Azərbaycan r espublikası Təhsil Nazirliyi a zərbaycan r espublikası m ədəniyyət və Turizm Nazirliyi



Yüklə 20,33 Mb.
Pdf görüntüsü
səhifə25/122
tarix15.10.2018
ölçüsü20,33 Mb.
#74306
1   ...   21   22   23   24   25   26   27   28   ...   122

Tampliyer  cəngavər  Ordeni  yaradır  və  bu  Ordenin  Büyük  magistri 
elan edilir.
Dənizçi  Henrix  dəfələrlə  Atlantik  okeanının  qərb  və  cənübi- 
qərb  istiqamətindəki  adalara  ekspedisiyalar  təşkil  edir.  Azor  və 
Kanar  adaları,  Madeyra  və  digər  adalar  onun  tərəfindən  kəşf olunur. 
Dənizçi  Henrix  dövründə  Portuqaliya  donanması  özünün  ən  qüdrətli 
dövrünü  yaşadı.  Məhz  portuqaliyalılar  yüngül  yelkənli  gəmini  -  
karavellanı  yaratdılar.  Bu üç  dorlu gəmi  çoxsaylı  yelkənlərə  malik idi 
ki,  onlar  da  gəmiyə  bütün  istiqamətlərdə  və  hətta  küləyin  əksinə 
üzməyə  imkan  verirdi.  Gəmi  yüngül  və  sürətli  (saatda  22  km) 
olmaqla qayalar arasında yaxşı  manevr edə bilirdi.
Dənizçi  Henrixin  başladığı  işi  digər  Portuqaliyalı  səyyah  -  
Bartalameo  Dias  (Diaş)  davam  etdirdi.  1487-ci  ildə  o,  Afrikanın 
qərb  sahilləri  boyunca  ekspedisiyaya  rəhbərlik 
etdi.  Portuqaliya 
gəmiləri  hələ  XV  əsrin  60-cı  illərində 
ekvatora  çatmış  və  onu 
keçmişdilər.  Xəritədə  Fil  Dişi  sahilləri,  Qvineya  körfəzi  əks 
olunmuşdu.  Gəmilər  müasir  Qvineya  və  Konqo  ərazisinə  kimi 
üzürdü.  Dias  gəmilərini  cənub  istiqamətində  daha  uzaqlara  apardı. 
Ekvatoru  keçdikdən  sonra  o,  Afrikanın  sahilləri  boyunca  üzərək 
1488-ci  ildə  onun  cənub  qurtaracağına  çatır  və  buranı  Fırtınalar 
bumu adlandırır.  Sonralar  Portuqaliya kralı  11  Juan  onu  Xoş  Ümidlər 
bumu adlandırdı.
Portuqaliya 
gəmilərində  xaricilər  də 
üzürdü. 
Macəra 
həvəskarlarından  biri  italiyalı  tacir  Alvize  Kademosto  idi.  O,  Afrika 
əhalisinin  adət-ənənələrini  əks  etdirən  memuar  yazmışdır.  Beləliklə 
böyük  kəşflər  və  səyahətlər  tədricən  yetişirdi.  Onlar  həmdə  mühüm 
elmi  əsas  əldə  etdi.  Belə  ki,  1476-cı  ildə  Klavdi  Ptolemeyin  “8 
kitabda  coğrafiya  dərsliyi”  işıq  üzü  gördü.  Bu  vaxta  kimi  kitab  kilsə 
tərəfindən  qadağan  edilmişdi.  Kitabın  yazılmasından  keçən  1500  ildə 
dünya  haqqında  fikirlər  dəyişmişdi.  Lakin  kitabın  nəşri  bu  mövzuda 
yeni  tədqiqatlar  üçün  təkan  oldu.  Maralı  cəhət  ondadır  ki,  kilsənin 
özü  bu tədqiqatları  həvəsləndirirdi,  çünki  onlar  dövlətə  və  həmçinin 
kilsəyə fayda vəd edirdi.
XIV-XV  əsrlərdə  coğrafi  kəşflər  və  səyahətlər  zamanı  əldə 
edilmiş  məlumatlar  əsasında  yerin  və  su  səthinin  müfəssəl  xəritəsi 
hazırlanmağa başlayır.  O,  dövrün  ilk xəritələrindən  biri  XV əsrin  70- 
ci  illərində  Florensiyalı  astranom  Paolo  Toskanelli  tərəfindən 
hazırlanmışdır.  Bu  xəritə  dövrümüzə  gəlib  çatmamışdır.  Lakin 
tədqiqatçıların  fikrincə  Toskanelli  Asiyanı  qərbdən  şərqə  doğru  iki 
dəfə  şişirtmiş  və  buna  müvafiq  okeanın  eninin  azaltmışdır.  Məsələn 
o,  hesab edirdi ki,  Lissabonla  Yaponiya arasındakı  məsafə 9  min  km- 
dir.
1492-ci  ildə  alman  coğrafiyaşünası  Martin  Bexaym  böyük 
qlobus  yaratdı  və  onu  doğma  şəhəri  Nürünberqə  hədiyyə  etdi.  Bu 
qlobus  dövrümüzə  salamat  gəlib  çatmış  ən  qədim  qlobusdur.  Bu 
qlobus  Yerin  kürə  formasında  olması  təsəvvürlərini  təsdiq  etdi  və 
qərbə üzməklə şərq torpaqlarına çatmağın  mümkünlüyünü  sübüt etdi. 
Bexaym ilk dəfə olaraq  astrolyabiyadan dənizçilikdə istifadə etdi. O, 
günəşin  hündürlüyü ilə dənizdə  istiqaməti  müəyyənləşdirməyə imkan 
verən  cihaz düzəltdi.
Avropada  olduğu  kimi  Şərqdə  də  böyük  dəyişikliklər  baş 
verirdi.  Asiya  və  Hind-Çin  xalqları  gəmiqayırmada yeni  nəaliyyətlər 
əldə  etdilər  ki,  bu  da  onlara  yeni  coğrafi  kəşflər  etməyə  imkan 
yaratdı.  Məsələn,  XV  əsrdə  Çin  Şərqin  ən  güclü  dəniz  dövlətinə 
çevrildi.  Onun  gəmiləri  Hind  okeanında  və  Sakit  okean  sahillərində 
hökmranlıq  edirdilər.  Çinin  dəniz  sahili  şəhərləri  Asiya  ölkələri  və 
Hindistanla  ticarət  mərkəzlərinə  çevrildilər.  Bu  işdə  Çinə  heç  kim 
mane  ola  bilmirdi:  türklər  çox  uzaqda  idi,  monqol  xanlıqları  isə 
parçalanmış və bir çoxu  isə süqut etmişdi.
Çində  çox  iri  gəmilər  düzəldilirdi,  onların  hər  biri  min  nəfər 
dənizçi  və  əsgər  götürə  bilirdi.  Onların  gəmilərindən  bəzilərinin 
uzunluğu  145  metrə  çatırdı.  Gəmilər  vəziyyətlərini  dəyişə  bilən 
yelkənlərlə  hərəkətə  gətirilirdi.  Küləyin  istiqamətindən  asılı  olaraq 
yelkənlərin  vəziyyəti  dəyişdirilirdi.  Küləksiz  havada  isə  gəmilər 
böyük  avarlarla  hərəkətə  gətirilirdi.  XI  əsrin  sonlarından  Çin 
gəmilərində  kompasdan  istifadə  edilirdi.  Çinin  dənizdəki  gücü  1405- 
ci  ildən  1433-cü  ilə  kimi  olan  dövrdə  Hind  okeanına  təşkil  edilmiş
96
97


uğurlu  hərbi-dəniz  ekspedisiyası  ilə  daha  qabarıq  üzə  çıxdı. 
Portuqaliyalı  dənizçilər  Atlantik  okeanının  cənub  hissəsinə  yenicə 
hərəkət  etməyə  başlayarkən  Çin  donanması  artıq  Qərbə  yeddi  səfər 
təşkil  etmiş, Hind-Çin ölkələrində,  Yava və Seylonda olmuşdular.
Çinli  dənizçi  Çjen  Xenin  ekspedisiyası  daha  məşhur  idi. 
Ekspedisiya Çin  sahillərini  1403-cü  ildə tərk  etdi  və  səyahət  25  ildən 
uzun  çəkdi.  Bu  müddətdə  Çinin  qədim  paytaxtı  Nankindən  başlanan 
yol  Şərqi  Çin  və  Cənubi  Çin  dənizlərindən  keçməklə  Hind  okeanına, 
sonra  isə  Afrika  sahillərinə  kimi  uzanmışdır.  Onlar  Hind-Çin,  Yava, 
Sumatra,  Seylon  və  Hindistan  sahillərini  tədqiq  etmişlər. 
Fars 
körfəzində  Hömrüzdə  dayanmış,  Əden  limanına  (ərəbistan  dənizi) 
daxil  olmuş,  Afrika  qitəsinin  cənub-şərqində  və  Somali  yarım­
adasında olmuşdular.
Bu  ekspedisiyanın  üç  iştirakçısının  yazdıqları  kitablar 
dövrümüzə  çatmışdır.  Bunlar  Fey  Sinin  “Yolda  müşahidə”,  Ma 
Xuanın  “Dənizkənarı  ölkələrin  təsviri”  və 
Qun  Çjenin  “Xarici 
dövlətlər 
haqqında 
əsəri" 
adlı 
kitablardır. 
Eyni 
zamanda 
ekspedisiyanın  xəritələri  də  saxlanılmışdır ki,  onlardan  biri  “Nankin­
dən  xarici  ölkələrə  su  yolu  ilə  səyahətlərin  xəritəsi”  adlanır  və  Çin 
dənizçilərinin ekspedisiyasının  marşrutu barədə tam  təsəvvür yaradır.
XV  əsrdə  digər  ticarət  və  dənizçilik  mərkəzi  Şimali  Afrika 
sahillərindəki:  Kilva,  Mombasa,  Malindi,  Safala  və  Zanzibar 
adalarındakı  ərəb  şəhərləri  idi.  Onlar  Asiyanın  bütün  ölkələri  ilə  sıx 
ticarət  edirdilər.  Hind  okeanının  qərb  hissəsində  ən  məşhur 
dənizçilərdən  biri  losman(dəniz  su  yoluna  yaxşı  bələd  olan  dəniz 
bələdçisi)  Əhməd  İbin-Məcid  idi.  O,  dənizçiliyə  dair  kitabların 
müəllifidir.  Onların  içərisində  on  məşhuru  “Əsas  dəniz elmi  və  onun 
qaydaları  haqqında  faydalı  məlumatlar  kitabı”  dır.  Orada  Afrika 
boyunca  Qırmızı  dəniz  və  Fars  körfəzindən  Hindistana,  həmçinin 
Malay  arxipelaqından  Çin  və  Tayvan  sahillərinə  kimi  marşrutlar 
ətraflı  təsvir  olunur.  Bu  kitabda  eyni  zamanda  gəmi  idarəetməyin 
qaydaları  verilir,  dəniz  sahilləri,  sualtı  qayalar,  musson  və  axınlar 
haqqında danışılır.  İbn  Məcid  Afrika və  Hindistanın  Malabar sahilləri 
arasındakı  yolu xususi  ilə yaxşı  bilirdi.
Beləliklə,  avropalılara  Avropadan  Hindistana  dəniz  yolu 
məlum  olmasından  xeyli  əvvəl  Çin  dənizçilərini  gəmiləri  Şimali-Çin 
dənizindən  Cənub-Şərqi  Asiya  və  Afrika  sahilləri  boyunca  hərəkət 
edərək  demək  olar  ki  Avropaya  çatır,  ərəb  dənizçiləri  isə  asanlıqla 
Hind  sahillərinə  gedirdilər.  Böyük  coğrafi  kəşflər  ərəfəsində  dünya 
dənizçiliyində vəziyyət belə idi.
XV əsrin  II  yarısında  Piriney  yarımadasının iki  böyük dövləti 
-   Kastiliya  və  Araqon  birləşərək  İspan  monarxiyasını  yaratdılar. 
İspan  ordusu  hələ  711-ci  ildə  ərəblərin  işğal  etdiyi  torpaqları  azad 
etməyə başladı.  1492 -ci  ildə  ərəblərdən  azad  edilmiş axırıncı  vilayət 
Qranada  oldu.  Bundan  sonra  İspaniya  Piriney  yarımadasının  ən 
qüdrətli  dövlətinə  çevrildi  və  təbii  ki  o,  Portuqaliyanın  dəniz 
ağalığına  razı  ola  bilməzdi.  Lakin  İspaniyada  gəmiqayırma  və 
dənizçilik  zəif inkişaf etmişdi.  Ona  görə  də  İspan  monarxiyası  digər 
ölkələrdən  olan  mütəxəssislərə  müraciət  etməli  oldular.  Bunlardan 
biri  İtaliyalı  Xristofor  Kolumb  idi.  Kolumb  1451-ci  il  oktyabrın  29- 
da  İtaliyanın  Genuya  şəhərində  doğulmuş,  ömrünü  İspaniyada  başa 
vurmuşdur (20 may  1526-cı  il).  O dövrdə qüvvətli  dəniz dövləti  olan 
Genuyada  dənizçilik  sahəsində  toplanmış  zəngin  təcrübə  və  mühit 
Kolumbun  dünyagörüşünə  böyük  təsir  göstərmiş  və  ilk 
dəniz 
səyahətlərinə  1472-ci  ildə  doğma  şəhərində  başlamışdı.  1476-cı  ildə 
Portuqaliyaya gələn  Kolumb  ilk  dəfə buradan  uzaq  dəniz səyahətləri­
nə  çıxdı  -   İngiltərəyə,  Atlantik  okeanındakı  Madeyra  adasına, 
Qvineya  körfəzinə  üzdü.  Bir  müddət  Madeyra  adasında  yaşayan 
Kolumb  Portuqaliyada 
Portu-Santu  adasının 
hakimi 
italiyan 
Perestrelİonun qızı  ilə evləndi.
1479-cu  ildə  qəti  olaraq  Portuqaliyada  qərarlaşan  Kolumb 
Yerin  kürə  formasında  olması  fikrinə  qəti  olaraq  inanırdı.  Özündən 
əvvəlki  coğrafi  kəşflər,  xüsusən  Marko  Polonun  keçdiyi  səyahət 
yolu,  onun  Uzaq  Şərq  ölkələri,  oradakı  dənizlər,  Hindistan,  Seylon 
haqqındakı  məlumatları  Kolumbu  bu  fikirdə  daha  da  möhkəmlənirdi. 
Digər  tərəfdən,  Aristotel,  Strabon  və  Senekanın,  Avropadan  Qərbə 
doğru  hərəkət  edərək  Hindistana  çatmağın  mümkünlüyü  haqqındakı 
fikirləri  Kolumba  məlum  idi.  Eyni  zamanda  məşhur  italyan
98
99


Yüklə 20,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə