Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə20/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   16   17   18   19   20   21   22   23   ...   122

Qədim  Romada  dəniz  səyahətləri  yazdan  başlayaraq  payızın 
ortalarına  kimi  davam  edirdi.  Səyahətlər  aramla,  tələsmədən  həyata 
keçirilərdi.  Belə  ki,  Meotiy  bataqlığından  -   romalılar  Azov  dənizini 
belə  adlandırardılar  -   Misir  İsgəndəriyyəsinə  qədər  iki  həftəyə 
gedərdilər.
Ticarətin  inkişafında  tacir  Hippalın  eramızın  14-17-ci 
illərindəki  səyahəti  mühüm  əhəmiyyətə  malik  olmuşdur.  O,  Hind 
okeanında musson küləklərinin qanunauyğunluğunu  müəyyən  eymiş, 
Fartak  burnundan  Hind  çayının  deltasına  qədər  üzmüşdür.  Hippal 
“Eritrey  dənizi  ətrafında  səfər”  adlı  kitab  yazmışdır.  Bu  əsərdə 
Qvardafuy  bumundan  Zənzibar  adasına  kimi  Afrikanın  sahilləri 
təsvir  olunmuşdur.  Eyni  zamanda  Ərəbistanın  cənub  sahilləri  və 
Hindistanın  qərb  sahillərinin  böyük  hissəsi 
kitabda  təsvir 
olunmuşdur.
E.ə.  200-120-ci  illərdə  yaşamış  Polibinin  “Ümümdünya 
tarixi”  sözün  həqiqi  mənasında  ensiklopedik  əsər  idi.  E.ə.  II  əsrdə 
yaşamış  Yunan  tarixçisi  Arrian 
“Evksin  Pontu(Qara  dəniz)  ilə 
səyahətin  təsviri”  adlı  əsər  yazmış,  burada  bu  dənizin  sahillərindəki 
ölkələr və xalqların xarakteristikasını vermişdir.
Coğrafiyada  riyazi-astronomik  istiqamətin  müəllifi  Kirendən 
olan  Eratosfen  idi(e.ə.III  əsr).  Coğrafiyaya  riyazi  metod  tətbiq 
edərək  O,  iki  əsas  oxu  -   uzunluq  və  enliyi  müəyyən  etmişdir. 
Sonralar  astranom  Hipparx 
dərəcə  şəbəkəsini  kəşf  edərək  Yer 
kürrəsini  iqlim  zonalarına  böldü.  Bu  kəşfə  əsaslanaraq  Egey 
dənizindən  Çin  sərhədlərinə qədər ölkələr haqqında təsəvvürlər verən 
coğrafi xəritələr hazırlandı.
Strabonu 
(e.ə.64-23-cü  illər)  ilk  ölkəşünas-mütəxəssis 
adlandırmaq  olar.  Kiçik  Asiyadakı  Amasiyanın  Kappadoki  şəhərində 
anadan  olmuş  Strabon,  20  yaşında  Romaya  ilk  səfərini  etmişdir.  O, 
bütün  ömrü  boyu  səyahət  etmişdir.  Strabon  Kiçik  Asiyanı  dolanmış, 
Tavr  (Krım)  dağlarında  və  Qafqaz  dağlarının  ətəklərində  olmuş, 
Kiklad  adalarını  gəzmiş  və  Balkan  yarımadasını  keçmiş,  Apennin 
v  yarımadasındakı,  həmçinin  Misirdəki  bütün 
yaddaqalan  yerləri 
dərindən  öyrənmişdir.  Səyahəti  başa  vuran  Strabon  həyatının  ən
76
böyük əsərini -   17  kitabdan  ibarət “Coğrafıya”ni  yazmışdır.  Bu  əsər 
antik  dövrdəki  biliklərin  yekunu  idi.  Strabon  43  kitabdan  ibarət 
“Tarixi qeydlər” kitabım  yazsa da o günümüzə çatmamışdır
Qədim  Romada  imperatorlar  (Trayan,  Adrian,  Mark  Avreli) 
sərkərdələr  və  alimlər  səyyahlar  idi.  Qədim  Roma  dövründə  hətta 
turizmin fəlsəfəsi  meydana gəlir.  Lutsiy Anney Cenek (4-65-ci  illər) 
“Lutsiliyə  m əktublaf’ında  belə  bir  ideyanı  əsaslandırır  ki,  turizmdə 
“nəinki  bədən  üçün,  həm  də  xasiyyət  üçün  sağlam  yer  seçmək” 
lazımdır.
Adı  tarixdə  qalmış,  eramızın  ilk  səyyahı  yunan  yazıçısı 
Pavsani  olmuşdur.  O,  Romada  yaşamış  və  yunan  və  roma 
əyalətlərinə  çox  saylı  səyahətlər  etmişdir.  Səyahətlərinin  təsvirini 
bələdçi  kitabları  formasında  tərtib  etmiş  (“Elladanın  təsviri”)  və  180 
-cı  ildə  10  kitabda  nəşr  etmişdir.  Pavsaniy  Attikanı  (orta 
Yunanıstanın  cənub-şərqi)  və  Afinanı  xüsusilə  ətrafli  təsvir etmişdir. 
Attikadan  Korinfə  keçərək  Egey  dənizindəki  adaları  tədqiq  etmişdir. 
Bundan  sonra  o,  bütün  yolların  və  əyalətlərin  adlarını  sadalamaqla 
Lakoniya və Spartamn təsvirini  vermişdir.
Klavdiy  Ptolomey  (90-168-ci  illər) 
səyahətlər  barədə 
ensiklopedik  biliklərə  malik  olmuşdur.  Özünün  fundamental  əsəri 
olan  “Coğrafiya”da 
o  sələflərinin  əsərlərini  sistemləşdirmiş  və 
onların  kəşflərini 
yekunlaşdırmışdır. 
Beləliklə,  antik  dövrdə 
səyahətçilərin  sayəsində  yeni  torpaqlar  və  xalqlar  kəşv  olunmuş, 
sonraki  səyahətlərə  və  kəşflərə  imkan  verən  zəngin  coğrafi  material 
toplanmışdır.
Yoxlama suallar:
1. Qədim Yunanıstanda turizmin hansı növləri  mövcud idi?
2.  Herodotun  səyahət  marşrutunu  şərh  edin,  onun  Azərbaycan  haqqında  fikirlərini 
söyləyin.
3.  Pifeyin səyahətini təsvir edin.
4.  Makedoniyalı  İsgəndərin yürüşlərini, Nearxın dəniz səyahətini sadalayın.
5.  Strabonun səyahət marşrutunu təsvir edin.
77


Ədəbiyyat
1.  Грицкевич,  В.П.  История  туризма  в  древности  /  В.ГГ  Грицкевич  .  -   СПб.  : 
Невский Фонд, 2005  . -  326 с
2.  Соколова М.В. История туризма.  М.; Мастерство, 2002, 352  с.
3.  Mahmudov Y.M.  Səyyahlar. Kəşflər.  Azərbaycan.  Bakı, 1985,  186 s.
2.3.  Bizim  eranın əvvəllərində və orta əsrlərində səyahətlər
Orta  əsrlərin  başlanğıcı  “xalqların  böyük  köçü"  kimi  qeyd 
edilir.  Şimali  Avropada  yaşayan  xalqlar  da  qeyri-adi  miqyasda 
hərəkətə  gəlmişdilər.  Roma  imperiyası  bu  prosesi  nizamlamağa 
çalışırdı.  Bəzi  xalqlarla  müqavilə  bağlanıldı,  müqavilənin  şərtlərinə 
görə  onlara  imperiya  torpaqlarında  məskunlaşmaq  imkanı  verilirdi. 
Bunun  üçün  xəzinə  torpaqları  və  ya  böyük  mülklərdən  kəsilib 
götürülən torpaqlar ayrılırdı.  Müqavilə bağlanılan  xalqlar burqundlar, 
vestqotlar idi.
Tədricən  Roma  imperiyasında  sərhəddə  yaşayan  barbarlar 
haqqında 
məlumatlar  əldə  edirlər.  Feofanın  “Xronoqrafiya”, 
Mavrikinin  “Strateqikon”,  İordanın  “Getlərin  mənşəyi  və  hərəkətləri 
haqqında”  əsərlərində  slavyan  xalqları  haqqında  təsvirlər  meydana 
gəlir.  Lakin  orta  əsrlərdə  müntəzəm  yol  əlaqəsi  Roma  yolları 
sayəsində  mövcud  idi.  IV  əsrdən  başlayaraq  onlar  bərpa  edilir  və 
“ikinci həyat”a qaytarılır.
Mərkəzi  Avropada  dövlət  əhəmiyyətli  ilk  yol  Maynts  və 
Koblents  arasında  inşa  edilir.  Bütün  Mərkəzi  Avropanı  - 
Baltik 
yanından  Vyanaya  kimi  “Vindobon  oxu”  adlandırılan  torpaq  yol 
kəsib  keçirdi.Bu  yolla  kəhraba  daşınardı.  Bizans  imperiyasının  ən 
yaxşı  yollan  Balkanlarda idi.
Orta əsrlərdə zəvvarlıq  geniş yayılmağa başlayir.  Kiçik  İsaya 
təzim  etmək  üçün  səyahət  edən  Baltazar,  Melxior  və  Kaspar  orta 
əsrlərdə  zəvvarların  himayədarlarına  çevrilirlər.  II  əsrdən  başlayaraq 
onlar xristianlar tərəfindən  müqəddəsləşdirilir.  Artıq  III-IV  əsrlərdən 
zəvvarların  Fələstinə  səyahəti  başlayır.  İmperator  Konstantinin
78
dövründə  Qüdsdə  (Yerusəlim)  məbədlər,  məsələn  “Tanrının  məzarı” 
məbədi  inşa edilir.  Konstantinin  anası,  çariça  Yelena  Qüdsə səyahət 
edərək  Qolqof  yaxınlığındakı  mağaralardan  birində  “Tanrının  xaç 
ağacının”  açılmasına  yardım  etdi.  Bu  dövr  üçün  bir  sıra  zəvvarların 
adı  məşhurlaşır.  Onlardan,  sonralar  Qəzzdə  yepiskop  olmuş 
müqəddəs  Porfiri,  Yevsevi  Kremoskini,  Vifleemdə  apostol  Pavelin 
müqəddəs  yazılarını  öyrənmiş  müqəddəs  İeronimi,  İeronimin  qızı  - 
məşhur  Qrakx  nəslindən  olan,  İsa  peyğəmbərin  anadan  olduğu  yerin 
yaxınlığında dəfn olunmuş  Yevstaxiyanı göstərmək olar.
Xristianlıq  yayıldıqca  Fələstinə  getmək  istəyən  avropalıların 
sayı  artmağa başlayır.  IV əsrdə Müqəddəs  Torpağa gedən zəvvarların 
sayı  əhəmiyyətli  dərəcədə  artaraq  kütləvi  xarakter  almışdı.  Artıq  V 
əsrdə  Qalliyadan  yola  düşən  zəvvarlar  üçün  Rona  və  Dordona 
sahillərindən  İordan  çayı  sahilinə  kimi  bələdçi  rolu  oynayan 
marşrutlar  tərtib  edilirdi.  VI  əsrdə 
müqəddəs  Antoni  çox  saylı 
tərəfdarları  ilə  birlikdə  Pyaçentsdən  Müqəddəs  Torpağa  səyahət etdi. 
Bundan  sonra  Müqəddəs  Torpağın  hərtərəfli  təsviri  olan  “Pyaçentsi 
yolçusu”  tərtib  edildi.  Lakin  VII  əsrdə  Xəlifə  Ömərin  dövründə 
xristianlar üçün  İsanın anadan  olmasından sonra ən böyük bədbəxtlik 
baş  verdi.  Müqəddəs  Qüds  şəhəri  müsəlmanların  əlinə  keşdi.  Bu 
günə qədər bu torpaqda ehtiraslar sönmək bilmir.
Lakin  bu  vəziyyətdə  də  müqəddəs  yerlərə  zəvvarlıq  davam 
edir.  Zəvvarlıq  üçün  daha  əlverişli  vəziyyət  Abbasilər  sülaləsindən 
olan 
Harun-əl-Rəşidin  xəlifəliyi  dövründə  (786-809-cu  illər) 
yaradılır.  Onun  imperator  Böyük  Karlla  (768-814)  çox  yaxşı 
münasibətləri  var  idi.  O,  Tanrının  məzarı  məbədinin  açarlarını 
Böyük  Karla  göndərir.  Bu  ərəfədə  Qüdsdə  Böyük  Karlın  əmri  ilə 
zəvvarlar üçün  xüsusi  qonaq  evi  tikilir.  IX əsrdən  başlayaraq  ziyarətə 
günahların təmizlənməsi  vasitəsi  kimi  baxılırdı.  XI  əsrdən  başlayaraq 
isə katolik kilsəsi  bu funksiyanı yerinə yetirməyə başladı.
Beləliklə,  zəvvarlıq  insanın  dini  meyllərlə  gücləndirilmiş 
təbii  hisslərinə  ən  yaxını  olmaqla  turizmin  daxili  motivasiyasının 
tərəflərindən  biridir.  Zəvvarlar  içərisində  Puetyedəki  müq.  İlariy, 
Limojdakı  müq.  Marsial,  Tuluzdakı  müq.Sernen,  Parisdəki  müq.
79


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə