Azərbaycan mühacirət irsi 1



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə28/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
89 
şüarları ilə müxtəlif cərəyanları, müxtəlif görüşlü adamları 
Vyanaya gətirməyə də müvəffəq olmuşdur. 
Bu konfransda Qərbin müharibəni önləmək yolunda bütün 
təşəbbüsləri  “təcavüskar”  deyə  damğalandı  və  “millətlərüstü 
təşkilatlar” məfhumu uyduruldu: Atlantik, Paris və Bonn müqa-
vilələrini “millətlərüstü təşkilatlar” kateqoriyasına aid etdilər və 
millətlərin bağımsızlığına bir təcavüz deyə vəsfləndirdilər. 
İlya  Erenburq  İngiltərənin  və  Latın  Amerikasının  bağım-
sızlığının  “yox  olmasına”  fəna  halda  “acıyaraq”  bunları  söy-
lədi:  “Keçmişdə  insanlara  öz  dövlətinizin  istiqlalını  müdafiə 
etmək  üçün  həyatınızı  fəda  etməlisiniz  deyirdilər.  İndi  isə 
onlara  deyirlər:  irəlidə  həyatınızı  fəda  etmək  üçün  əvvəl  öz 
dövlətinizin istiqlalını qeyb etməlisiniz”. 
Bəli, Kreml daima bu tərzdə hərəkət etmiş və etməkdədir: 
əvvəl  dövlətlərin  bağımsızlığını  çeynəyir,  sonra  isə  onların 
haqlarını öz ehtiraslarına qurban edir. 
Əcəba,  Sovet  diktatorları  hökm  etdikləri  millətlərin  qey-
dsiz-şərtsiz istiqlallarını tanımağa heç yaxınlaşarmı? 
İlya  Erenburq  konfransda  iştirak  edənlərə  milyonlarla  
neytralistlərin (tərəfsizlərin) hisslərini istismar etmək üçün gös-
tərişlər  vermiş  və  demişdir:  “Neytralizm  Qərb  xalqlarının  öz 
bağımsızlığı uğrunda yürütdükləri savaşın bir simptomudur”. 
Qərbi Almaniya neytralistlərin hərəkətlərini və fəaliyyətlə-
rini  öyrəndikdən  sonra  bütün  neytralistlərə  Kremlin  bu  əmrini 
açıqladı:  “Qərbə  qarşı  qışqırın  –  onda  “bizimləsiniz”,  amma 
Moskvaya söyləyin:  “biz sizinləyik”.  Əslində “neytrallıq” belə 
olmalıdır. 
Xalqların  Sülhü  Müdafiə  konfransında”  hər  şey 
Kremlin  istədiyi  kimi  olmadı.  İtaliyalı  Alessandra  Piaycion-
un  ifşası  bomba  kimi  partladı.  Britaniya  nümayəndəsi  Har-
monun  söylədikləri:  Sovetlər  Hind  layihəsini  rədd  etməklə, 
hərb  əsirlərini  Sovetlər  İttifaqında  saxlamaqla  dünyada  ən-
dişəli vəziyyət yaratmışlar. 


Azərbaycan  mühacirət irsi 
 
 
90 
Vışinskinin  Hindistan  sülh  layihəsi  əleyhinə  kəskin  çıxışı 
sülhə  olan  son  ümidləri  suya  batırdı.  İsveç  yazarı  Erik  Axel 
Blomberq sovetlərin kiçik dövlətlərə qarşı təcavüzkar olduğunu 
söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet siyasət-
çiləri başqa xalqların psixolojisi ilə heç hesablaşmaq istəmirlər. 
Hər kəsə məlumdur ki, “xalq demokrasiləri” Sovetlərin zoru ilə 
yaranmışlar.  İsveçrəli  Hüqo  Kramer  öz  çıxışında  İlya 
Erenburqa  müraciət  edərək  soruşmuşdu:  “Elə  düşünmürsünüz 
ki,  Amerika  əleyhinə  etdiyiniz  ittihamlar  sırf  Sovetlərə  qarşı 
edilməlidir”. 
Bu şəxsiyyətlərin çıxışları haqda sovet mətbuatı bir kəlmə 
belə  yazmır.  Amerika  əleyhinə    çıxışlar  isə  təfsilatı  ilə  bütün 
sovet mətbuatında nəşr edilmişdir. 
12  yanvar  1953-cü  il  tarixli  “Pravda”  “Xalqlar  konfransı-
nın  qərarlarını  kütlələrə  yetirməli”  başlıqlı  baş  məqaləsində 
yazırdı: “Konfrans  yeni hərb təhlükəsinin qarşısını almaq üçün 
xalqların  beynəlxalq  hərəkatı  tarixində  mühüm  mərhələ  oldu... 
Konfransın qərarlarını müzakirə etmək üçün indi hər yerdə bö-
yük ruh yüksəkliyi şəraitində kütləvi mitinqlər və iclaslar keçi-
rilir. Milanda, Romada, Turində və İtaliyanın başqa şəhərlərin-
də  bu  cür  mitinq  və  toplantılarda  minlərcə  insan  iştirak  etmiş-
dir. Çinin şəhərlərində, Varşava və Budapeştdə, Paris və Brüss-
eldə  də  zəhmətkeşlərin  kütləvi  mitinqləri  olmuşdur.  Mitinq  və 
toplantılarda xalqlar konfransının nümayəndələri çıxış edirlər”. 
Əslində  “Pravda”da Sovetlərin Hür Dünya xalqlarını hür-
riyyət əleyhinə səfərbər etmələrindən açıqca və həyasızca yazır. 
“Xalqlar  Konqresi”nin  “sülh”,  “istiqlal”,  Koreyada  hərbin 
qurtarması” və s. haqda çıxardığı qərarların mahiyyətini Avstriya 
Daxili İşlər Nazirliyindən öyrənirik: “Xalqların Sülhü Müdafiə 
Konfransının” gizli komissiyasında bu qərar verilmişdir: bütün 
dövlətlərdə sülh tərəfdarları təşkilatları nəzdində xüsusi bürolar 
qurulmalı  ki, məmləkətlərin silahlanmaq işlərinə nəzarət  etsin-
lər  və  hər  böyük  hərb  istehsalatı  fabriklərində  bu  büroların 


Azərbaycan  mühacirət irsi 
 
 
91 
nümayəndələri  olmalıdır.  Bunlar  silahların  miqdarı,  növü  və 
xüsusiyyəti haqqında məluman toplamalıdır”. 
Qısası,  “sülh”,  “bağımsızlıq”  yolu  ilə  sovet  casusluğu 
hür məmləkətlərdə qanunlaşdırılmaqdadır. 
Əcəba,  Komintern  Moskvada  oturarkən  və  “dünya  kom-
munist inqilabı” bayrağı altına xalqları çağırarkən bu qədər təş-
kilatları,  cərəyanları,  hərəkatları  Kremlin  xidmətinə  çıxa  bilər-
dimi?.. 
Halbuki,  “Dünya  Sülh  Şurası”  Hür  Dünyada  yerləşərək 
“sülh”,  “bağımsızlıq”  və  s.  uğrunda  savaşaraq  kommunizmlə 
heç  bir  əlaqəsi  olmayan  türlü  təşkilatları,  cərəyanları  və  geniş 
xalq təbəqələrini sovet imperializminin xidmətinə qoymuşdur. 
Beləcə,  həqiqi  hürriyyət  savaşçıları  olan  antikommunist 
qüvvələrinin  laqeydliyindən  Kreml  hür  insanların  qüvvəsi  ilə 
hürriyyətə hücum edir. Saysız, hesabsız antikommunist cəmiy-
yətləri, təşkilatları satıcılar kimi təkbaşına çalışırlar. 
Dağınıq  halda  olan  antikommunist  ictimai  təşkilatlarının 
birləşərək  tək  və  hür  bir  Dünya  uğrunda  böyük  bir  hərəkat 
yaratmalarının zamanı artıq gəlmişdir. Bu hərəkat bütün dünya 
hürriyyəti uğrunda sovet imperializminə qarşı amansız mücahi-
dəyə keçməlidir. 
Daima  olduğu  kimi,  yenə  də  “Azərbaycan”ın  səhifələ-
rindən  bütün  antikommunist  təşkilatlara  müraciət  edərək 
tək və hür bir Dünya hərəkatı yaratmalarını rica edirik. 
 
 «Azərbaycan» jurnalı, Münhen,  
1953-cü il yanvar, № 8 
 
 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə