Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə2/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   2   3   4   5   6   7   8   9   ...   97

 

və  biz  bundan  öncə,  M.Quliyevin  Cavidə  və  onun  əsərlərinə 



münasibətini  şərh  etdik,  onun  Cavidə  «qayğıkeş»  münasibəti 

yalnız bundan ibarət idi ki,».. biz Cavid kimi şairlərdən inqilab 

tərəfinə  keçməyi  tələb  edirik.  İnqilab  treni  var  qüvvəsi  ilə 

qoşur. Əziz şairlər, inqilab dalğaları üzərində daha yuxarı qalxa 

bilərsiniz». M.Quliyev  yalnız «Knyaz» əsəri yazıldıqdan sonra 

«sevinmişdi»,  deməli,  onun  məramı  Cavidi  «inqilab  qatarına 

oturtmaq» idi. 

Monoqrafiyanın  «Cavidin  həyatı,  ədəbi  mühiti  və  ilk 

qələm 

təcrübələri» 



adlı 

birinci 


fəsil 

fikrimizcə, 

Cavidşünaslıqda  böyük  sənətkarın  tərcümeyi-halının  tam  və 

dolğun  şəkildə  hazırlanmasında  (hərçənd  ki,  M.Cəfər  məlum 

səbəblərə  görə  Cavidin  həbsindən,  repressiya  qurbanı 

olmasından  söz  aça  bilməzdi)  ilk  təşəbbüs  kimi 

qiymətləndirilməlidir.  Cavidin  bir  ədəbiyyat  adamı  kimi 

yetişməsində  kimin  rolu  olub,  onun  dünyagörüşünün 

formalaşmasında  hansı  təhsil  sistemi  və  digər  amillər  öz 

sözünü  deyib..İranda,  Türkiyədə,  Tiflisdə  yaşadığı  illər  onda 

hansı  təsirləri  yaradıb?    İyirminci-otuzuncu    illərdə    bir    çox  

tənqidçilər    Cavidin  Türkiyədə  təhsil  almasını  ona  irad 

tuturdular.  M.Cəfər  isə  belə  bir  faktı  nəzərə  çarpdırır  ki: 

«Məktublarda Cavidin Türkiyədə olduğu illərdə daim öz vətəni 

haqqında  düşündüyünü,  mümkün  qədər  təhsili  tez  bitirib, 

vətənə  qayıtmaq  arzusunda  olduğunu  göstərən  parçalar  da 

çoxdur.  Şair  başqa  ölkələrdən  Türkiyəyə  gəlib,  tamamilə 

«osmanlılaşan»,  «türkiyəli  olub  gedən»  və  öz  vətənlərini 

unudan  ziyalılara,  onların  aqibətinə  gülür,  bu  yolun  yanlış 

olduğunu  söyləyir.  Q.Şərifova  yazılmış  bir  məktubda  deyilir: 

«Burada  mən  3-4  sənə  qədər  dəxi  oxuya  bilərəm…  Lakin 

validəm,  vətənim,  vətəndaşlarım  bütün-bütün  unudulacaq  bir 

hala  gəlir.  Şimdi  burada  minlərcə  iş  başında  tatar,  türküstanlı, 

qafqazlı  və  krımlı  var  ki,  təhsillərini  ikmal  etdikdən  sonra 

istambullu…olub getmişlər. Bu, məncə pək gücdür… İndi əsil 

məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir».  




 

   M.Cəfər  H.Cavidin  ilk  ədəbi  təcrübələrindən  də  söz 



açır və deyərdik ki, bu da Cavidşünaslıqda birinci təşəbbüsdür. 

Farsca ilk şeirlərini «Gülçin» təxəllüsü ilə qələmə alan H.Cavid 

sonralar  müəllimi  M.T.Sidqinin  təsiri  altında  azərbaycancanca 

da  şeirlər  yazır.  Daha  sonralar,  İstambulda  oxuduğu  illərdə 

«Rəqs»,  «Hər  yer  səfalı»,  «Çəkinmə,  gül»,  «Pənbə  çarşaf», 

«Xuraman-xuraman»,  «Uyuyur»,  «Mən  istərəm»,  «Kiçik  bir 

lövhə», «Şeir məftunu», «Dəniz pərisi», «Son baharda», «Yadi 

mazi»,  «Ah,  yalnız  sən!»,  «Hali-əsəfiştimalimi    təsvirdə  bir 

ahi-məzlumanə»  şeirlərini  qələmə  alır.  Bunları  M.Cəfər 

qəzəlləri  ilə  müqayisədə  irəliyə  addım  kimi    qiymətləndirir. 

Amma  ümumilikdə  həmin  şeirləri  belə  səciyyələndirir: 

«Məzmun  cəhətindən  həyəcanlandırıcı  xəyallar,  fövqəladə, 

mücərrəd  mənəvi  səadət  həsrəti,  forma  cəhətindən  isə  süni 

pafos,  dəbdəbəli  üslub,  fars  və  ərəb  sözləri,  tərkibləri  ilə 

ağırlaşdırılmış  qəliz  dil  bu  şeirlərin  çoxunun  əsas  xüsusiyyəti 

idi». 


H.Cavidin  ilk  şeirlərindəki  bədbinlik,  küskünlük 

motivlərinə  gəlincə,  tədqiqatçı  haqlı  olaraq  bunları  daha  çox 

tənzimat  ədəbiyyatından  sonrakı  Türkiyə  ədəbiyyatında 

güclənən bədbinliklə əlaqələndirir. 

Əlbəttə, hər hansı bir şairin yaradıcılığına ictimai mühitin 

çox böyük təsiri  olur və  bu faktı da danmaq olmaz ki,  Vətənə 

qayıtdıqdan sonra Caviddə də həyata, ictimai mühitə qaynayıb-

qarışmaq meylləri qüvvətlənir. Tədqiqatçının doğru qeyd etdiyi 

kimi,  yeni  şeirlərində  Cavid  bədbinliyi,  ümidsizliyi  pisləyir, 

məsələn,  qadınları  örtükdə  görmək  istəyən  Cavid  «Qadın» 

şeirində onları öz hüquqları uğrunda mübarizəyə səsləyir: 

 

    Qadın! Ey sevgili həmşirə, oyan! 



    Ana! Ey nazlı qadın, qalq! Uyuyan 

    Daima meftlə həmduş oluyor

    Zillü mehnətlə həmağuş oluyor. 

    …Oluyor iştə hüququn pamal, 




 

    Çalış, öyrən, ara, bul, haqqını al! 



    Pərdeyi-zülmət içindən sıyrıl! 

    Qəhrəmanlar kibi qavğaya atıl! 

 

Burada  qeyd  etməyi  vacib  sayırıq  ki,  M.Cəfərin 



tədqiqatına  qədər  H.Cavidin  şeirləri  haqqında  heç  bir  yazıda 

belə  genişliyilə  söz  açılmamışdı.  M.Cəfərin  Cavidin  süjetli 

şeirlərə meyl etdiyini də xüsusi olaraq nəzərə çarpdırır. «Öksüz 

Ənvər» və «Bakıda Balaxanı neft mədənlərinə gedərkən Məsud 

ilə  Şəfiqə  arasında  bir  müsahibə»  şeirləri  üzərində  ayrıca 

dayanan tədqiqatçı, bu şeirlərin təkcə formasının, ifadə tərzinin 

deyil, məzmununun da yeniliyini göstərir. Müəllif haqlı olaraq 

yazır  ki:  ««Məsud  və  Şəfiqə»  təbii,  şairanə  bir  pafosla 

yazılmışdı.  Bu  pafos,  hər  şeydən  əvvəl,  Məsud  ilə  Şəfiqənin 

xarakterində,  onları  düşündürən  ictimai  fikirlərdə,  neft  Bakısı 

və  fəhlə  sinfinin  həyatı,  taleyi  və  gələcəyi  haqqında 

bəslədikləri  gözəl  arzularda  özünü  göstərirdi.  Bu  surətlərdə  

həm  kəskin  ağıl,  həm  də  zəngin  hissiyyat,  zəhmətkeş  insanın 

səadəti üçün döyünən nəcib bir ürək vardır. Əsərdəki şeiriyyət 

də bu iki xüsusiyyətin birləşməsindən doğurdu».  

Hüseyn  Cavidin  lirikasında  heç  şübhəsiz,  onun  bir 

moralist  və  mütəfəkkir  kimi  çıxış  etdiyi  330  misradan  ibarət 

«Bir  xatirə»  yaxud  «Sən  nəsən?  Kimsən?»  deyən  ariflərə!» 

şeiri mühüm yer tutur.  Bu şeirdə şair, tədqiqatçının doğru qeyd 

etdiyi  kimi,  öz  tərcümeyi-halını  deyil,  öz  görüşləri,  müxtəlif 

dinlər,  dini  təriqətlər,  tanış  olduğu  siyasi-fəlsəfi  sistemlər, 

müasir  cəmiyyət,  insan,  bəşərin  çağdaş  durumu  və  gələcəyi 

barədə  fikir  və  düşüncələrini  oxucularla  bölüşür.  Şeir  bu 

misralarla başlayırdı: 

 

                 Arqadaşlar! Sormayın, hiç sormayın! 



                 Sızlayan bir qəlbə atəş vurmayın! 

                         Sormayın, ariflər! Ey fərzanələr! 

                         Anlamaz dərd əhlini biganələr. 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə