Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/68
tarix16.11.2017
ölçüsü2,8 Kb.
#10590
1   ...   47   48   49   50   51   52   53   54   ...   68

 
154
öldürürdü. Onlar əslində tarixən bağlı olduqları torpaqdan məh-
rum olunurdular. Özbəkistanın kolxoz və sovxozları müharibə 
illərində  dənli  bitkilərin  istehsalını  iki  dəfə  artıraraq  res-
publikanın çörəyə olan tələbatını təmin etmişlər.  
 
1929-cu  ildən  kollektivləşmənin  həyata  keçirilməsinə 
başlandı.  Kollektivləşdirmə-xırda  kəndli  təsərrüfatlarının  kol-
xozlarda  birləşdirilməsi  Volqaboyu  və  Krımda  da  özünü 
göstərirdi.  Burada  kollektivləşmənin  sürətləndirilməsi  üçün 
komsomol  yürüşünə  başlanıldı.  Ayrı-ayrı  regionlarda  xüsusi 
mülkiyyətdən  kollektivləşməyə  keçilməsinə  dair  göstərişlər 
verildi. Burada da kəndlilərin hüququ geniş miqyasda pozulur, 
kollektivləşdirmə  demək  olar  ki,  zor  gücünə  aparılırdı.  Uralın 
və  Sibirin  xam  və  istifadəsiz  torpaqlarında  yeni  texnika  ilə 
təmin olunmuş iri taxılçılıq sovxozları yaradıldı. Bu sovxozlar 
ölkədə  çörək  məhsulları  istehsalı  və  satışı  ilə  məşğul  olmaqla 
yanaşı,  kəndli  təsərrüfatlarının  kollektivləşməsinə  şərait 
yaratdılar, kəndlilər üçün kollektiv istehsal baxımından məktəb 
rolunu oynadılar.  
 
Bu ərazilərdə kollektivləşmə prosesinin 1932-ci ildə ye-
kunlaşdırılması  nəzərdə  tutulsa  da,  kənd  təsərrüfatı  texni-
kasının çatışmazlığı və kəndlilərin bir hissəsinin kolxoza daxil 
olmaq istəməməsi bunu həyata keçirməyə imkan vermədi. Kol-
lektivləşmənin  ən  qızğın  çağında  taxıl  tədarükü  çərçivəsində 
bütün taxılın alınması nəticəsində 1932-ci ilin sonlarında Aşağı 
və Orta Volqada, Cənubi Ural və Sibirin cənubunda aclıq baş-
landı.  Aclıq  şüurlu  surətdə  hazırlanmışdı.  Dövlətin  kifayət 
qədər taxıl ehtiyatı var idi, lakin o, ixrac olunurdu. Sovet impe-
riyası çərçivəsində 1932-1933-cü illərdə acından ölənlərin sayı 
10 milyondan çox olmuşdu.  
Sosialist  islahatlarının  tərkib  hissələrindən  biri  də  Sovet 
mədəni quruculuğu idi.  Mədəni quruculuqda Sovet siyasətinin 
mahiyyətini  bolşevik  rejiminə  xidmət  edən  yeni  təhsil  sistemi 
və mədəni maarif şəbəkəsi yaratmaq, kommunizm ideologiyası 
ilə aşılanmış kadrlar yetişdirmək təşkil edirdi. Sosialist ideolo-


 
155
giyasına,  sovet  quruluşuna  sadiq  olan,  onu  irəli  aparan  yeni 
ziyalı  ordusunun  formalaşdırılması  mədəni  quruculuğun  ən 
zəruri  vəzifələrindən  biri  idi.  Ziyalı  kadrların  hazırlanmasında 
ali təhsil müəssisələri mühüm rol oynamışdılar.      
SSR -də  1932-ci  ilin  sonlarından  etibarən  həyata  keçirilən 
pasportlaşma  sistemi  bəzi  bölgələr  əsasən  sərhəd  rayonları 
istisna  olmaqla,  kəndlilərə  tətbiq  edilməmişdi.  Kəndlilərə  pas-
port verilmirdi və bunun da nəticəsində onlar bir yerdən başqa 
yerə getmək hüququndan məhrum olurdular. Xalq arasında bu 
qərarı “bolşeviklərin ikinci təhkimçilik hüququ” adlandırırdılar.    
1930-cu ildən 1953-cü ilədək davam edən repressiyalar nə-
ticəsində  praktiki  olaraq  bütün  müsəlman  ruhaniləri,  milli 
ziyalı təbəqəsinin əsas hissəsi sıradan çıxarıldı. Təsadüfi deyil 
ki,  repressiyalara  məruz  qalanlar  içərisində  “düşmən  casusu”, 
“panislamist”, “pantürkist” adlandırılanlar üstünlük təşkil edir-
dilər.  Bütün  SSR -də  aparılan  bu  siyasət  türk  xalqlarını  məhv 
etmək, onların dilini əllərindən almaq, tarixi köklərindən ayır-
maq, onları çoxəsrlik qədim tarixindən məhrum etməyə hesab-
lanmışdı. Partiya orqanlarından yerli kadrlar çıxarılır, müxtəlif 
böhtanlarla həbs olunurdular. Onları əsasən rus məmurları əvəz 
edir  və  beləliklə,  yerli  əhali  idarəçilikdən  kənarlaşdırılırdı.  Bu 
da  türk  xalqları  yaşayan  bölgələrdə  Mərkəzə  oxşar  totalitar-
avtoritar rejimin formalaşmasına səbəb oldu. 
  
2.
  kinci Dünya müharibəsi və türk xalqları 
 
kinci  dünya  müharibəsi  imperialist  ölkələrinin  qeyri-bə-
rabər  inkişafı  və  onlar  arasında  ziddiyyətlərin  dərinləşməsi 
nəticəsində  baş  verdi.  Müharibə  əsasən  Almaniya,  taliya  və 
Yaponiyanın  hakim  dairələri  tərəfindən  hazırlanmışdı.  Alma-
niya,  taliya və Yaponiya hərbi blokunun fikrincə birinci dünya 
müharibəsi  nəticəsində  onların  mənafeləri  zərər  çəkib  və  artıq 
dünyanın  yenidən  bölüşdürülməsi  vaxtı  çatmışdır.  ABŞ, 
ngiltərə  və  Fransanın  dünya  bazarında  ağalığı  alman  bloku 


 
156
ölkələri  tərəfindən  qısqanclıqla  qarşılanırdı.  stər  iqtisadi, 
istərsə  də  hərbi  mənafelərin  toqquşması  Almaniya  və  onun 
tərəfdarlarını digər bloka qarşı sıx birləşməyə məcbur edirdi.  
1  sentyabr  1939-cu  ildə  Hitler  Almaniyası  Polşaya  hücum 
etdi.  3  sentyabrda  ngiltərə  və  Fransa  dövlətləri  Almaniyaya 
müharibə  elan  etdi.  ngiltərənin  ardınca  onun  dominionları  da 
Almaniyaya  müharibə  elan  etdilər.  kinci  dünya  müharibəsi 
başlandı.  ngiltərə və Fransa Almaniyaya müharibə elan etsələr 
də  hərbi  əməliyyatlara  başlamadılar.  Onlar  həm  də  güman 
edirdilər  ki,  Almaniya  Polşadan  SSR -yə  hücum  edəcəkdir. 
1940-cı  ilin  yazına  qədər  Avropada  “qəribə  müharibə”  getdi. 
Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təca-
vüzü davam etdirirdi.  
Almaniya  hələ  1940-cı  ilin  ikinci  yarısından  SSR -yə 
hücum etmək planı hazırlamağa başlamışdı. Bu plan 1940-cı il 
dekabrın  18-də  Hitler  tərəfindən  təsdiq  olunmuşdu.  Belə  ki, 
həmin  plana  görə  1941-ci  ilin  payızına  qədər  SSR   diz 
çökdürülməli  idi.  Almaniya  1941-ci  ilin  iyunun  22-də  bütün 
sərhəd boyu 190 diviziya ilə SSR  üzərinə hücuma keçdi.  
Hitlerçilərin işğalçılıq planlarına görə türk xalqları yaşayan 
ə
razilərdə Almaniyadan asılı olacaq “Böyük Türküstan” dövləti 
yaradılması  nəzərdə  tutulurdu.  Şimali  və  Cənubi  Azərbaycan, 
Orta  Asiya,  Başqırdıstan,  Tatarıstan,  Krım,  Şimali  Qafqaz, 
Qərbi Çin və Əfqanıstan bu dövlətin tərkibinə daxil olmalı idi.   
Sovet  rəhbərliyi  ölkəni  vahid  hərbi  düşərgəyə  çevirmək 
məqsədi  ilə  ciddi  tədbirlər  gördü.  1941-ci  il  iyunun  30-da 
.Stalin başda olmaqla fövqəladə səlahiyyətə malik Dövlət Mü-
dafiə Komitəsi yaradıldı. Bütün xalqı faşizmə qarşı müharibəyə 
səfərbər etmək üçün ideoloji və siyasi tədbirlər gücləndirilirdi. 
Ölkə  iqtisadiyyatı  hərbi  relslər  üzərində  yenidən  qurulmağa 
başlandı.  Hərbi  qayda-qanunlar  tətbiq  olundu.  Partiya,  dövlət 
və  təsərrüfat  orqanlarının,  ictimai  təşkilatların  işi  müharibə 
dövrünün tələblərinə uyğun olaraq yenidən qurulmuşdu. 1941-
ci  ilin  ikinci  yarısı  üçün  planlara  yenidən  baxıldı.  yunun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə