Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə27/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
86 
 
 
ƏBDÜRRƏHMAN FƏTƏLİBƏYLİ – 
DÜDƏNGİNSKİ 
 (1908-1954) 
 
-ci  ildə    Naxçıvanın 
Şərur rayonunun  Dü-
dəngə 
kəndində 
anadan  olub.  Gənc 
yaşlarından əsgər getmiş, Azərbaycan 
diviziyasında  xidmət  edib.  30-cu 
illərdə    Moskvada  Hərbi  Akade-
miyada  təhsil  alıb.  Leninqradda    (in-
diki  Sankt-Peterburq)  hərbi  xidmətdə 
olub.  1940-cı  ildə  sovet  qoşunları 
Pribaltikanı  işğal  edərkən  döyüşlərin 
birində  əsir  düşərək  almanlar  tərəfə 
keçir.  Almaniyada  həbs  düşərgəsində 
olarkən  Azərbaycan  legionunun  təş-
kilində  və  Milli  Azərbaycan  Qurultayının  keçirilməsində  fəallıq 
göstərir,  çoxlu  sayda  əsirləri  ölümdən  qurtarır.  İkinci  Dünya 
müharibəsindən  sonra  İtaliyada,  Misirdə  olur,  Türkiyəyə  gedir, 
Almaniyada  “Azadlıq”  radiosunun  Azərbaycan  redaksiyasına 
başçılıq edir. 
“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəy-
li sovet hökuməti əleyhinə olan verilişlər hazırlayıb.  
O, eyni zamanda Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azər-
baycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr etdirir. 1954-cü 
ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyası-
nın baş redaktoru çalşarkən bir sovet casusu tərəfindən qətlə yetirilir.   
O,  Münhen  yaxınlığında  Noy-Ulm  şəhərindəki  qəbirstanlıqda  
dəfn edili
b. 
190



Azərbaycan  mühacirət irsi 
 
 
87 
 
Əbdürrəhman Fətəlibəyli – Düdənginski 
 
 
 
 
 
 
«
«
A
A
Z
Z
Ə
Ə
R
R
B
B
A
A
Y
Y
C
C
A
A
N
N
»
»
 
 
 
 
J
J
U
U
R
R
N
N
A
A
L
L
I
I
N
N
D
D
A
A
 
 
 
 
Ç
Ç
A
A
P
P
 
 
E
E
D
D
İ
İ
L
L
M
M
İ
İ
Ş
Ş
 
 
M
M
Ə
Ə
Q
Q
A
A
L
L
Ə
Ə
L
L
Ə
Ə
R
R
İ
İ
 
 
 
«Beləliklə, kommunizmin ilk növbədə çoxsaylı proletariatı 
olan, yüksək inkişaf etmiş kapitalist sistemli ölkədə qələbə çal-
ması doğru çıxmadı. Aydın oldu ki, kommunizm ölkənin yüksək 
inkişaf  etmiş  sənayesi  və  mədəniyyətinin  olmasından  və  yaxud 
əksinə,  aqrar,  köhnə  istehsal  üsüllu  olmasından  asılı  olmaya-
raq xalqın milli dəyərlərini itirdiyi bir ölkədə qələbə çala bilər. 
Kommunizmin məhz Rusiyada qələbə çalması bununla izah olu-
nur.    Çünki  bolşeviklər  rusların  milli  iftixarlarını  zəiflədə  və 
hakimiyyəti  ələ  ala  bildilər.  Digər  bir  tərəfdən  isə,  kommuniz-
min digər ölkələrdə məğlub olmasını elə bununla da izah etmək 
olar, yəni –dünyanın elə bir yeri yoxdur ki, orada xalqın tama-
milə  öz  milli  iftixarını  itirdiyi  ölkəyə  rast  gələsən.  Deməli, 
«sosializmə»  qələbə  çalmış  ölkələrin  güclü  silahlı  müdaxiləsi 
olmadan  heç  bir  ölkədə  kommunist  inqilabı  gözləməyə  dəy-
məz». 
 
 
KREML  HÜR  DÜNYANIN  GÖZÜ  
ÖNÜNDƏ  HÜRRİYYƏT  ƏLEYHİNƏ  “XALQLAR”  
KONQRESİ  ÇAĞIRDI 
 
Kremlin  əmri  və  hüdudsuz  maddi  yardımı  ilə  (Komint-
ernin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 
dekabr  1952-ci  ildə  Vyanada  “Xalqların  Sülhü  Müdafiə 
konfransı” açılmışdır. 


Azərbaycan  mühacirət irsi 
 
 
88 
“Sülh  hərəkatı”  vaxtilə  Politbüronun  (Siyasi  Büronun  – 
N.Y.) gizli dərinliklərində başlamış və  güclü pul sayəsində sü-
rətlə  genişlənmiş,  1949-cu  ildə  isə  “Sülh  tərəfdarları  dünya 
konfransı” çağırılmışdır. 
Bu  konfransdan  sonra  hür(azad)  məmləkətlərdə  “sülh  tə-
rəfdarları”  milli  təşkilatları  qurulmuş  və  yuxarıda  adı  çəkilən 
mənfur “Dünya Sülh Şurası” meydana gətirilmişdir. 
“Dünya Sülh Şurası” Kremlin tükənməz yardımı və rəhbər-
liyi altında qaynar bir fəaliyyətdə olmuş, “millətlərarası  gərgin-
liyi  yumşaltmaq” uğrunda çox çalışmışdır. Türlü məmləkətlərdə 
mitinqlər,  toplantılar,  görüşmələr  tərtib  edilmişdir.  “Sülhçülər” 
xalqların ən geniş təbəqələrinə, müxtəlif dini, siyasi və sosial gö-
rüşləri  olan  ən  müxtəlif  təşkilatlara,  hərəkatlara,  cərəyanlara 
soxulmağa müvəffəq olmuşlar. 
Tükürpədici  yalanlar  nəticəsində  hür  məmləkətlərin  bir  çox 
təşkilatlarını da Vyanaya qədər sürükləmişlər. 
“Dünyanın  ən  müxtəlif  sosial  və  ictimai  təbəqələrinə  so-
xulub onları sovet imperializminin xidmətinə qoymalı–Kremlin 
bu  əmrini  “Dünya  Sülh  Şurası”    qısa  zamanda  artıqlaması  ilə 
ifa etmişdir. 
Konfransa  başqanlıq  edən  Fridrix  Jolio-Kuri  bu  haqda 
qürurla məlumat vermişdir. 
O,  kommunistlərə  münasib  paxıllıqla  dünya  kültürünün 
böyük  adamlarının  müqəddəs  xatirələrinin  çözülməsindən  
uzun bəhs etmişdir.  
Konfrans  Sovetlər  İttifaqı  Kommunist  Partiyasının  19-cu 
qurultayı  qərarları  üzrə  cərəyan  etmişdir:  “Dünya  sülhü 
uğrunda”,  “Koreyada  hərbin  durdulması  uğrunda”,  “Xalqların 
hürriyyət  və  bağımsızlığı  sarsılmaz  sülhün  zəruri  şərtidir”, 
“Millətlərin bağımsızlığı və təhlükəsizliyi uğrunda”, “İki sistem 
paralel yaşaya bilər” və s. 
Köhnəlmiş  və  çürümüş  “dünya  kommunist  inqilabı” 
şüarları ilə deyil, Kreml yuxarıda qeyd edilmiş yeni taktiki 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə