70
1.44.
Uğurlu inkiĢaf daha yaxĢı bazar institutlarının mövcudluğundan qaynaqlanır. Uğur
o zaman əldə olunur ki, ölkə ixracın diversifikasiya olunması və dövlət maliyyəsinin idarə
olunmasının təkmilləĢdirilməsilə yanaĢı biliklərin akkumulyasiyasına və infrastrukturun
gücləndirilməsinə önəm verir. Bir sıra təbii ehtiyatlarla zəngin olan və uğurla inkiĢaf etmiĢ
ölkələr (Botsvana, Çili, Norveç, BirləĢmiĢ Ərəb Əmirlikləri və Malayziya) strateji prioritetləri
müəyyən edərkən institusional potensialın vacibliyini nəzərə almıĢlar. Belə ki, təbii ehtiyatlardan
gələn gəlirləri iqtisadi artımın stimullaĢdırılmasına sərf etməkdən öncə institusional potensialın
kifayət qədər güclü olduğu müəyyən olunmuĢdur. Qeyd etmək lazımdır ki, bu ölkələr korrupsiya
ilə mübarizə, hüquq normaları, hökumət qurumlarının effektivliyi, siyasi sabitlik, hesabatlılıq və
idarəolunmanın keyfiyyəti kimi idarəçilik göstəricilərində Azərbaycanla müqayisədə daha çox
uğur əldə etmiĢlər
39
Analitiklərin və ya sorğu respondentlərinin baxıĢlarından asılı olmayaraq
mövcud olan iqtisadi institutların ümumi keyfiyyətinin ölçülməsi üçün obyektiv meyarın bir
nümunəsi pul vəsaitlərinin investisiyaya yönəldilməsi indeksidir Contract-Intensive Money
(CIM). Bu indeks, üçüncü tərəflərin öz müqavilə öhdəliklərini yerinə yetirməsi üçün mühitin
etibarlı olmadığı hallarda əhalinin öz maliyyə aktivlərinin daha böyük hissəsini valyutada
saxlamaq niyyətini qiymətləndirir.
40
Diaqram 1.27 neft bumunun baĢlanmasına təsadüf edən
dövrdə Azərbaycanın institusional keyfiyyətini yaxĢı nəticələr göstərən təbii ehtiyatlarla zəngin
olan və kiçik iqtisadiyyatlarla müqayisə edir. Diaqram göstərir ki, 30-40 il öncə komparator
ölkələrin əksəriyyətində olan vəziyyət Azərbaycanın 2008-ci ildə olan durumundan çox az
fərqlənir. Əslində, 1960-cı illərdə Çilinin adambaĢına düĢən gəliri, CĠM və qeyri-təbii ehtiyatlar
ixracı Azərbaycanın bugünkü eyni göstəriciləri ilə müqayisə olunandır. Belə ki, 2008-ci ildə
Çilinin qeyri-təbii ehtiyatlar ixracı üç dəfədən çox artmıĢdır (qeyri təbii ehtiyatlar ÜDM-də
çəkisi), ölkənin CĠM indeksi Norveçin eyni indeksinə uyğundur və ən əsası adambaĢına düĢən
gəlir də təxminən üç dəfədən çox artmıĢdır.
39
Kaufmann D və digərləri, 2007.
40
CIM (M2-nağd vəsait)/M2 düsturu ilə hesablanır. Bu əhalinin maliyyə aktivlərinin hansı
formada saxlamağa
üstünlük verməsindən asılıdır və investisiya və artım templəri, eyni zamanda, iqtisadiyyatın kontraktlardan asılı olan
sektorların miqyası ilə bağlıdır. Clague, Christopher;
Philip Keefer, Stephen Knack, and Mancur Olson (1999),
―Contract-Intensive Money." Journal of Economic Growth, 4, 185-209.
71
HaĢiyə 1.3:
Malayziyada uğurlu diversifikasiya
Malayziyanın təcrübəsi göstərir ki, irimiqyaslı təbii sərvətlərin olması ―lənət‖ üçün əsas deyil. O göstərir ki, uzun
ilər ərzində güclü siyasi iradə və sağlam iqtisadi siyasətlərə sadiqlik ―təbii ehtiyatlar lənətinin‖ qarĢısını ala bilər.
1980-cı illərdə Malayziyanın mal və xidmətlər ixracının 32 faizini neft və təbii qaz təĢkil edirdi. 1980-2006-cı illər
arasında neft qiymətləri kəskin dəyiĢmidir. Lakin, 2006-cı ildə Malayziyanın ümumi ixracının yalnız 13 faizi neft
və qazdan ibarət idi. Bu müddət ərzində Malayziyanın real adambaĢına ÜDM-i ildə orta hesabla 3,6 faiz artmıĢ və
2006-cı ildə 150 faiz artaraq 12 536 ABġ dollarına çatmıĢdır (cari PPP ilə).
Uğurun əsas elemenetlərindən biri investisiyalar üçün kapitalı təmin edən yüksək yığım (saving) səviyyəsi
olmuĢdur. Ev təsərrüfatlarından məcburi yığım sxeminə iĢtirak etmək tələb olunurdu. Hökumət təhsil, ipoteka,
səhiyyə xərclərinə üstünlük verirdi və coğrafik baxımdan xərclərin aparılmasında tarazlaĢdırılmıĢ siyasət həyata
keçirirdi. 2005-ci ildə Transparency Ġnternational Corruption Perception indeksinə görə Malayziya 39-cu yer
tuturdu ki, bu da Malayziyanın təcrübəsindən faydalana bilməyən Nigeriyanın göstəricisindən (159-cu yer) qat-qat
üstündür. Təəcüblü deyil ki, Dünya Bankının 2009-cu il üzrə Doing Business hesabatdında Malayziya 20-ci yeri
tutmuĢdur. Azərbaycanın 33-cü yerə qalxması da ümidvericidir.
Malayziya 1970-ci illərdən baĢlayaraq ixrac yönümlü sahələrin inkiĢafını təĢviq etsdə də, o, 80-ci illərdə neft
gəlirləri hesabına hökumətin yardımı ilə dövlət Ģirkətlərinin ağır və kimya sənayesi sahələrini inkiĢaf etdirmək
istiqamətində səylər göstərmiĢ, lakin uğursuzluğa düĢar olmuĢdur. Bundan baĢqa 1966-1981-ci illər arasında dövlət
sektorunun həcmi ikiqat artmıĢdır. 1980-ci illərin ortalarında resessiyanın baĢlanması nəticəsində bu meyllər
azalmıĢdir. Bundan sonra Malayziya iqtisadiyyatın və ixracın diversifikasiyası yolunu tutmuĢdur.
PeĢəkar dövlət qulluqçuları, elm xadimləri və texnokratlar tərəfindən məntiqli iqtisadi siyasətlər hazırlanmıĢ və
icra olunmuĢdur. Ġqtisadi inkiĢafın nisbətən ilkin mərhələlərində hökumət kənd yerlərində olan iĢçilərdən istifadə
etməklə əmək tutumlu sənayeləĢməyə diqqət yetirmiĢdir. Nəzərə alaraq ki, həmin zaman iri multimilli Ģirkətlər
ucuz iĢçi qüvvəsindən faydalanmaq üçün istehsalı inkiĢaf etməkdə olan ölkələrə keçirirdi, hökumət büdcənin
əhəmiyyətli hissəsini təhsilə yönəltməklə istehsal üçün ixtisaslı iĢçi qüvvəsinin təklif edilməsinə diqqət yetirdi.
Bundan baĢqa istehsal sahəsinin daxilində belə Malayziya təbii ehtiyatlara əsaslanan istehsaldan texnologiya
tutumlu məhsulların istehsalına keçməyə müvəfəq olmuĢdur. Xüsusilə də 1987-ci ildən sonra elektronika sənayesi
Malayziyanın əsas ixrac qazancı gətirən sahəsində çevrildi. Bu sənaye sahəsi Malayziyada iki dalğada, 1972-75-ci
illər və 1985-90-cı illər, baĢ vermiĢ və Malayziyanın təhsilli iĢçi qüvvəsi və biznes üçün əlveriĢli mühiti buna
imkan vermiĢdir. Belə yüksək əlavə dəyərli məhsulların ixracı sürətlə artmıĢ və Malayziyaya ticarət Ģərtlərində
dəyiĢiklik sarsıntılarından qorunmaq üçün ―təhlükəsizlik yastığını‖ təmin etmiĢdir.