Azərbaycan mühacirət irsi
70
Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz
İslam Ordusu komandanı yanında azərbaycanlı generallardan
Əli Ağa Şıxlinski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş
Qərargahı) və başqa zabitlər olduğu halda Göyçaya gəlmiş və
döndükdən sonra 5-ci Qafqaz Firqə qərargahı Göyçaya təyin
edilmişdir: “Müsüslü cəbhəsində olan ordu erkanıhərb (Baş
Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu cəbhədəki
kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi)
Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.”
“Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə
meydanda olan kıtaat (ordu hissələri) 500-600 nəfərdən
ibarətdi. Əfsus bu təşkil ediləcək kolorduya (hərbi birləşmələrə)
aid bir qisim maliyyə və təchizat vardı. Əslində bu maliyyə və
təchizatdan istifadə edə bilməsi üçün 5-ci Qafqaz Firqəsi də 25
iyundan etibarən Azərbaycan kolordusu (hərbi birləşmələri)
əmrinə verildi. Kolordu (hərbi birləşmələri) komandanı Əli
Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin
hərəkəti hərbinə verilən raportların Orduya tətbiq olunacağına
dair ordudan əmr alındı.”
Anadolu qəhrəmanlarının unudulmaz fədakarlıqlarından
ilham alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına
dərin inam bəsləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının
mübarək qanları bahasına bizə bəxş etmiş olduqları 15
Sentyabr
zəfərini heç bir zaman unutmamış və unutmayacaqdır.
Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı
uğrunda apardıqları çətin və qanlı müharibələr və müca-
dilələr həqiqətən də nəsildən nəsilə keçərək unudulmaz bir
dastan halına çatmışdır (48, s. 10-16).
“Qurtuluş”, sentyabr 1935,
VIL 2, sayı 11.
Azərbaycan mühacirət irsi
71
Ceyhun Hacıbəyli
(1891- 1962)
eyhun Hacıbəyli 1891-ci
ildə fevral ayının 3-də Şu-
şada anadan olub. İlk təh-
silini Şuşada N. Vəzirovun müdir ol-
duğu məktəbdə, orta təhsilini isə Ba-
kıda alıb.
1908-ci ildə, yanvarın 12-də qar-
daşı Ü. Hacıbəyovla birlikdə yazdığı
“Leyli və Məcnun” operası H. Z. Ta-
ğıyev teatrında tamaşaya qoyulub.
Sonradan təhsilini davam etdir-
mək üçün Peterburqa gedib, universi-
tetin hüquq fakultəsinə daxil olub.
Sonradan o,
Fransaya gedib və Sorbon
universitetində oxuyub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o,
bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, son-
radan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib.
Fransada mühacirət həyatı yaşayıb.
Mühacirət illərində o, aşağıdakı əsərlərini yazıb nəşr etdirmişdir:
1) “İlk müsəlman respublikası Azərbaycan”. 2) “Azərbaycan mətbuat
tarixi”. 3) “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metod-
ları”. 4) “Qarabağın dialekti və folkloru”.
Eyni zamanda o, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasını
fransızcaya tərcümə edib və Parisdə tamaşaya qoyub. Onun Parisdə
fransız dilində nəşr edilən mətbuat orqanlarında da müxtəlif məqalə-
ləri nəşr edilib.
C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Parisin
Sen-Klu məzarlığında dəfn olunub.
C