Azərbaycan mühacirət irsi
98
Onun hərb nəzəriyyəsinin yarımçılığı və təzadlığı da
bundan irəli gəlir. Xüsusən, Sovet İtifaqında elə bir vəziyyət
yaranmışdır ki, alimlər, yazarlar, şairlər, rəssam və bəstəkarlar
dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahimə-
liliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiya-
sı üzvlərinin, 30 dekabr 1930-cu il tarixli “Pravda” qəzetinə
verdikləri bəyannaməni xatırlayaq. Akademiklərin bu məcburi
bəyannaməsində deyilirdi: “Qarşımızda duran məsələləri” bir
metod olan Marks-Engels-Lenin-Stalin metodu ilə həll edəcə-
yik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan
istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fi-
zioloji təcrübələrini yürüdəcək, Tşuko, Tşusev, Vesnin, Hüse-
ynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirə-
cəklər. Rəssam, akademik Qrabar rəsmlər çəkəcək, bəstəkar
Qara Qarayev və Şestakoviç simfoniyalar yazacaq, akademik-
yazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edə-
cək və s.
Bütün bu işlər dialektik materializm metoduna istinad edi-
lərək görüləcəkmiş. İndi baxaq, Marks bu “elmlər elmini necə
yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializ-
mi də Feyerbaxdan aldı və onları birləşdirdi. Həm də sadəcə
birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdir-
di, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısa-
ca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə
edərək, çox fikirləşmədən böyük icadlar etmək mümkündür,
bütün filosofların nəzəriyyələrini bir saniyədə kirli sabunlu
suya çevirmək zor bir iş deyil, onun yardımı ilə çap edərsə,
marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsə-
lən, dövrün taktikasına görə, Şeyx Şamili ən böyük demokrat
deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti
və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova
Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq,
Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, genera-
lsimus Suvarovu qan içici çar yaltağı göstərmək, sonra isə