Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə23/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   19   20   21   22   23   24   25   26   ...   122

varyaqlar,  ərəblər  isə  mədhuslar  (yəni  “bütpərəst  nəhənglər") 
adlandırardılar.
Norman  subsivilizasiyası  VIII  əsrin  ortalarından  XII  əsrin 
əvvəllərinə  qədər  mövcud  olmuşdur.  Normanların  əsas  məşğuliyyəti 
heyvandarlıq  və  balıqçılıq  idi.  Onların  gəmiləri  palıddan  və  küknar 
ağacından  olmaqla  Aralıq  dınizində  üzən  gəmilərdən  fərqlənirdi. 
Onların  yanları  hündür,  alt  hissəsi  isə  itilənmiş  formada  idi.  Bu 
gəmilərin  uzunluğu  30  metr,  eni  4,5  m  olmaqla  “çay-dəniz“  tipli 
idilər. Normanların iti altlı gəmiləri gəmiqayırmada  inqilab etdi.
Sonralar  bütün  Avropada  belə  gəmilərdən  istifadə  edilirdi. 
Lakin  norman  dənizçilərinin  ən  böyük  uğuru  onda  idi  ki,  onlar  hələ 
IX  əsrdə  Şimali  Amerika  sahillərinə  gedib  çıxırdılar.  Onların 
naviqasiya cihazları  olmasa da açıq dənizdə günəşə  və  ulduzlara görə 
istiqaməti müəyyən edə bilirdilər.  Eyni zamanda öz yerlərini  okeanda 
suyun  temperaturuna  və  dərinliyinə  görə,  quşların  uçuşuna  əsasən 
müəyyən 
edə 
bilirdilər. 
Həmçinin 
tarixdən 
məlumdur 
ki, 
Qrenlandiyaya üzən normanlar  treska və siyənək balıqları karvanının 
hərəkətinə əsasən istiqaməti  müəyyənləşdirmişlər.
985-ci 
ildə  Byaminin  rəhbərliyi  altında 
İslandiyadan 
Qrenlandiyaya  üzən  gəmilərdən  birini  küləklər  uzaq  qərbə  qovsa  da 
dənizçilər  Qrenlandiyaya  qayıda  bildilər,  sıx  meşələrlə  örtülmüş 
möcüzəli  torpaq  gördüklərini  nəql  etdilər.  1000-ci  ildə  Leyf 
Eyrikson  Amerikanı  kəşf etdi.  Lakin  bu  heç də təsadüfi  olmadı.  Leyf 
cəmi  35  nəfər  heyəti  olan  bir  gəmi  ilə  yola  çıxır.  Onlar  Labrador 
yarımadasında  dayanır  və  buranı  Markland  -   “meşə  ölkəsi" 
adlandırırlar.  Yollarına  davam  edərək  Nyufaundlend  və  ya  Yeni 
İngiltərə  adasına  yan  alaraq  buranı  Vinland  -   “Üzümlü  torpaq” 
adlandırırlar.  Norveçlər  qışı  Vinlandda  keçirirlər.  Qrenlandiyaya 
qayıtdıqdan  sonra  bu  torpaqların  məskunlaşdırılması  qərara  alınır. 
Leyf  Eriksonun  qardaşının  başçılıq  etdiyi  köçkünlər  Vinlanda  gəlir 
və  vikinqlərin  qışlamaq  üçün  tikdikləri  evlərdə  yerləşirlər.  Lakin 
yerlilərlə  onların  dostluğu  alınmır.  Vikinqlər  qaçmağa  məcbur 
olurlar.  Bundan  sonra  Vinlanda  daha  beş  ekspedisiya  göndərilsə  də 
hindularla  toqquşmalar  səbəbindən  uğursuz  oldular.  Normanların
88
yürüşləri  haqqındakı  xatirələr  “qrendlandlar  haqqında  Saqa”,  “Kürən 
Erik haqqında Saqa” və s.  saxlanılmışdır.
Şərqə hərəkət edən  normanlar  Baltik dənizini keçərək Riqa və 
Fin  körfəzlərinə  daxil  olar,  Şərqi 
Avropa  çayları  vasitəsilə  Qara 
dənizə,  oradan isə Bizansa gedərdilər.  Şimal  istiqamətində normanlar 
Skandinaviya  yarımadasını  yan  keçərək  Ağ  dənizə  qədər  gedərdilər. 
Qərb  istiqamətində  onlar  birinci  olaraq  Atlantik  okeanını  keçərək 
İslandiyanı məskunlaşdırmışlar.
Əfsanəyə  görə  İslandiya  860-cı  ildə  norveçli  Naddod 
tərəfindən kəşf edilmişdir.  Onun gəmisi  yolunu azaraq tanış olmayan 
sahilə  yan  almışdı.  Tezliklə  burada  Skandinaviya!ı  köçkünlər  peyda 
olur  və  onlar hesab  edirlər  ki  İslandiyanın  cənub  rayonlarının  iqlimi 
onların  vətənindəki  iqlimə  oxşardır,  buna  görə  də  burada  adət 
etdikləri 
təsərrüfat 
növləri 
ilə 
məşğul 
olmağa 
başladılar. 
Müstəmləkəçilər  Skandinaviya  ilə  əlaqəni  itirməyərək  Avropa 
xalqları ilə və Britaniya adalarında yaşayanlarla ticarət edərdilər.
Güclü  fırtına  isə  900-cu  ildə  Qrenlandiyanın  kəşfinə  səbəb 
olmuşdur.  Hunnbyomun  başçılığı  ilə  Norveçdən  İslandiyaya  gedən 
gəmi  naməlum  sahilə  yan  almışdı.  Dənizçilər  naməlum  sahili 
öyrənmədən  geriyə-Norveçə  qayıtdılar.  Sonralar  Kürən  Erik  bu 
ölkəni  tapır və  üç  il  ərzində onun sahillərini  öyrənir.  Köçkünləri  cəlb 
etmək  üçün  bu  torpağı  Yaşıl  torpaq  (Qrenlandiya)  adlandırır.  985-ci 
ildə  köçkünlərin  ilk  dəstəsi  25  gəmi  ilə  İslandiyadan  yeni  torpağa 
yola  düşdü.  Gəmilərdən  yalnız  14-ü  Qrenlandiyaya  çatdı,  qalanları 
isə  qa  tufan  zamanı  batdı,  ya  da  ki,  geriyə  döndü.  Vikinqlərin 
nəsilləri  yalnız  400  ildən  sonra  adanın  yerli  sakinləri  -   eskimoslar 
tərəfindən Qrenlandiyadan çıxarıldılar.
Normanlar 
Britaniyanın 
şimal 
və 
şərq 
sahillərində, 
İrlandiyadan  şərqdə  möhkəmləndilər.  Müasir  Fransa  ərazisində  isə 
Senanın  mənsəbinə  yaxın  yerlərdə  möhkəmləndilər.  Bu  ərazi  bu  gün 
də  Normandiya  adlanır.  Avropanın  varlı  ticarət  şəhərləri  normanları 
cəlb  edirdi.  O  dövrdə  Avropalıların  nizami  ordusu  olmadığından 
vikinqlərin  yürüşləri  qarşısında  aciz  idilər.  Normanlar  Pireney 
yarımadasının  Atlantik  sahillərinə  hücum  edər,  Cəbbəlütariq  boğazı
89


vasitəsilə  Aralıq  dənizinə  keçər,  Cənubi  Avropanı  qarət  edər  və 
Siciliyaya kimi gedərdilər.
Normanların  bəzi  səfərlərinin  qarət  xarakteri  daşımasına 
baxmayaraq  onların  kəşfləri  və  dənizçilikdəki  təkmilləşdirmələri 
sonrakı  səyahətlərin  hazırlanması  və  keçirilməsinə  müsbət  təsir  etdi. 
Bundan  başqa,  onlar  ərəb  işğalı  nəticəsində  iflic  olmuş  avropa 
ticarətini  dirçəltdilər.
IX-XI  əsrlərdə Avropada ziyarət turizmi  inkişaf etməkdə idi. 
Belə  səyahətlər adətən,  günahların yuyulması  üçün  həyata  keçirilirdi. 
Xİ  əsrdən  başlayaraq  ziyarətdən  günahların  müqabilində  cəza 
vasitəsi  kimi  istifadə  olunmağa  başladı.  868-ci  ildə  kübar  ailədən  və 
varlı  olan  bretonlu  Frotmond  əmisini  və  qardaşını  öldürdüyünə  görə 
günahlarının  tam  bağışlanılması  üçün  Müqəddəs  Torpağı  üç  dəfə 
ziyarət etməyə məhkum olundu.  Romalı  prefekt  Senziy  Santa-Mariya 
kilsəsində  papanı  təhqir  etdiyinə  görə  (onu  kilsədə  həbs  edərək 
zindana  salmışdı)  Tanrının  məzarı  önündə  əhv  olunmasını  xahiş 
etməli  oldu.
XI  əsrin  məşhur  ziyarətçilərindən  danışarkən  arvadının 
ölümündə  və  digər  cinayətlərdə  günahlandırılan,  üç  dəfə  Müqəddəs 
Torpağı  ziyarət  edən  Fulk  Anjuyskini;  İşğalçı  Vilhelmin  atası, 
qardaşı  Riçardı  öldürtmüş  Robert  Normandskini  qeyd  etmək  olar. 
Orucluqdan  sonra  ziyarətçilər  kəfən  geyinər  və  dualar  oxuyaraq 
Tanrının  məzarı  kilsəsinə  gedərdilər.  Bu  kəfən  bütün  ömrü  boyu 
saxlanılar və adətən  onunla dəfn  olunardılar.
Güdsün  müsəlmanların  əlində  olması  Avropalı  zəvvarlar 
üçün  müəyyən  problemlər  yaradırdı.  Bunu  əsas  götürən  Papa  II 
Urban  1095-ci  ildə  Klermon  şəhərində  minlərlə  dindar  qarşısında 
çıxış  edərkən  kafirlərə  qarşı  cihada  səsləyən  nitq  söylədi.  Beləliklə 
xaç yürüşləri dövrü başlandı.
Tarixdə  8  xaç  yürüşünün  olması  məlumdur.
Birinci  (1096-1099)  1096-cı  ilin  yazında  30000  nəfərdən 
ibarət  dəstə  Pyotr  Pustınnik  və  Valter  Qolyakın  başçılığı  ilə 
olmuşdur.  Dəstə  Kiçik  Asiyadakı  Nikei  şəhəri  yaxınlığında  səlcuq- 
türklər  tərəfindən  məhv  edilir.  Cəmi  3000  adam  geri  qayıdır.  Həmin
ilin  payızında  yaxşı  silahlanmış  cəngavər  dəstələri  yürüşə  başladı. 
Şimali  Fransa  dəstəsinə  Normandiyalı  Hersoq  Robert,  cənubi  Fransa 
dəstəsinə  qraf  Raymond  Tuluzlu,  Lotaringiya  dəstəsinə  hersoq 
Qotfrid  Bulonski  və  onun  qardaşı  Balduin,  Cənubi  İtaliya  dəstəsinə 
isə  Boemund  Tarenski  başçılıq  edirdi.  1097-ci  ildə  dəstələr 
Konstantinopolda  birləşdi.  Onlar  Bizans  imperatoru  II  Alekseyin 
köməyi  ilə  Kiçik  Asiya  sahillərinə  keçdi.  Burada  onlar  Kilikiya 
knyazlığını  ələ  keçirərək  Balduinin  başçılığı  ilə  Edessk  qraflığı 
yaratdılar.  1098-ci  ildə  xaçpərəstlər  Antioxi  (indiki  Antakiya) 
şəhərini  ələ  keçirərək  Boemundun  başçılığı  ilə  Antioxi  knyazlığı 
yaratdı.  1099-cu  ilin  yazında  20000  nəfərlik  dəstə  Qüdsə  yaxınlaşdı 
və  onu  tutdu.  1100-ci  ildə  artıq  xaçpərəstlərin  4  dövləti  -   Edessk 
qraflığı,  Antioxi  knyazlığı,  Raymondun  başçılıq  etdiyu  Triapoli 
qraflığı  və  Bulonskinin  başçılıq etdiyi  Yerusəlim krallığı  mövcud  idi. 
1144-cü  ildə  Mosul  əmiri  Edessk  qraflığını  ələ  keçirir.  Avropada 
yeni xaç yürüşünə hazırlıq  başlanır.
İkinci  yürüşə  (1147-1149)  Fransa  kralı  VIII  Lüdovik  və 
Almaniya  imperatoru  III  Konrad  başçılıq  edirdi.  Kasıblardan  fərqli 
olaraq  varlı  cəngavərlər  bu  yürüşə  əyləncəli  səyahət  kimi  baxırdı. 
Konstantinopola  çatdıqdan 
sonra 
onlar  günlərini 
eyş-işrətdə 
keçiirirdi.
Misirdə  hakimiyyətə  gələn  sultan  Saləddin  (1171)  Suriyanı, 
Mesopotamiyanın  bir  hissəsini  Misirə  birləşdirir  və  xaçpərəstlərə 
qarşı  qazavat(cihad)  elan  edir.  Onun  dəstələri  Sidonu  və  Beyrutu 
azad  etdikdən  sonra  1187-ci  ildə  Qüdsü  də  ələ  keçiri.  Bu  isə  yeni 
səlib yürüşü  ilə nəticələnir.
Üçüncü  yürüşə  (1189-1192)  ingilis  kralı  I  Riçard  (şir ürəkli), 
fransa  kralı  II  Filip və alman  imperatoru  I  Fridrix  Barbarossa başçılıq 
edirdi.  Müxtəlif  istiqamətlərdən  hərəkət  edən  dəstələrin  Yerusəlimi 
tutmaq  cəhdi  baş tutmur və onlar geri  qayıdırlar.
Dördüncü  yürüş  (1202-1204).  Üçüncü  yürüşdən  keçən 
müddətdə  Avropanın  siyasi  həyatında  böyük  dəyişikliklər  baş  verdi. 
İri  feodallar mülkiyyətin  bölünməsini  tələb  edir,  hakimiyyət  uğrunda 
mübarizə  kəskinləşir,  xalq  kütlələrinin  Yerusəlimə  təşkil  olunan
90
91


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə