Hadisə turizmi - müxtəlif əhəmiyyətli ictimai, həmçinin
unikallığı, ekzotikliyi və təkrarolunmazlığı ilə böyük turist kütləsini
özünə cəlb edən nadir təbii hadisələrlə əlaqədar turizm fəaliyyətidir.
Hadisə turizmi bloku mədəni, idman, etnoqrafik, folklor, sərgi və
digər istiqamətlər üzrə tədbirləri əhatə edir. Lakin, keçirilən bütün
tədbirlər hadisə turizmi blokuna daxil deyildir. Belə ki, regiona hər
hansı bir gəlir gətirən və onun təbii ehtiyat potensialı hesab edilən
hadisələr bu turizm blokuna aiddir. Dünyada hadisə turizminin əsas
istiqamətləri kimi Qış və Yay Olimpiya oyunları, kino və musiqi
festivalları, karnaval və milli bayramlar, aerokosmik, avtomobil, gül
sərgiləri, idman növləri üzrə tədbirlər çıxış edir.
Ekoloji turizm bloku təbiət turizmi üzrə istiqamətlənən turizm
növlərini (piyada, su, velosiped, at belində, speleoturizm, kənd,
dayvinq və s.) əhatə edir, lakin bu növlərin həyata keçirilməsi
ekoturizm prinsiplərinə uyğun olmalıdır.
İşgüzar turizm bloku konqres (elmi konqres, konfrans və
seminarlarda iştirak etmək üçün səyahət), yarmarka (sərgi və
yarmarkalara
səyahətlər)
və
insentiv-turizm
(işdə
yüksək
göstəricilərinə görə əməkdaşların müəssisə tərəfindən səyahətə
göndərilməsi) növlərini əhatə edir.
N.İ.Kabuşkin turizmin idarəetmə sistemində 7 turizm növünü
ayırır (2005):
- İstirahət məqsədilə turizm. Bu növ qısamüddətli və ya daha çox
davam edən istirahətə əsaslanaraq, orqanizmin fiziki və psixoloji
cəhətdən bərpası məqsədini daşıyır. Həmçinin, bu qrupa təbii
amillərin — torpaq, iqlim və dəniz suyunun istifadəsi ilə müalicənin
aparıldığı kurort turizmi də aiddir.
- Mədəniyyətin öyrənilməsi məqsədilə turizm. Bu növ yad, özgə
mədəniyyətin dərk edilməsinə əsaslanaraq, dərketmə və zəvvarlıq
turizmlərinə bölünür. Dərketmə turizmi tarixi-mədəni və ya coğrafi
görməli yerlərə səyahəti əhatə edir. Zəvvarlıq turizminin məqsədi
xüsusi dini əhəmiyyət daşıyan yerlərə səyahətdir.
- İctimai turizm. Bu növ qohum, tanış və dostları görmək
məqsədilə səyahət olmaqla, klub turizmini də əhatə edir.
40
- İdman turizmi. Bu növ idman tədbirlərində aktiv və yarışlarda
tamaşaçı qismində passiv iştirak məqsədilə səyahətdir.
- İqtisadi turizm. Bu növ işgüzar və kommersiya maraqları ilə
(birja, sərgi, yarmarka və s. getmək) həyata keçirilən səyahətdir.
- Sosial turizm. Bu növ dövlət orqanları, qeyri-dövlət fondları və
digər xeyriyyəçi təşkilatlar tərəfindən sosial dəstək baxımından
məktəbli, tələbə, təqaüdçü, müharibə və əmək əlillərinin səyahət
etmələri üçün ayrılan subsidiyalar sayəsində formalaşır.
- Konqres (siyasi) turizm. Bu növ diplomatik (konqreslərdə
iştirak) və siyasi (siyasi hadisə və tədbirlərdə iştirak) turizmlərə
ayrılır.
A.S.Kuskov, V.L.Qolubeva, T.N.Odinçova turizm formalarının
aşağıdakı şəkildə təsnifatını vermişlər (2005):
- Turistlərin mənşəyinə görə turizm. Bu forma beynəlxalq və
daxili turizmə ayrılmaqla, burada turistin “mənşəyi” dedikdə onun
milliyəti və ya doğulduğu ərazi deyil, yaşayış yeri və işi nəzərdə
tutulur.
- Təşkil olunmaya görə turizm. Bu forma özfəaliyyət(turistlərin
özləri tərəfindən reallaşır) fərdi, kollektiv və konveyr (xidmətlər
dəstinin vahid qiymətdə təqdim edilməsi) turizmlərə ayrılır.
- Səyahətin davamlılığına görə turizm. Bu forma turistin gəldiyi
ərazidə keçirdiyi vaxta aid olmaqla, birgünlük
və gecələmə ilə
səyahətə (1-3 gecəlik, 4-7 gecəlik, 8-28 gecəlik, 29-91 gecəlik, 92-
365 gecəlik) ayrılır. Bu formaya davamlı olmayan səyahətlər -
tranzit turizm (turistin getdiyi səyahət zamanı yolda dayanması),
birgünlük turizm (gündüz vaxtı davam etməklə, turistin gecələməsi
baş vermir) və qısamüddətli turizm (işgüzar turizm və istirahət
(həftəsonu) günlərində səyahəti əhatə edir) aiddir.
- Səyahət edənlərin yaşına görə turizm. Bu forma valideynləri ilə
birlikdə səyahət edən uşaqlar (15 yaşa qədər), cavan (15-24 yaş),
nisbətən cavan iqtisadi aktiv əhali (25-44 yaş), orta yaşlı iqtisadi
aktiv əhali (45-64 yaş), təqaüdçü (65 və daha çox yaş) turistləri əhatə
edir.
41
- Nəqliyyat vasitələrinə görə turizm. Bu forma turistin bir
ərazidən digərinə yerdəyişməsi ilə əlaqədar olaraq, hava, avtobus,
dəmiryol, avtomobil və dəniz nəqliyyatı ilə turizmlərə ayrılır.
- İlin fəsillərinə görə turizm. Bu forma turist xidmətlərinə tələb və
təklifin il ərzində tərəddüdünü əks etdirməklə, mövsüm (səyahətlər
maksimum səviyyədə olur) və mövsümarası (səyahətlərin göstəricisi
aşağı enir) turizmlərə ayrılır.
Yoxlama suallar:
1.
Turizmin növ, tip, kateqoriya və formalara görə təsnifatı.
2. Turizm növlərinin daxili meyarlara, turizm formalarının isə xarici meyarlara
görə təsnifatı.
3. Turizm tiplərinin turistin milli mənsubiyyətinə görə müəyyən edilməsi.
4. “Daxili turizm” və “Beynəlxalq turizm” anlayışlarının fərqi nədədir?
5.
Müxtəlif tədqiqatçılar tərəfindən turizmin fərqli meyarlara görə təsnifatı
necədir?
Ədəbiyyat
1.
Александрова А.Ю. Международный туризм. M., 2002, 461 с.
2.
Биржаков М.Б. Введение в туризм. М.-С.-П., 2006, 192 с.
3. Долженко Г.П. Основы туризма. М.-Р.Д., 2009, 319с.
4.
Кабушкин Н.И. Менеджмент туризма. Ми., 2005 , 409 с.
5.
Кусков А.С., Голубева В.Л., Одинцова Т.Н. Рекреационная география.
М., 2005, 496 с.
6. Туризм и гостиничное хозяйство. Под редак. Л.П.Шматько. М.-Р.Д.,
2005, 346.
1.6. Davamlı turizm və ətraf mühitin mühafizəsi
Davamlı və yaxud «Davamlı inkişaf» termini ətraf mühit və
inkişafa dair Beynəlxalq
Komissiya (Bruntland komissiyası)
tərəfindən 1987-ci ildən işlədilməyə başlanmışdır. Davamlı inkişaf
hazırkı dövrdə insanların bütün tələbatları ödəməklə yanaşı, gələcək
nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini təhlükə
altına almayan XXI əsr çağırışıdır. Dünyada gedən qloballaşma
42
şəraitində insanların qarşısında duran vacib problemlərdən biri də
davamlı iqtisadi inkişafın hansı yollarla təmin edilməsindən ibarətdir.
Bu baxımdan da 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının
təşəbbüsü ilə Rio-de-Janeyro konfransında qəbul edilmiş və Davamlı
inkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün «XXI əsrin
gündəliyi» adlanan XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və
ekoloji aspektlərini əhatə edən inkişaf konsepsiyasının hazırlanması
tövsiyə olundu.
Bu konfransda müasir cəmiyyətin davamlı inkişafa keçmə
konsepsiyası qəbul edildi. “Davamlı inkişaf’ termini ingiliscə
“sustainable development” terminin tərcüməsi kimi qəbul edilmişdir.
Əslində “sustainble” sözü digər mənalar: “dəstəklənən”, “öz özünə
dəstəkləyən”, davamlı”, “fasiləsiz”, “möhkəmlənən”, “qorunan”
(sustain - möhkəmlətmək, dəstəkləmək; to be able - qabil olmaq) da
daşıyır. Konsepsiyanın əsas mahiyyəti də ondan ibarətdir ki, bütün
dünyada yoxsulluqla mübarizə aparmaq və ekoloji tarazlığı qorumaq.
Artıq bütün Beynəlxalq ekoloji təşkilatların proqram sənədinə
çevrilmiş “Davamlı inkişaf’ konsepsiyası qəbul edilmişdir. Bu
konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi
göstərilməklə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf
mühitin qorunması başlıca olaraq vurğulanır. Davamlı inkişafın əsas
vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur.
Rio-de-.laneyrodan sonra 1995-ci ildə BMT-nin sosial-
iqtisadi inkişafa həsr olunmuş Kopenhagen Zirvə toplantısında
yoxsulluq, işsizlik və s. bu kimi sosial bəlaların aradan qaldırılması
problemləri geniş müzakirə edilmişdir. Kopenhagen konfransı
yoxsulluqla mübarizənin müasir formalarını göstərmişdir. 2000-ci
ilin sentyabrında BMT -nin təşəbbüsü ilə 147 ölkənin iştirak etdiyi
"Minilliyin Forumu"nda yoxsulluğun azaldılması yolları müzakirə
edilmişdir.
Rusiyalı akademik V.A. Kaptyuq davamlı insan
konsepsiyası, bəşəriyyətin idraklı şəkildə balanslaşdırılmış sosial-
iqtisadi inkişafına və ətraf mühitin qorunmasına nail olmaq,
həmçinin
həm
texnoloji
proses
və
həm
də
istehlakın
səmərələşdirilməsi yolu ilə inkişaf etmiş və inkişaf etməkdə olan
43
Dostları ilə paylaş: |