Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

 
166
rusların sayı qazaxlardan çox olub. SSR -nin dağılması və Qa-
zaxıstanın müstəqillik əldə etməsindən sonra, buraya müəyyən 
səbəblər ucbatından köçürülmüş xalqlar öz ata-baba yurdlarına 
qayıtmağa  başladı  ki,  bu  da  etnik  mənzərənin  köklü  formada 
dəyişilməsinə gətirib çıxardı. Lakin Qazaxıstan yenə də əvvəlki 
kimi çoxmillətli respublika olaraq qalır.   
SSR -də  yenidənqurma  başladıqdan  və  Qorbaçovun 
hakimiyyətə  gəlişindən  sonra  Kunayev  iqtisadiyyata  pis  rəh-
bərlik  etdiyinə  və  korrupsiyaya  görə  vəzifəsindən  uzaqlaşdı-
rıldı.  1986-cı  ilin  dekabrında  onun  yerinə  Ulyanovsk  vilayət 
partiya  komitəsinin  rəhbəri  Gennadi  Kolbin  (milliyətcə  rus) 
təyin  edildi.  Bu  təyinata  etiraz  əlaməti  olaraq,  minlərlə  qazax 
tələbəsi  Alma-Atada  mitinq  keçirdi.  Məsələyə  ordunun  qarış-
ması  ilə  minlərlə  qazaxın  qanı  axıdıldı.  200  nəfərdən  artıq  in-
san həlak oldu. Bu ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk 
etiraz  aksiyası  idi  və  1986-cı  il  sovet  tarixinə  millətlərarası 
toqquşma  ili  kimi  daxil  oldu.  Hələ  Qazaxıstan  hadisələrindən 
bir  neçə  ay  əvvəl  mart-aprel  aylarında  Yakutiyada  yakut 
tələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu.   
G.Kolbin  islahatlar  aparmağı,  qazax  dilinin  istifadəsini 
genişləndirəcəyini, hətta onun respublikada rəsmi dil kimi elan 
olunacağını  söz  verməklə  vəziyyəti  sakitləşdirməyə  çalışdı. 
Yaranmış vəziyyətdən ehtiyat edən sovet rəhbərliyi 10  yanvar 
1987-ci  ildə  Qazaxıstan  KP  MK-nin  ikinci  katibi  vəzifəsinə 
milliyyətcə  qazax  olan  Səidullah  Kubaşovu  gətirmək  məcbu-
riyyətində  qaldı.  Hadisələrin  bir  daha  təkrarlanmaması  üçün 
DTK  vasitəsilə  iştirakçılar  təqib  olunmağa,  həbs  edilməyə 
başlandı.  Alma-Ata  hadisələri  Orta  Asiyada  milli  məsələnin 
ciddi  olduğunu  və  imperiyaya  nifrətin  gücləndiyini  göstərdi. 
Qazaxıstanda  müstəqil  ictimai  təşkilatlar  meydana  gəlməyə 
başladı. 1989-cu il iyunun 22-də Nursultan Nazarbayev Qazaxıs-
tan KP MK-ın birinci katibi seçildi.  
Qırğızıstanda  da  başqa  Orta  Asiya  Respublikalarında 
olduğu  kimi  müharibədən  sonrakı  illərdəki  ictimai-siyasi  və 


 
167
iqtisadi vəziyyət SSR -nin ümumi siyasətindən asılı idi. 1946-
53-cü illərdə on minlərlə  qırğız vətəndaşı həbs olundu və uzun 
müddət  üçün  həbsxanalarda  saxlanıldı.  Stalinin  ölümündən 
sonra mərkəzləşmiş hakimiyyət zəifləməyə başladı və mərkəzi 
hakimiyyətin  bəzi  səlahiyyətləri  yerlərə  verilməyə  başladı. 
1957-ci  ilin  11  fevralında  “Vilayət,  mahal  regional-inzibati 
məsələlərin  həllinin  müttəfiq  respublikalara  verilməsi”  barədə 
fərman  imzalandı.  Yerli  və  təsərrüfat  əhəmiyyətli  məsələlər 
birbaşa  Qırğızıstan  rəhbərliyinin  başçılığı  ilə  həyata  keçi-
rilməyə başladı. 
1956-cı  ildən  başlayaraq  Qırğızıstanın  ictimai-siyasi 
həyatında  ciddi  dəyişikliklər  baş  verdi.  Rəsmi  olaraq  Stalin 
rejimi  tənqid  olunmağa  başlandı,  bir  çox  repressiyaya  məruz 
qalmış  şəxslərə  bəraət  verildi.  Həmin  dövrlər  respublikaya 
rəhbərlik  edər  .Razzakov  tərəfindən  bir  sıra  milli  maraqlarla 
üst-üstə  düşən  tədbirlər  həyata  keçirildi.  Qırğız  ziyalılarına, 
yeni  milli  kadrların  yetişdirilməsinə  diqqət  ayrıldı,  qırğız  di-
linin  statusu  artırıldı,  hətta  respublikadakı  rus  məktəblərində 
belə tədrisinə başlandı. 
Qırğızıstanda  50-60-cı  illərdə  130-dan  çox  sənaye  müəs-
sisəsi  və  sexi  tikilib  işə  salındı.  Elektrotexnika,  radioelektron, 
avtomobil,  cihazqayırma  kimi  yeni  sənaye  sahələri  yaradıldı. 
Sənaye məhsulunun ümumi həcmi iki dəfə artdı. Orta Asiyada 
istehsal olunan daş kömürün 39 faizini Qırğızıstan verirdi.   
Lakin,  respublika  rəhbərliyinə  T.Usubaliyevin  (1961-85) 
gəlişi  ilə  mərkəzləşmə  meylləri  yenidən  sürətləndi.  Rus  mək-
təblərində  qırğız  dilinin  tədrisi  yenidən  yığışdırıldı.  Ümumiy-
yətlə qırğız dili ictimai həyatda ikinci plana keçdi. 1978-ci ildə 
Qırğızıstanın  yeni  qəbul  olunmuş  Konstitusiyasına  isə  dövlət 
dili ilə bağlı maddə ümumiyyətlə daxil edilmədi.  
Qazaxıstan  kimi  Qırğızıstanın  da  çoxmillətli  olması  və 
qırğızların başqa etnik azlıqlarla müqayisədə heç də mütləq üs-
tünlüyü  təşkil  etməməsi  siyasi  sistemdə  öz  əksini  tapmışdır. 
1989-cu ildə SSR  əhalisinin siyahıya alınmasının nəticələrinə 


 
168
görə  qırğızlar  respublika  əhalisinin  50  faizini  təşkil  etmişlər. 
1985-ci  ildə  T.Usubaliyevin  istefaya  getməsindən  sonra  haki-
miyyətə  A.Masaliyev  gəldi.  Masaliyevin  hakimiyyətə  gəlişi 
respublikanın  ictimai-siyasi  həyatında,  demək  olar  ki,  heç  bir 
yenilik  olmadı.  Ancaq  Masaliyevin  kadr  siyasəti  respublikada 
kütləvi narazılığın  yaranmasına səbəb oldu, hətta partiyadaxili 
mübarizənin  kəskinləşməsi  halı  da  müşayiət  olunurdu.  Bütün 
gücünü  partiyadaxili  mübarizəyə  həsr  edən  hakim  qruplaşma 
ölkədə siyasi, iqtisadi və sosial vəziyyətin dəyişilməsinə diqqət 
yetirmirdi.  
SSR -nin dağılması ərəfəsində Qırğızıstanın “siyasi ellitası 
faktiki  olaraq  demokratik  əhval-ruhiyyəli  və  mühafizəkar  dü-
ş
üncəli  təbəqəyə  bölünmüşdü”.  Münasibətlərin  getdikcə  kəs-
kinləşməsi,  birinci  növbədə  mərkəzdə  gedən  və  Sovet  impe-
riyasının  hər  tərəfini  bürümüş  demokratik  hərəkatın  təsiri  ilə 
olurdusa,  digər  tərəfdən,  Masaliyevin  düzgün  olmayan  kadr 
siyasəti və daxili siyasət məsələlərinin düzgün həll olunmama-
sının  nəticəsi  idi.  Demokratik  hərəkatın  genişlənməsi  1990-cı 
ildə  respublikanın  görkəmli  siyasi  şəxsiyyətlərinin  və  parla-
ment üzvlərinin də daxil olduğu Qırğızıstan Demokratik Hərə-
katının yaranmasına səbəb oldu.  
SSR -nin tərkibində Özbəkistanın yüngül və yeyinti sə-
nayesi,  eyni  zamanda  ağır  sənayesi  inkişaf  etmişdir.  ri  istilik 
(Daşkənd  1971,  Sırdərya  1975)  və  hidroelektrik  (Çarvaksk 
1972)  stansiyaları  tikildi,  yeni  neft  və  qaz  yataqları  istismara 
verildi. Respublikada elektrotexnika, radioelektronika, avadan-
lıq istehsalı və aviasiya texnikası sahələrini əhatə edən maşın-
qayırma sənayesi  yaradıldı. Elektrik enerjisi istehsalı 2,5 dəfə, 
maşınqayırma məhsulları istehsalı 3 dəfə, əlvan metallurgiyada 
istehsal 6,5 dəfə artdı. Ən böyük qaz kəməri olan Buxara-Ural 
xəttinin  çəkilməsi  nəticəsində  Özbəkistan  qazı  Ural  müəssisə-
lərinə  nəql  edilirdi.  Özbəkistanda  çox  zəngin  qızıl  ehtiyatı 
aşkar  edilmiş  və  Muruntau  qızıl  filizi  yatağının  işlənilməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə