Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
Albom1918 az

FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ 
SƏDRİ Ə.XASMƏMMƏDOVUN ƏDLİYYƏ NAZİRİNƏ 
MƏRUZƏSİ
22 noyabr 1918-ci il 
Şamaxı şəhərinin və Şamaxı qəzası müsəlman kəndlərinin dağıdıl-
ması və adı çəkilən şəhər və qəzanın müsəlman əhalisinə qarşı törədil-
miş zorakılıqlara dair iş üzrə
   Fövqəladə Təhqiqat Komissiyasının apardığı istintaqla aşağıdakılar 
müəyyən edilmişdir: 
  Şamaxı şəhəri iki hissədən ibarət idi: Yuxarı və ya Erməni, Aşağı və 
ya Müsəlman hissələri. Birincidə, əsasən ermənilər, həmçinin ruslar və 
molokanlar, eləcə də xeyli müsəlmanlar, ikincidə isə, yalnız müsəlmanlar 
yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyətini müsəlmanlar təşkil 
edir, ermənilər və molokanlar isə hərəsi 6 kənddə yaşayırlar. İstər şəhərli 
müsəlmanlar,  istərsə  də  kəndli  müsəlmanlar  keçmiş  zamanlardan  bəri 
ermənilərlə və molokanlarla sülh və dostluq şəraitində yaşamış, onlara 
heç bir ziyan yetirməmiş, onları incitməmiş və daim mehriban qonşuluq 
əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Cənubi Qafqazın bir 
çox  şəhər  və  kəndlərində  müsəlmanlar  ermənilərə  qarşı  çıxış  edəndə, 
Şamaxı  şəhəri  və  Şamaxı  qəzasında  müsəlmanlar  ermənilər  üzərində 
zorakılıq etməmiş, onlara qarşı qansız düşmənçilik çıxışları belə olma
-
mışdır. Buna baxmayaraq Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri, 


129
müraciətlər  edirdilər.  Ermənilər  müsəlmanları  onlara  qardaşlıq  hissləri 
bəslədiklərinə və onlara qarşı heç bir  düşmənçilik hərəkətləri hazırla
-
madıqlarına  inandırmağa  çalışır,  eyni  zamanda  isə  silahlanmaqda  da
-
vam edərək Şamaxı şəhərindən 6 verst aralı yerləşən Mədrəsə erməni 
kəndində yalnız Şamaxı qəzasının sakinlərindən deyil, Cənubu Qafqazın 
başqa  yerlərindən  də  erməni  əsgər  kütlələrini  toplayırdılar.  Mart  ayı
-
nın birinci yarısında Şamaxıda belə bir  məlumat alınır ki, Bakıdan Şa
-
maxıya top, pulemyot və böyük miqdarda mərmi ehtiyatı ilə silahlanmış 
üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qarşısına 
müsəlman  və  erməni  ictimai  xadimlərindən  ibarət  nümayəndə  heyəti 
göndərilir. Heyət dəstəyə bütün silah-sursatı, top və pulemyotları Şa
-
maxı qarnizonuna təhvil verməyi təklif etməli və ümumiyyətlə, dəstənin 
nə  məqsədlə  gəldiyini  öyrənməli  idi.  Nümayəndə  heyətinin  dəstə  ilə 
görüşü  molokan  kəndi  Qozlu-Çayda  (Hilmilli)  baş  tutur.  Dəstə  silahı, 
topları,  pulemyotları  qarnizona  təhvil  verməkdən  qəti  imtina  edir  və 
bildirir  ki,  onların  başlıca  məqsədi  və  vəzifəsi  Şamaxı  qəzasını  quldur 
dəstələrindən  təmizləmək,  qəzada  anarxiyaya  son  qoyub  normal  hə
-
yatı  bərpa  etməkdir.  Bu  zaman  dəstə  Şamaxı  şəhərindən  yan  keçərək 
Mədrəsə  kəndinə  gedəcəklərinə  söz  verir.  Martın  15-də,  səhər  erkən 
həmin  dəstə  Şamaxının  yanından  keçərkən  şəhərin  kənarında  öz  ev
-
lərini  qoruyan  müsəlmanlar,  onun  şəhərə  hücum  etdiyini  güman  edib 
bir neçə atəş açırlar. Dəstə onları atəşə tutur. Atışma başlayır və  bütün 
şəhəri bürüyür. Ancaq müsəlman könüllü dəstəsinin rəisinin sayəsində 
anlaşılmazlıq aydınlaşdırılır və atışma dayandırılır. Bu atışma nəticəsin
-
də hər iki tərəf, həm müsəlmanlar, həm ermənilər tərəfdən tələfat olur. 
Axşama doğru şəhərdə tam qayda və sakitlik bərpa olunur. Elə həmin 
gün  erməni  yepiskopunun  təşəbbüsü  ilə  Şamaxının  bütün  xalqlarının 
nümayəndələri  və  ruhaniləri  bir  yerə  yığışaraq  and  içirlər  ki,  sülh  şə
-
raitində  yaşayacaq  və  qayda-qanunu  pozmayacaqlar.  Bu  münasibətlə 
sına  aparır,  onların  milli  və  dini  hisslərini  təhqir  edirdilər.  Ancaq  hələ 
açıq  çıxış  etmirdilər.  Fevral  çevrilişindən  sonra  ermənilər  daha  qətiy
-
yətlə  hərəkət  etməyə  başladılar.  Onlar  müsəlman  əhalisini  milli  şovi
-
nizmdə günahlandıran və onlara qarşı düşmən mövqe tutan yerli Əsgər 
və Fəhlə Deputatları Şurası ilə əlaqəyə girdilər. Ermənilər üçüncü şəxs
-
lər  vasitəsilə  şura  üzvlərinin  müsəlmanlara  qarşı  fitnəkar  hərəkətlərini 
təqdir edirdilər. Yerli komanda çıxıb gedərkən ermənilər nə müsəlman 
olan qəza komissarına, nə də yerli Müsəlman Milli Şurasına xəbər ver
-
məyərək  gizli  surətdə  onlardan  silah  anbarını  qəbul  etdilər.  Komanda 
getdikdən sonra onlar ermənilərdən və molokanlardan ibarət qarnizon 
təşkil edərək müsəlmanları oraya buraxmadılar. Sonuncular, nəhayət ki, 
müsəlmanların da qarnizona daxil edilməsinə nail olduqda, erməni əs
-
gərləri onlara qarşı düşməncəsinə yanaşır, hətta onları təhqir edir və in
-
cidirdilər. Elə bu vaxt ermənilər öz kəndlərinə müxtəlif yollarla silah-sur
-
sat  gətirərək,  sürətlə  silahlanırdılar.  Silah,  əsasən,  cəbhədən  qayıdan 
erməni əsgərləri tərəfindən furqonlarda bir nəfərə üç silah olmaqla və 
erməni əsgər dəstələri ilə birlikdə gətirilirdi. Ermənilərin bu hərəkətləri 
istər  şəhərli,  istərsə  də  kəndli  müsəlmanları  çox  narahat  edirdi,  belə 
ki, onlar ermənilərin onlara qarşı silahlı hücuma hazırlaşdıqlarını aydın 
görürdülər.  Müsəlman  ictimai  xadimləri  və  ruhaniləri  müsəlman  əha
-
lisinin  ermənilərə  qarşı  hər-hansı  düşmənçilik  hərəkətlərinə  yol  ver
-
məməyi üçün hər cür səy göstərirdilər. Bu şəraitdə yaranmış vəziyyəti 
araşdırmaq üçün müsəlman ictimai xadimlərinin təşəbbüsü ilə müsəl
-
man, rus və ermənilərdən ibarət Birləşmiş Komitə yaradıldı. Komitədə 
müsəlmanlar  ermənilərin  onlara  qarşı  yönəlmiş  düşmənçilik  hərəkət
-
lərinə  işarə  edir,  onları  qeyri-səmimilikdə  və  riyakarlıqda  günahlandı
-
rır,  qardaşlıq  və  əmin-amanlıq  şəraitində  yaşamağa  çağırır  və  1905-ci 
ildə  olduğu  kimi,  indi  də  qardaş  qırğınının  baş  verməsini  istəmədik
-
lərini  bəyan  edirdilər.  Müsəlman  ruhaniləri  də  ermənilərə  eyni  tərzdə 
ŞAMAXI  QƏZASININ  KƏNDLƏRİ


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
130
ertəsi  gün  şəhərdə  təntənəli  yürüşlər  təşkil  olundu.  Şamaxı  hadisələri 
haqqında xəbərlər Kürdəmirə yetişərkən bu kəndin sakinləri iki hörmətli 
şəxsi seçərək vəziyyəti öyrənmək və ermənilərdən müsəlmanları incit
-
məməyi xahiş etmək üçün Şamaxıya yollayırlar. Nümayəndələr Mədrəsə 
kəndindən  Şamaxıya  gələn  erməni  rəhbərlərinə  erməni  yepiskopunun 
verdiyi andı xatırladaraq müsəlmanlarla sülh şəraitində yaşamağı təklif 
edəndə ermənilərdən bu cür cavab alırlar: “Müsəlman ruhaniləri erməni 
ruhaniləri  ilə  barışa  bilər,  lakin  erməni  xalqı  müsəlmanlarla  müharibə 
istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək”. 
 Erməni yepiskopunun ermənilərin müsəlmanlara qarşı çıxış etməyə
-
cəkləri haqqında verdiyi andı eşidən müsəlmanlar sakitləşərək fəlakətin 
onlardan  yan  keçdiyinə  düşünürdülər.  Bu  vaxta  qədər  Şamaxıda  olan 
kənd könüllüləri dağılışaraq öz evlərinə gedirlər. Martın 17-də erməni 
yepiskopu öz rəhbərlərinə Şamaxı şəhərinin müsəlman və erməni əha
-
lisi arasında sülhün bağlanması haqqında məlumat vermək üçün Məd
-
rəsə kəndinə yola düşür. Qəflətən martın 18-də sübh çağı Şamaxı şəhə
-
rinin ətrafında top atəşləri eşidilməyə başladı. Aydın olur ki, gecə ikən 
şəhər  cənubdan  ermənilər,  şimal-şərqdən  isə  molokanlar  tərəfindən 
mühasirəyə alınıb və şəhərin müsəlman hissəsini bombalayırlar. Silahı 
götürən  Müsəlmanlar  əvvəlcə  müqavimət  göstərmək  istəyərək  silaha 
sarınırlar, lakin top və pulemyot atəşlərinə qarşı dayana bilməyib geri 
çəkilirlər. Onların arasında dəhşətli vahimə və təlaş başlanır. Ermənilər 
və molokanlar şəhəri atəşə tutmağa və hücum etməyə davam edirdilər. 
Axşama doğru onlar artıq şəhərin ən zəngin müsəlman hissəsi olan “Pi
-
ran-Şirvan”a soxuldular. Evləri yandırır və yanan evlərdən qaçaraq ca
-
nını  qurtarmaq  istəyən  kişi,  qadın  və  uşaqları  güllələyirdilər.  Bundan 
əlavə, ermənilər evlərə basqın edir, sakinləri öldürür və qarət edirdilər. 
Şəhərin küçələrində qalaq-qalaq meyitlər yığılmışdı. Gecə müsəlmanlar 
qalib gəlmiş ermənilərin yanına nümayəndələr göndərərək onlara təs
-
lim olduqlarını bildirdilər. Atəş dayandırılmırdı.
Ən zəngin müsəlmanların yaşadığı “Piran-Şirvan”ın bütün bölmələri 
od içində idi. Ertəsi gün ermənilər və molokanlar müsəlmanların bütün 
silahları əllərindən aldılar. Lakin buna baxmayaraq, müsəlmanları talan 
etməkdə və öldürməkdə davam edir, kişi, qadın və uşaqları qətlə yetirir, 
ölümlə  və  evlərini  yandırmaqla  hədələyərək  onlardan  pul  tələb  edir
-
dilər.  Küçələrdə  əzab  verilərək  öldürülmüş,  döşləri  kəsilmiş,  qarınları 
yırtılmış qadınların meyitləri atılıb qalmışdı. Qarət edilmiş əmlak araba 
və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Şamaxı şəhərin
-
də bütün bu azğınlıqlar bir neçə gün, Gəncədən Şamaxı şəhəri və Şa
-
maxı qəzası əhalisinin köməyinə göndərilmiş müsəlman silahlı dəstələ
-
rinin Şamaxıya gəlməsinə qədər davam edir. Bu qoşunların gəlməsi ilə 
ermənilər və molokanlar Şamaxıdan Qozlu-Çay molokan kəndinə çəki
-
lirlər. Müsəlman silahlı dəstələri onları təqib edir. Lakin məlum olur ki, 
ermənilərin və molokanların qüvvələri sayca onlardan qat-qat üstündür 
və  onlar  geri  çəkilərək  Şamaxı  və  Şamaxı  qəzasını  tərk  etməyə  məc
-
bur olurlar. Bu qoşunlarla Şamaxının, demək olar ki, bütün müsəlman 
şəhər sakinləri də çıxıb gedir, yalnız şəhərin ən yoxsul əhalisi: xəstələr, 
qocalar,  qadınlar  və  uşaqlar  qalır.  Müsəlman  qoşunu  ilə  getməklə  xi
-
las olan müsəlmanlar özləri ilə hətta ən qiymətli əşyalarını belə götür
-
məyə macal və imkan tapmayaraq onları taleyin hökmünə buraxırdılar. 
Müsəlman qoşunları getdikdən bir neçə gün sonra erməni və molokan 
quldur  dəstələri  ikinci  dəfə  Şamaxını  tutdular.  Müəyyən  edilmişdir  ki, 
onlar  şəhərdə  qalan  və  müsəlman  qoşunları  ilə  getməyən  bütün  kişi, 
qadın  və  uşaqları  qətlə  yetirmişlər.  Hamının  tanıdığı  və  hörmət  etdiyi 
Axund Cəfər Qulu da xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər onu 
Axund olduğu məsciddə zülm verməklə qətlə yetirmişlər; əvvəlcə onun 
saqqalını  dəri  qarışıq  qoparmış,  dişlərini  sındırmış,  gözlərini  çıxarmış, 
qulaqlarını və burnunu kəsmişlər. Ermənilər həmçinin xilas olmaq ümi
-


131
ancaq molokanlar, ya ancaq ermənilər, ya da hər ikisi birlikdə hücum et
-
miş, bəzi hallarda isə bu basqınlarda yəhudilər də iştirak etmişlər. Bun
-
dan əlavə, Şamaxıda olduğu kimi qəfil və xaincəsinə hücuma yalnız bir 
neçə kənd məruz qalmışdır; bir neçə kəndlərin əhalisi düşmənin yaxın
-
laşdığını görərkən qaçmaqla və uzaq məsafədən açılan atəş altında geri 
çəkilməklə  xilas  olmuşdur;  qalan  kəndlərin  əhalisi  isə  ermənilər  və  ya 
molokanlar, yaxud hər ikisi birlikdə gələnə qədər əvvəlcədən kəndi tərk 
etmişdir.  
Martın 18-də sübh çağı Şamaxıdan 3-4 verst aralı yerləşən Əngəxa
-
ran kəndi hücuma məruz qalmışdır. Əngəxaranın camaatı səhər erkən 
top atəşini eşitmiş və onun harada atıldığını öyrənmək üçün evlərdən 
çıxdıqda görmüşlər ki, onların kəndi Şamaxı qəzasının molokanları tərə
-
findən mühasirəyə alınıb; səngərlərdə oturan molokanlar müsəlmanlar 
görünən kimi onlara atəş açırlar. Qarışıqlıq yaranır. Molokanlar kəndə 
soxularaq kişiləri, qadınları və uşaqları öldürməyə başlayırlar. Yüzə qə
-
dər adamı öldürdükdən sonra, qalanlarını mühasirəyə alıb kənddən kə
-
nara çıxarırlar, molokanların bir hissəsi isə əngəxaranlıların əmlakını və 
mal-qarasını oğurlamağa, kəndin ən yaxşı evlərini yandırmağa başlayır. 
Talan edilmiş əmlakı və mal-qaranı öz kəndlərinə göndərirlər. Qazma
-
lar istisna olmaqla bütün kənd yandırılır. Məscidə də od vururlar. Əsir 
götürülmüş qadın və uşaqları müsəlman kəndi Məlhəmə aparıb orada 
saxlayırlar. 88 nəfər kişi isə molokan kəndi Çuxuryurda aparılır. Kəndə 
çatmamış molokanlar əsirləri bağlarda saxlayıb bir neçəsini öldürürlər; 
özü də bu bədbəxtləri bir-birinin ardınca sıraya düzür, sonra onlara atəş 
açır və beləliklə, silahlarının gücünü yoxlayırlar. Qalan 76 nəfəri əsir kimi 
Mədrəsə erməni kəndinə göndərirlər. Yolda iki nəfəri də öldürürlər və 
belə ki, Mədrəsə kəndinə ancaq 74 nəfər gətirilir. Onlardan ikisi ermə
-
nilər tərəfindən müsəlmanlara hansı bir tapşırığısa çatdırmaq üçün Şa
-
maxı şəhərinə göndərilərkən qaçıb xilas olur. Qalanları əsirlikdə qalırlar. 
di  ilə  onun  evinə  və  həyətinə  pənah  gətirmiş  çoxlu  qadın  və  uşaqları 
da öldürmüşlər. Axundun tamamilə yandırılmış evinin həyətində çoxlu 
xırda insan sümükləri aşkar edilmişdir. Çürümüş meyitlərin iri sümüklə
-
ri isə türklər erməniləri Şamaxıdan qovandan sonra yığılmış və torpa
-
ğa tapşırılmışdır. Həyətdə hələ indi də çürümüş meyitlərin boğucu iyi 
qalmaqdadır.  Bundan  başqa  yandırılmış  evlərin  və  məscidlərin  həyət
-
lərində baxış zamanı çürümüş meyitlərin sümükləri aşkar olunmuşdur. 
Məscidlərin həyətlərində şəhərin müxtəlif hissələrindən yığılmış insan 
sümüklərinin basdırıldığı çoxlu sayda təzə qəbirlər vardır. Şəhərin bü
-
tün müsəlman hissəsinə od vurulmuşdur. Yanğın şəhəri tamamilə məhv 
etmişdi. Müsəlman hissəsində bir dənə də olsun ev qalmamışdır, yalnız 
şəhərin kasıb bölmələrində yaşayış üçün yararsız olan bir neçə qazma 
qalıbdır. Şəhərin bütün müsəlman hissəsi indi yalnız xarabalıqdan, ya
-
nıb  külə  dönmüş  böyük  bir  ərazidən  ibarətdir.  Məscidlərə  və  onların 
nəzdində olan müqəddəs yerlərə də aman verməmişlər: on üç məhəllə 
məscidi və böyük ziyarətgah olan “Cümə məscidi” yandırılmışdır. “Cümə 
məscidi”  müsəlmanlar  üçün  təkcə  ziyarətgah,  ibadət  yeri  kimi  deyil, 
həm də 800 il bundan əvvəl tikildiyi üçün qədimdən qalmış abidə kimi 
əziz  idi.  .  Baxış  zamanı  müəyyən  olunmuşdur  ki,  həm  məscidlər,  həm 
də evlər, mağazalar və digər tikililərin daş divarları naməlum maye ilə 
isladılaraq yandırılmışdır. Bir neçə məscid, ev və mağazaların dağıntıla
-
rının, habelə insan sümüklərinin 45 ədəd fotoşəkli çəkilmişdir. Şəhərdən 
qaçmış  şamaxılıların  qoyub  getdikləri  daşınan  əmlakın  bir  hissəsi  ta
-
lan edilmiş, digər hissəsi isə yandırılmışdır. Şamaxı şəhərinin müsəlman 
əhalisi tamamilə müflis edilmişdir. Vurulmuş maddi ziyanın miqdarı he
-
saba gəlmir.  
Eyni aqibətə Şamaxı qəzasının 72 müsəlman kəndi və onların əhalisi 
düçar olmuşdur. Şamaxıya hücum edərkən ermənilər və molokanlar bir
-
gə hərəkət edirdilər. Kəndlərə edilən basqınlara gəldikdə isə, onlara ya 
ŞAMAXI  QƏZASININ  KƏNDLƏRİ


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
132
Şamaxıya  müsəlman  qoşunları  daxil  olduqdan  və  ermənilər  Mədrəsə 
kəndindən  getdikdən  sonra  əngəxaranlı  əsirlərin  qohumları  və  həm
-
kəndliləri  onların  taleyini  öyrənmək  üçün  Mədrəsə  kəndinə  gələndə, 
kəndin  arxasında  onların  hamısının  meyitlərini  tapırlar.  Meyitlər  dəh
-
şətli  dərəcədə  eybəcər  hala  salınmışdı:  qulaqları  və  burunları,  habelə 
əlləri  və  ayaqları  kəsilmiş,  bəzi  meyitlərin  sinəsində  yanıq  izləri  aşkar 
edilmişdir ki, bu da onların sağ ikən sinələri üzərində ocaq qalandığını 
sübut edir. Bundan başqa, çoxlu sayda əngəxaranlı aclıqdan, soyuqdan 
və  xəstəlikdən  ölmüşdür.  Hazırda  Əngəxaranın  əhalisinin  sayı  yarıdan 
da  artıq  azalmışdır.  Qalan  əhali  başdan-başa  xəstədir  və  hər  gün  bir 
neçə nəfər ölür. Əngəxaranlılara dəymiş ziyanının miqdarı çox böyük
-
dür. Onlar tamamilə müflis olmuşlar.
27  kəndin  vəziyyətinin  təhqiqatı  göstərir  ki,  heç  bir  kənd  Əngəxa
-
ran  qədər  dəhşətli  talana  məruz  qalmamışdır,  hərçənd  onların  çoxu, 
məs., Sündi, Çarhan, Təklə, Çobanı-müsəlman və s. kimi kəndlər də elə 
o dərəcədə talan edilmişlər. Keştiməz, Bicov və Kəşad kəndlərində sa
-
kinlərin çoxu, o cümlədən əsir götürülmüş və qadınların çoxu əsirlikdə 
zorlanmışdır. Bu qadınların çoxu çəkdikləri əzaba və mənəvi iztirablara 
dözməyərək ölmüşdür. Qəzanın bütün müsəlman əhalisi müflisləşmiş, 
dilənçi kökünə düşmüşdür. Demək olar ki, hamısı xəstədir, hər gün bö
-
yük kəndlərdə 10-15 nəfər, kiçik kəndlərdə isə 4-6 nəfər ölür. Bunların 
hamısı  müsəlman  kəndlərinin  dağıdılması  və  talan  edilməsi,  eyni  za
-
manda bir neçə ay ərzində dağlarda sərgərdan gəzmələrin nəticəsidir. 
Bütün zərərçəkmiş müsəlmanların ifadələrindən aydın olur ki, ermə
-
nilər  Şamaxını  və  Şamaxı  qəzasının  kəndlərini  talan  edərək,  minlərlə 
müsəlman kişi, qadın və uşağı əzabla öldürməklə, bütün məscidləri və 
müqəddəs yerləri dağıtmaqla müsəlmanlara qarşı  qisas və düşmənçilik 
niyyəti ilə hərəkət etmiş və öz milli ideyaları güdmüşlər; lakin ifadələ
-
rin ziddiyyətliyi üzündən molokanları müsəlmanlara qarşı çıxış etməyə 
hansı  niyyətlərin  sövq  etdiyini  aydınlaşdırmaq  mümkün  olmamışdır. 
Zərərçəkənlərin bəzisi molokanların bolşevizm ideyalarını, digərləri öz 
xeyirlərini güddüklərini, üçüncülər isə ermənilərin təsiri altında hərəkət 
etdiklərini və ermənilər tərəfindən aldadıldıqlarını demişlər; molokan
-
ların  özləri  isə,  zərərçəkənin  birinin  dediyinə  görə,  ona  həyasızcasına 
bildirmişdir ki, onlar daha güclünün tərəfində durmuşlar.
  Şamaxı  qəzasının  talan  edilmiş  digər  kəndlərinin  təhqiqatı  davam 
edir və onun nəticələri əlavə təqdim ediləcək.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə.Xasməmmədov (imza). 

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə