|
Azərbaycan Paris Sülh Konfransında (1918-1920)kitab20111201125922638VI
BOLŞEVİKLƏRİN AZƏRBAYCANDAKI QURBANLARI
BOLŞLVİKLƏR ZORLA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRİRLƏR
Qanlı fitnəkarlıqların davamı
12.000-dən çox müsəlman martın 18-21-də ermənilərin törətdiyi qanlı
cinayətlərin qurbanı olmuşdu. Yanğın nəticəsində xalqın mənəvi həyatında mühüm
yer tutan bir sıra siyasi və zehni mərkəzlər yer üzündən silinmiş və dağıdılmışdı.
Bunların sırasında Xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyətinin (tarixi “İsmailiyyə”
sarayı nəzərdə tutulur-tərc.) binasını, siyasi partiyaların iqamətgahlarını, müsəlman
qəzetləri redaksiyalarını (rusca çıxan “Kaspi”nin, azərbaycanca çıxan “Açıq söz”ün)
göstərmək olar. Məşhur müsəlman siyasi xadimləri həbs edilir və zindana atılırdı.
Lakin ən dəhşətli nəticə Bakıda və onun ətraf rayonlarında bolşevik
hakimiyyətinin güclənməsi idi.
Bolşevikləvin hakimiyyəti altında
Bolşevik hakimiyyəti sivilizasiyanın bütün mövcud təzahürlərini məhv
etməyə başladı. Biri-birinin ardınca yeraltı sərvətlərin, daşınmaz əmlakın,
malikanələrin, bağların, əkin yerlərinin və s. ictimailəşdirildiyi elan olunurdu.
Bakı banklarında olan nəqd vəsaitlərin hamısı və bütün cari hesablar sovet
respublikasının mülkiyyəti elan edildi.
Bütün əmlakın, yaşayış evlərinin, atların, iri buynuzlu heyvanların,
maşınların müsadirəsi ilə kifayətlənməyən bolşeviklər daha uzağa getdilər - onlar
əslində adamları müsadirə etməyə başladılar - əhalinin bir hissəsi zorla ordu sıralarına
cəlb olundu, qalanlarını isə sovet respublikasının xeyrinə icbari əməyə cəlb etdilər.
Sözün qısası, kommunist prinsipləri özünün bütün amansızlığı və ən şiddətli cəza
üsulları ilə əhaliyə tətbiq edildi. Bu prinsiplərə uyğunlaşmaq müsəlmanlar üçün
xüsusilə çətin və ağrılı proses idi, çünki Şəriətin qanunlarına görə onlar başqalarının
hüquqlarına hörmət etməli, əmlakına toxunmamalı idilər. Müsəlman əhalini zorla
yaramaz bolşevik prinsiplərinə boyun əyməyə, dəhşətli əzab-əziyyətə qatlaşıb
dilənçiliyə və ehtiyaca tablaşmağa məcbur edirdilər.
Orta təbəqə və ziyalılar bu fəlakətlərə qatlaşanlar sırasında tək deyildilər.
Mənafeləri guya bolşeviklər tərəfindən müdafiə olunan fəhlə sinfi də eyni əzab-
əziyyət çəkirdi. Ərzaq bölüşdürülməsi məsələsi meydana çıxanda bolşeviklər
“özlərininki” ilə azərbaycanlı fəhlələr arasında ayrıseçkilik qoyurdular. İkincilər bir
qayda olaraq ya “burjuaziyanın” əlaltıları, ya da əksinqilabçılar hesab olunurdu.
|
|
|