Azərbaycan mühacirət irsi 1



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə21/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
64 
Brest-Litovsk  müqaviləsinə  əsasən  Türkiyəyə  verilən 
Batum,  Ərdəhan  və  Qars  vilayətlərindən  ötrü  Cənubi 
Qafqaz  hökuməti  ilə  Osmanlı  dövləti  arasında  başlanan 
hərbi,  3-cü  ordunun  bu  yerləri  işğalı,  bunun  nəticəsində 
gürcülərin  Almaniyanın  himayəsinə  sığınaraq  Qafqaz 
Federasiyasından  çıxıb  istiqlalını  elan  etdiyini,  onu  erməni  və 
Azərilərin  də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ayrı 
müzakirəyə girişdiklərini xülasə etdikdən sonra müəllif Qafqaz 
İslam  Ordusunun  komandanı  Nuru  Paşanın  Gəncəyə  gəlişinə 
naklikelam  edərək  (toxunaraq)  Paşa  Həzrətlərinin  3-cü  orduya, 
Azərbaycanın  əsgəri  və  daxili  vəziyyəti  haqqında  göndərdiyi 
raportu nəql etməkdədir. 
Nuru Paşa Həzrətlərinin  3-cü ordu komandanı Vəhib Paşa 
Həzrətlərinə  yazdığı  raportdan  anlayırıq  ki,  Gəncədə  Milli 
Kolordu  (korpus,  hərbi  birləşmə)  naminə  təşkil  edilən  600 
nəfərlik bir qüvvə var. Bakıya qarşı da Kürdəmir stansiyasında 
knyaz  Mağalof  namında  (adında)  bir  gürcü  miralayının 
(albayının) komandanı  altında 400-ə qədər əsgər vardır. “Bakı 
qətliamında  gürcülərin  müsəlmanlarla  birlik  təşkil  etmələrinə 
bir nümunə olaraq Tiflisdən göndərilmiş bu əsgərlərin 300-dən 
ibarət gürcüləri də Tiflisə dönmüşdülər. 
Azərbaycanda  milli  bir  ordu  yaratmaq  imkanı  mövcuddur. 
Əsgərliyə tələbkar çox insan vardır. Muğan kimi məntəqələrdə 
bolşevik  əlinə  keçməmiş  10 000 000  kilo  qədər  də  buğda  və 
ərzaq var. Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur. 
Paşa Həzrətləri bu barədə yardım edilməsini rica edir və əlavə 
edir  ki:  “Əsgərin  təlim  və  tərbiyəsi  üçün  buraya  təyin  olan 
əsgər heyəti Mosulda qaldı. Bir  aya qədər  gəlməyəcək. Təşkil 
olunacaq  əsgərə  komanda  etmək  üçün  mümkün  olduğu  qədər 
müəllim-zabit  və  kiçik  zabit  ezamını  xahiş  edirəm.  Kıtaatı 
Osmaniyenin  Gəncəyə  ademi  vürudu  muhtemel  ise  bilhassa 
mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi 
ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”. 


Azərbaycan  mühacirət irsi 
 
 
65 
Yeni  qurulmaqda  və  qurulacaq  olan  Azərbaycan  Milli 
Ordusu  üçün  müəllim-zabit  məsələsinin  sonuna  qədər 
gəlmədiyini  və  bu  üzdən  də  milli  ordu  təşkil  edilmədiyini 
eyni əsərdən  öyrənirik. 
3-cü  komandanı  Vəhib  Paşa    Həzrətləri  Nuru  Paşa 
Həzrətlərinə  yazdığı  2.06.1918-ci  il  tarixli  cavabında 
ermənilərlə  sülh  bağlandığını,  gürcülərlə  də  bağlanmaq  üzrə 
olduğunu qeyd etdikdən sonra deyirdilər ki: 
“Azərbaycan  hökuməti  Müstəqil  İslamçılıq  tələbinə  görə 
İslamları  bolşevik  təcavüzündən  qurtarmaq  üçün  müxtəlif 
qüvvələrdən ibarət dəstə ilə Qazax tərəfdən Gəncə istiqamətinə 
göndərəcəyik. Bu dəstənin süvarisi Qazax və Gəncə arasındakı 
stansiyaları mühafizə edəcəkdir...” 
Aşağıdakı  vesaik  (sənədlər)  Vəhib  Paşa  Həzrətlərinin 
Azərbaycan 
məsələsilə 
candan 
əlaqədar 
olduğunu 
göstərməkdədir.  Azərbaycana  yalnız  bir  piyada  alayı  ilə  (2 
tabur  piyada,  iki  top)  bir  də  mürəttəb  (tərtib  edilmiş)  süvari 
alayı  (2  bölük)  sövq  etmək  üçün  əmr  verildiyindən  eyni 
2.06.1918ci  il  tarixində  Baş  Komandanlıq  Vəkalətinə  (Ənvər 
Paşa  Həzrətlərinə)  verdiyi  müstacel  (təcili)  şifrəsində  bir  əmri 
yerinə yetirmək məqsədilə Azərbaycana bir Firqə göndərdiyini 
və  icab  ederse  (lazım  olarsa),  bu  qüvvəni  takviyə  edəcəyini 
(əlavə kömək göndərəcəyini) yazmaqda idi.  
O  günlərdə,  başda  Azərbaycanın  Milli  Şura  rəisi 
Məhəmməd  Əmin  Rəsulzadə  Bəy  olmaqla  Azərbaycan 
Mürəxxəs  Heyəti  ilə,  başda  Vəhib  Paşa  və  Xəlil  Bəy  olmaqla 
Türkiyə Mürəxxəs Heyəti arasında müzakirələr cərəyan edirdi. 
Mərhum  Ənvər  Paşanın  tasvipkar  mahiyyətdə  (bəyəndiyi, 
razılıqla  qarşıladığı)  5  iyun  tarixli  cavabından  bir  gün  əvvəl, 
yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayəndələri 
(Ədliyyə  naziri  Xəlil  Bəy  və  Vəhib  Paşa)  Azərbaycan  nüma-
yəndələri  (Məhəmməd  Əmin  Rəsulzadə  və  Məhəmməd  Həsən 
Bəylər) arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmış-
dı. Bu əhdnamənin 4-cü maddəsinə görə Azərbaycanın sülh və 


Azərbaycan  mühacirət irsi 
 
 
66 
əmin-amanlığını qorumaq üçün  Ali  Osmanlı Dövlətindən istə-
nilən  əsgəri  yardım  Osmanlı  Heyəti  tərəfindən  dərhal  qəbul 
edilmişdi. 
Əslində bu əhdnaməyə istinadən, Azərbaycan tərəfindən ve-
rilən  bu  rəsmi  müraciət  üçün  Vəhib  Paşa  7  iyun  tarixində  bu 
əmri verirdi: 
“Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələ-
rinin) də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm. 
Firqənin  Ağstafa  stansiyasından  Gəncəyə  qədər  göndərilməsi 
üçün  indidən  hazırlıq  işləri  görün  və  bunun  üçün  serian  icab 
(lazım olan hər şeyi) edənləri Qazağa göndərin. Müsəlman za-
bitlərindən  Gəncəli  İbrahimzadə  Nazim  Əfəndi  Ağstafa  stan-
siyası  ilə  Gəncə  arasındakı  gedişi  tənzim  etmək  üçün  əvvəlcə 
Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi 
ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qafqaz kolordusu 
(korpus,  hərbi  birləşmə)  telsiz  stansiyasının  verilməsini  xahiş 
edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.” 
Ordu komandanının bu əmrinə əsasən  Qrup komandanı da 
eyni  gündə  Beşinci  Qafqaz  Firqəsi  Komandanlığına,  8  iyunda 
Cəlaloğlundan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət 
günü firqə zabitlərinə bu müraciəti etmişdir: 
“Baş komandan etibarən hamımızın etimadını qazanmış və 
hər xüsusda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbay-
cana, Gəncəyə göndərirəm. Burada olduğu kimi orada da fəda-
karlıqla  çalışacağımızdan  əminəm.  Allah  müvəffəqiyyətlər 
versin.” 
Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardım”dır. 
Bunun  nəticəsində  iyunun  22-də  Azərbaycandakı  əsgəri 
qüvvənin mövcudluğu bu qədər olmuşdur: 
Beşinci Qafqaz Firqəsi: 
Zabit: muharib  (döyüşən)    -  225, muharib olmayan  (döyüşmə-
yən) – 105; 
əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126. 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə