Azərbaycan mühacirət irsi
165
Əbdülvahab Yurdsevər
SOVET İSTİSMARÇILIĞI
ovet istismarçılığı ilə Batı istismarçılığı arasında
şübhəsiz çox bariz fərqlər vardır. Hal-hazırda Batı
müstəmləkələri sadəcə Afrika qitəsində mühafizə
edilmişdir. Asiyada və Amerikada Batlılara aid mühüm bir
müstəmləkə qalmamış olduğu kimi, Avstraliyada da belələri
mövcud deyil, deyilə bilər. Hindistan, Birma, İndoneziya kimi
əski Asiya müstəmləkələri dövlət halına gəlmişlər. Ərəb
məmləkətləri də bilavasitə İkinci Dünya müharibəsindən sonra
kamilən öz hürriyyət və istiqlallarına qovuşmuşdular. Ufaq
(kiçik) təfək (xırda-xuruş) istisnalar bu ümumi qaydanı ixlal
edə bilməz. Afrikadakı ingilis müstəmləkələrinə də tədricən
muxtariyyat statusu verilməkdədir. Bunu qətiyyətlə söyləyə
bilərik ki, Batı istismarçılığı tarixə qarışmaqdadır. Təbiətilə
tarixin bu seyrində əski müstəmləkə qövmlərinə milli
mücadilələri müsbət və qayət müəssir bir rol oynadığı kimi
xüsusilə Amerika Birləşmiş Ştatları və İngiltərə idarəçilərinin
uzaq görüşləri də öz təsirini göstərmişdir. Ameria İkinci Dünya
müharibəsindən sonra Filippinlilərin istiqlal haqqını tanımışdır.
Batı istismarçılığı heç bir zaman kütlə halında istismar
xalqını imhaya (məhvə) qaldırmamış, dillərini və dinlərini
dəyişdirməyə və özlərini təmsilə təşəbbüs etməmiş və mədəniy-
yətlərini ortadan qaldırmağa girişməmişdir. Əski müstəmləkə
xalqlarının Batı idarəsi altında dillərini və mədəniyyətlərini
gəlişdirməyə (inkişafa) müvəffəq olduqlarını, milli mənliklərinin
inkişaf etdiyini, Hindistanın, Filippinin, Misirin, Suriya və İndo-
neziyanın və bir çox digər məmləkətlərin bu günkü durumların-
dan müşahidə edirik.
S