Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə6/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   2   3   4   5   6   7   8   9   ...   97

 

17 


Qaratay-Altunsaç  kimi  bir  çox  dramatik  xətlər  meydana  çıxır. 

M.Cəfər onu da qeyd edir ki, Cavid dramaturgiyasında diqqəti 

cəlb  edən  sənətkarlıq  xüsusiyyətlərindən  biri  də  budur  ki,  bu 

dramların  çoxunda  dramatik  situasiya,  hadisələrin  təbiətinə 

uyğun  olaraq,  gah  tədrici,  gah  da  əksinə,  müəyyən  nöqtələrdə 

çox gərgin bir şəkildə inkişaf edir. İlk nəzərdə belə görünür ki, 

bu üsul tamaşaçıları həmişə intizarda saxlamağa mane olacaq. 

Lakin  əksinə,  Cavid  faciə  qəhrəmanının  bu  ani,  xoşbəxt 

dəqiqələrini  ümumi  hadisələrlə  elə  üzvi  surətdə  bağlaya  bilir 

ki,  bu  dəqiqələr  tamaşaçıda  daha  gərgin  vəziyyət  və  coşqun 

maraq  oyada  bilir.  Cavidin  səhnə  əsərlərində  dramatik 

gərginliyi,  xüsusən  lirizm  və  emosionallığı  qüvvətləndirən 

cəhətlərə  gəldikdə,  M.Cəfər  surətlərin  mənəvi  çırpıntılarının 

son  dərəcə  şairanə  bir  dillə  verilməsini  sənətkarlıq  məziyyəti 

hesab  edir.  Cavid  dramlarında  mahnılara  da  çox  yer 

verilmişdir,  bunların  bir  çoxu  dramaturqun  müəyyən  fəlsəfi 

fikirləri  ifadə  etmək  məqamında  istifadə  olunur.  Cavidin 

təqdim  etdiyi  obrazların  dili  ilə  bağlı  tədqiqatçının  iradlarını 

müəyyən  mənada  haqlı  saymaq  olar:  «Cavid  dram  sənətinin 

«hər  tip  öz  dilində  danışdırılmalıdır»  kimi  məşhur  prinsipini 

demək  olar  ki,  nəzərə  almamışdır;  o,  xüsusən  tarixi-fəlsəfi 

dramlarında  tipləri  eyni  bir  dildə,  öz  müəllif  dili  ilə 

danışdırmışdır.  Cavid  surətin  yaranmasında  mühüm  şərtlərdən 

olan  dili  deyil,  əhvali-ruhiyyəni,  psixoloji  xüsusiyyətləri  əsas 

götürmüşdür ki, bu da birtərəfliliyə aparıb çıxarmışdır. Bundan 

başqa surətlərin dilində Azərbaycan tamaşaçısı üçün anlaşılmaz 

olan sözlərin tez-tez işlənməsi də Cavidin bəzi əsərlərinin dilini 

ağırlaşdırmışdır».  

M.Cəfər  öncə  qeyd  etdiyimiz  kimi,  sonrakı  illərdə  də 

Cavid  yaradıcılığı  haqqında  tədqiqatlarını  davam  etdirmiş, 

sanki  «Hüseyn  Cavid»  monoqrafiyasında  az  toxuduğu  yaxud 

heç  toxunmadığı  mövzulara  müraciət  etmişdir.  1962-ci  ildə 

yazdığı  və  «Seçilmiş  əsərləri»nin  ikinci  cildinə  daxil  etdiyi 

«Cavid  haqqında  söz»  məqaləsində  o,  Cavid  yaradıcılığına 




 

18 


ümumi  bir  nəzər  yetirir  və  fikirlərini  essevari  bir  şəkildə  belə 

tamamlayır: «Cavid yaşayır. Bəs bu yaşamağın sirri nədədir?  

Qədim  müdrik  rəvayətlərin  birində  deyilir  ki,  üç  şair 

arasında  mübahisə  olur,  biri  deyir:  mən  yaxşı  şairəm,  ikincisi 

deyir: yox, mən yaxşı şairəm, üçüncüsü deyir: əsil şair mənəm. 

Bu  mübahisəni  kəsmək  üçün  onlar  bir  vətəndaşa  müraciət 

edirlər.  Vətəndaş  onlara  belə  bir  sual  verir:-Əvvəlcə  mənə 

deyin görüm, siz nə yazırsınız və nə məqsədlə yazırsınız?  

Şairlərdən biri deyir:-Mən onunla fəxr edirəm ki, həmişə 

xoşa  gələn  şeir  yazmışam,  şeirlərimin  gözəl,  təsirli  olmasına 

fikir vermişəm. 

İkinci şair deyir:-Mən isə onunla fəxr edirəm ki, həmişə 

xalqa həqiqəti demişəm, yalan yazmamışam. 

Üçüncü şair deyir:-Mən də onunla fəxr edirəm ki, həmişə 

məzlumların, əzilənlərin hüququnu müdafiə etmişəm. 

Vətəndaş hər üç sənətkarı dinləyəndən sonra deyir:-Ayrı-

ayrılıqda deyə bilmərəm, üçünüz bir yerdə yaxşı şairsiniz! 

Cavidi  yaşadan,  sevdirən  başlıca  səbəb  budur  ki,  onun 

yaradıcılığında hər zaman olmasa da, əksər hallarda, əsərlərinin 

çoxunda əsil şairə xas olan və tələbkar vətəndaşa xoş gələn bu 

məziyyətlərin üçü də birləşmişdir».  

1982-ci  ildə çap olunan  «Cavidi xatırlarkən..»  məqalələr 

və  xatirələr  toplusunda M.Cəfərin  «H.Cavidin  sənəti  haqqında 

qeydlər»  adlı  böyük  bir  məqaləsi  də  təqdim  edilir.  Əslində, 

bunu  kiçik  bir  monoqrafiya  da  adlandırmaq  olar.  Çünki  bu 

yazıda  qoyulan  problemlər  bir  məqaləlik  deyildir,  müəllif 

burada  H.Cavidin  dil  və  üslub  xüsusiyyətlərindən,  bədii  təsvir 

vasitələrindən, istifadə etdiyi poetik formalardan geniş söz açır, 

həm  də  bu  yazı  «Hüseyn  Cavid»  monoqrafiyasının  beşinci 

fəslindən 

(«Hüseyn 

Cavid 


dramlarında 

sənətkarlıq 

xüsusiyyətləri») tamamilə fərqlidir. 

M.Cəfər  Cavidin  yaradıcılığının  birinci  dövründə 

«ənənəvi iki üslubluluğa» meyl etdiyini göstərir, şair bu illərdə  

(1905-1909)  həm  klassik  qəzəl,  məsnəvi,  həm  də  şifahi  xalq 




 

19 


şeir  dili  və  üslubunda  əsərlər  yazmışdır.  Türkiyədə  olduğu 

illərdə  (1906-1909)  yazdığı  şeirlərinin  çoxunun  dili  çətin  və 

ağırdır. Bu şeirlərin dili və üslubu o zamankı türk ədəbiyyatının 

Ə.Hamid,  Cənab  Şəhabəddin  şeirinin  dili  və  üslubuna  yaxın 

idi. 

Şairin  sonradan,  Vətənə  qayıtdıqdan  sonra  yazdığı 



şeirlərində  dil nisbətən sadələşir, amma türk dilinin təsiri onun 

pyeslərində yenə də davam edir. Məsələn, 1912-ci ildə yazdığı 

«Maral» faciəsində, dil cəhətindən o, Türkiyə  yazıçıları ilə  az 

qala «bəhsə» girirdi. 

M.Cəfər haqlı olaraq qeyd edir ki, Cavidin özünəməxsus 

tam  orijinal  şeir  dili  və  üslub  xüsusiyyətləri  «Şeyx  Sənan» 

faciəsi  ilə  başlayır.  «Bu  faciə  həqiqi  şeir,  poeziya  dilində,  son 

dərəcə  zəngin,  emosional  dildə  yazılmış  bir  əsər  idi.  Burada 

cümlə 

quruluşlarında  sərrastlıq,  cümlələrin  bir-birinə 



münasibətlərindəki  möhkəm  məntiqi  əlaqə,  axıcılıq,  sözə 

qənaət, yığcamlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti 

cəlb  edirdi».  Həm  də  Cavid  bu  əsərində  mümkün  qədər  ərəb, 

fars tərkiblərini az işlətməyə çalışmışdır.M.Cəfərin doğru qeyd 

etdiyi  kimi,  «Şeyx  Sənan»ın  dilində  və  üslubunda  Cavid 

klassik  Azərbaycan  şeir  dili  və  üslubi  ənənələrini  əsas 

götürmüşdür.  Lakin  o,  bu  dil,  üslub  ənənələrini  sadəcə  təqlid 

etməmiş, 

mümkün 

qədər 


onu 

zənginləşdirməyə, 

yeniləşdirməyə,  müasirləşdirməyə,  mənzum  dram  dilinə 

uyğunlaşdırmağa  çalışmışdır.  «Uçurum»  faciəsində  isə  «Şeyx 

Sənan»a məxsus olan ifadəlilik, sərrastlıq görünməsə də, əsərin 

çox  hissəsində  şifahi  xalq  şeiri  üslubu  hiss  edilir.  M.Cəfər 

əsərin qəhrəmanlarından biri-Anjelin nitqinə diqqəti yönəldir: 

 

   Mən öncə bir mələkdim. 



   Yüksəklərdə uçardım. 

   Parlaq bir yıldız kimi 

   Ətrafa nur saçardım. 

   Bən şux bir kələbəkdim




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə