Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

60 
 
ratma xüsusiyyətini qeyd edərək bu nəticəyə gəlir ki, Keçəl su-
rəti o dünyaya məxsus qüvvələrlə bağlıdır (183, 174-175). Bun-
dan başqa, müəllif saçın inamlarda güc, qüvvət simvolu olması 
və xeyirxah ruhların məskəni kimi təsəvvür olunmasına əsasla-
naraq  belə  bir  fikir  yürüdür  ki,  saçdan  məhrum  olan  xeyirxah 
hamilərdən  məhrum  olur.  Ona  görə  də  müəllif,  keçəl  surətinin 
nağıllarda kimsəsiz, yoxsul kimi təqdim olunmasını hamisizliklə 
əlaqələndirir. Müəllif nağıllarda keçəl surətinin idealizə edilmə-
sini də elə bununla (nağıl estetikasının tələblərinə uyğun olaraq 
alçaldılana  və  kimsəsizə  rəğbət  kimi)  bağlayır  (183,  176-177). 
Türk  və  monqol  xalqlarının  inamlarında  keçəllik  tanrıların  adı 
və atributu kimi özünü göstərir. Altay inamlarına görə, baş tanrı 
Ülgenin anası və ya arvadı Taz kaan adlanır (151, 69; 175, 148). 
Altayda  yerləşən Tazaqan dağı bu ilahə ilə əlaqələndirilir (175, 
148).  Tazkaan şor  şamanlarının davulunda pura  adı ilə  tanınan 
buynuzlu heyvan (totem) şəklində əks olunur (175, 148). Şaman 
inanışlarında müxtəlif şəkildə (at, öküz, maral, qoç və s.) təsəv-
vür olunan pura sabit funksiya daşıyır: şamanlar onun vasitəsilə 
o  dünyaya  səfər  edirlər  (48,  84-169).  Puranın  yakut    variantı 
olan  poroz  da  yakut  inamına  görə  balaca  buynuzlu  (kelteqey 
muostax),  alnında  balaca  ağ  xalı  olan  (kelte  malannax)  öküz 
kimi  təsəvvür  olunur  (48,  148).  Altay  inamlarına  görə,  yeraltı 
dünyanın  sahibi Erliyin  mindiyi  öküzün  kelke  (keçəl öküz)  ad-
lanması (48, 53) göstərir ki, sözügedən mifologem təsadüfi deyil 
və son dərəcə arxaikdir. Buryat inamlarında qərb xeyirxah tanrı-
larının  başçısı  Eseqe  Malaan  tenqeridə  (“ata  keçəl  tanrı”)  bu 
atributun daşıyıcısıdır (127, 105). Cənub tuvalılarının inancında 
qartal şəklində təsəvvür olunan tas göydə baş tanrı Burxana ba-
şinin yanında yaşayır. İnama görə, tas ölünün bədənini dimdik-
ləmək üçün yerə uçur (97, 235). Tasın ölünün bədənini dimdik-
ləməsi yaxşı əlamət sayılır (154, 381). Yakut inamlarında yaman 
ruh sayılan abaası təkgözlü, təkayaqlı və keçəl olur (190, 292). 


61 
 
“Oraq  və Mamay” dastanında qəhrəman həmin atributların da-
şıyıcısı olan demonik qadınla evlənir (101, 403). 
Yuxarıda  deyilənlərə  əsaslanıb  aşağıdakı  ümumiləşdir-
mələri aparmaq mümkündür: 
1.  Dildə  “keçəllik”  anlamı  daşıyan  kel/kal,  tas  (daz), 
malaan  sözləri  mifoloji  varlıqların  adının  tərkib  hissəsi  kimi 
onların  atributunu  göstərirvə  fiziki  qüsur  kimi  keçəlliyi  deyil, 
mifoloji varlığın alnının ortasında ağ xalı ifadə edir. Bu atribu-
tun  daşıyıcısı  olan  mifoloji  personaj  (və  ya  personajlar)  öncə 
totem  kimi  təsəvvür  olunmuşdur.  Onların  bir  hissəsi  antropo-
morflaşsa da, özlərinin arxaik atributunu qoruyub saxlamışdır. 
2. Sözügedən  mifoloji personajların hamısı  sakral aləm 
və ya o dünya ilə bağlıdır. 
3. Türk xalqlarının nağıl, dastan  və  əfsanələrində keçəl 
kimi  təqdim  olunan  personajın  sözügedən  mifoloji  personaj-
larla  nə  dərəcədə  bağlı  olduğunu  söyləmək  çətindir.  Ancaq 
yad  məkanın  sərhədində  keçələ  çevrilmə  motivi  o  məkana 
məxsus varlığın atributunu qəbul etmə kimi yozula bilər. 
Buradan məlum olur ki, qəhrəmanın keçələ çevrilməsini 
və ya keçəl görkəminə düşməsini “magik qorunma” kimi yo-
zan  E.M.Melentinski,  E.D.Tursunov  kimi  alimlər  səhvə  yol 
veriblər (128, 254; 183, 105-154). 
Yuxarıda deyilənlərə söykənib söyləmək olar ki, qəhrə-
manın keçələ çevrilməsi və ya keçəl siması qəbul etməsi müs-
təqil personaj kimi keçəldən əvvəldir. 
Keçəl istər sehrli, istərsə də məişət nağıllarında həm də 
qəhrəmanın  köməkçisi  kimi  çıxış  edir.  Şamanın  hami-ruhu-
nun (Taskaan, pura, poraz) eyni atributun daşıyıcısı olduğunu 
nəzərə alsaq, qəhrəmanın köməkçisi kimi keçəlin təsadüfi ol-
madığını düşünmək olar.
 
Keçəl  surətinin  yalançı  qəhrəman  (və  ya  rəqib)  rolunda 
çıxış  etməsi  onun  köməkçilik  funksiyası  ilə  ziddir.  E.S.Novik 


62 
 
sehrli  nağıllarda  yalançı  qəhrəman  (və  ya  rəqib)  surətinin  se-
mantikasını  çox  düzgün  müəyyənləşdirmişdir;  “Yalançı  qəhrə-
man (və ya rəqib) bu qəhrəmanın qeyri-həqiqi variantıdır” (143, 
245). Yalançı qəhrəman səciyyəsini sehrli nağıllarda kiçik qar-
daşa  münasibətdə  böyük  qardaşlar,  Göyçək  Fatmaya  münasi-
bətdə ögey bacı Keçəl Fatma və s. daşıyır. Böyük qardaşlar ki-
çik qardaşın etdiklərini öz adlarına yazırlar. Keçəl Fatma Göy-
çək Fatmanı  əvəz edir. Oxşar münasibət  dastanlarda  da özünü 
göstərir. Yalançı oğlu Yalınçıq Beyrək kimi Banu Çiçəyi almaq 
istəyir. Ancaq o, bütün səciyyəsi ilə Beyrəyin tərs üzüdür. Bey-
rək mərdliyi, igidliyi Yalançı oğlu Yalınçıqda yoxdur. O, yalan-
çı və bacarıqsızdır. Bu münasibət Tahirlə Keçəl arasında da var-
dır. Tahirin sevgisi ilahi sevgi, Keçəlin “sevgisi” isə padşah qızı 
almaq kimi səciyyələnir. Oxşar münasibət “Alpamış” dastanın-
da  Alpamışla  onun  ögey  qardaşı  Ultan-taz  arasında  da  vardır. 
Bu  münasibət  “Koroğlu”  dastanında  Koroğlu-Keçəl  Həmzə 
qarşıdurması  səviyyəsində  mövcuddur.  Dastandan  gələn  bu 
məşhur qarşıdurma xalq arasında geniş şəkildə işlənir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ironik  surətlər  səciyyə 
cəhətdən  bir-birindən  fərqlənir.  Onların  bir  qrupu  hiyləgər, 
başqa qrupu isə axmaq kimi özünü göstərir. Bəzən isə ironik-
liyin səciyyəsini onlardan heç birinə aid etmək olmur. İronik-
lik  mifoloji,  magik  xüsusiyyətlərə  malik  olur.  Buraya  “No-
xudbala” nağılında balacaboylu qəhrəmanın bir anbar suyu iç-
məsini, padşahın xəzinəsini udmasını, “Yartıqulaq” adlı türk-
mən  nağılında  qəhrəmanın  ironik  möcüzəli  hərəkətlərini  aid 
etmək  olar.  “Keçəlin  nağılı”  adlı  Türkiyə  nağılında  tənbəl 
olan qəhrəman sehrli balıqdan xahiş edir ki, su ilə dolu bardaq 
öz-özünə getsin və o da bardağın üstündə otursun. Onun arzu-
su yerinə yetirilir (181, 340). 
Sehrli nağıllarda ironik qəhrəmanın hiyləgərliyi daha geniş 
yayılmışdır.  Bu  qəhrəmanların  hər  hansı  bir  uğuru  hiyləgərlik 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə