Azərbaycan mühacirət irsi
86
ƏBDÜRRƏHMAN FƏTƏLİBƏYLİ –
DÜDƏNGİNSKİ
(1908-1954)
-ci ildə Naxçıvanın
Şərur rayonunun Dü-
dəngə
kəndində
anadan olub. Gənc
yaşlarından əsgər getmiş, Azərbaycan
diviziyasında xidmət edib. 30-cu
illərdə Moskvada Hərbi Akade-
miyada təhsil alıb. Leninqradda (in-
diki Sankt-Peterburq) hərbi xidmətdə
olub. 1940-cı ildə sovet qoşunları
Pribaltikanı işğal edərkən döyüşlərin
birində əsir düşərək almanlar tərəfə
keçir. Almaniyada həbs düşərgəsində
olarkən Azərbaycan legionunun təş-
kilində və Milli Azərbaycan Qurultayının keçirilməsində fəallıq
göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya
müharibəsindən sonra İtaliyada, Misirdə olur, Türkiyəyə gedir,
Almaniyada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına
başçılıq edir.
“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəy-
li sovet hökuməti əleyhinə olan verilişlər hazırlayıb.
O, eyni zamanda Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azər-
baycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr etdirir. 1954-cü
ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyası-
nın baş redaktoru çalşarkən bir sovet casusu tərəfindən qətlə yetirilir.
O, Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda
dəfn edili
b.
190
8
Azərbaycan mühacirət irsi
87
Əbdürrəhman Fətəlibəyli – Düdənginski
«
«
A
A
Z
Z
Ə
Ə
R
R
B
B
A
A
Y
Y
C
C
A
A
N
N
»
»
J
J
U
U
R
R
N
N
A
A
L
L
I
I
N
N
D
D
A
A
Ç
Ç
A
A
P
P
E
E
D
D
İ
İ
L
L
M
M
İ
İ
Ş
Ş
M
M
Ə
Ə
Q
Q
A
A
L
L
Ə
Ə
L
L
Ə
Ə
R
R
İ
İ
«Beləliklə, kommunizmin ilk növbədə çoxsaylı proletariatı
olan, yüksək inkişaf etmiş kapitalist sistemli ölkədə qələbə çal-
ması doğru çıxmadı. Aydın oldu ki, kommunizm ölkənin yüksək
inkişaf etmiş sənayesi və mədəniyyətinin olmasından və yaxud
əksinə, aqrar, köhnə istehsal üsüllu olmasından asılı olmaya-
raq xalqın milli dəyərlərini itirdiyi bir ölkədə qələbə çala bilər.
Kommunizmin məhz Rusiyada qələbə çalması bununla izah olu-
nur. Çünki bolşeviklər rusların milli iftixarlarını zəiflədə və
hakimiyyəti ələ ala bildilər. Digər bir tərəfdən isə, kommuniz-
min digər ölkələrdə məğlub olmasını elə bununla da izah etmək
olar, yəni –dünyanın elə bir yeri yoxdur ki, orada xalqın tama-
milə öz milli iftixarını itirdiyi ölkəyə rast gələsən. Deməli,
«sosializmə» qələbə çalmış ölkələrin güclü silahlı müdaxiləsi
olmadan heç bir ölkədə kommunist inqilabı gözləməyə dəy-
məz».
KREML HÜR DÜNYANIN GÖZÜ
ÖNÜNDƏ HÜRRİYYƏT ƏLEYHİNƏ “XALQLAR”
KONQRESİ ÇAĞIRDI
Kremlin əmri və hüdudsuz maddi yardımı ilə (Komint-
ernin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12
dekabr 1952-ci ildə Vyanada “Xalqların Sülhü Müdafiə
konfransı” açılmışdır.