254
tutmuş pişxidmətə qədər sərvət və şöhrət düşkünləri ona
quyu qazmağa hazırlaşırlar. İkinci tərəfdən atası Key-
kavusun
dözülməz əxlaqsızlığı, analığı Südabənin
şıltaqlığı Səyavuşda saray həyatına qarşı dərin nifrət
oyadır. O, sarayın ―faciələr səhnəsi‖ olduğunu gözü ilə
görür. Bu arada Keykavusa türk xaqanı Əfrasiyab
ordularının sərhədi keçib, kəndliləri taladığı xəbəri çatır.
Düşmən ordularını geri oturtmaq Rüstəmlə Səyavuşa
tapşırılır. Rüstəm və Səyavuş saraya nifrət etsələr də,
vətəni müdafiəyə həmişə hazırdırlar. Onlar ordu ilə
sərhədə yaxınlaşır, lakin burada sərkərdələr arasında qısa
bir toqquşmadan sonra aydın olur ki, İran kəndlilərini
çapıb talayanlar, İran ordusunun öz başçıları, məmurlar
və yerli talançılardır. Bu həqiqətin şahidi olan Rüstəm
nahaq
qanların
tökülməsinə razı olmur, vuruşu
dayandırır, sülh təklif edib saraya qayıdır.
Səyavuş bu səfərində eyni zamanda İran kəndlilərinin
ağır həyatı ilə tanış olur. Yerli məmurlar kəndliləri bir
tərəfdən ağır zəhmət şəraitində, qamçı gücü ilə qul kimi
işlədir, ikinci tərəfdən kəndlilərin var-yoxunu talayırlar.
Bu zülmə qarşı kəndlilər üsyan edir. Üsyançıların
başında kəndli Altay durur. Səyavuş el anasının
nəsihətinə sadiq qalaraq məzlumları müdafiə edir,
üsyançılara haqq qazandırır:
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli kaplan —
— deyə məmurlara nifrətini bildirir, üsyançı Altayla
dostlaşır.
Rüstəm saraya, Keykavusun yanına gəlib, Əfrasiyab
orduları ilə sülhə girişdiyini ona xəbər verir. Azğın,
şöhrətpərəst hökmdar bu xəbərdən qəzəblənir. Şah ilə
xalq içərisindən çıxmış qəhrəman arasında olan bu
mübahisə səhnəsi dramaturqun Rüstəm surətini nə
255
məqsədlə yaratdığını aydınlaşdırır.
R ü s t ə m
Haqsız qanlar axmasın deyə,
Səyavuşla Piran gəldi bir rəyə.
K e y k a v u s (qızğın)
Barışdılarmı?!
R ü s t ə m
Yersiz vuruşmanın mənası varmı?
K e yk a v u s
Xəyanət! Xəyanət! Alçaq xəyanət!..
...İştə ikiniz də qorxaq və miskin.
Səyavuş da xain, Rüstəm də xain.
R ü s t ə m
Qorxaqmı, xainmi? Çirkin iftira!
Dayanmaz insan şu təhqirə əsla.
K e yk a v u s
Rüstəm!
R ü s t ə m
Həddini bil, nə sandın məni?
K e y k a v u s
256
Sus! Şöhrətin məğrur etməsin səni.
R ü s t ə m
Sakın, güvənmə çox taxtü tacına!
Keykavus hər iki qəhrəmandan intiqam alacağını
bildirir. Rüstəm buna cavab olaraq:
Artıq mənə oldu əyan:
Cənnət imiş Zabilistan.
Dönməliyəm əski yurda,
Namus, şərəf həpsi orda
1
—
— deyə sarayı nifrətlə tərk edib Zabilistana gedir,
Səyavuşa da xəbər göndərir ki, atasının qəzəbinə düçar
olmamaq üçün dayısı Əfrasiyabın yanına getsin. Səyavuş
Rüstəmin sifarişini eşidib,
Saray aləminə məndə yox həvəs
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs —
— deyirsə də, ölümdən yaxa qurtarmaq üçün yenə dayısı
Əfrasiyabın yanına getməli olur. Yolda o, ova çıxmış
qızlar sırasında dayısı qızı gözəl Firəngizə rast gəlir.
Gənclər bir-birini sevirlər. Əfrasiyab əvvəlcə Səyavuşu
təntənə ilə qarşılayıb, ona sarayda yüksək rütbə təklif
edir. Səyavuş isə:
İstəməm, sadəlik xoşdur mənimçin,
Gözüm yoxdur mənim, heç bir rütbədə —
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 434-435.
257
— deyə cavab verir. Firəngizin təmiz məhəbbəti ona hər
şeydən yüksək görünür. Lakin çox çəkmir ki, burada da
saray çəkişmələri başlanır. Turan ordusunun sərkərdəsi
Gərşivəz Səyavuşun qəhrəmanlığını və şöhrətini görüb,
onu aradan çıxarmağı, xəyanətlə məhv etməyi qərara alır.
Burada Səyavuşa Çin sərhədində böyük bir vilayəti üsyan
bürüdüyünü,
əhalinin
al-qan
içində
çırpındığını
söyləyirlər. Üsyanı yatırmağı ona təklif edirlər. Səyavuş
qan tökülməsinin əleyhinə olduğundan, həmişə sülh,
əmniyyət tərəfdarı, məzlumlar tərəfdarı olduğundan bu
təklifi qəbul edib, üsyanı yatırmaq üçün Çin sərhədinə gəlir.
Burada aydın olur ki, vilayəti al-qan içində boğan üsyançılar
deyil vilayətin azğın valisi və onun talançı məmurlarıdır.
Onların xəyanəti nəticəsində ölkəni dar ağacları bürümüş,
aclıq, yoxsulluq, səfalət kəndliləri əldən salmışdır. Çin
xaqanının zülmündən qaçan yoxsul Çin kəndliləri ilə türk
kəndliləri birləşib üsyan bayrağını qaldırmışlar. Altay burada
da üsyançıların başçısıdır. Üsyançı kəndlilər – çinli və türklər
cinayətkar valinin üstünü almışdır, Altay ona ölüm fitvası
oxuyur:
Yetər, çıldırdınız, ―hökumət‖ deyə,
Evləri yıxdınız, ―ədalət‖ deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
―Qanun‖ deyə doğru yoldan caydınız,
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs zəhərli ahlar,
Qidasız çocuqlar ot yeyib yaşar.
Söylə öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?!
1
Səyavuş həqiqəti bilib Altayla birləşir, üsyançıları müdafiə
1
H.Cavid. Seçilmiş əsərləri. səh. 462-463.
Dostları ilə paylaş: |