Azərbaycan mühacirət irsi
58
baycan qüvvələri də Bakıdan Gəncəyə çəkildilər. Hər şeyi
yenidən qurmaq lazım idi. Və hər şeydən əvvəl milli bir ordu
qurmaq lazımdı. Azərbaycanda yalnız Bakıya daxil olan ingilis
işğalından 4-5 ay sonra, aprel 1919-cu ildə xalqın coşqun al-
qışları altında Bakıya girən süvari qüvvələri bu milli orduya
mənsubdu. Başında general Səməd Mehmandarlı kimi Azəri
subayları (zabitləri) duran bu milli ordunun kiçik zabitlərini,
Qafqaz İslam Ordusunun yardımı ilə Gəncədə təsis olunmuş
kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil
edirdilər.
Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam
Ordusu özündən sonra gənc milli bir ordunun nüvəsini ya-
ratmışdı. Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində
ingilis işğal ordusu komandanlığı Azərbaycan istiqlalını
tanımaqla ilk addım olaraq Azərbaycan hökumətini yeganə
meşru (qanuni) məqam olaraq elan etmişdir (49, s. 3-11).
“Azərbaycan” aylıq Kültür Dərnəyi.
İyul-avqust 1954, yıl 3, sayı: 4-5(28-29)
İSTİQLAL ZƏFƏRİNİN DASTANI
(15 sentyabr 1918-ci il zəfəri münasibətilə)
15 Sentyabr 1918-ci ildə parlaq zəfərlə bitən və Azər-
baycanı həqiqi istiqlalına qovuşduran şanlı istiqlal savaşına dair
bu günə qədər bir çox şeylər yazılmış və daha bir çox şeylərin
də yazılacağı şübhəsizdir. Bir tarixçi gözü ilə araşdırılacaq ilk
qaynaqlar arasında ədəbiyyatımızın başqa şöbələri ilə birlikdə,
şerin də mühüm bir mövqeyi olacaqdır.
Vətən və hürriyyət
şairi Məhəmməd Hadi ilə istiqlalın ilk şerini yazan
İbrahim
Tahirdən bəhs edərkən, bunun şahidi olmuşduq. Fəqət,
Məhəmməd Hadi hürriyyəti, İbrahim isə istiqlalı, istiqlala aid
dadlı bir “Arzu” olaraq təhəyyül (vəsf etmək) və tərənnüm et-
Azərbaycan mühacirət irsi
59
mişdilər. Harsı (mədəniyyəti), ictimai, iqtisadi və siyasi
sahələrdəki milli həmlələrinin məntiqi və təbii bir nəticəsi
olaraq, bu halından dinamik milli bir ideal halına inqilab edən
bu “Arzu”nun yaratdığı muazzam (böyük) istiqlal savaşını,
bütün səhifələri ilə böyük milli şairimiz
Əhməd Cavadın
ölməz misralarında canlanmış sayırıq. Zalım və qəddar düşmən
tərəfindən Sibirə sürgün edilmiş, müqəddəratı və aqibəti bu gün
məlum olmayan milli şairimiz o savaş günlərində qurtuluş or-
dusunun sıralarında idi. Bu baxımdan hərəkat və savaşların
şahidi olan şair, əsərini realitedən mülhem olaraq (reallıqdan
ilham alaraq) yazmışdır. Qurban Bayramı ərəfəsinə təsadüf
edən
14 Sentyabrı 15 Sentyabra bağlayan gecə, sabaha qarşı,
ani basqını ilə düşməni səngərlərindən atıb süngü ucuna almaq
sürətilə qəti hücuma keçən qurtuluş ordusunun zəfər topları
şairi coşdurmuşdur. Azərbaycan istiqlal zəfərini dastanlaşdıran
bu şerinə şair tam haqlı olaraq “Bismillah” başlığını qoymuş-
dur. Tam haqlı olaraq dedik, çünki şair yepyeni bir dövrün baş-
ladığını müjdələməkdədir. Bu gün Azərbaycan Türkünün mən-
hus taleyi yenilmiş, hürr və müstəqil bir həyata girişmişdir. Bu-
na “Bəs-i bədelmevt” dahi deyilə bilər. O halda Bakı civarın-
dakı Yanardağ, Şubanı və Yasamal yamaclarından atılan zəfər
topları şairi nədən coşdurmasın?!
Atıldı dağlardan zəfər topları,
Yürüdü
irəli əsgər, Bismillah!
O Xan Sarayında çiçəkli bir qız,
Gözləyir
bizləri zəfər, Bismillah!
İstiqlal savaşının zəfər dastanına belə başlayan Cavad, min
ildən çox tarixə malik olan Şirvanşahlar dövrünün parlaq xati-
rəsini yaşadan Bakıdakı Xan Sarayında özünün zəfər pərisini
gözlədiyinə əmindir.
Memarlıq və təbii gözəlliyinə yad bilgilərin də heyran ol-
duqları və “Daşa dönmüş musiqi” şəklində tərif etdikləri XV
Azərbaycan mühacirət irsi
60
əsrin bu qüsursuz abidəsi yalnız gözəl bir sənət əsəri olmaqla
qurtarmır, incə bir zövqün ifadəsi olmaqla bərabər hər şeydən
əvvəl, milli dövlət ruhunu tərənnüm edən bir simvol rolunu oy-
namaqdadır. Bakıdakı Xan Sarayında çiçəkli bir qız şəklində
təsvir etdiyi zəfər pərisinin şəxsində şair milli hakimiyyət idea-
lının zəfərini müjdələyirdi. Yalnız milli dövlət dövrünün timsalı
olan Xan Sarayı deyil, belki (bəlkə) ümumi heyəti ilə bütün Ba-
kı, nişanlısını gözləyən bir gözəldir. Bütün irfan, kültür, iqtisadi
həyat və müəssisələrini sinəsində barındıran (saxlayan) Bakı, o
dumanlı şəhər, Azərbaycanın döyünən qəlbidir.
Ey döyünən ürək, dumanlı şəhər,
Bilmirsən bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!
Fəqət hərbin taleyi buna imkan verəcəkmi? Bu tale
nişanlısının qoynuna girməyə can atan qurtuluş ordusuna yol
verəcəkmi? Əzəldən bəri bir Türk dənizi, bir Türk gülü olan
Xəzər, Türkə, yəni əsl sahibinə ram olacaqmı?
Ey hərbin taleyi bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl Türkə ram ol!
-
deyə hayqıran şair bütün ümidini sağa-sola qılınc vuran
qollara bağlamışdır.
Çünki bu xilasedici qollara haqdan qüvvə verilmiş
olduğuna şübhə yoxdur:
Sən ey sağa-sola qılınc vuran qol,
Qollarına qüvvə gələr, bismillah!
Bu haqq qüvvəsinin qarşısında hərbin taleyi nə edə bilər?