Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

50 

 

tanınmış  böyük  humanist  Nobel  sülh  mükafatı,  elm  və  texnikanın  ayrı-ayrı  sahələri  üzrə  mükafatların  əsasını 



qoymuş və təsisçisi olmuş Nobel ailəsinin adı ilə bağlılığıdır. 

Bakının  neft  sənayesi  üçün  Nobel  qardaşlarının  gördükləri  işi  əsl  inqilab  adlandırsaq  səhv  etmərik. 

Onların Bakı neft sənayesinin inkişafında misilsiz rolu diqqətəlayiqdir. 

Onların gördükləri işin həcminin ayrı-ayrı illərdəki mənzərəsinə baxsaq hər şey bizə məlum olar. Belə ki, 

1904-cü ildə onlar məhsulun nəqli üçün 95000 funt-sterlinq dəmir yoluna, 6000 funt-sterlinqdən çox xarici gəmi 

sahiblərinə,  295000  funt-sterlinqdən  çox  Xəzər  dənizindəki  gəmilərin  sahiblərinə,  16000  funt-sterlinqə  yaxın 

Qara  dəniz  gəmi  sahiblərinə,  335000  funt-sterlinqdən  çox  Volqa  çayındakı  gəmilərin  sahiblərinə  haqq 

ödəmişdilər  ki,  bu  da  hamısı  birlikdə  1072000  funt-sterlinqdən  artıqdır.  Bu  illər  ərzində  onlar  1100000  aksiz 

vergisi ödəmişlər. 

Onlar  həmçinin  avadanlığın  amortizasiyasına  142279  funt-sterlinq  xərcləmiş  və  43873  funt-sterlinq 

borcların qaytarılmasına sərf etmişlər. Digər məqsədlər üçün (o cümlədən idarə heyəti və işçilərə verilən 60000 

funt-sterlinq bonus da bura daxildir) böyük məbləğdə pul ayırdılar. Gəlirdən 150000 funt-sterlinq, yaxud 10% 

dividend kimi səhmdarlar arasında bölüşdürmüşdülər. 

Onların  şirkətinə  məxsus  neft  mədənlərində  3800  işçi  çalışır,  bunlardan  yüz  nəfəri  ofislərdə  işləyir, 

Bakıdakı  neftayırma  zavodlarında  və  emalatxanalarda  3615  nəfər,  bunlardan  da 110  nəfəri  ofislərdə  çalışırdı. 

Xəzər  dənizində, Volqa  və  digər çaylarda üzən  gəmilərin  heyəti  2300  nəfər idi, bunlardan  da  250  nəfəri  zabit 

idi. Hamısı bir yerdə götürüldükdə Nobel qardaşlarının 12135 işçisi var idi ki, onlara mütəşəkkil olaraq 500000 

funt-sterlinqdən  çox  məvacib  verirdilər.  Məhsul  istehsalına  görə  bu  şirkət  dünyada  birinci,  neftayırma 

standartları və neft sənayesi məhsullarının satışının təşkilinə görə ikinci yeri tuturdu. 

"Nobel  qardaşları"  şirkətinin  təsisçilərinin  atası  Emmanuel  Nobel  özünün  ixtira  etdiyi  rezindən 

hazırlanmış əsgər çantaları və sürətlə güllə atan tüfəng layihələrini İsveç hökumətinə təqdim etdi. Sonra o, sualtı 

mina ixtira etdi, həmin mina 1837-ci ildə sınaqdan keçirildi. Sınaqdan sonra rus hökuməti ona Rusiyada qalmaq 

şərtilə 2500 funt-sterlinq verdi və tapşırdı ki, bu cür minaların istehsalı üçün zavod tiksin. O, general Oqarev ilə 

birlikdə kiçik bir maşın sexi tikdi, ancaq hökumətdən çox böyük sifariş aldığına görə məsləhət bildi ki, 1846-cı 

ildə Sankt- Peterburqda daha böyük bir zavod inşa etsin. Kronştadtdaki zavodları avadanlıq və tokar dəzgahları 

ilə  təchiz  etdi,  birinci  dəfə  olaraq  mərkəzi  isitmə  sistemi  üçün  özünün  layihəsi  ilə.  Krım  müharibəsi  baş- 

landıqda  hökumət  düşmən  gəmilərinin  hücum  edəcəyi  təqdirdə  minalarla  Kronştadtı  və  Sveaberq  qalasını 

mühafizə etməyi ona tapşırdı. Bu işi o, oğlu Robertlə birlikdə yerinə yetirdi. Müharibənin ikinci ili Emmanuel 

hökumətdən gəmilər üçün mühərrik istehsal etmək barədə sifariş aldı. Baltik dənizindəki "Volqa" və "Qanqut", 

Aralıq dənizindəki iki göyərtəli "Retvizan" gəmisi Nobellərin icad etdiyi mühərriklərlə təchiz olunmuşdu. 

İnşa  etdiyi  zavodlar  Rusiyada  ən  aparıcı  müəssisələr  olduğuna  baxmayaraq,  Emmanuelin  özünün  şəxsi 

maliyyə  vəsaiti  yox  idi.  Ona  görə  də  çoxlu  borcları  vardı.  Rusiya  hökumətində  dəyişikliklərlə  əlaqədar 

gəmiçiliklə  bağlı  sifarişlər  xaricə  verilməyə  başladı.  O,  ayrı-ayrı  şirkət  və  şəxslərdən  sifarişlər  qəbul  etməklə 

vəziyyətini düzəltməyə çalışdı, bu minvalla "Qafqaz və Merkuri" şirkəti üçün Volqa çayında üzən 50 gəmi və 

digər şirkətlər üçün mühərriklər işləyib hazırladı, sonra isə Sankt-Peterburqla Şlüsselburq arasında daimi gəmi 

gəliş-gedişinin  açılmasını  təşkil  etdi.  Ümumiyyətlə  qeyd  etmək  lazımdır  ki,  Emmanuel  Qərbdə  mühəndis-

texniki  tərəqqini  yaxından  izləyir,  özünün  müstəqil  praktik  işi  ilə  elmi  və  mühəndis  problemlərinin 

təkmilləşdirilməsi  üzərində  çox  zəhmət  çəkdi.  Tikdiyi  zavod  və  emalatxanalarda  avadanlığın  çoxunu,  o 

cümlədən buxarla işləyən beş tonluq presi özü düzəltmişdi, onun icad etdiyi bütün mühəndis işi baxımından və 

kamilliyi nöqteyi-nəzərindən özündən əvvəlkiləri geridə qoyurdu. 

Lakin  onun  işləri  maliyyə  cəhətdən  pisləşirdi  və  nəhayət  Emmanuel  işlərini  dayandırıb  özünün  müflis- 

ləşdiyini elan etməyə məcbur oldu. Əlindəki bütün vəsaiti tükənəndən sonra İsveçə qayıdıb partlayıcı maddələr 

üzərində  tədqiqatlarını  davam  etdirməyə  və  oğlanları  ilə  birlikdə  kiçik  bir  zavod  inşa  edib  partlayıcılar 

istehsalına başladı. O, 1872-ci ildə vəfat edərkən vəsiyyət etmişdi ki, 2000000 funt-sterlinq dəyərində konsol və 

təminatı  səhmlərdən  ibarət  olan  bütün  var-dövləti  hesabına  Nobel  fondu  yaradılsın,  həmin  vəsait  bu  fondun 

hesabına keçirilsin və ondan hər il bəşəriyyətə böyük xidmətlər göstərmiş şəxslərə mükafat verilsin. 

Robert  Nobel  1829-cu  ildə  avqustun  4-də  Stokholm  şəhərində  anadan  olmuş  və  təhsilini  də  orada 

almışdır. Atası Rusiyadan İsveçə qayıdanda o da atası ilə gəldi, lakin bir azdan Finlandiyaya gedib bir nitro- 

qliserin  zavodu  tikdi.  Çox  tez-tez  qəza  hadisələrinin  baş  verməsinə  görə  Finlandiya  senatı  bu  partlayıcı  mad- 

dənin  istehsalını  qadağan  edəndə,  Robert  yenidən  İsveçə  qayıtdı,  burda  atası  və  qardaşlarının  nitroqliserin 

zavodunda  mühüm  vəzifələrdə  çalışdı.  1870-ci  ildə  qardaşı  Lyüdviqin  dəvətilə  Sankt-Peterburqa  qayıtdı. 

Lyüdviq İjevskdə tüfəng istehsalı üçün müqavilə bağlamışdı, ancaq məsələ qalxmışdı ki, tüfəngin qundağı üçün 

xaricdən gətirilən qoz ağacı yerli məmulatla əvəz olunsun. Belə məmulatı da kifayət miqdarda ancaq Qafqazda 

əldə etmək mümkün idi. Bu məsələnin həyata keçirilməsi Robertə həvalə olundu. Onun Qafqaza səfəri ayrı bir 

sahədə  də  öz  bəhrəsini  verdi.  Ağac  emalı  ilə  bağlı layihə  uğursuzluqla  nəticələndiyindən,  1873-cü  ildə  Sankt-

Peterburqa qayıdıb diqqətini neft sənayesi üzərində cəmləşdirdi. Çünki o, Bakıdan keçib İrana gedərkən, neftin 

necə əhəmiyyətli sahə olduğunu dərk etmişdi. Neft sənayesi ilə həddindən çox maraqlandığından qardaşı Lyüd- 

viqi də bu işə sövq etməyə nail oldu və qardaşını inandırdı ki, kiçik bir neft müəssisəsinin yaradılmasında ona 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə