Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

52 

 

Nəticədə,  ölkənin  müxtəlif  yerlərində  ümumi  tutumu  17  mln.  puda  yaxın  olan  anbarlar,  bir  hissəsi  xüsusi, bir 



hissəsi isə ingilis şirkətləri tərəfindən icarəyə götürülmüş 1169 vaqon-sistern "Nobmazut"un ixtiyarına keçdi. 

Tezliklə, "Nobmazut" ölkənin bütün neft bazarında hökmran mövqe tutmağa müvəffəq oldu. Ağ neft, yağ 

istehsalının onun inhisarına keçməsi də buna kömək etdi. 1909-cu ildə Bakıətrafı rayonda istehsal edilən bütün 

yağların  topdan  satışının  50  və  40%-i  müvafiq  olaraq,  "Nobel  qardaşları"  və  "Mazut"un  payına,  10%-i  qalan 

müəssisələrin payına düşürdü. 

1908-ci  ildə  sulfat turşusu sindikatının əmələ  gəlməsi  də  əhəmiyyətli  hadisə idi.  Sulfat turşusu  satışının 

ümumi həcmində şirkətlərin iştirakı aşağıdakı paylarla müəyyənləşdi: "Nobel qardaşları" — 33%, Q.A.Dyuken 

—  27%,  S.L.Şifrin  —  20%,  "Qoldlyüst  və  oğlu"  —  11%,  "S.M.Şibayev  və  K°"  —  9%.  Sindikatın  bütün 

iştirakçıları  öz  ticarət  əməliyyatlarını  yalnız  ümumi  kontor  vasitəsilə  həyata  keçirməyi  öhdələrinə  götürdülər. 

Sindikat  müqaviləsinin  fəaliyyət  müddəti  1909-cu  il  yanvarın  1-dən  1912-ci  il  yanvarın  1-dək 

müəyyənləşdirildi. 

Müqavilə şərtlərinə görə sindikat Bakıya başqa yerlərdən sulfat turşusu gətirilməsi imkanını ləğv etdi. O, 

"Rusiya  və  zavodları"  sindikatı  ilə  öz  məhsullarını  Bakıətrafı  rayona  göndərməməsi  barədə  xüsusi  saziş 

imzaladı. Sulfat sindikatı özü isə sulfat turşusunun satışı üçün yüksək sabit qiymətlər müəyyənləşdirdi, pudu 1 

manatdan aşağı düşməyə imkan vermədi. Sindikatın işində aparıcı rolu "Nobel qardaşları" oynayırdı və o, 1910-

cu  ilin  oktyabrında  "Qoldlyüst  və  oğlu"  şirkətinin  sulfat  turşusu  və  ağ  neft-yağ  zavodlarını  satın  alıb  onları 

konservasiyada saxlayaraq, sindikatda öz mövqeyini daha da qüvvətləndirdi. 

Birinci  dünya  müharibəsindən  əvvəlki  illərdə  Azərbaycanın  neft  sənayesində  bir  neçə  maliyyə-sənaye 

qrupu və trest təşkilatı əmələ gəldi. Ölkə bankları ilə sıx qarşılıqlı əlaqədə olan bu birliklər o qədər güclü idi ki, 

öz müstəqilliklərini nəinki hər hansı bir bankdan, hətta bank qruplarından belə qoruyub saxlaya bildilər. Həm də 

onlara "dost" olan  bəzi  banklardan öz  məqsədləri  üçün  istifadə  etməyə  başladılar.  Onlardan  ən  iriləri "Royyal 

Datç-Şell K°" ("Şell") və "Nobel" trestləri idi. 

1912-ci ildə ingilis-holland "Şell" tresti Rotşildlərin Parisdəki bankir evinə məxsus olan "Xəzər — Qara 

dəniz cəmiyyəti" səhmlərini əlinə keçirdi. Bu müəssisələrin kapitalı o vaxt müvafiq surətdə 10 və 12 mln. rubl 

təşkil edirdi, onlar öz güclərinə görə ən iri Bakı şirkətləri idilər və yalnız "Nobel qardaşlarından geri qalırdılar. 

Beləliklə  Rusiyada  o  vaxta  qədər  müstəqil  olan  bir  sıra  müəssisələr  üzərində  maliyyə  nəzarəti  qoymaq 

yolu  ilə  nəhəng  müəssisələr  yaradılırdı.  "Oyl",  "Şell"  və  "Nobel  qardaşları"  inhisarçı  ittifaqları  ilə  yanaşı, 

Bakıətrafı  rayonda,  həmçinin  Londonda  yaradılan  daha  bir  trest  —  "Neft  sənayesi  və  maliyyə  korporasiyası" 

qrupu  da  fəaliyyət  göstərirdi.  Bu  korporasiya  əvvəllər  Bakıda  fəaliyyət  göstərən  ingilis  neft  müəssisələrinin 

birləşdirilməsi və onlar üzərində maliyyə nəzarəti qoyulması əsasında yaradılmışdı. Müharibənin başlanğıcında 

onun kapitalı 28 mln. manata bərabər idi. Korporasiyanın bütün ticarət fəaliyyəti "Şell"in ixtiyarında idi. 

Birinci dünya müharibəsi ərəfəsində bu iri maliyyə-sənaye birlikləri Bakı neft müəssisələrinin bilavasitə 

xarici  kapital  qoyuluşlarından  bir  neçə  dəfə  çox  olan  böyük  kapital  məbləğindən  istədikləri  kimi  istifadə  edə 

bilirdilər.  1914-cü  ildə  "Oyl"un  səhm  kapitalı  143,2  mli.  rubl,  "Şell"inki  77  mln.rubl,  "Nobel  qardaşları"nınkı 

44,0 mln. rubl, "Neft sənayesi və maliyyə korporasiyası"nınkı isə 28,2 mln. manata bərabər idi. İlk üç qrupun 

1911 — 1914-cü illərdəki ümumi neft hasilatı isə 1.127,8 mln. pud idi. 

Bu,  ən iri  neft sənayesi  birlikləri "iştirak  sistemi"  və  "şəxsi  ittifaq"  vasitəsilə  bir-birilə qarşılıqlı  surətdə 

bağlı idilər. Belə ki, "Oyl"da fransız kapitalının həcmi təqribən 6 milyon manat idi. "Mazut" vasitəsilə fransız 

mənafeyi həmçinin "Şell"də və "Nobel" qrupunda təmsil olunmuşdu. Həmin dövrdə alman kapitalı nisbətən az 

payla "Nobel qardaşları"nın tərkibinə daxil idi. Qeyd etmək lazımdır ki, Amerikanın "Standart oyl K°" şirkətinin 

"Nobel  qardaşları"nı  özünə  tabe  etmək  və  onun  vasitəsilə  Rusiya  neft  sənayesinə  yol  tapmaq  üçün  göstərdiyi 

inadkar cəhdlərə baxmayaraq,  Nobelin  mahir  siyasəti sayəsində  bu  şirkət öz  müstəqilliyini  düz  1920-ci  ilədək 

qoruyub saxlaya bildi. Bu siyasətin nəticələrindən biri "Şell" və "Nobel" qrupları arasında "mənafe" birliyinin 

yaranması  oldu.  Hər  iki  qrupda  bir  sıra  ziddiyyətlər  qalsa  da,  "mənafe"  birliyinin  yaranması  onlara  bir  sıra 

məsələlərdə  "Oyl"a  qarşı  birgə  çıxış  etməyə  imkan  verdi.  Birinci  dünya  müharibəsi  illərində  ən  iri  şirkətlərin 

bütün neft işini daha da inhisarlaşdırmaq meylləri aydın təzahür edirdi. Bu mərhələdə aparıcı proses istehsalın 

birləşdirilməsinin  daha  da  inkişaf  etdirilməsi  idi.  Bu  və  ya  digər  dərəcədə  bu  proses  iqtisadiyyatın  bütün 

sahələrini əhatə etmişdi. 

Üç ən qüdrətli maliyyə sənaye birliyinin ("Oyl", "Şell" və "Nobel") ümumrusiya neft hasilatında xüsusi 

çəkisi yüksək səviyyədə olaraq qalırdı. Artıq müharibə başlananda bütün səhm kapitallarının 86%-i bu birlik- 

lərin payına düşürdü. Ağ neft və mazut istehsal edən neft emalı zavodlarının, demək olar ki, hamısı, 15 ən iri 

Qafqaz neft kəmərindən 12-si onların ixtiyarında idi. Bu da zavodlara və limanlara göndərilən sənaye neftinin 

90%-inə,  bütün  neft  məhsulları  satışının  isə  3/4-nə  nəzarət  etməyə  imkan  verirdi.  Əgər  1913-cü  ildə  bu  üç 

qrupun birgə neft hasilatı ümumrusiya neft hasilatının 60,2%-ini təşkil edirdisə, 1914-cü ildə 64,1, 1915-ci ildə 

63,5, 1916-cı ildə isə təqribən 65%-ini təşkil edirdi. Lakin belə bir faktı da təkzib etmək olmaz ki, yerdə qalan, 

yəni  göstərilən  birliklərin  tərkibinə  daxil  olmayan  və  kapitalları  bütün  səhm  kapitalının  14%-ini  təşkil  edən 

səhmdar müəssisələri bütün hasilatın təqribən 40%-ini verirdilər. Beləliklə, "Mazut" şirkəti "Şell" rus qrupunun 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə