Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

53 

 

bütün  məhsullarını  saxta  qiymətə  almaqla,  onun  buradakı  bütün  sənaye  müəssisələrini  və  zavodlarını  tam 



nəzarət altına aldı. 

Fransız kapitalı ilə əlaqədar qeyd etmək lazımdır ki, hələ 1912 — 1913-cü illərdə "Mazut" və "Xəzər — 

Qara  dəniz"  şirkətləri  ingilis-holland  "Şell"  qrupuna  keçdikdən  sonra,  onun  rolu  xeyli  zəifləmişdi.  Buna 

baxmayaraq, bəzi müəssisələrdə fransız kapitalı müharibə illərində çox yüksək fəallığa malik idi. 

Müharibə  şəraitində  Bakıətrafı  rayonda  ingilis-fransız  ziddiyyətləri  bir  qədər  zəifləmişdi.  İngilis 

sahibkarları  bu  fürsəti  əldən  buraxmadılar.  Onların  fəaliyyətləri  nəticəsində  ingilis  kapitalına  məxsus  bir  sıra 

neft  sənayesi  müəssisələri müəyyən  artıma  nail oldular.  Əldə etdikləri şirkətlər ətrafında  süni surətdə  hay-küy 

qaldıran  ingilis  sahibkarları  onların  səhmlərini  ən  çox  İngiltərədə  yerləşdirməyə  səy  göstərdilər.  Bu  siyasət 

nəticəsində  həmin  müəssisələr  çox  böyük  səhm  məbləğləri  müqabilində  dövriyyə  vəsaitlərindən  məhrum 

oldular. 

1890-cı ilin əvvəli idi. Batum limanında heç kəsin tanımadığı bir əcnəbi şəxs peyda oldu. hər şeyə böyük 

diqqət  yetirən  bu  şəxs  Londonda  yerləşən  kiçik  bir  şirkətin  başçısı  Markus  Semyuel  idi.  Bakı  neftinin  Batum 

limanı  vasitəsilə  geniş  miqyaslı  ixrac  əməliyyatı  cənab  Semyueli  son  dərəcə  heyrətləndirdi  və  o,  tezliklə  bu 

qərara gəldi ki, Uzaq Şərq ölkələri Bakı kerosini üçün əlverişli bazar ola bilər. "Standart oyl"un inhisarına son 

qoymaq  üçün  ilk  növbədə  məhsulu  daha  ucuz  qiymətə  satmaq  lazım  idi.  Bunu  isə  yalnız  Süveyş  kanalı 

vasitəsilə əldə etmək mümkün idi. Lakin o dövrün gəmiləri ilə neft daşınması heç də təhlükəsiz deyildi. Odur ki, 

"Süveyş kanal kompani" belə daşımaların qəti əleyhinə çıxdı. Belə olduqda, tezliklə bütün tələblərə cavab verən 

yeni  neftdaşıyan  gəmi-tanker inşa  edildi  və  1892-ci  il  avqustun  24-də  "Müreks" adlı  ilk  tanker  4000  ton  Bakı 

kerosini ilə Batumdan yola düşdü. Süveyş kanalını uğurla qət edib, Sinqapura və Banqkoka doğru üz tutdu. 

Çox keçmədən Uzaq Şərq limanlarında kerosin saxlamaq üçün Markus Semyuel iri həcmli anbarlar inşa 

etdi. Kerosinin aramsız olaraq nəql edilməsini təmin etmək məqsədilə, o hətta Rotşild ailəsinin nəzarəti altında 

olan bir şirkətlə uzunmüddətli bir müqavilə da bağladı. 

Ancaq  Uzaq  Şərqdə Markus  Semyuelin  planlarını poza  biləcək  qüvvələr  də  vardı.  Bu,  ilk  növbədə  Çon 

Rokfeller  idi.  O,  artıq  Çində  möhkəmlənmişdi  və  "Standart  oyl  trest"in  filialını  yaratmaqla  məşğul  idi.  Digər 

rəqib  isə  Hollandiyaya  məxsus  "Royyal  datç  petroleum  kompani"  idi.  Bu  kiçik  neft  şirkəti  özünün  bacarıqlı 

direktoru  Avqust  Kesslerin  rəhbərliyi  altında  xeyli  müvəffəqiyyət  əldə  etmişdi.  Elə  bu  zaman  Asiyanın  neft 

bazarlarında gərgin rəqabət gündən-günə şiddətlənirdi. Belə bir vaxtda Avqust Kessler cavan bir bank işçisi ilə 

tanış olur və çox keçmədən onu şirkətin işlər müdiri təyin edir. Bu, Avqust Henrix Deterdinq idi. Onun gəlişi 

"Royyal datç"ın fəaliyyətini daha da canlandırırdı. Markus Semyuelin gətirdiyi Bakı nefti ilə rəqabət aparmaq 

üçün Deterdinq tankerlərin və rezervurların geniş miqyaslı inşasına təkan verir. 

Markus Semyuel və "Royyal datç" bir-birilə mübarizə aparmaqla yanaşı, eyni zamanda Amerika nəhəngi 

"Standart oyl" ilə də çox ciddi rəqabətə düçar olmuşdular. 

1897-ci  ildə  Semyuelin  neft  əməliyyatları  o  qədər  genişləndi  ki,  o,  əldə  olan  bütün  imkanlarını  bir- 

ləşdirib böyük bir şirkət yaratdı və onu atasının şərəfinə "Şell" adlandırdı. 1901-ci ildə Texas neft yatağı aşkar 

edildikdə, "Şell" həmin neftin də nəqlini və satışını öz üzərinə götürdü. Beləliklə, çox keçmədən "Şell" istər xam 

neftin, istərsə də benzin, kerosin və mazutun nəqli, satışı üzrə dünyanın ən böyük neft şirkəti oldu, Rokfellerin 

neft  imperiyası  üçün  ciddi  təhlükəyə  çevrildi.  "Standart  oyl"  təcili  tədbirlərə  əl  atdı  və  "Şell"i  öz  tərkibinə 

əritmək üçün çox səy göstərdi. Lakin Markus Semyuel bu təklifləri qətiyyətlə rədd etdi. 

1900-cü  ildə  Avqust  Kessler  vəfat  edir.  Onu  əvəz  edən  Henrix  Deterdinq  İndoneziyanın  zəngin  neft 

yataqlarını alır və geniş fəaliyyətə başlayır. Ancaq Rokfellerlə təkbaşına rəqabətin mümkünsüzlüyünü tezliklə 

dərk edir və tanker kralı Markus Semyuellə birləşməyi qərara alır. Bu birləşmə hər iki şirkətin maraqlarına tam 

uyğun  idi.  Çünki  "Şell"  güclü  tanker  donanmasına,  "Royyal  datç"  isə  zəngin  neft  mədənlərinə  malik  idi. 

Birlikdə isə "Standart oyl trast"a qarşı rəqabətdə qələbə reallaşa bilərdi. Belə də oldu. Hər iki şirkət birləşmək 

yolunda bir sıra addımlar atdı. "Standart oyl"la başlayan neft müharibəsi də onları qorxutmadı. Bu, ikinci neft 

müharibəsi idi. Olduqca kəskin və ciddi neft müharibəsi. 

Nəhayət,  1907-ci  ildə  Markus  Semyuel  və  Kenri  Deterdinq  "Royyal  datç"  və  "Şell  Transport" 

şirkətlərinin birləşdiyini elan etdilər. Bir müddətdən sonra Bakıya gələcək möhtəşəm şirkət — "Royyal Datç-

Şell" belə yarandı . 

Bu şirkətin maraqlı tarixi ilə yanaşı və onlarla əməkdaşlıq etmiş erməni milyonçusu Q.Gülbenkyanın da 

haqqında  bir  neçə  söz  oxucuya  çatdırmağımızı  vacib  sayırıq.  Çünki  bu  erməni  milyonçunun  əldə  etdiyi  mil- 

yonlarının əsası Bakı nefti hesabına toplanmışdır. Bu haqda çox az adamda məlumat ola bilər. 

Qalust Gülbenkyan neft biznesi ilə məşğul olan ailənin ikinci nəslinin nümayəndəsi idi. O, varlı erməni 

neft sahibkarı və bankirinin oğlu idi. Onun atası öz taleyini Bakı neftinin Osman imperiyasına ixracı üzərində 

qurmuşdu. Sultan onu Qara dəniz limanının qubernatoru təyin etmişdi. Ailə Konstantinopolda yaşayırdı. Qalust 

öz  ilk  maliyyə  transaksiyasını  burada  etmişdi.  Yeddi  yaşında  ikən  valideynləri  ona  xərclənməyə  gümüş  türk 

pulu  verdilər.  Balaca  oğlan  pulu  götürüb  bazara  gəlir,  lakin  özünə  şirniyyat  almaq  əvəzinə  antik  sikkə  alır 

(sonralar  onun qızıl  sikkələr  kolleksiyası dünyanın  ən  böyük  kolleksiyalarından  biri  olacaqdır). Məktəbdə çox 

qeyri-populyar  şagird  sayılan  Qalust  vaxtının  çox  hissəsini  bazarda  keçirirdi.  Bununla  o,  alverin  incəliklərini 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə