  koloniyalar  yerli  xalqların  əhatəsində 
adda-budda  yerlərdə  yaransalar  da  lokal  kompaktlıq  saxlanılırdı.  Şəhərdə  isə 
almanlar  dispersiya  şəklində  yaşayırdılar.  Yerli  özünüidarəetmə  sistemində  əsas 
subyekt kənd icması idi ki, bir qayda olaraq əsas ərazi vahidi olan koloniya ilə üst-
üstə  düşürdü.  Kənd  icması  «həyətyanı  təsərrüfat-koloniya»  sxemi  üzrə 
formalaşırdı. 
Hələ  22  iyul  1763-cü  ildə  II  Yekaterina  tərəfindən  imzalanmış  fərmanda 
alman kolonistlərinə daxili özünüidarə azadlığı verilmişdi. Qafqazda mövcud olan 
əcnəbi  koloniyalar  da  yaranma  tarixindən  asılı  olmayaraq,  bu  hüquqdan  istifadə 
edərək  öz  daxili  idarəetmə  sistemini  yaratmışdılar.  Bu  sistemə  görə  koloniyada 
dəqiq səlahiyyət bölgüsü mövcud idi və qərarların qəbulunda hər hansı bir tərəfin 
özbaşınalığı istisna olunurdu.  Başqa sözlə desək, alman koloniyalarının idarəetmə 
sistemi  demokratik  prinsiplərə  əsaslanırdı  və  müxtəlif  hakimiyyət  subyektləri 
arasında balanslaşma gözlənilirdi. 
Koloniyalarda  daxili  idarəetmə  orqanları  yerinə  yetirdikləri  funksiyalara 
uyğun olaraq 3 yerə bölünürdülər:
156
 
1)
 
kənd (icma) ümumi iclası; 
2)
 
kənd (koloniya) prikazı; 
3)
 
koloniya starostası (starşinası). 
Kənd  (koloniya)  iclası  bütün  koloniyada  mövcud  olan  fərdi  təsərrüfat 
nümayəndələrinin iştirakı ilə keçirilirdi və hər fərdi kolonist təsərrüfatından ən azı 
1  nümayəndə  iclasda  iştirak  etməli  idi.  İcma  iclası  yalnız  ən  mühüm  məsələlərin 
həlli  üçün  çağırılırdı:  kənd  prikazlarının,  şultsun  seçilməsi  və  təsdiq  olunması, 
koloniya  üzvlərinin  başqa  silkə  keçməsi,  vergi  və  mükəlləfiyyətlərin  ödənilməsi, 
koloniyada  ictimai,  siyasi,  mədəni  tədbirlərin  keçirilməsi,  daxili  yaşayış 
qaydalarını  ciddi  şəkildə  pozanların  koloniya  icmasından  xaric  edilib-edilməməsi 
və sair vacib məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul edilirdi. 
Gündəlik  idarəetməni  həyata  keçirmək  üçün  icma  iclasında  koloniyanın 
şultsu  (starostası),  onun  2  müavini  (beizitser)  seçilirdi.  İki  il  müddətinə  seçilən 
şults  və  beizitserlər  koloniya  büdcəsindən  maliyyələşdirilirdilər.
157 
Şults 


60 
 
koloniyada  inzibati-icra  hakimiyyətini  təmsil  edirdi  və  onun  səlahiyyətinə 
aşağıdakı  məsələlərin  həlli  aid  idi:  vergi  və  mükəlləfiyyətlərin  vaxtlı-vaxtında 
yerinə  yetirilməsi,  koloniyada  əmin-amanlığın,  asayişin  qorunmasına  nəzarət 
etmək,  əhalinin  sağlamlığının  qorunması,  onun  müxtəlif  epidemiyalar  və 
xəstəliklərə yoluxmasının qarşısını almaq, ehtiyacı olan kolonist ailələrinə, əlillərə, 
yetimlərə, kimsəsiz qocalara  yardımı təşkil  etmək, koloniyada əxlaq normalarının 
pozulmasının qarşısını almaq, ticarət obyektlərinin, ictimai qurumların fəaliyyətinə 
nəzarət  etmək,  koloniyanın  memarlıq  nöqteyi-nəzərdən  abadlaşmasına  diqqət 
yetirmək,  ümumiyyətlə,  koloniyanın  daxili  həyatına  aid  bütün  məsələlərin  həlli 
şultsun vəzifə səlahiyyətinə aid idi. 
Şults, həmçinin kolonistlərin həyat tərzinə də müdaxilə edir, tənbəllik edən, 
təmtəraqlı  həyat  sürən,  maliyyə  vəsaitini  yararsız  işlərə  sərf  edən,  xarici 
görünüşündə qəbul edilmiş normaları pozan, əyyaşlığa meyil edən kolonistlərlə iş 
aparır, onları düzgün yola qaytarmaq üçün pul cəriməsi, əlavə ictimai işlər və sair 
cəza  metodlarından  istifadə  etmək  hüququna  malik  idi.  Hətta  bazar  günləri 
ibadətdən yayınanlar belə, şults tərəfindən pulla cərimələnirdilər. Koloniyada çox 
sərt rejim yaranmışdı. Şultsun yazılı icazəsi olmadan heç kəs koloniyanı müvəqqəti 
də olsa — bir neçə günlüyə belə, tərk edə bilməzdi
158

Şults  və  onun  müavinləri  tanınmış,  nüfuzlu  kolonistlərdən  seçilirdilər  və 
onların  borcu  icma  iclasının  qəbul  etdiyi  qərarların  dəqiqliyi  ilə  və  nöqsansız 
yerinə yetirilməsindən ibarət idi. 
Ağır  cinayətləri  çıxmaq  şərti  ilə  (adam  öldürmə,  oğurluq,  soyğunçuluq  və 
s.)  xırda  qanun  və  yaxud  əxlaq  pozuntularına  yol  vermiş  kolonistlərin  işi 
koloniyada  müzakirə  olunurdu.  Lakin  yalnız  şults  və  onun  müavinləri  bu 
məsuliyyətli  işin  öhdəsindən  gələ  bilməzdilər  və  kənd  məhkəməsinin  çıxardığı 
qərarların  daha  obyektiv  xarakter  alması  üçün  koloniyada  daha  bir  orqan-kənd 
prikazı  yaradılırdı.  Kənd  prikazına  şults,  onun  müavinləri,  mirzə  və  hər  10 
təsərrüfatdan  1  nəfər  desyatnik  daxil  edilirdi.  Qeyd  edək  ki,  kənd  prikazının  da 
tərkibi icma iclasında təsdiqlənirdi. Kənd prikazı şultsun  təqdimatı ilə  çağırılırdı 
və  əsasən  məhkəmə-araşdırıcı  orqan  rolunu  yerinə  yetirirdi.  Bütün  məhkəmə-
araşdırma  proseslərinin  nəticələri  Prikaz  kitablarında  qeydiyyata  alınır  və  qayda 
pozana qarşı hansı cəza tədbirlərinin tətbiq edilməsi bu kitabda əks olunurdu. Kənd 
prikazının qəbul etdiyi qərarla razılaşmayan kolonist  yuxarı instansiyalara  şikayət 
etmək hüququna malik idi
159
. Beləliklə, deyə bilərik ki, şults icraçı kimi koloniyada 
mövcud  məsələlərin  əksəriyyətini  həll  etsə  də,  məhkəmə  məsələlərində  kənd 
prikazının verdiyi qərarlarla razılaşır, onların icrasına nəzarət edirdi. 
Görürük  ki,  koloniyaların  həm  xarici,  həm  də  daxili  idarəetmə  sistemində 
xüsusiyyətlər var idi: Rusiyanın  yerli əhalisi ilə  müqayisədə  alman  koloniyalarına 
özünüidarəetmə sahəsində daha çox azadlıqlar verilmişdi. 
Beləliklə,  XIX  əsrin  ortalarınadək  alman  mühacirlərinin  Qafqazda 
məskunlaşma  prosesini  tədqiq  etdikdən  sonra  belə  bir  qənaətə  gələ  bilərik  ki,  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə