140
— deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır.
Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx,
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və
başqaları bu iki zidd ideyanı təmsil edirlər.
Romantik şair öz əsərində zaman-məkan məsələsinə də bir o
qədər əhəmiyyət verməmişdir. Doğrudur, hadisələrin ümumi
fonu Türkiyəni xatırladırdı. Bu isə təsadüfi deyildi. Çünki
Yaxın Şərq ölkələrindən imperialist müharibəsinə qoşulan
yeganə dövlət Türkiyə idi və Hüseyn Cavid bu müharibənin
məhz müsəlman Şərqinə təsirini göstərmək üçün Türkiyə
həyatını əsas götürməli olmuşdu. Bununla belə əsərdə məkan
kateqoriyası nöqteyi-nəzərindən ―Türkiyə torpağı‖ gö-
rünmürdü. Məsələn, birinci pərdədəki hadisə ―Bağdad
civarında‖ bir meşəlikdə, ikinci pərdə ―ərəb zövqünə uyğun
süslü bir salonda‖, üçüncü pərdə yenə eyni Bağdad civarında,
dördüncü pərdə isə əsgəri qaçaqların yurd saldığı naməlum bir
meşəlikdə vaqe olurdu. İştirak edənlərin milliyyətinə gəlincə,
surətlər içərisində əslən İstanbul əhli olan, ―mədəni aləmi
nifrətlə buraxıb‖ meşələrə qaçan Arif, Vasif və Rəna, Bağdad
civarından olan qoca Şeyx və onun qızı Xavər, zənci çovuşu,
Qazan tatarı, ərəb ibn Yəmin və haralı olduğu məlum olmayan
Elxan da vardı. Beləliklə, romantizm, şərtilik, real varlığı, real
münasibətləri göstərməkdən daha çox hadisə və insanları
müəyyən ideyaların təcəssümünə, müəyyən fikirlərin ifadəsi
vasitəsinə çevirmək meyli faciənin hər bir səhnəsində özünü
aydın göstərirdi.
Ənənəvi, fantastik surət olan İblis bu əsərdə bir tərəfdən
―altuna, qüvvətə tabe dünya‖ deyən müharibə ideyalarını, ―XX
əsrin müstəbid övladının‖ fitnəkarlığını ifşa etmək, ikinci
tərəfdən isə bu qanlı müharibələr dövründə qəflətən dəhşətli bir
fırtınaya tutulmuş qərib yolçu kimi özünü itirən, köhnəlmiş
dini zehniyyətə, mərhəmət və vicdan fəlsəfəsinə, ümumi,
mücərrəd məhəbbət ideyasına güvənən, ―allah zülmü yerdə
141
qoymaz‖ deyib duran və bərk ayaqda göylərə sığınan bir nəslin
faciəsini, bu zehniyyətin yeni şəraitdə çox yazıq, bəlkə də
gülünc hala düşdüyünü göstərmək üçün bir vasitə idi.
Əsərin ilk səhnəsində biz İblisin insandan küsüb, ―mədəni
aləmi nifrətlə tərk edib‖, səhranişin olan pərişan saçlı Ariflə
qarşılaşdığını görürük. İblis son pərdədə Arifi ―Şərqin
mütərəddid çocuğu, şaşqın, abdal, əsəbi yavrucuğu‖ adlandırır.
Doğrudan da, dünyanı bürümüş yeni qanlı müharibələr, yeni
əsrin ―mədəni vəhşiliyi‖ Arifi büsbütün çaşdırmışdır. O, son
dərəcə əsəbi, mütərəddid bir haldadır. Etiqad, iman sahibi olan
Arifdə belə bir əqidə var ki, dünyaları idarə edən xaliq
insanların da hər bir hərəkətini qabaqcadan müəyyən edən,
―varlığı yoxdan yaradan ulu tanrı‖, ―xaliqi-hikmətdir‖. ―Bu
―xaliqi-hikmət‖ adildir, zalım deyil; o, zülmü götürməz. Bəs
indi necə olmuşdur ki, bütün yer üzü inləyir, ―xaliqi-hikmət‖
isə bəşər həyatında gündən-günə artan bu haqsızlığı, zülmü,
cinayətləri görə-görə səbirlə durub baxır? Cəmiyyət həyatında
gözü ilə odlar görən, özünün də yurdu-yuvası dağılmış, ailəsi
məhv olmuş, var-yox bir qardaşını da itirmiş olan Arifi
müharibə dəhşətləri qarşısında da yenə insanların işlərindən,
əməllərindən və bunun səbəblərindən daha çox, allahların
vəzifəsi düşündürür. O, insanların işlərinə qarışmaqdansa,
cəmiyyətdən qaçıb meşələrə çəkilir və buradan göylərin
işlərinə qarışır, xaliqin etinasızlığına təəccüb etdiyini bildirir:
Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət
Bitməzmi, ilahi, bu qədər səbrə nə hacət?
Birinci fəsildə qeyd edildiyi kimi, Cavid tələbə ikən yazırdı
ki: ―Mən heç şeyin göydən zənbillə nazil olacağına
inanmıram‖. Demək olar ki, bu əsərdə, ―İblis‖də şair Ariflə
məhz hər şeyin göydən zənbillə nazil olacağına inananların
surətini yaratmışdı.
Arifdə ―Şeyx Sənan‖da təsadüf etdiyimiz Dərvişin dini
142
şübhəçiliyini xatırladan şübhələr də yox deyildir. A.Şaiq də
bunu hiss etdiyi üçündür ki, ―Arifdə sufilik təsiri görünür‖
deyir
1
.
Arif onu düşündürən suallara cavab tapmaq üçün dinləri,
fəlsəfələri də az-çox yoxlamış, lakin onlarda ―tatlı xəyalat‖ və
―qəhrü qəzəbdən‖ başqa bir şey görməmişdir:
Uydum da peyğəmbərlərə, qanuna, kitaba.
duydum yenə qəsvət
2
.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
həp zə’fə əlamət...
Həp fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
yox rəhbəri-vicdan.
3
Bu şübhəçiliklə bərabər, Arif yenə də torpağa yox, lal, dilsiz
göylərə bağlıdır. Hərçənd ki, bütün varlıq onun nəzərində dərk
edilməz ―min dürlü, şübhəli illətlər, pərdəli hikmətlər, zülmətə
bürünmüş müəmmalı həqiqətlər‖ şəklində görünür; bununla
belə bütün bu müəmmalı həqiqətləri dərk edib anlamaq üçün
Arif yenə də yeganə bir yol izləyir: allaha sığınmaq, onu dərk
etmək, onunla birləşmək:
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
bir şö’leyi-ürfan.
En gəl mənə, yaxud məni yüksəklərə qaldır,
gəzdir qanadında;
Yerlərdə süründüm yetişər, göylərə qaldır,
dindir qucağında.
Qaldır məni, bir seyr edəyim xoşmu, gözəlmi
cənnətdə mələklər?
Qaldır məni, ta görməyim insandakı zülmü,
1
―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 2.
2
Qəsvət – rəhmətsizlik.
3
H.Cavid. Seçilmiş əsərləri, səh. 310.
Dostları ilə paylaş: |