Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   17   18   19   20   21   22   23   24   ...   115
kitab20111201125922638

 


35 

 
AZƏRBAYCANIN BOLŞEVİKLƏRƏ 
QARŞI MÜBARİZƏSİ, BOLŞEVİK VƏ ERMƏNİ HÜCUMLARI 
 
Bolşeviklərə qarşı mübarizə 
Bakının 
Azərbaycan 
üçün 
əhəmiyyətini 
əsaslandırdıqdan 
sonra 
Cümhuriyyətin bu şəhəri bolşeviklərdən xilas etmək üçün əl atdığı ciddi və 
təxirasalınmaz tədbirlərə keçək. 
Bakıda meydana çıxan bolşevik hərəkatı Rusiya bolşevizminin bir qolu idi. 
Bakıda bolşeviklər öz sıralarında əsas etibarı ilə rus fəhlələrini, qulluqçularını, 
əsgərləri və dənizçiləri birləşdirirdi. Lakin ruslardan təşkil olunmuş bütün bu 
qüvvələrə gürcülər və ermənilər rəhbərlik edirdi. 
Oktyabr hərəkatına qədər bu hərəkatın elə bir təsir gücü yox idi, ancaq Lenin 
və silahdaşları Rusiya paytaxtının ağası olduqdan sonra Bakı bolşevikləri də onların 
timsalında özlərinə arxa tapdılar. Onlar hammı, xüsusən də ordudan qayıtmış əsgərləri 
öz sıralarına cəlb etməyə çalışırdılar. Bu, rus ordusunda tam nizamsızlıq və 
anarxiyanın başladığı dövrə təsadüf edir. Tiflis və Bakının bolşevik təşkilatları 
Qafqaz və İran cəbhəsindən tərxis olunan əsgər kütlələrindən öz sıralarını artırmaq 
üçün hər vasitə ilə istifadə cdirdilər. 
Onlar silahları ələ keçirir, yerli sakinləri soyub-talayır, gücləri çatan hər şeyi 
daşıyıb aparırdılar. Beləliklə, qısa müddət ərzində Bakı bolşevikləri çoxlu silah, 
patron, pulemyot, zirehli maşın, minik maşını, təyyarə, hərbi gəmi ələ keçirdilər. O 
zamanlar Rusiyada olduğu kimi, Transqafqazda da tam özbaşınalıq və anarxiya hökm 
sürürdü. Cəbhədən dönən əsgərlər heç bir hakimiyyət tanımır, yalnız bolşevik 
təbliğatı üçün işləyirdilər. Bir çox bölgələrdə yerli əhali ilə əsgərlər arasındada qanlı 
toqquşmalar olmuşdu. Dəmiryolları fəaliyyətsiz dayanmışdı. Ərzaq qıtlığı günü-
gündən daha kəskin şəkildə hiss olunmağa başlayırdı. 
Kiçik bir qrup təşkil edən müsəlman əsgərlər bir neçə düjin tüfəngi Bakıdan 
Lənkərana aparmaq istədikdə bolşeviklər həmin silahları onların əlindən almaq əmri 
verdilər. Müsəlmanlar bu əmrə tabe olmadıqda bolşeviklər tüfəng atəşləri ilə
kifayətlənməyib onları pulemyot atəşinə tutdular. Hər iki tərəfdən ölənlər və 
yaralananlar oldu. 
Bu hadisədən sonra müsəlmanlar bolşeviklərin necə dəhşətli bir düşmən 
olduğunu daha aydın başa düşdülər. Onlar həyəcanlanmağa və narahat olmağa 
başladılar. Təzəpir məscidinin həyətində keçirilən mitinqin qətnaməsində bolşeviklər 
tərəfindən zorla müsadirə edilən silahların geri qaytarılması onlardan tələb olundu. 
Bolşeviklər silahları qaytaracaqlarına söz versələr də, artıq bütün şəhərin ayağa 
qalxdığını hiss edirdilər. Ona görə də 1918-ci il martın 17-də (rəqəmlər köhnə 
təqvimlə göstərilmişdir, yeni təqvimlə martın 29-da - tərc.) axşama yaxın hər iki 


36 
tərəfdən atəş başlandı. Ertəsi gün (martın 18-də) səhər tezdən hərbçilərin topları öz 
lülələrini şəhərin müsəlman məhəlləsinə tərəf tuşladı. Onlar hətta məscidlərə də fərq 
qoymurdular. Bakıda dəhşətli vətəndaş müharibəsi başlanmışdı. Həmin müharibə 
dörd gün (18-22 mart) davam etdi. Bütün bu günlər ərzində şəhərin müsəlman 
əhalisini bombardman edir, güllələyir, diri-diri yandırırdılar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə