Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə57/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 
178 
dələrə istiqbal bağlanaraq artıq insanlığa rifah təmin edilməyə-
cəyi həqiqət olaraq görünməkdədir. Milli ruhun, üstün əxlaqın 
isə  insanlara  rifah  və  səadət  təmin  etdiyi  hürr  dünyaca  qəbul 
edilməkdədir. Bolşevik Kommunist istilası altındakı millətlərdə 
Milli  Ruhun  korladılmadığı  da  bizə  göstərməkdədir  ki,  milli 
ruh  insanlara  istiqbal  termini  üçün  mütəmadi  bir  çırpınma 
halındadır.  Bu  gün  istila  altından  qaçaraq  xaricə  mühacirət 
edənlərin,  milli  ruhun təzahürü halında, bütün  həyat  qayğısına 
rəğmə,  kommunizm  fikir  və  ideolojisi  ilə  mücadilı  etdiklərini 
görməkdəyik.  Macarıstanda  son  axıdılan  qanlar  da  yenə  Milli 
Ruhun şahlanan bir galəyanından (həyəcanından) başqa bir şey 
deyildi.  Bütün  təfərrüatı  ilə  görməkdəyik  ki,  bu  gün  qurtuluş 
üçün üzərində həssaslıqla durulması lazım gələn ünsürün milli 
ruh  olduğu  bütün  çılpaqlığı  ilə  çözülməkdədir.  Milli  ruhun 
tənəzzülü  və  ortadan  itməsi  yalnız  millətlərə  deyil,  ümumən 
insanlığa köləlik, hürriyyətsizlik, haqq və hüquqdan məhrumiy-
yət gətirir. Bu etibarla millətlərdə mövcud milli ruhun mühafi-
zəsi insanlığın üzərində ciddiyyətlə durması lazım gələn bir m-
əsələdir.  Milli  ruhun  mövcudiyyəti  ilə  “Millətlərə  istiqlal,  in-
sanlığa  hürriyyət”  təmin  edilə  bilir.  Milli  ruhun  mühafizəsi 
üçün bütün millətlərin müştərək qüvvə sərf etmələri zərurəti, bu 
gün dünənədən daha çox ehtiyac halındadır. Kommunistlər bu 
ruhun imhası (məhvi) üçün hər gün bir az daha hiylə və də-
sisə (aldatma) yolları kəşf edərək insanlığı köləliyə sürüklə-
məkdədir.  
 
 
“Mücahit”, İl: 3,  
İyun 1957 sayı: 9. 


Azərbaycan  mühacirət irsi 
 
 
179 
 
15 SENTYABR 1918 
 
Şərqin qapısı Azərbaycanın göz bəbəyi, Xəzər dənizinin ən 
böyük  limanı  Akar  altun,  neftin  xəzinəsi,  Azəri  Türklüyünün 
qəlbi  olan  Bakı,  bolşevik  kommunist  ruslarla,  daşnaksütun  er-
mənilərlə  bunları  dəstəkləyən  ingilis  qüvvələrinin  istilasına 
məruz qalmışdı. 
Azərbaycan  və  dünya  millətləri  tarixinə  Mart  hadisəsi 
olaraq  keçən  o  məşum,  milyonlarla  Türkün  haqsız  olaraq  qət-
liamının  baş  verdiyi  17-31  Mart  günlərindən  sonra, 
Azərbaycanın  digər  şəhərlərinə  kommunist-daşnak  ittifaqının 
üstün qüvvələri hücuma başlamışdılar. Lənkəran, Quba və son-
ra Şamaxı kimi Azərbaycanın ən qədim mədəni şəhərlərinin sa-
kinləri olan Azəri Türk və Müsəlmanlar da günahsız olaraq qətl 
edilərək  evləri  bu  qüvvələr  tərəfindən  yağmalanmışdı.  Bu 
ittifaq 
ingilislərdən 
gördüyü 
yardımla 
hücumlarını 
genişləndirərək,  Azərbaycanın  ikinci  mərkəzi  Gəncəni  hədəf 
tutaraq  irəliləməyə  başlamışdı.  Əslində  bu  faciəli  günlərdə 
Daşnaksütunun təşviqatı ilə Azərbaycanın digər vilayətlərində, 
Qarabağ-Şuşa,  Şəki,  Gəncə  kimi  şəhərlərdə  yaşayan  erməni-
lərin  olduqları  şəhərlərdə Azəri Türk və Müsəlmanları hər cür 
hüquqsuzluqlara məruz qalırdılar. Demək olar ki, Azərbaycanın 
qəlbi  Bakıda  başlayan  qırğın  hər  gün  bir  az  da 
genişləndirilərək,  Azərbaycanı  ortadan  qaldırmaq  məqsədilə 
yerinə  boşevik  Daşnaksütun  ittifaqının  istila  qüvvələri  kaim 
(dayanmaq,  mövcud  olmaq)  olacaqdı.  Bu  hədəf  və  qayə  ilə 
zamanın  kommunist  Rus  dövlətinin  Baş  vəkili  Lenin,  erməni 
Şaumyana, Böyük Hayastanı vəd edən bir səlahiyyətnaməni də 
imza  edərək,  ittifaqın  dürlü  mükafatını  da  verirdi.  “Böyük 
Hayastan”  xəritəsi  içərisinə  isə  yalnız  Azərbaycan  torpaqları 
deyil, Türkiyənin bir çox vilayətləri və İranın bəzi torpaqları da 
daxil edilmişdi. Azərbaycanın istilası ilə Türkiyə hüdudlarından 
dönən  Bakı  qüvvələrinin  yerini  alma  vəzifəsi  də  “Hayastan” 


Azərbaycan  mühacirət irsi 
 
 
180 
(Böyük 
Ermənistan) 
ordusuna 
verilmişdi. 
Anadolu 
Türklüyünün  hərbdəki  durumu  da  çox  parlaq  deyildi.  Bir  çox 
cəbhədə  çarpışır  və  belə  hərb  durumu  ilə  böyük  güclüklərlə 
qarşı-qarşıya  qalmış  olurdu.  İranın  durumu  isə  Azərbaycanla 
məşğul  olacaq    vəziyyətdən  çox  özünün  də  istiqlalının 
mühafizəsini təmin etməyəcək durumda idi. 
Şimali  Qafqaz  və  türküstan  Türk  və  Müsəlmanlarının 
durumları,  Azərbaycanı  düşünənlər  də  fayda  qazanmaqdan 
uzaqdı.  Onlar  da  qırmızı  və  ağ  rus  qüvvələri  ilə  mücadilə 
halında idilər. Bu əhval və şəraitdə Azərbaycan Türklərinin nə 
qədər  çətin  zorakılıqlara  qarşı  olmaları  öz-özlüyündə 
anlaşılmaqdadır.  Bütün  bu  şərtlərə  rəğmən  Azərbaycan 
Türklərinin,  bütün  şəhər,  qəsəbə  və  kəndlərdə  Türklüklərinə 
uyğun  bir  şəkildə,  milli  qüvvələrini  bir  araya  toplayaraq  ordu 
qurmağa 
başladıqları 
şayanı 
diqqət 
(diqqətə 
layiq) 
görülmüşdür. Bilindiyi kimi, Azərbaycanın işğalı zamanı çarlıq 
Türk  və  Müsəlmanlardan  əsgər  toplamırdı.  Bu  etibarla  rus 
istilası  altındakı  Türk  və  Müsəlmanlar,  əsgərlik  təliminə 
yiyələnmədikləri  kimi,  hərbi  alətlərlə  də  tanışlıqları  yox  idi. 
Üstəlik də silah daşıma qadağasına görə də heç bir silaha sahib 
deyildilər. Nəzərə çatdırdığım fikirlər Azərbaycanlıların böyük 
bir  təhlükə  ilə  qarşı-qarşıya  qaldıqlarını  göstərməkdədir. 
Əslində  bu  ağır  şərtlər  altında  hummalı  (enerjili)  fəaliyyət 
göstərən  Azərbaycanlıların  imdadına  Türk  ordusunun  çatdığı 
duyulur. İstila içində olan Azərbaycan şəhər, qəsəbə və kəndləri 
yeganə  yardımçı  qüvvə  Türk  ordusunu  böyük  həyəcanla 
qarşılayır.  Gəncədə  qərargahını  quran  Ənvər  Paşanın  qardaşı 
rəhmətlik  Nuru  Paşa  istila  altındakı  Azərbaycan  qüvvələri  ilə 
təmas  yaratdı.  Gəncədə  həmin  vaxt  ordu  təlim  hazırlıqları 
başladı.  Azərbaycan  gəncləri  böyük  inamla  bu  təlim  verən  
hərbi  məktəblərə  keçdilər.  Bu  hazırlıqla  birlikdə  istilada  olan 
Azərbaycan  şəhərlərinin  daxilindəki  milli  qüvvələrlə  gizli 
əlaqələr  yaradıldı.  Artıq  qol-qanad  açan  Türklük  yeganə  bir 
varlıq olaraq düşmənə qarşı dura bildi.  Türk ordusu rəhbərləri 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə