Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   23   24   25   26   27   28   29   30   ...   95

55 
 
quberniyasına  qaytarılmasını  xahiş  etdilər.  Hökumət  dairələri  onların  xahişini 
yerinə yetirdi
145

Beləliklə,  XIX  əsrin  I  yarısında  Gürcüstanda,  o  cümlədən  bütün  Cənubi 
Qafqazda  alman  məskənləri  meydana  gəldi  və  onların  hamısı  Şimali  Qafqazdan 
fərqli  olaraq,  xarici  məskunlaşma  prosesinin  nəticəsi  idi.  Yaranan  koloniyaların 
sayı  barədə  tarixi  ədəbiyyatda  ziddiyyətli  rəqəmlərə  rast  gəlinir.  Məsələn,  XIX 
əsrdə yaşamış rus müəllifi Basixin qeyd edir ki, artıq 1818-ci ildə Cənubi Qafqazda 
9  alman  koloniyası  mövcud  idi
146
. Bu rəqəm həqiqəti əks etdirmir, çünki 1818-ci 
ildə almanların Cənubi Qafqaza mühacirəti hələ başlanğıc mərhələsində idi. Tarixi 
ədəbiyyatı və arxiv mənbələrini təhlil etdikdən sonra belə nəticəyə gələ bilərik ki, 
XIX əsrin I yarısında Cənubi Qafqazda 8 alman koloniyası yaranmışdı: onlardan 6 
koloniya  müasir  Gürcüstan,  2-si  isə  Azərbaycan  ərazisində  yerləşirdi
14
  .  Cənubi 
Qafqazda  yaranan  alman  koloniyaları  haqqında  hərtərəfli  məlumat  aşağıdakı 
cədvəldə əks olunmuşdur. 
 
Cədvəl 1. Cənubi Qafqazda alman koloniyaları 1817—1819-cu illərdə 
 
 
№ 
 
Koloniyaların 
adı 
 
Yaranma 
tarixi 
 
Yarandığı yer 
Yaranma 
vaxtı 
əhalisinin 
sayı 
 
Əsas 
məĢğuliyyəti 

Marinenfeld 
1817 
Müasir Gürcüstan 
148 
Əkinçilik 

Noy-Tiflis 
1818 
Müasir Gürcüstan 
200 
Sənətkarlıq 

Katerinenfeld 
1818 
Müasir Gürcüstan 
350 
Əkinçilik 

Yelizavettal 
1818 
Müasir Gürcüstan 
307 
Əkinçilik 

Aleksandersdorf 
1818 
Müasir Gürcüstan 
99 
Əkinçilik 

Petersdorf 
1818 
Müasir Gürcüstan 
60 
Əkinçilik 

Yelenendorf 
1819 
Müasir Azərbaycan 
600 
Üzümçülük 

Annenfeld 
1819 
Müasir Azərbaycan 
501 
Üzümçülük 
Əkinçilik 
 
Beləliklə,  Cənubi  Qafqazda  yaranan  koloniyaların  coğrafi  lokallaşma 
xüsusiyyətlərinə əsaslanaraq deyə bilərik ki, regionda alman məskunlaşmasının iki 
mərkəzi  vardı:  ilk  6  koloniya  bilavasitə  Tiflis  şəhəri  ətrafında  cəmləşmişdilər  və 
onlar  gələcəkdə  Gürcüstan  ərazisində  yaranan  yeni  koloniyalar  üçün  «ana 
koloniya» rolunu oynayırdılar. 
Sonuncu  iki  koloniya  —  Yelenendorf  və  Annenfeld  həmvətənlərinin  
kompakt    yaşadıqları    Gürcüstandan      uzaqda,  tamamilə  fərqli  coğrafi,  etnik  və 
konfessional mühitdə yaranmışdılar. 
Təkcə  Cənubi  Qafqazda  deyil,  ümumiyyətlə,  bütün  Rusiyada  alman 
koloniyalarına xas olan  xüsusiyyətlərindən biri onların əhalisinin azlığı olmuşdur: 


56 
 
orta  hesabla,  alman  koloniyalarında  100  nəfərdən  300  nəfərədək  əhali  yaşayırdı. 
Gürcüstanda  yaranan  6  koloniyadan  əhalisinə  görə  ən  irisi  Katerinenfeld  (350 
nəfər)  və  Yelizavettal  (307  nəfər)  idi.  Azərbaycanda  yaranan  iki  koloniyada 
birlikdə  1100  nəfər  yaşayırdı  ki,  bu  da  Yelenendorf  və  Annenfeldin,  nəinki 
Qafqazda,  o  cümlədən  Rusiyada  ən  iri  koloniyalardan  olduğuna  sübutdur. 
Gürcüstanda  yaranan  6  koloniyada  ümumilikdə  1165  nəfər  məskən  salmışdı  ki, 
onların  715  nəfəri  Tiflis  quberniyasında,  450  nəfəri  Borçalı  distansiyasında 
yaşayırdılar
148

1819-1820-ci  illərdə  Cənubi  Qafqazda  ümumilikdə  2265  alman  kolonisti 
məskunlaşmışdı  ki,  onların  yarıdan  çoxu  azərbaycanlıların  məskunlaşdığı 
ərazilərdə yerləşdirilmişdilər. 
XIX  əsrin  30-cu  illərində  Cənubi  Qafqazın  bəzi  koloniyalarında  əhalinin 
sayının  nəzərəçarpacaq  dərəcədə  azalması  müşahidə  olunmuşdu.  Mənbələrdən 
görünür ki, 1836-cı ildə Annenfelddə cəmi 185 kolonist yaşayırdı, baxmayaraq ki, 
1819-cu  ildə  burada  501  kolonist  məskunlaşmışdı.  Yelenendorfda  əhalinin  sayı 
faciəli şəkildə azalmışdı: 1819-cu ildə 600 nəfərin məskunlaşdığı koloniyada 1832-
ci  ildə  cəmi  301  nəfər  qalmışdı.  Beləliklə,  məskunlaşmanın  başlanğıc  dövründə 
Azərbaycanda  1101  kolonist  yaşayırdısa,  1836-cı  ildə  bu  rəqəm  686-ya  qədər 
azalmışdı
149
.  Azərbaycanın  alman  koloniyalarında  əhalinin  azalmasının  əsas 
səbəbləri  kimi  II  rus-iran  və  II  rus-türk  müharibələri  zamanı  koloniyaların 
yerləşdiyi  ərazilərdə  hərbi  əməliyyatların  aparılmasını,  yeni  iqlim  şəraitinin 
yaratdığı  çətinlikləri,  müxtəlif  epidemiyaları,  xəstəlikləri  və  bütün  bunların 
nəticəsində  kolonistlərin  qismən  öz  koloniyalarını  tərk  edib  Gürcüstana 
köçmələrini göstərə bilərik. 
Ümumilikdə götürdükdə, 1819-cu ildən 1836-cı ilə qədər Cənubi Qafqazın 
alman əhalisinin sayı əhəmiyyətli dərəcədə olmasa da, artmışdı: əgər 1819-cu ildə 
regionda  2265  alman  kolonisti  yaşayırdısa,  1836-cı  ildə  onların  sayı  2650-ə 
çatmışdı
150
.  Alman  əhalisinin  sayının  artması  Gürcüstandakı  koloniyaların 
hesabına təmin edilmişdi. 
Əcnəbi  koloniyalar  xüsusi  idarəetmə  sisteminə  malik  idi  və  onların 
quberniya hökumət orqanlarına tabeçiliyi formal xarakter daşıyırdı. 
Qeyd etdiyimiz kimi, əcnəbi koloniyaların idarə edilməsi sistemində nizam-
intizam  yaratmaq  məqsədilə  hələ  1763-cü  ildə  «Əcnəbilərə  Qəyyumluq 
Dəftərxanası»  yaradılmışdı.  Bu  Dəftərxananın  fəaliyyət  dairəsi,  vəzifələri  II 
Yekaterina  tərəfindən  22  iyul  1763-cü  il  tarixində  imzalanan  fərmanla 
müəyyənləşdirilmişdi
151
. Rusiya ərazisində alman məskunlaşmasının coğrafi arealı 
genişləndikcə,  əcnəbi  koloniyaların  idarəetmə  sistemində  də  əhəmiyyətli 
dəyişikliklər  baş  verdi  və  idarəetmə  sistemində  şaxələnmələr  yarandı  ki,  bu  da 
müəyyən  mürəkkəbləşmələrə,  anlaşılmazlıqlara  gətirib  çıxardı.  Əcnəbi 
koloniyaların idarəetmə sistemində baş verən bütün mürəkkəb şaxələnmələri aydın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə