Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   32   33   34   35   36   37   38   39   40
Albom1918 az

MƏHKƏMƏ-TİBBİ MÜAYİNƏNİN 
PROTOKOLU
4 dekabr 1918-ci il, Cavad qəzası Beştalı kəndi.  
Mən, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski Cavad qəzasının 
həkimi  Terletski,  şahidlər,  Yaxşıkənd  icmasının  starşinası  Qubad  Dadaş 
oğlunun və Əyyub bəy Xanbudaqovun iştirakı ilə Cavad qəzası Xocalı kənd 
sakini Sürəyya Dadaş qızını ona yetirilmiş xəsarətlərin dərəcəsini təyin etmək 
məqsədilə müayinə edərək aşağıdakıları aşkar etdim:     
Müayinə  olunan  şəxsə  18  yaş  vermək  olar.  Bədən  quruluşu  zəif  və 
solğundur, nəbzi və hərarəti norma daxilindədir. 1) Sağ əlin yerində 2 kv. sm 
sahədə dəri ilə örtülməmiş güdül var, başqa göstəricilərə görə yuxarı sağ 
ətraf normaldır. 2) Sol çiyin sümüyünün başlığında qabaq tərəfdən ¾ diametr 
ölçüdə hərəkətli, piqmentləşmiş dairəvi çapıq var. 3) Sol kürək sümüyünün 
aşağı küncündə uzunluğu ¾ və eni ½ verşok olan yumşaq, dəri çapığı var; 
çapığın mərkəzindən ½ sm aşağı 1 sm diametr ölçüsündə dairəvi, dartılmış 
çapıq müşahidə olunur və 4) Sağ dizüstü qapaqdan yuxarıda uzunluğu ½ 
və eni 1 verşok olan, yumşaq, piqmentləşmiş və hərəkətli çapıq var. Başqa 
zədələr yoxdur.  
Qəza həkimi Terletski. 
Şahidlər. 
М.y. 
Komissiya üzvü: A.Novatski. 
Doğrudur: Komissiya üzvü Aleksandroviç.
Rəy 
№ 1 altında təsvir olunmuş xəsarət həm güllə, həm də xəncərlə yetirilə 
bilərdi, güdül isə əməliyyatın nəticəsidir; zədələnmə təxminən altı ay əvvəl 
baş verib, ağır dərəcəli zədələrə aid edilməlidir; № 2 altında təsvir olunmuş 
yara  ortakalibrli  tüfəngdən  açılıb  və  güllənin  çıxış  dəliyi  aşkar  olunub; 
№  3  altında  təsvir  olunmuş  yara  güllənin  çıxış  dəliyidir;  güllə  sümüyə 
toxunmadığından  sol  yuxarı  ətraf  hərəkətlidir,  №  2  və  №  3  altında  təsvir 
olunmuş yaralar yüngül dərəcəli yaralara aiddir. № 4 altında təsvir olunmuş 
xəsarət yumşaq hissələrin yanması şərti ilə yaxın məsafədən açılmış güllə ilə 
və ya sərt küt alət  ilə yetirilə bilərdi, lakin sağ diz oynağının tam hərəkətli 
olduğunu nəzərə alaraq yüngül dərəcəli yaralara aid edilir. Bütün xəsarətlər 
təxminən altı ay əvvəl yetirilib. 
Cavad qəza həkimi Terletski. 
Doğrudur: Komissiya üzvü Aleksandroviç.
İşin 21 a vərəqinə bax. 
Komissiya üzvü: А.Kluge. 
İşin 21 a vərəqi.
IY cildə əlavə,  
Komissiya üzvü Aleksandroviç.
4 dekabr 1918-ci il tarixli məhkəmə-tibbi müayinənin 
protokoluna aid olan bir şəkil. (işin vərəqi 17) 

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə