Azərbaycan mühacirət irsi
64
Brest-Litovsk müqaviləsinə əsasən Türkiyəyə verilən
Batum, Ərdəhan və Qars vilayətlərindən ötrü Cənubi
Qafqaz hökuməti ilə Osmanlı dövləti arasında başlanan
hərbi, 3-cü ordunun bu yerləri işğalı, bunun nəticəsində
gürcülərin Almaniyanın himayəsinə sığınaraq Qafqaz
Federasiyasından çıxıb istiqlalını elan etdiyini, onu erməni və
Azərilərin də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ayrı
müzakirəyə girişdiklərini xülasə etdikdən sonra müəllif Qafqaz
İslam Ordusunun komandanı Nuru Paşanın Gəncəyə gəlişinə
naklikelam edərək (toxunaraq) Paşa Həzrətlərinin 3-cü orduya,
Azərbaycanın əsgəri və daxili vəziyyəti haqqında göndərdiyi
raportu nəql etməkdədir.
Nuru Paşa Həzrətlərinin 3-cü ordu komandanı Vəhib Paşa
Həzrətlərinə yazdığı raportdan anlayırıq ki, Gəncədə Milli
Kolordu (korpus, hərbi birləşmə) naminə təşkil edilən 600
nəfərlik bir qüvvə var. Bakıya qarşı da Kürdəmir stansiyasında
knyaz Mağalof namında (adında) bir gürcü miralayının
(albayının) komandanı altında 400-ə qədər əsgər vardır. “Bakı
qətliamında gürcülərin müsəlmanlarla birlik təşkil etmələrinə
bir nümunə olaraq Tiflisdən göndərilmiş bu əsgərlərin 300-dən
ibarət gürcüləri də Tiflisə dönmüşdülər.
Azərbaycanda milli bir ordu yaratmaq imkanı mövcuddur.
Əsgərliyə tələbkar çox insan vardır. Muğan kimi məntəqələrdə
bolşevik əlinə keçməmiş 10 000 000 kilo qədər də buğda və
ərzaq var. Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur.
Paşa Həzrətləri bu barədə yardım edilməsini rica edir və əlavə
edir ki: “Əsgərin təlim və tərbiyəsi üçün buraya təyin olan
əsgər heyəti Mosulda qaldı. Bir aya qədər gəlməyəcək. Təşkil
olunacaq əsgərə komanda etmək üçün mümkün olduğu qədər
müəllim-zabit və kiçik zabit ezamını xahiş edirəm. Kıtaatı
Osmaniyenin Gəncəyə ademi vürudu muhtemel ise bilhassa
mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi
ehtimal
edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”.
Azərbaycan mühacirət irsi
66
əmin-amanlığını qorumaq üçün Ali Osmanlı Dövlətindən istə-
nilən əsgəri yardım Osmanlı Heyəti tərəfindən dərhal qəbul
edilmişdi.
Əslində bu
əhdnaməyə istinadən,
Azərbaycan tərəfindən ve-
rilən bu rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu
əmri verirdi:
“Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələ-
rinin) də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm.
Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi
üçün indidən hazırlıq işləri görün və bunun üçün serian icab
(lazım olan hər şeyi) edənləri Qazağa göndərin. Müsəlman za-
bitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stan-
siyası ilə Gəncə arasındakı gedişi tənzim etmək üçün əvvəlcə
Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi
ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qafqaz kolordusu
(korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini xahiş
edirəm. Firqə indilik
əmrinizdə və Gəncədə qalacaq, əfəndim.”
Ordu komandanının bu əmrinə əsasən Qrup komandanı da
eyni gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda
Cəlaloğlundan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət
günü firqə zabitlərinə bu müraciəti etmişdir:
“Baş komandan etibarən hamımızın etimadını qazanmış və
hər xüsusda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbay-
cana, Gəncəyə göndərirəm. Burada olduğu kimi orada da fəda-
karlıqla çalışacağımızdan əminəm. Allah müvəffəqiyyətlər
versin.”
Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardım”dır.
Bunun nəticəsində iyunun 22-də Azərbaycandakı əsgəri
qüvvənin mövcudluğu bu qədər olmuşdur:
Beşinci Qafqaz Firqəsi:
Zabit: muharib (döyüşən) - 225, muharib olmayan (döyüşmə-
yən) – 105;
əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126.