AZƏRBAYCAN
PARİS SÜLH
KONFRANSINDA
(1919 - 1920)
Tərtib, ingilis dilindən tərcümə və müqəddimə: Vilayət Quliyev
Kitabın çapa hazırlanmasında göstərdikləri yardıma görə professor Səməd
Seyidova, filologiya elmləri namizədi A sif Rüstəmliyə, Ülfət Ibrahimova, Fərəh
Gözəlovaya və Mehman Əliyevə minnətdarlığımı bildirirəm.
V.Q.
“Azərbaycan Paris Sülh Konfransında” (1919 -1920) Bakı, “Ozan”,
2008. səh. 244.
Kitabda Azərbaycan Parlamentinin Sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə
1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə
heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri
“Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri”
kitabçasının ingilis və fransız mətnləri, habelə ingilis dilindən azərbaycancaya
tərcüməsi verilmişdir. Kitab tarixçilər, politoloqlar, geniş oxucu auditoriyası üçün
nəzərdə tutulmuşdur.
ISBN-5-9986-6864-4
A 4702060204 2008
0n-047-08
Vilayət Quliyev - 2008
İndigo - 2008
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ
PARİS SÜLH KONFRANSINDA
Rusiya imperiyasınm süqutundan sonra müsəlman Şərqində yaranan ilk
Avropa tipli dövlətin - Azərbaycan Cümhuriyyətinin mövcudluğu və gələcək taleyi
təkcə xalqın tarixi seçiminə bağlı deyildi. Bu həmin dövrdə daha çox böyük
dövlətlərin plan və niyyətlərindən, yeni dünya xəritəsini cızan siyasətçilərin istək və
iradəsindən asılı idi.
Xalq öz sözünü demişdi. Azərbaycan vətəndaşları böyük məhrumiyyətlər və
şəhid qanları bahasına imperiya asılılığından xilas olaraq azadlıq əldə etmiş, müstəqil,
demokratik dövlət qurmağa başlamışdılar. Lakin xalqın tarixi seçiminin dünya birliyi
tərəfindən vaxtında tanınmaması yeni təhlükələr doğururdu. Azərbaycan dövləti
mövcudluğunun ilk günlərindən “vahid və bölünməz Rusiyanı” keçmiş sərhədləri
daxilində bərpa etmək istəyən sovet imperializminin müstəmləkəsinə çevrilmək
qorxusu ilə üz-üzə qalmışdı.
Azərbaycan Cümhuriyyətinin qurucuları bu təhlükəni aydın şəkildə hiss
edirdilər. Buna görə də hər vasitə ilə gənc cümhuriyyətinin üzləşdiyi ciddi
problemləri dünya birliyinin diqqətinə çatdırmağa, beynəlxalq hüququn subyekti olan
müstəqil dövlət kimi tanınaraq zəruri siyasi təminatlar və təhlükəsizlik qarantiyaları
əldə etməyə çalışırdılar.
Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyalannın süquta uğradığı,
yeni milli dövlətlərin meydana çıxdığı, dünya miqyasında tamamilə fərqli siyasi
mənzərənin yarandığı 1918-ci ildə bu xüsusi ilə vacib idi. Belə bir tarixi məqamda
dünya birliyi, ilk növbədə isə Avropa ilə qarşılıqlı maraqlara əsaslanan intensiv
siyasi-diplomatik münasibətlərin qurulmasına, xalqın və ölkənin Avropada
tanıdılmasına ciddi ehtiyac vardı.
Azərbaycandan Avropaya orta əsrlərdə də diplomatik heyətlər göndərilmişdi.
Lakin belə elçilər bir qayda olaraq öz hökmdarlarının iradəsini Avropa monarxlarına,
Avropa saraylarına çatdırmaq üçün illərə davam edən ağır və üzücü səfərlərə
çıxırdılar. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin
qərarı ilə Parisə - Versal Sülh konfransına göndərilən nümayəndə heyəti isə xalqın
iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və
qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü.
XX yüziliyin görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin dərin kədər və
təəssüf dolu “Qoymuş miləl imzasını övraqi-həyata, Yox millətimin xətti bu imzalar
içində” - misralarının yazıldığı vaxtdan cəmi bir neçə il keçirdi. Və bu bir neçə ilin
içərisində sürətlə dəyişən, inkişaf edən, mövcud siyasi reallıqdan yararlanaraq milli
dövlətini quran Azərbaycan xalqı tarixin və həyatın səhifələrində layiqli yerini tutmaq
üçün yeni dünyanın taleyinin həll olunduğu Parisə - Versal Sülh konfransına öz
Nümayəndə heyətini göndərirdi.
Azərbaycan Cümhuriyyəti XI Qırmızı ordunun işğalına uğrayana qədər
(əslində bundan sonra da) Nümayəndə heyəti öz ölkəsini, onun qədim tarix və
mədəniyyətini, geniş iqtisadi imkanlarını, bu xalqın doğma torpaqlarında azad və
müstəqil yaşamaq haqqını tanıtmaq üçün mühüm işlər görmüşdü. Heyət üzvləri
Azərbaycan, ingilis, fransız, rus və b. dillərdə kitab və broşüralar yazıb çap etdirmiş,
Sülh konfransında təmsil olunan ölkələrin siyasi və diplomatik elitası ilə əlaqələr
qurmuş, Qərbi Avropa mətbuatının imkanlarından yararlanmağa çalışmışdılar.
Nümayəndə heyəti üzvləri eyni zamanda Versal konfransında cərəyan edən
proseslər, aparılan danışıqlar, keçirilən görüş və müzakirələr barəsində öz
hökumətlərini ardıcıl məlumatlandırmış, çağdaş Avropa siyasi reallığından çıxış
edərək bir sıra qiymətli tövsiyyələr vermişdilər. Təəssüf ki, ilk Cümhuriyyətimizin
şərəfli siyasi və diplomatik mübarizə salnaməsini əks etdirən bütün bu sənədlər
onilliklər boyu hamıdan, hətta tarixşünas alim və mütəxəssislərdən də gizli
saxlanmışdır. Lakin bəşəriyyətin ən qədim kitablarından biri olan Bibliyada deyildiyi
kimi, “elə gizlin yoxdur ki, axırda aşkar olmasın”.
Yalnız Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra görkəmli dövlət
xadimi və diplomat, Azərbaycan Cümhuriyyətinin qurucularından biri Əli Mərdan
bəy Topçubaşovun rəhbərliyi ilə 1918-20-ci illərdə İstanbulda və Parisdə fəaliyyət
göstərən Azərbaycan diplomatik missiyası haqqında bir sıra mənbələr aşkara
çıxarılmış və ictimaiyyətə çatdırılmışdır. Həsən Həsənovun rəhbərliyi altında
hazırlanan “İstanbulda diplomatik söhbətlər” (Bakı, 1995, rus dilində), Vilayət
Quliyevin Azərbaycan və rus dillərində geniş müqəddimə ilə çap etdirdiyi “Parisdən
məktublar” və “nucMa H3 n a p n ^ a ” (Bakı, 1998) kitabları bu baxımdan ilk addımlar
idi.
Həmin
kitablarda
diplomatik
missiyanın
Azərbaycanın
dövlət
müstəqilliyinin tanıdılması ilə bağlı mərkəzi hökumətlə apardığı yazışmalar öz əksini
tapmışdır. Paris Sülh konfransındakı Azərbaycan Nümayəndə heyətinin fəaliyyətinin
başqa bir sahəsini isə sırf elmi todqiqatçılıq və siyasi təbliğat təşkil edirdi.
Azərbaycanın Avropada çox az tanındığı XX yüzilliyin əvvəllərində belə təbliğati
fəaliyyətə böyük ehtiyac vardı. Heyət üzvlərinin bu məqsədlə 1919-cu ildə Parisdə
ingilis və fransız dillərində çap etdirdikləri və indi də əhəmiyyətini itirməyən “Qafqaz
Azərbaycanı Nümayəndə heyətinin Paris Sülh konfransından tələbləri” kitabı orijinal
mətnlər və Azərbaycan dilinə tərcümədə oxuculara təqdim olunur.
Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin öz hökumətinə
göndərdiyi hesabatlara və Avropa ölkələrində müxtəlif Qərb dillərində çap etdirdiyi
tanıtma xarakterli məlumatlara keçməmişdən əvvəl, ürəkləri vətənə və xalqa
məhəbbətlə dolu olan, milli dövlət qurmanın qürurunu birincilər sırasında yaşayan
missiya üzvləri haqqında qısa bioqrafik məlumatları açıqlamaq yerinə düşərdi.
Dostları ilə paylaş: |