62
sehrli nağıllarda yalançı qəhrəman (və ya rəqib) surətinin se-
mantikasını çox düzgün müəyyənləşdirmişdir; “Yalançı qəhrə-
man (və ya rəqib) bu qəhrəmanın qeyri-həqiqi variantıdır” (143,
245). Yalançı qəhrəman səciyyəsini sehrli nağıllarda kiçik qar-
daşa münasibətdə böyük qardaşlar, Göyçək Fatmaya münasi-
bətdə ögey bacı Keçəl Fatma və s. daşıyır. Böyük qardaşlar ki-
çik qardaşın etdiklərini öz adlarına yazırlar. Keçəl Fatma Göy-
çək Fatmanı əvəz edir. Oxşar münasibət dastanlarda da özünü
göstərir. Yalançı oğlu Yalınçıq Beyrək kimi Banu
Çiçəyi almaq
istəyir. Ancaq o, bütün səciyyəsi ilə Beyrəyin tərs üzüdür. Bey-
rək mərdliyi, igidliyi Yalançı oğlu Yalınçıqda yoxdur. O, yalan-
çı və bacarıqsızdır. Bu münasibət Tahirlə Keçəl arasında da var-
dır. Tahirin sevgisi ilahi sevgi, Keçəlin “sevgisi” isə padşah qızı
almaq kimi səciyyələnir. Oxşar münasibət “Alpamış” dastanın-
da Alpamışla onun ögey qardaşı Ultan-taz arasında da vardır.
Bu münasibət “Koroğlu” dastanında Koroğlu-Keçəl Həmzə
qarşıdurması səviyyəsində mövcuddur. Dastandan gələn bu
məşhur qarşıdurma xalq arasında geniş şəkildə işlənir.
Yuxarıda qeyd etdiyimiz kimi, ironik surətlər səciyyə
cəhətdən bir-birindən fərqlənir. Onların bir qrupu hiyləgər,
başqa qrupu isə axmaq kimi özünü göstərir. Bəzən isə ironik-
liyin səciyyəsini onlardan heç birinə aid etmək olmur. İronik-
lik mifoloji, magik xüsusiyyətlərə malik olur. Buraya “No-
xudbala” nağılında balacaboylu qəhrəmanın bir anbar suyu iç-
məsini, padşahın xəzinəsini udmasını, “Yartıqulaq” adlı türk-
mən nağılında qəhrəmanın ironik möcüzəli hərəkətlərini aid
etmək olar. “Keçəlin nağılı” adlı Türkiyə nağılında tənbəl
olan qəhrəman sehrli balıqdan
xahiş edir ki,
su ilə dolu bardaq
öz-özünə getsin və o da bardağın üstündə otursun. Onun arzu-
su yerinə yetirilir (181, 340).
Sehrli nağıllarda ironik qəhrəmanın hiyləgərliyi daha geniş
yayılmışdır. Bu qəhrəmanların hər hansı bir uğuru hiyləgərlik