Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə12/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   8   9   10   11   12   13   14   15   ...   122

ölkələr  arasında  iqtisadi  bərabərsizliyi  kəskin  şəkildə  azaltmaqdan 
ibarət  olduğunu  vurğulayır.  Akademik  N.N.  Moiseyev  davamlı 
inkişafı  biosfer  və  cəmiyyətin  tarazlıq  vəziyyətinə  keçmə  imkanını 
təmin  edən  fəaliyyəti  qəsd  edən  cəmiyyət  strategiyasının  işlənməsi 
və  həyata  keçirilməsi  kimi  başa  düşməyi  təklif  edir.  Akademik 
A.D.Ursul’a  görə  davamlı  inkişaf,  ətraf mühiti  dağıtmayan,  fasiləsiz 
ictimai  tərəqqini  təmin  edən,  idarə  olunan,  dəstəklənən  və 
nizamlanan  inkişaf strategiyası prinsipini irəli sürür.
Son  dövrlər  dünya  turizm  bazarının  inkişafında  turizmin 
davamlı  inkişaf  konsepsiyası  ən  önəmli  yerlərdən  birini  tutur. 
Turizmin 
alternativ 
formalarının 
yüksəlişi 
davamlı 
inkişaf 
konsepsiyasının  həyata  keçirilməsinə  getdikcə  artan  tələbatın  dərk 
edilməsi  ilə  eyni  vaxtda baş  verdi.  Turizmdə  davamlı  inkişaf prinsipi 
Ümumdünya  Turizm  Təşkilatı  (ÜTT)  və  Ümumdünya  Turizm  və 
Səyahət  Şurası  (ÜTSŞ)  tərəfindən  formalaşdırılmışdır.  Mənasına 
görə  ətraf  mühit,  mədəniyyət,  iqtisadiyyatın  davamlı  inkişafı  ilə 
yanaşı,  yerli  icmaların  da  davamlı  inkişafı  əsas  götürülmüşdür. 
Turizmdə 
davamlıq 
prinsipi 
ətraf  mühitdən, 
maddi-mədəni 
sərvətlərdən  istifadənin  elmi  əsaslarla  tənzimlənməsini  ön  plana 
çəkir.  Bura  enerjiyə  qənaət,  texnologiyalarından  istifadə,  istehsalat 
tullantılarının azaldılması, məsləhətləşmələr yolu ilə turizmin inkişafı 
ilə  bağlı  qərarların  qəbul  edilməsində  yerli  icmaların  cəlb  edilməsi, 
dövlət  və  özəl  sektorlar arasında  tərəfdaşlıq  münasibətlərinin  faydalı 
əsaslarla  qurulması,  turizm  və  müəyyən  sahələrdə  və  bütün  ölkələrin 
sosial-iqtisadi  artımının  təşviqi  aiddir.  Səyahətlər  və  turizm  üzrə 
ümumdünya  məsləhət  şurası  öz  üzvləri  üçün  təxminən  500 
mehmanxana  şəbəkəsi,  turagentlik,  aviaşirkət  və  turizm  sənayesinin 
başqa  müəssisələrini  yaratmaqla  "Yaşıl  planet"  hərəkət  proqramını 
icra edir.
Qloballaşmanın  və  cəmiyyətin  informasiyalaşmasının  müasir 
şəraitində turizm  sferasında davamlı  inkişaf prinsiplərinə keçid  labüd 
olmalıdır. 
Təcrübə 
göstərir 
ki, 
nəzarətsiz 
qaydada 
turizm 
fəaliyyətinin  genişlənməsi  və  tez  bir  zamanda  turizm  sahəsindən 
yüksək  gəlir  əldə  edilməsi,  nəinki  ətraf  mühitə,  həmçinin  ərazinin
44
malik  olduğu  maddi  və  mənəvi  potensialın  məhvinə  gətirib  çıxarır. 
Davamlı  inkişaf  isə  uzunmüddətli  perspektivləri  nəzərə  alır  və 
idarəetmə nəzarət altında olur.
Turizm  mərkəzlərinin 
əksəriyyətinin  məşhurluğu  ətraf 
mühitin  təmizliyinə  və  yerli  mədəniyyətin  orijinallığının  qorunub 
saxlanmasına görə seçilir. Ona  görə də, yalnız davamlı inkişafın əsas 
prinsiplərinə  riayət  edən  turizm  mərkəzləri  turizmin  inkişafında 
müəyyən  müvəffəqiyyətlər  əldə  edirlər.  Bu  prinsiplərə  aşağıdakılar 
addır:
-  ekoloji  sabitlik,  ekoloji  proseslərin,  bioloji  müxtəlifliyin  və 
bioloji resursların saxlanılmasına zəmin yaratmaq;
-  sosial  və  mədəni  sabitliyi  yaratmaqla,  dəyərlərin  inkişafına, 
milli  ənənələrin saxlanılmasına yardımçı  olmaq;
-  iqtisadi  sabitliyə  malik  olmaqla,  iqtisadiyyatın  effektivliyini 
təmin  etməklə,  seçilmiş  idarə  etmə  üsuluna  əsaslanaraq,  resurslardan 
qənaətlə  istifadə  etməklə,  onların  gələcək  nəsillərə  ötürülməsinə 
təminat vermək.
Beləliklə,  göründüyü  kimi  turizmin  davamlı  inkişafı,  yerli 
əhalinin həyat  səviyyəsinin yüksəlməsinə,  təbii  mühitin  qorunmasına 
və  mədəni  irs nümunələrinin saxlanmasına təkan  verən  keyfiyyətlərə 
malikdir.  Cədvəl  1.6.1-də  turizmin  davamlı  və  davamlı  olmayan 
inkişaf  formalarının  ümumiləşdirilmiş  müqayisəli  xarakteristikası 
göstərilmişdir.
Eyni  zamanda  davamlı  turizmə  aid  bir  çox  başqa  terminlər 
mövcuddur,  onlar  davamlı  turizm  ilə  sıx  bağlıdır,  lakin  onun  tam 
mənasını  ifadə  edə  bilmir.  Bütün  bu  konsepsiyalar  əsasında  təbiətə, 
mədəni  irs  nümunələrinə,  icmaların  adət-ənənələrinə  və  s.  qayğıkeş 
münasibət durur (Şək. 1.6.1).
Cədvəl  1.6.1
Turizmin davamlı və davamlı olmayan inkişafının müqayisəli
______________________ səciyyəsi______________________
Turizmin davamlı  inkişafı
Turizmin daimi  olmayan 
inkişafı
Davamlı  inkişaf
Sürətli,  çox  sürətli  inkişaf
45


Nəzarət edilən inkişaf
Nəzarətsiz inkişaf
Hesablanmış inkişafın miqyası
İnkişafın  uyğun  olmayan 
miqyası
Uzunmüddətli planlaşdırma
Qısamüddətli planlaşdırmanın 
olmaması
Keyfiyyətli  inkişaf
Kəmiyyətsiz inkişaf
Yerli  idarə edilən
Məsafədən idarə edilən
Aydın  müəyyən edilmiş 
strategiya əsasında inkişaf
Bir-biri  ilə bağlı  olmayan,  tək 
mənbədən idarə ilə inkişaf
Cəmiyyətə və ətraf mühitə 
bərabər  hesablanmış inkişaf
Turizm mərkəzlərində ətraf 
mühitə və cəmiyyətə artıq 
yüklənmələrlə inkişaf
Turizmdən gələn  gəlirlərin 
hesabına turizm resurslarının 
bərpası
Turizmdən gələn gəlirlər bu 
regionda qalmır
Yerli  əmək resurslarının  cəlb 
edilməsi
Gəlmə əmək resurslarının cəlb 
edilməsi
Bütövlükdə,  belə  bir  qənaətə  gəlinək  olar  ki,  turizmin 
istənilən  növünü  davamlı  etməyə  çalışmaq  lazımdır.  İdarəetmə 
təcrübəsini  bütün  turizm  növlərinə  tətbiq  etməklə  davamlı  turizmin 
inkişafına  nail  olmaq  olar.  Araşdırılan  məlumatlardan  məlum  olur ki, 
hazırkı  vəziyyətdə  bütün  turizm  növlərində  davamlı  inkişaf 
konsepsiyası  hələ  də  tətbiq  edilmir.  Turizmin  inkişaf  sferası  ilə 
xidmət sferası  arasında tərs mütənasiblik mövcuddur.
Azərbaycanda  da  hələ  bu  problem  qalmaqdadır.  Hazırda 
xidmət 
sahələrinin 
inkişafı 
istehsal 
sferasının 
inkişafını
qabaqlamaqdadır.  Beynəlxalq  aləmə  inteqrasiya  edən  Azərbaycan 
Respublikasında  da  xidmət  sahələrinin  aparıcı  istiqamətlərindən  biri 
olan  turizm  sənayesinin  də  inkişaf  etdirilməsi  mühüm  məsələ  kimi 
qarşıya  qoyulmuşdur.  Azərbaycan  üçün  də  turizm  sənayesinin 
inkişaf etdirilməsi  prioritet istiqamətlərdən  birinə çevrilir.
46
Azərbaycanın  füsunkar  təbiəti,  əlverişli  coğrafi  mövqeyi, 
mədəni-tarixi  irsi,  ləziz  mətbəxi,  yüksək  qonaqpərvərlik  ənənələri 
ölkədə turizmin inkişafı  üçün  böyük perspektivlər açır.
Odur  ki,  turizmdə  davamlı  inkişafa  nail  olmaq  üçün  əsas 
prinsip  kimi  sabit  iqtisadi  inkişafın  təmin  edilməsi  və  ətraf mühitin 
qorunması  əsas  götürülür.  Beləliklə,  turizmin  davamlı  inkişafının 
əsas prinsipləri kimi aşağıdakılara nail olmaq vacibdir:
/  
Yaşıl 

tıırizm  /
Ekoloji
'j 
^  
turizm 
y.
/''■'TSayanıqlı  ^ 
f 
Təbiət 
[N

turizmi 
\ )
turizm  /  
^Yumşaq
Şək.  1.6.1.  Dayanıqlı turizmin digər turizm növləri
-  təbii  ehtiyatlardan  səmərəli  istifadə.  Təkrar  emala  üstünlük 
verilməsi,  suya, enerjiyə qənaət,
- bioloji  müxtəlifliyin qorunması,
-  yerlərdə  turizm  sənayesinin  planlaşdırılmasına  icmaların  cəlb 
edilməsi,
- turizmdə məsuliyyətli  marketinq.
Azərbaycan  Respublikasında ekoloji  cəhətdən  davamlı  sosial- 
iqtisadi  inkişafa  dair  milli  proqramda  qeyd  olunur  ki,  Respublika 
zəngin  turizm  potensialına  malikdir.  Bu,  ölkənin  zəngin  tarixindən, 
yüksək  mədəniyyətindən  və  rəngarəng  təbiətindən  irəli  gəlir. 
Azərbaycanda  ənənəvi  turizm  ilə  yanaşı  yeni  turizm  xidmətlərinin 
inkişafı  üçün  də əlverişli  şərait mövcuddur.
47


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə