Azərbaycan mühacirət irsi
73
Azərbaycan, Gürcüstan və Türküstan nümayəndələri qeyri-rus
millətlərini təmsil edirdi.
Bu komissiya gələcək plenumu hazırlamaq və mümkün
qədər mərkəzə başqa təşkilatları da cəlb etməyə imkanlı idi.
Lakin ruslardan bəzisi Visbaden konfransını tərəfgir bir şəkildə
təsvir etdiklərindən, Amerikan Komitəsi Avropa nümayəndəsi
ilə onların aralarında münaqişə törədi; sonra bəzi rus qrupları
tərəfindən müşahidə edilən sədaqət, komissiyanı icra
fəaliyyətindən birdəfəlik məhrum etdirmişdi. Beləliklə, bir çox
vaxt keçdi. Rus qruplarının əsəbiləşib getməklərini biz qeyri-
rus təşkilatları kamallıqla və soyuqqanlılıqla qarşıladıq.
Amerikan Komitəsinin sərf etdiyi qeyrət və zəhmətlərini artıq
şərhlər və dedi-qodularla ağırlatmaq istəmədik. Ruslarsız
antibolşevik cəbhə düzəlməsini Amerikalılar qeyri-mümkün
sayırlar. Haqlımıdırlar və ya səhv edirlər, bu başqa məsələ...
Hər halda yüz milyonluq bir kütləni ihmal etmək istəmirlər.
Amerika ictimaiyyətinin dəstəklədiyi fikri dəyişdirmək
üçün uzun illər lazımdır. Hər halda bu, bu gün və sabah olmaz.
Tək-tək konresmenlərin ağızlarından ara-sıra başqa notlar
eşidib, özümüzə illüziyalar bəsləmək, təəssüf ki, bihudə bir
xəyaldır.
Bein-ul-milel durum heç kimsəyə “uzun gələcək ölçüsü”
siyasət yürütməyə imkan vermir. İnsanlar “gündən-günə”
yaşayırlar və gələcək də qara buludlara bürünmüşdür. Belə
vəziyyəti nəzərə alaraq, bizlər də rus müttəfiqlərimiz əleyhinə
əks-nümayiş etməkdən çəkindik. “Küsən” rus qruplarından
ikisi Ştarnberqə gəldilər. Birisi gəlmədi, “naz” edir. Deməli
Ştarnbergdə bu dəfə dörd rus və altı qeyri-rus təşkilatı görüşdü.
Müşavirə ümumən, sülhpərvər bir atmosferdə keçdi. Yenə də
ümumi ünvan məsələsi gələcək plenuma buraxıldı, komissiya
seçildi ki: birisi siyasi digəri isə radio işlərini yürüdüb, cari
işlərin aparılması üçün dərhal fəaliyyətə keçdi. Hər iki
komissiya hələ fəaliyyətdədir. Bu günlərdə əsil məsələlərin
necə həll olunması xüsusunda siyasi komissiya toplantıya dəvət
Azərbaycan mühacirət irsi
76
Əhməd Cəfəroğlu
AZƏRBAYCAN CÜMHURİYYƏTİ
Yeni elan edilən bu Ek Türk Cümhuriyyəti tamamilə de-
mokratik olub, hakimiyyəti hüdudsuz və kayıtsız (şərtsiz) mil-
lətə vermişdir. Bütün dinlərə və millətlərə qarşı tolerant və hi-
mayədar idi. Azərbaycan onu sevən və onu qoruyan hər kəsin
vətəni kimi idi. Qardaş Türkiyəyə qarşı irkan (irqən) kültürcə
və dilcə bağlı olduğu kimi, Qafqaz daxilində qurulan Gürcüs-
tan, Şimali Qafqaz və Ermənistan Cümhuriyyətləri ilə də yaxşı
münasibətdə idi. İnsani və ülvi qayələri ilə qurulan bu
Cümhuriyyətin ən böyük qayəsi istiqlalına sadiq tam bir varlıq
olmaq idi. Türklük qayəsindən bir an üçün olsun belə
ayrılmamışdır. Əlindən gəldiyi qədər Türkiyəyə, Şimali
Qafqaza, Türkmənistana, Türküstana yardım əli uzatmış və ağır
günlərində bu dövlətlərdən yardım görmüşdür. Nitekim (necə
ki) Azərbaycanın rəsmi elanından daha öncə, Batumda Osmanlı
İmperatorluğu mümessilleri (nümayəndələri) ilə akt edilən
müqaviləyə görə, Türkiyə Azərbaycan Cümhuriyyətini tanımış
və hər an əsgəri yardımda olmağı üzərinə götürmüşdür. Bu
müqavilədən istifadə edilərək daha 1918-ci ildə Osmanlı
dövlətindən yardım istənmiş və Anadolu Türkləri Nuru Paşanın
idarəsi altında Azərbaycan Cümhuriyyətinin quruluşuna mənən
və maddi iştirak etmişdir. Azərbaycan tarixində imdad
qüvvəsilə yer alan bu qardaş köməyi, Azəri Türklüyünün əbədi
bir iftixarı, Türk birliyinin də başlanğıcı və təməl daşıdır. Üzə-
rindən illər keçdiyi halda bu imdad xatirəsi hər an qəlbimizdə
və inamımızdadır. Bu gün Azərbaycan Cümhuriyyətinin pay-
taxtı Bakı kıyılarından (sahillərindən) yüksələn Mehmetcik tür-
bəsi də, bu inamlı inanışın bir abidəsi olaraq düşmən gayizinə
(nizəsinə, silahına) köksünü gərməkdədir. Tarix o məsud anları