Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə56/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
175 
Qafqazın  meyvəsi    və  maaləsi  (tərəvəzi)  Rus  meyvəsi  olaraq 
adlandırılmaqdadır. Ukraynanın buğdası da  Rus buğdası adlan-
dırılımaqdadır.  Petrol,  pambıq,  meyvəçilik  etibarilə  müsəlman 
və türk ölkələri başda olmaqla, buğda, arpa və mısır  (qarğıdalı) 
da  ən  çox  Ukraynada  yetişdiyi  halda  dünya  plantasiyalarında  
həmçinin Rus malı olaraq yer almaqdadır ki, bu durumda Mü-
səlman-Türk  xalqlarla  ukraynalılar  arasında  infial  (həyəcan) 
oyandırmaqdadır. İşin qərib tərəfi də Azərbaycan kimi Türk və 
Müsəlman  bir  məmləkətdə  etmək  üçün  (bir  çox  şəhər  və 
qəsəbələrdə,  əksər  kəndlərdə  hələ  qaz  lampası  yanmaqdadır) 
petrol  ən  çətin  tapılan  mallar  arasındadır.  Petrol  çıxan 
Azərbaycanda  qaz  almaq  üçün  kuyruklar  (növbə)  gecədən 
təəssüs  (növbə  yaranması)  etməyə  başlar.  Yenə  Azərbaycanda 
Bolşevik  Kommunist  istilasından  əvvəl  xalqın  ehtiyacı  olan 
buğda  Azərbaycan  torpaqlarında  əkilərək  təmin  edilirdisə,  bu 
gün buğda əkini  Azərbaycanda qadağan edilərək pambıq əkini 
məcburiyyəti  qoyulmuşdur.  Adətən  Rus  istilası  altında  olan 
torpaqların hamısı dövlətin olub heç bir torpaq sahibi olmadığı 
kimi,  əkilənlər  də  doğrudan-döğruya  Sovet  Hökumətinin  malı 
olduğundan əkənlər bu ürünlər (məhsullar) üçün heç bir haqqa 
sahib  deyillər.  Bu  etibarla  Azərbaycanda  buğda  əkininə  icazə 
versələr  də,  bu  buğdanı  əkənlər  heç  bir  şəkildə  təsərrüfat 
haqqına malik olmayacaqlar. Nitekim (necə ki) əkilən buğda da 
bir  plan  daxilində  Moskvanın  əmr  və  direktivi  ilə  Kommunist 
malı olaraq biçilməkdə və bütün  məhsul da Moskvanın  əmrin-
dədir. Bir cümlə ilə Rusdan qeyri millətlərin torpaq və sərvətlə-
rinin  tənzimilə  bütün  istehsal  kommunistlərin  əmrindədir.  BU 
torpaq  və  sərvətlərin  sahibləri  isə  kommunist  köləsi  olaraq, 
onun  xidmət  və  əmrində  haqq  və  hüquqdan  məhrum,  istismar 
edilməkdədir. Bu əhval və şərait altında kosmopolit və interna-
sional bir platforma içərisində, qeyri rusların mənlik və varlıq-
larının, ənənə və adətlərinin Rus Kommunist qaynar qazanında 
əriməsi üçün əzəmi  (böyük) qeyrət sərf edildiyi də inkar edil-
məz  bir  həqiqətdir.  Türk  və  Müsəlman  xalqlar  üzərində  bu 


Azərbaycan  mühacirət irsi 
 
 
176 
təzyiq və qeyrət son həddini  bulmaqdadır. Azərbaycan və Tür-
küstan, Krım, Şimali  Qafqaz, İdil-Ural kimi məmləkətlər, bir-
birindən  fərqli  (halbuki  bu  xalqların  ləhcələri  Türkcə  olması 
hesabilə eyni bir əlifbada olmaqları ən doğru yoldur). Rus kiril 
əlifbası olmaq məcburiyyətilə qarşı-qarşıya buraxılmış, tarix və 
mədəniyyət  Rus  birliyinə  görə  dəyərlənmişdir.  Azərbay-
canlıların Türk olmayıb Alban əslindən olduğu saxta tezisini is-
bat etmək üçün Sovet tarixçilərincə hummalı (coşqun) fəaliyyət 
göstərilməkdədir. Türk dili və fonetikasına heç bir şəkildə uy-
mayan Rus hərflərinin qəbulu ilə kifayətlənməyən kommunist-
lər, bütün elmi və olan kəlmələrin də ruscada olanların eyni ol-
ması məcburiyyətini qoymuşlar. Bu məmləkətlərdə olan ərəbcə
farsca,  türkcə  dəyişikliklərin  ruscada  olanların  dəyişdirilməsi 
məcburən təmin edilməkdədir. Bütün bunlara riayətsizlik, kom-
munist  əleyhdarlığı  və  siyasi  günah  sayılmaqdadır.  Bütün  bu 
tədbirlərdə  tək  qayə,  Rus  Kommunist  diktaturası  altında  yaşa-
yanların,  Kosmopolit  Rus  Kommunist  qaynar  qazanı  içə-
risində mənlik və varlıqlarını itirərək, fərdlərin bir Rus kö-
ləsi  halına  gəlmələrini  saxlamaqdır.  Bu  qayə  uğrunda  atılan 
ciddi tədbirlər, təəssüf, küçümsənmiyəcək (əhəmiyyətsiz) dərə-
cəsə  təsirlərini  göstərməkdədir.  Rus  Kommunist  diktaturası 
altında yaşamağa məcbur edilən millətlərin üzərində həssaslıqla 
durmaları məcbur edən məsələ də bu tədbir və metodun  təsiri-
nin nəticəsiz qalmasını saxlamaqdır. Şayanı dikkət nokta; (buna 
diqqət ediləcək) kommunistlərin iqtisadi, ictimai və kültürəl bü-
tün basqı və imha (məhv) siyasətlərinə qarşı, istilada olanların 
ciddi və daimi müqavimətləridir. Əlbəttə bu amili əsaslandıran 
ruhun  Milli  Ruh    olduğunda  kimsə  tərəddüd  etməz.  Bolşevik 
kommunistlərin  üzərində  həssaslıqla  durduqları  və  imhası  və 
tənəzzülə uğradılması üçün ən çox mə.ğul olduqları yenə Milli 
Ruhdur. Bu ruh, insanlara hürriyyət, millətlərə beka (gələcək) 
təmin  edən  ən  mühüm  ünsürdür.  Bolşevik  kommunistlərcə 
təqibə  uğrayan  insanlarda  milli  ruh  ən  üstün  vəsf  olunandır. 
Milli  Ruhun  insanlar  içərisindən  silinərək  onun  yerinə 


Azərbaycan  mühacirət irsi 
 
 
177 
Kosmopolit  Marksizm  və  Leninizm  öndərləri  yerləşdirmək 
istənilməkdədir ki,  bu  öndərlərin  insanlar arasında qardaşlıqda 
başqa  sinif  ayrılıqları  və  mənfəət  toxumları  saçmaq  qayəsini 
güddüyünü,  indiyə  qədərki  hadisələr  bizə  açıqlanmaqdadır. 
İnsan oğlu  heç bir zaman həyatının  bütün  səhifələrində hakim 
olan  ünsürün  iqtisadi  olmadığını  özü  birbaşa  görməkdədir. 
Yenə insan oğlu daima irəliyə və daha mürəkkəb həyata qovuş-
maq üçün çalışmışdır. Fəqət bunu sinif mücadiləsinin təmin edə 
bilməyəcəyini təcrübələri ilə anlamışdır. 
Marksizm  və  Leninizm  fəlsəfəsinin  məcazi  şəkili  olan  dia-
lektik  fəlsəfənin  qeyri  qəbulu  tətbiq  olduğu,  kommunistlərin 
dəyişən  iqtisadi  problemləri  və  hər  gün  bir  az  daha  bu 
fəlsəfədən  uzaqlaşmaları  ilə  təyin  edilməkdədir.  Kommunist 
ziqzaqının cızdığı  yolun  millətlərə və insanlığa rifahdan başqa 
köləlik gətirdiyi də bu gün qırx illik təcrübə ilə çözülməkdədir. 
Bu gün millətlər üçün rifah və səadətin, milli varlıqların möv-
cudiyyəti  ilə  qəbul  olduğu,  əsrimizin  əldə  etdiyi  bir  nəticədir. 
Millətlər müştərək bir çox bağlarla biri-birlərinə bağlıdırlar. Fə-
qət bu bağlar ancaq millətlərin müştərək mənfəətlərinin  tənzi-
mi  ilə  yaxşı  bir  səhifə  ərz  edir.  Əlbəttə  millətlərin  ortaq  mən-
fəətlərinin tənzimi və nəticə etibarilə insanlığın rifah və səadəti-
nin təmini üçün, millətlərin üstünlük iddialarını tərk edərək kin 
və qeyzdən uzaq bir zehniyyətlə aralarında iş birliyi qurmaları 
lazım gəlməkdədir.  Bunun üçün də əxlaq və ruh sağlamlığının 
hər  şeyin  fövqündə  millətlərdə  təsis  etməsi  gərəkdir.  Eqoizm, 
şovinizm  və  rasizmdən  uzaq  olaraq  millətlərdə  yerləşməsi  la-
zım  gələn  bu  üstün  vəsfin  təəssüs  və  idaməsi  (yaradılması  və 
davamı) üçün tək ünsürün də milli ruh olması fikri, bu gün dü-
nənə nəzərən daha yaxşı özünün göstərməkdədir. Olaylar, mil-
lətləri  bekası  (gələcəyi)  və  ayrı-ayrı  istiqlala  sahib  olmasıyla 
ancaq  millətlər  arasında  qardaşlıq  və  iş  birliyinin  təsis  edilə 
biləcəyini göstərmişdir. 
Millətlərin  bir  qazanda  qaynadılaraq,  insanlar  arasında  sinif 
sinif  mücadiləsi  fikri  körüklənərək  və  təkbaşına  iqtisadi  üm-


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə